Teqvim-2017. pdf


Kimya.Biologiya.Tibb 65



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə49/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   45   46   47   48   49   50   51   52   ...   200

102

Kimya.Biologiya.Tibb

65 

illiyi

Novruz Quliyev 

1952    

MART

Novruz Məhəmməd oğlu Qu-

liyev 1952-ci il mart ayının 22-

də  Cəbrayıl rayonunun Əmirvarlı 

kəndində anadan olmuşdur. 1974-

cü ildə Azərbaycan Dövlət Univer-

sitetinin kimya fakültəsini, 1977-сi 

ildə isə SSRİ EA-nın Biokimya 

İnstitutunun aspiranturasını bitir-

mişdir. 


1974-cü ildə  əmək fəaliyyətinə 

Elmi-Tədqiqat  Əkinçilik  İnstitu-

tunda başlamışdır. 1978-сi ildə bi-

ologiya elmləri üzrə namizədlik, 

1992-ci ildə doktorluq alimlik 

dərəсələrini almışdır. 1981-ci ilin 

may ayından AMEA-da böyük

aparıcı elmi işçi vəzifələrində  və 

eyni zamanda Botanika İnstitutun-

da laboratoriya müdiri vəzifəsində 

işləmişdir. 

1995 və 2005-ci illərdə 

Azərbaycan Respublikası Milli 

Məclisinə deputat seçilmişdir. 

Elmi nailiyyətləri ilk dəfə ola-

raq fototrof bakteriyalarda univer-

sal tənzimləyici sistem olan tsik-

lik adenozinmonofosfat sistemini 

aşkarlamış  və bu sistemin həmin 

orqanizmlərdə rolu haqqında ilkin 

fikirlər söyləmişdir. Bitki mənşəli 

karboanhidraza fermentini kristal 

şəklində almış, fermentin struktur-

funksional təşkilini hərtərəfli 

öyrənmiş  və dördüncü quruluşu-

nun molekulyar modelini təklif 

etmişdir. Fotosintetik fermentlərin 

bitkilərin ekstremal şəraitə uy-

ğunlaşmasında və  məhsuldarlıq 

proseslərində rolu aydınlaşdırıl-

mışdır. 

Professor N.Quliyev “Ло-

кализация 

ферментов 

малатдегидрогеназной системы в 

дифференцированных  тыканьях 

листьев  амаранта  и  участие  их 

в  формировании  адаптации  к 

условиям  почвенной  засухи”               

(Днепропетровск, 2013); “Effects 

of temperature and light intensity 

on photosynthetic enzyme activiti-

es in C4 species of Chenopodiaceae 

family in the natural environment” 

(Moscow, Russia, 2014); İşığın 

intensivliyinin, temperaturun və 

quraqlığın buğda yarpaqları malat-

dehidrogenazasının aktivliklərinin 

tənzimində rolu” (Bakı, 2013) və 

s. kimi əsərlərin həmmüəllifidir.

AMEA-nın Rəyasət Heyətinin 

Fəxri Fərmanı ilə  təltif olunmuş-

dur. 

2001-сi ildə Azərbaycan Mil-



li Elmlər Akademiyasının müxbir 

üzvü seçilmişdir. 

2005-ci ildən Ekologiya və Təbii 

Sərvətlər nazirinin müavinidir. 



Ə d ə b i y y a t

Локализация 

ферментов 

малатдегидрогеназной 

системы в 

дифференцированных 

тыканьях листьев 

амаранта и участие 

их в формировании 

адаптации к условиям 

почвенной засухи                                       

/Бабаев Г., Мехвалиева 

У., Абыев Г., Гулиев 

Н. //Материалы III 

Международной 

Научно-метод. Конф.-

Днепропетровск, 

2013.- C. 88-91.

Activities of C4- pho-

tosynthetic enzymes in 

different wheat genoty-

pes under continuous 

soil drought conditions    

/Babayev H., Bayramov 

Sh., Mehvaliyeva U., 

Aliyeva M., Guliyev N., 

Huseynova I., Aliyev J.                 

//Journal of Bioche-

mistry Research.- 2013.- 

Vol. 1 (1).- P.7-16. 

İ n t e r n e t d ə

http://science.gov.az/

www.peakjournals.orq/

sub-journals-JBR.html

22

Alim


103

Kimya.Biologiya.Tibb

Paşa Qəlbinur

1952

MART

Paşa İsmayıl oğlu Musayev 1952-

ci il mart ayının 30-da Şəmkir rayonu-

nun Çinarlı  kəndində anadan olmuş-

dur. 1958-1968-ci illərdə M.Müşfiq 

adına kənd orta məktəbini qızıl me-

dalla bitirmiş, 1968-1975-ci illərdə 

N.Nərimanov adına Azərbaycan 

Dövlət Tibb İnstitutunun müalicə-

profilaktika fakültəsində təhsilini da-

vam etdirmişdir. 

Təhsilini bitirdikdən sonra bir 

müddət, 1975-1977-ci illərdə  Gəncə 

şəhər Göz Xəstəxanasında və 1 saylı 

Uşaq Poliklinikasında həkim-okulist 

işləmişdir. 1977-1978-ci illərdə 

N.Nərimanov adına Tibb İnstitutunun 

Göz xəstəlikləri kafedrasında baş la-

borant vəzifəsində çalışmış, təhsilini 

davam etdirmək üçün İ.M.Seçenov 

adına 1-ci Moskva Tibb İnstitutunun 

göz xəstəlikləri kafedrasının nəzdində 

əyani aspiranturaya qəbul olunmuş-

dur (1978-1981). 1981-1988-ci illərdə 

N.Nərimanov adına Tibb İnstitutunun 

Göz xəstəlikləri kafedrasında assistent, 

həm də ictimai peşələr fakültəsində 

dekan müavini işləmişdir. 

1988-ci ildən həmin kafedranın 

professoru, 1991-ci ildən kafedranın 

müdiri olmuşdur. 

Tibb elminə dair yüzdən çox elmi 

əsərin, on elmi kəşfin müəllifidir. 

Brüsseldə 51-ci Ümumdünya İx-

tiralar salonunda “Brüssel Evrika 

2002” sərgisində oftalmologiyada 

yeni dərman preparatı “Aktirol”un 

kəşfi böyük qızıl medala və Belçika 

Maliyyə Nazirliyinin xüsusi prizinə 

layiq görülmüşdür. 

P.Qəlbinur 1989-cu ildən 

Azərbaycan Alimlər  İttifaqı  İdarə 

Heyətinin, 1997-ci ildən Amerika 

və Dünya Türk Cümhuriyyətləri Of-

talmoloji Birliyinin idarə heyətinin 

üzvüdür. 1996-cı ildən Azərbaycan 

üzrə Nobel İnformasiya Mərkəzinin 

nəzdində Fiziologiya bölməsinin 

ekspertidir. 2001-ci ildə Dünya Türk 

Cümhuriyyətləri Oftalmoloji Birliyi 

Bilimsəl Qurumunun həmsədri seçil-

mişdir. 2005-ci ildən Rusiya Elmlər 

Akademiyasının fəxri doktorudur. 

2008-ci ildən Dünya Azərbaycanlıları 

Konqresinin həmsədri seçilmişdir. 

Paşa Qəlbinur eyni zamanda ədəbi 

fəaliyyətlə  də  məşğuldur. “Gözlər” 

adlı ilk şerini 13 yaşında ikən yazmış-

dır. 1978-ci ildə  “Xal”, “Ay gecəyə 

hicran sıxır”, “Mən ilhamı gözlərimlə 

görmüşəm” adlı ilk şeirlər kitabları 

çap olunmuşdur.  

1996-cı ildən “Araz” ali ədəbi 

mükafatın laureatıdır. 1999-cu ildə 

Yusif Məmmədəliyev adına mükafa-

ta, 2000-ci ildə  “İman” izzət və ilti-

fat diplomuna, ABŞ-ın Biblioqrafiya 

İnstitutunda keçirilən “2000 alim və 

intellektual” seçimində  “İlin adamı” 

mükafatlarına layiq görülmüşdür.



Ə d ə b i y y a t

Göz xəstəlikləri: 

dərslik /P. Musayev 

Qəlbinur, S.Əliyeva, 

H.Qəhrəmanov; 

rəy.: K.T.Kəimov, 

R.V.Hacıyev.- Bakı: 

Təhsil, 2008.- 533, [3] 

s., [52] v. şək.

Qara su. Göz dağı: 

[miniatur romanlar] 

/P.Qəlbinur.- Bakı: 

[s.n.], 2012.- 287 s.

İbrahim Topçubaşov 

olduğu kimi /P.Qəlbinur 

//525-ci qəzet.- 2012.- 30 

dekabr.- S.14-15.

Hilaloğlu, A. Gözlərə 

nur, könüllərə işıq bəxş 

edən insan /A.Hilaloğlu 

//Yeni həyat.- 2013.- 22-

28 may.- S.2.

İ n t e r n e t d ə

http://www.anl.az/

down/meqale/525/2012/

dekabr/287313.htm

30

Oftalmoloq

65

illiyi


Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə