Teqvim-2017. pdf


Aktyor Teatr.Kino 100



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə44/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   40   41   42   43   44   45   46   47   ...   200

92

Aktyor

Teatr.Kino

100 

illiyi

22

MART

Yusif Vəliyev

1917-1980

Ə d ə b i y y a t

Azəri, L. Dövlət 

Film Fondunda 

Yusif Vəliyevin xatirə 

gecəsi /Lalə Azəri                      

//Mədəniyyət.- 2012.- 

20 aprel.- S.5.

Kazımzadə, A. Xal-

qın sevimli sənətkarı            

/Aydın Kazımzadə         

//Mədəniyyət.- 2012.- 

18 aprel.- S. 10.

Sadıqova, Z. Teymu-

run özü, Kərbəlayının 

səsi, kədərli Novruz 

hədiyyəsi...: Görkəmli 

aktyorumuz Yu-

sif Vəliyevin həyat 

hekayəti... /Zemfira 

Sadıqova //Olaylar.- 

2011.- 14 oktyabr.- S.10.

Unudulmaz aktyor Yusif 

Vəliyev //Ekran-efir.- 

2014.- 20 mart.- S.9.

İ n t e r n e t d ə

www.anl.az/down/

meqale/olaylar/2011/

oktyabr/205309.htm 

www.anl.az/down/me-

qale/medeniyyet/2012/

aprel/245451.htm 

www.anl.az/down/me-

qale/medeniyyet/2012/

aprel/246290.htm

Yusif Abdulla oğlu Vəliyev 1917-ci 

il mart ayının 22-də Dərbənddə anadan 

olmuşdur. Bakıda, Teatr Texnikumunda 

təhsil aldığı illərdə (1933-1936) Milli 

Dram Teatrının  tamaşalarında, kütləvi 

səhnələrdə  fəal iştirak etmişdir. Tex-

nikumu bitirdikdən sonra Şəki Dövlət 

Dram Teatrında işləməyə göndərilmiş, 

1949-cu ilədək orada çalışmışdır. Nəcəf 

bəy Vəzirovun “Hacı  Qəmbər” (Əşrəf 

bəy), Mirzə Fətəli Axundzadənin “Hacı 

Qara” (Hacı Qara), “Molla İbrahimxəlil 

kimyagər” (İbrahimxəlil), Sabit Rəhma-

nın “Toy” (Surxay), Cəfər Cabbarlı-

nın “Almaz” (Şərif), “1905-ci ildə” 

(General-qubernator), “Aydın” (Aydın), 

“Oqtay Eloğlu” (Oqtay), “Od gəlini” (El-

xan), “Sevil” (Balaş), “Solğun çiçəklər” 

(Bəhram) dramlarının, Georgi Mdiva-

ninin “Vətən namusu” tərcüməsinin 

(Nadir), Səməd Vurğunun “Vaqif” (Va-

qif), Mirzə  İbrahimovun “Həyat” (Sü-

leyman), Vilyam Şekspirin “Otello” 

(Yaqo),  Əbdürrəhim bəy Haqverdiye-

vin “Bəxtsiz cavan” (Fərhad), Nəcəf 

bəy Vəzirovun “Müsibəti-Fəxrəddin” 

(Fəxrəddin) faciələrinin tamaşalarında 

xaraktercə fərqli rollar oynamışdır. Teatr 

tamaşaları ilə yanaşı, opera və operetta-

larda da rollar yaratmışdır.  

1940-cı  ildə Bakıya qayıdan akt-

yor  əvvəlcə Azərbaycan Dövlət Rus 

Dram Teatrında   işləmiş, sonra Gənc 

Tamaşaçılar Teatrını  seçərək, ömrünün 

sonunadək orada çalışmışdır. 

Teatrın səhnəsində Yusif Vəliyevin oy-

nadığı rolları saymaqla qurtarmaz: Hacı 

Nuru (“Molla İbrahimxəlil kimyagər”, 

M.F.Axundov), Harun Ər Rəşid (“Bir sa-

atlıq xəlifəlik”, A.Şaiq), Ovod (“Ovod”, 

E.Voyniç), Lorenso (“Romeo və Culyet-

ta”, V.Şekspir), Hacı Səməd ağa (“Bəxtsiz 

cavan”,  Ə.Haqverdiyev), Gəray bəy 

(“Komsomol poeması” S.Vurğun) və s. 

Yusif Vəliyevin xüsusi səs temb-

ri, ciddi görkəmi vardı. Bəstəboy akt-

yor səhnədə çox əzəmətli, pəhləvan 

cüssəli kimi görünürdü. Bütün bu 

keyfiyyətlər təbii ki, o dövrün kino re-

jissorlarının da diqqətini cəlb etməyə 

bilməzdi. Çəkildiyi bütün filmlərdə ol-

duqca maraqlı, yaddaqalan xarakterlər 

yaratmışdır: Teymurləng (“Nəsimi”), 

Halvaçı (“Qatır Məmməd”), Komissi-

ya üzvü (“Bəxtiyar”), Qılınc Qurban 

(“Tütək səsi”), iş icraçısı (“Uşaqlığın 

son gecəsi”), Qurd Cəbrayıl (“Arxadan 

vurulan zərbə”), Səfərəli (“Bir cənub 

şəhərində”).  “Axırıncı aşırım” filmində 

məhz Adil İsgəndərovun şəxsi istəyi ilə  

Kərbəlayı İsmayıl obrazını Yusif Vəliyev 

səsləndirmişdir. 

Görkəmli sənətkar teatr və kino 

sahəsində qazandığı uğurlara görə 1960-

cı ildə Azərbaycanın “Əməkdar artist”, 

1979-ci ildə “Xalq artisti” fəxri adlarına 

layiq görülmüşdür.

Yusif Vəliyev  1980-ci il mart ayı-

nın 18-də vəfat etmiş, Bakı şəhərindəki 

“Qurd qapısı” qəbiristanlığında dəfn 

olunmuşdur.




93

Milli Qəhrəmanlar

Fəxrəddin Nəcəfov

1967-1992  

Milli Qəhrəman

Ə d ə b i y y a t 

Azərbaycan Respublikası Daxili işlər orqanlarının əməkdaşlarına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: [Nəcəfov 

Fəxrəddin Vəliyəddin oğlu – sıravi – Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin 

təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidliyə və şücaətə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 19 okt-

yabr 1992-ci il //Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı.- 1992.- № 21.- S.27.- (Ölümündən sonra). 

Fəxrəddin Nəcəfov /Ənsər B. Necə də yaşamaq istəyirdim: [Həyatı, təhsili və döyüş şücaəti haqqında] //Ənsər B. Ağrıdağlı 

qəhrəmanlar.-B., 2004.- S. 51-53.

Fəxrəddin Nəcəfov /Əsgərov, V.“Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr). Bakı: “Dərələyəz-M”, 2010.-S. 224.

İ n t e r n e t d ə

http://www.anl.az/down/meqale/kaspi_az/2013/fevral/296576.htm

Fəxrəddin Vəliyəddin oğlu Nəcəfov 

1967-ci il mart ayının 31-də Bakı 

şəhərində anadan olmuşdur. 1984-cü 

ildə Nəsimi rayonu 19 saylı orta məktəbi 

bitirmiş, Bakı Çini Qablar zavodunda 

əmək fəaliyyətinə başlamışdır. Bir il son-

ra hərbi xidmətə çağırılmış, Arxangelsk 

vilayətində xidmətini yerinə yetirdikdən 

sonra vətənə qayıtmışdır. DİN-in Yanğın-

dan Mühafizə İdarəsində işə qəbul oluna-

raq, 1988-ci ildə nazirliyin təqdimatı ilə 

Xarkov Yanğından Mühafizə Ali Hərbi 

məktəbinə göndərilmişdir. Təhsilini 

başa vuran F.Nəcəfov 1990-cı ildə 14 

saylı Yanğından Mühafizə  İdarəsində 

mühafizə  rəisi vəzifəsinə  təyin olun-

muşdur. 1991-ci ildə  vətənin müdafiəsi 

üçün könüllü olaraq Qarabağ  cəbhəsinə 

yollanmışdır.  İlk döyüşə Goranboy ra-

yonundan başlayan Fəxrəddin 1992-ci 

ildə Ağdam cəbhəsində hərbi hissələrdən 

birinə bölük komandiri təyin edilmişdir. 

Həmin vaxtlarda Ağdamın Canyataq və 

Gülyataq kəndlərində  ağır döyüşlər ge-

dirdi. Onun bölüyünə düşmən  ərazisinə 

düşən təyyarəçimizi xilas etmək tapşırığı 

verilmişdi. F.Nəcəfov təyyarəçini xilas 

edərkən Canyataq kəndində öz dəstəsi 

ilə mühasirəyə düşmüş, bir neçə gün qız-

ğın döyüşlərdən sonra, nəhayət, bölük 

mühasirə həlqəsini yara bilmişdi. Həmin 

döyüş zamanı bir neçə yerindən yara-

lanan Fəxrəddin müalicə olunduqdan 

sonra yenidən cəbhəyə qayıtmış, 1992-

ci il sentyabrın 4-də  Ağdərənin Çaldı-

ran kəndi istiqamətində gedən döyüşdə 

qəhrəmancasına həlak olmuşdur. Bakı 

şəhərindəki  Şəhidlər Xiyabanında dəfn 

edilmişdir.

Azərbaycan Respublikası Prezi-

dentinin 6 noyabr 1992-ci il tarixli 290 

saylı  Fərmanı ilə  Nəcəfov Fəxrəddin 

Vəliyəddin oğlu ölümündən sonra 

“Azərbaycanın Milli Qəhrəmanı” fəxri 

adına layiq görülmüşdür.

Nəsimi rayonundakı 266 saylı orta 

məktəb qəhrəmanın adını daşıyır. 

Məktəbin həyətində büstü qoyulmuşdur.

50 

illiyi

MART

31



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə