Teqvim-2017. pdf


Musiqi.Opera.Balet 115



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə42/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   38   39   40   41   42   43   44   45   ...   200

88

Musiqi.Opera.Balet

115 

illiyi

Yavər Kələntərli

1902-1979     

MART

Yavər Abbas (bəzi mənbələrdə 

Əli) qızı  Kələntərli (qızlıq familiya-

sı Zamanova) 1902-ci il mart ayının 

26-da  Şamaxıda anadan olmuşdur. 

Yeniyetmə çağlarında dayısı Əlicabbar 

Orucəliyevin ailəsilə birgə Bakıya köç-

müş, dayısı onu Rəhilə Hacınskayanın 

Qızlar məktəbinə qoymuşdur. 

Yavər xanım uşaqlıqdan musiqiyə, 

ifaçılığa böyük maraq göstərmişdir. 

Üzeyir bəylə Yavər xanımın qardaşı 

Hacıbala Zamanov Qori seminariyasın-

da bir yerdə oxuduğu üçün, dost olmuş, 

onlara tez-tez gələn Üzeyir bəy “Leyli 

və  Məcnun” operasının məşqinin apa-

rıldığı vaxtlarda Yavərin oxumasını 

dinləmiş və çox bəyənmişdi.

İlk dəfə 1916-ci ildə “Cəmiyyəti 

xeyriyyə” məktəbində qızlar tərəfindən 

oynanılmış “Arşın mal alan” musiqili 

komediyasında Əsgər rolunu ifa etmiş-

dir. 1922-ci ildə Üzeyir bəyin təşəbbüsü 

ilə yaradılmış birillik musiqi kursunu bi-

tirmişdir. Kursu bitirməsi münasibətilə 

Üzeyir bəy ona pianino hədiyyə etmiş-

di. Sonralar Cabbar Qaryağdıoğlundan, 

Seyid Şuşinskidən dərs almışdır. Hətta 

Yavər xanımın ifasını  bəyənən Cabbar 

Qaryağdıoğlu ona öz qavalını bağışla-

mışdı. Beləliklə, xanəndənin yaradıcılı-

ğı həm ictimaiyyət, həm də professional 

xanəndələr tərəfindən rəğbətlə qarşılan-

mışdır.


Yavər xanım ilk konsertini 1923-

cü ildə, indiki Sabir bağının yanında 

“Maarif evi”ndə vermişdir. Müğənnini 

tarda Bədəl bəy Bədəlbəyli (bəstəkar 

Əfrasiyab Bədəlbəylinin atası), skrip-

kada Cəmo Cəbrayılbəyli müşayiət 

edirdi. Lənkəranlı Xudaverdi Kələntərli 

adlı bir şəxslə ailə  həyatı quran Yavər 

xanımın bu nigahdan bir oğlu dünya-

ya gəlmişdir. Təəssüf ki, Şahbaz ca-

van yaşlarında dünyasını  dəyişmişdir. 

1937-ci ildə  həyat yoldaşından ayrılan 

Yavər xanım onun soyadından imtina 

etməmişdir. 

1937-1941, 1945-1951-ci illərdə 

Opera və Balet Teatrının solisti ol-

muş, teatrın səhnəsində Leyli, Əsli, 

Ərəbzəngi, Gülçöhrə və bu kimi yadda-

qalan obrazlar yaratmışdır. 

Onun repertuarı,  əsasən, muğam 

və xalq mahnılarından, təsniflərdən 

ibarət idi. Qadın xanəndəlik məktəbinin 

görkəmli nümayəndələrindən biri olan 

Yavər xanım yaddaşlarda “Bayatı-

Şiraz”, “Şur”, “Bayatı-Kürd”, “Segah” 

və bu kimi muğam və təsniflərin mahir 

ifaçısı olaraq qalmışdır. 

1932-1937-ci illərdə Azərbaycan ra-

diosunun solisti olmuşdur. 1938-ci ildə 

qrammafon valı buraxılmışdır. 1941-ci 

ildə  İranda səfərdə olmuş, Təbrizdə, 

Mərənddə, Şapurda, Xoyda, Miyanədə 

konsertlər vermişdir. Hətta Təbrizdəki 

konserti anşlaqla keçmişdir.

Xanəndənin yaradıcılığı dövlət 

tərəfindən yüksək qiymətləndirilmiş, 

1939-cu ildə Azərbaycan SSR-nin 

“Əməkdar artist” fəxri adına layiq gö-

rülmüşdür. 

Yavər Kələntərli 1979-cu il fevral 

ayının 5-də Bakı şəhərində vəfat etmiş-

dir.


Ə d ə b i y y a t

Çəmənli, M. Nəğməli 

xatirələr //Musta-

fa Çəmənli. Sənət 

hekayələri.- Bakı, 2014.- 

S.274-290.

Çəmənli, M. Yavər 

Kələntərli //Mustafa 

Çəmənli. “Leyli və 

Məcnun” 100 il səhnədə.- 

Bakı, 2008.- S.163-167.

Gəncəvi, S. Yavər 

Kələntərli //Sabir 

Gəncəli. Qadın, gözəllik 

və ülviyyət (Ensiklopedik 

toplu).- Bakı, 2001.- 257 

s.

Xəlilzadə, F. Ürəyin 

hökmü, səsin rəngi Yavər 

Kələntərli - 110 /Flora 

Xəlilzadə //Azərbaycan.- 

2012.- 18 mart.- S.6.

Kələntərli Yavər Əli 

qızı //Azərbaycan Sovet 

Ensiklopediyası.- Bakı, 

1981.-C.V.- S.336.

İ n t e r n e t d ə

www.anl.az/down/me-

qale/azerbaycan/2012/

mart/240150.htm

26

Xanəndə


89

Musiqi.Opera.Balet

90 

illiyi

MART

8

Mstislav Leapoldoviç Rostropoviç 

1927-ci il mart ayının 27-də Bakıda,  

tanınmış violonçel ifaçısı  və vaxtilə 

Pavlo Kasalasın tələbəsi olmuş Leo-

pold Rostropoviçin ailəsində anadan ol-

muşdur. Rostropoviç uşaqlıq və gənclik 

illərini Bakıda keçirmiş,  İkinci Dünya 

müharibəsi illərində ailəsi Orenburqa, 

daha sonra isə 1943-cü ildə Moskvaya 

köçmüşdür. Rostropoviç artıq dörd ya-

şında ikən anasından pianino ifaçılığı-

nın sirlərini, on yaşında isə atasından ilk 

dəfə violençin incəliklərini öyrənmişdir.

1943-1948-ci illərdə, 16 yaşında 

Moskva Konservatoriyasına qəbul olu-

nan Rostropoviç   piano və violenç ifa-

çılığı ilə yanaşı dirijorluq və bəstəkarlıq 

ixtisaslarına da yiyələnmişdir. 

Müəllimləri arasında isə Dmitri Şos-

takoviç və Sergey Prokofyev kimi 

 

rus musiqisinin nəhənglərini misal 



göstərmək olar. O, 1945-ci ildə Sovetlər 

Birliyində ilk dəfə keçirilən gənc 

musiqiçilərin birinciliyində qızıl medala 

layiq görülməklə istedadlı violenç ifaçı-

sı  kimi nəzər-diqqətləri cəlb etmişdir. 

Rostropoviç ilk violenç konsertini 1942-

ci ildə vermiş, 1947, 1949 və 1950-ci 

illərdə Praqa və Budapeştdə keçirilən 

beynəlxalq musiqi müsabiqələrinin 

qalibi olmuşdur. 1950-ci ildə, cəmi 

23 yaşında olarkən, o zaman Sovetlər 

Birliyində ən ali mükafat hesab olunan 

Stalin Mükafatına layiq görülmüşdür. 

Artıq bütün SSRİ-də  şöhrət qazanmış 

gənc və son dərəcə istedadlı Rostropo-

viç Leninqrad (indiki Sank-Peterburq) 

və Moskva konservatoriyalarında pe-

daqoji fəaliyyətlə  də  məşğul olmuşdur. 

1948-ci il 10 fevral tarixində “forma-

list” bəstəkarlar haqqında qəbul edilmiş 

fərman nəticəsində müəllimi Şostakovi-

çin Leninqrad və Moskva  konservato-

riyalarında professorluq dərəcələrindən 

məhrum edilməsinə cavab olaraq 21 

yaşlı Rostropoviç etiraz əlaməti olaraq 

konservatoriyanı  tərk etmişdir.  Sovet 

hakimiyyətinə qarşı müxalif fikirlərinə, 

yazıçı Aleksandr Soljenitsına öz evində 

sığınacaq verdiyinə görə hakimiyyətin 

qəzəbinə tuş  gəlmiş, 1974-cü ildə 

Sovetlər  İttifaqını  tərk edərək  ABŞ-a 

yollanmışdır. Kəskin çıxışlarına görə So-

vet vətəndaşlığından məhrum edilmişdir. 

1990-cı ildə isə artıq Amerika vətəndaşı 

olmasına baxmayaraq ruslar onun Rusi-

ya vətəndaşlığını bərpa etmişlər.

1977-ci ildən Vaşinqton Milli Simfo-

nik Orkestrinin rəhbəri və baş dirijoru 

olmuş və 17 il bu orkestrə rəhbərlik et-

mişdir. 2002-ci il mart ayının 4-də Ba-

kıda ev-muzeyi açılmışdır. 2007-ci ildə 

“Heydər Əliyev” ordeni ilə təltif edilmiş-

dir. Həmyerlimiz 22 dəfə Qremmi mü-

kafatına layiq görülmüşdür. Həmçinin 

Yaponiya, Böyük Britaniya, Fransa, 

ABŞ da daxil olmaqla 44 dövlətin orde-

nini almışdır. 

Dünya  şöhrətli musiqiçi Mstislav 

Rostropoviç 2007-ci il aprel ayının 27-

də Moskva şəhərində vəfat etmişdir.



Ə d ə b i y y a t

Azərbaycan 

mədəniyyətinin 

təbliğatçısı-Rostropoviç 

//Olaylar.- 2013.- 16-18 

mart.- S.15.

Hüseynov, F. 

Rostropoviçlərin 

ev-muzeyində gö-

rüş /F.Hüseynov                  

//Mədəniyyət.- 2015.- 3 

iyun.- S.11.

Великий Бакинец. 

Ростропович /Фонд 

Гейдар Алиева; Фонд 

Друзей Культуры 

Азербайджана.- Баку: 

Шярг-Гярб, 2008.- 

244, [4] с.

Уилсон, Э. Мстислав 

Ростропович: 

[композитор, учитель, 

легенда] /Элизабет 

Уилсон; [пер. с англ. 

К.Савельева]; худож. 

оформ. Е.Савченко.- 

Москва: Эксмо, 2011.- 

509, [3] с. 

İ n t e r n e t d ə

http://www.anl.

az/down/meqale/

medeniyyet/2015/

iyun/441539.htm

 

Dirijor

Mstislav Rostropoviç

1927-2007

27


Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə