Teqvim-2017. pdf



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə5/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   2   3   4   5   6   7   8   9   ...   200

12

Folklor

Aşıq Şakir 

1922-1979

Y

ANV

AR

Şakir  Şahverdi oğlu Hacıyev (Aşıq 

Şakir) 1922-ci il yanvar ayının 24-də 

Ağsu rayonunun Xəlilli kəndində anadan 

olmuşdur. 1939-cu ildə  Ərəbmehdibəy 

kənd məktəbinin 8-ci sinfini bitirmiş-

dir.  Şakirin lap kiçik yaşlarından aşıq 

sənətinə böyük həvəsi olduğunu hiss 

edən atası onu göyçaylı  Aşıq Mürsələ 

şəyird vermişdir.

1941-1945-ci illər Böyük Vətən 

müharibəsində və Sovet-yapon mühari-

bəsində iştirak etmiş, 1947-ci ildə ordu-

dan tərxis olunduqdan sonra Kürdəmirə 

gələrək rayon mədəniyyət evində  işə 

başlamışdır. Aşıq sənəti ilə  məşğul ol-

muş, məlahətli səsi, gözəl ifaları ilə qısa 

müddətdə tanınaraq şöhrətlənmişdir. 

Aşıq Şakir 1955-ci ildə Azərbaycan 

SSR Ali Sovetinə deputat seçilmişdir. 

O, aşıq kimi yeganə şəxs idi ki, deputat-

lıq mandatı ona nəsib olmuşdur.

1961-ci ildə Azərbaycan aşıqlarının 

III qurultayına nümayəndə seçilmişdir. 

Azərbaycanın sənət korifeylərinin - 

Bülbülün, Fikrət Əmirovun, Niyazinin, 

Mirzə İbrahimovun iştirak etdiyi qurul-

tayda Aşıq Şakir də məruzə ilə çıxış et-

mişdir.

Ustad Aşıq  Şakir iki dastanın, 20-



yədək qoşma, gəraylı  və müxəmməsin 

müəllifidir. Sənət möhürü vurdu-

ğu Azərbaycan radiosunun “Qızıl 

Fondu”nda saxlanılan “Kəndimiz” mah-

nısının xoş  sədaları bugünümüzə kimi 

toyların-məclislərin, el şənliklərinin 

bəzəyidir. Təkcə bu mahnı deyil, ilk dəfə 

ustad Aşıq  Şakirin ifasında “Nərgiz”, 

“Nə bağ bildi, nə də bağban”, “Maral”, 

“Şirvan  şikəstəsi”, “İnciməsin” (buna 

“Şakir gözəlləməsi” də deyirlər), “Səhər-

səhər” və s. kimi onlarca məlahətli, şux 

mahnılar eşidənləri məftun etmişdir. 

1957 və 1960-cı illərdə Bakıda nəşr 

olunmuş “Aşıqlar”, 1970-ci ildə çapdan 

çıxmış “Aşıq sözü” kitablarında Aşıq 

Şakirin onlarla şeir və qoşması  dərc 

edilmişdir. 

Azərbaycanın Moskvada keçirilən 

mədəniyyət və incəsənət ongünlüklə-

rində istedadlı  sənətkar kimi Aşıq  Şa-

kir də respublikamızı layiqincə  təmsil 

edərək yüksək mükafatlara layiq görül-

müşdür. 


Azərbaycan mədəniyyətinin  inkişafı 

sahəsindəki xidmətlərinə görə 1950-ci 

ildə Azərbaycan Respublikası Nazirlər 

Soveti yanında  İncəsənət  İşləri  İdarəsi 

tərəfindən aşıq Şakirə “Xalq aşığı” fəxri 

adı verilmiş, 1967-ci ildə Azərbaycan 

SSR Ali Sovetinin fərmanı ilə “Əməkdar 

mədəniyyət işçisi” fəxri adına layiq gö-

rülmüşdür. Həmin il Aşıq  Şakir Ümu-

mittifaq özfəaliyyət incəsənət festi-

valının respublika baxışında, eləcə  də 

1972-ci ildə keçirilmiş respublika miq-

yaslı  təntənəli müsabiqədə I dərəcəli 

diplomla təltif olunmuşdur.

Şakir  Şahverdi oğlu Hacıyev 1979-

cu il aprel ayının 10-da, 57 yaşında 

vəfat etmişdir. 

Yaşadığı küçəyə, eləcə də Kürdəmir 

rayonundakı  mədəniyyət evlərindən 

birinə ustadın adı verilmişdir.



Ə d ə b i y y a t

Abdullayev, T. Getməz 

qulaqlardan səsi Şakirin 

/T.Abdullayev //Mədəni 

həyat.-2014.- № 4.- S.27-

30.

Abdullayev, T. “...Şakirəm, 

hüsnünə min dastan 

qoşum...” /T.Abdullayev 

//Azərbaycan.- 2012.- 12 

aprel.- S.7.

Babadağlı, M. Aşıq 

Şakir ədəbi xatirələrdə              

//Babadağlı M. Şairlər 

dastanı /red. A.Musa.-

Bakı, 2013.- S.175-184. 

Fərəcov, S. Unudulmaz 

aşıq-xanəndə /S.Fərəcov  

//Mədəniyyət.- 2014.- 14 

may.- S.15.

Sayılov, Q. Aşıq Şakir Ha-

cıyev  //Sayılov Q. XX əsr 

Şirvan aşıqları /elmi red. 

A.Xəlil; AMEA Folklor 

İn-tu.-Bakı, 2007.-

 

K.I.-  

S.53-57.

İ n t e r n e t d ə

http://ek.anl.

local:8080/lib/

hamo:84693&theme=e-

kataloq

video.net.az/

movie/1bJIcSZ09Ns

news.milli.az/

culture/108212.html

 24

95 

illiyi

Aşıq-şair


13

Dünya ədəbiyyatı

Nаzim Hikmət 

1902-1963

Y

ANV

AR

Nazim Hikmət Ran 1902-ci il yan-

var ayının 15-də Salonikidə, zadəgan 

ailəsində anadan olmuşdur. 1918-

ci ildə  İstanbulda Hərbi Dənizçilik 

məktəbinə daxil olmuş, Türkiyənin 

xarici müdaxiləçilər tərəfindən işğalı 

əleyhinə şeir yazdığı üçün 1919-cu ildə 

məktəbdən xaric edilmişdir. 

“Sərvliklərdə” adlı ilk şeiri 1918-

ci ildə

 

“Yeni məcmuə” jurnalında dərc 



edilmişdir. 1920-ci ildə o, işğal olmuş 

İstanbuldan milli azadlıq uğrunda vuru-

şan Anadoluya, 1921-ci ildə Sovet Ru-

siyasına getmiş və 1922-1924-cü illərdə 

Moskvada Şərq Zəhmətkeşlərinin Kom-

munist Universitetində oxumuşdur.

1924-cü ildə Türkiyəyə qayıdaraq, 

inqilabi “Oraq-çəkic” qəzetində, “Ay-

dınlıq” jurnalında Lenin ideyalarını 

tərənnüm edən  əsərlərlə  çıxış etmiş-

dir. Həmin orqanlar bağlandıqdan son-

ra təqib olunan və 1925-ci ildə qiyabi 

surətdə 15 il həbsə məhkum edilən Na-

zim Hikmət 1927-ci ildə yenidən gizli 

olaraq SSRİ-yə qayıtmışdır. 

Bakıda “Günəşi içənlərin türküsü” 

adlı ilk şeirlər kitabı nəşr olunmuşdur.

1938-ci ildə Türkiyəyə qayıtmış və 8 

ay həbsdə saxlanılmışdır. 1929-1932-ci 

illərdə yazdığı “835 sətir”, “Baron-3”, 

“1+1=1”, “Səsini itirmiş  şəhər” kitab-

ları, “Cokonda və  Şi-Ya–u” poeması, 

“Benerci özünü niyə öldürdü” mənzum 

romanı ilə imperializmin müstəmləkə 

siyasətinə qarşı  çıxmışdır. 1932-ci ildə 

türk kommunistlərini yekdil mübarizəyə 

səsləyən “Gecə gələn teleqram” şeir top-

lusuna görə yenidən 5 il həbs cəzasına 

məhkum olunmuş, bir il sonra amnisti-

ya əsasında azad edilsə də, 1938-ci ildə 

sübut olunmamış ittiham əsasında 28 il 

4 ay həbs cəzasına məhkum edilmişdir. 

Həbsxanada məşhur “İnsan mənzərələri” 

epopeyasını, “Həbsxanadan məktublar” 

silsiləsini, “Məhəbbət  əfsanəsi”, “Yu-

sif və Züleyxa” pyeslərini və başqa 

əsərlərini yazmışdır.

1950-ci ildə  əfv edilərək azadlı-

ğa buraxılan Nazim Hikmət SSRİ-yə 

köçmüş  və bu dövrlərdə “Türkiyədə”, 

“Qərib adam”, “İvan İvanoviç vardımı, 

yoxdumu”, “Domokl qılıncı” və başqa 

pyeslərini, şeir və poemalarını, poeziya-

ya və dramaturgiyaya dair məqalələrini 

qələmə almışdır. 1950-ci ildə Beynəlxalq 

Sülh Mükafatı laureatı olmuşdur. 

SSRİ-də Nazim Hikmətin ssenariləri 

və  əsərlərinin süjetləri  əsasında “Bir 

məhəlləli iki oğlan”, “Sevdalı bu-

lud”, “Yaşamaq gözəldir, qardaşım”, 

“Məhəbbətim, kədərim mənim” filmləri 

çəkilmişdir. Bəstəkar Arif Məlikov şai-

rin “Məhəbbət əfsanəsi” pyesi əsasında 

eyniadlı balet yazmışdır.

Nazim Hikmət dəfələrlə Bakıya 

gəlmiş, Azərbaycan şair və yazıçılarının 

bir çoxu ilə  şəxsən dost olmuş, onlarla 

yaradıcılıq əlaqəsi saxlamışdır. Əsərləri 

Azərbaycanda dönə-dönə nəşr olunmuş, 

pyesləri tamaşaya qoyulmuşdur. 

Nazim Hikmət Ran 1963-cü ildə 

Moskva şəhərində ürək tutmasından vəfat 

etmiş və Novodeviçye qəbiristanlığında 

dəfn olunmuşdur.



Ə d ə b i y y a t

Seçilmiş əsərləri 

/N.Hikmət; tərt. ed. 

A.Babayev; ön söz müəl. 

Anar; bədi tərtibat və 

dizayn müəl. T.Qorçu.- 

Bakı: Şərq-Qərb, 2009.-

517 s.

Abdulla, A. Gördüyüm və 

sevdiyim Nazim Hikmət 

/A.Abdulla.- Bakı: Elm və 

təhsil, 2014.- 43 s.

Anar. Zəfərin mübarək, 

Nazım! /Anar; red. 

E.İsgəndərzadə.- Bakı: 

Vektor, 2014.- 94 s.

Özkan, H.S. Azərbaycan 

ədəbiyyatında Nazim 

Hikmət: filol. üzrə 

fəls. d-ru e. dər. al. 

üçün təq. ed. dis-nın 

avtoreferatı: 5717.01 

/H.S.Özkan; AMEA, 

akad. Z.M.Bünyadov ad. 

Şərqşünaslıq İn-tu.- Bakı, 

2015.- 29 s.

Tulyakova-Hikmət, V. 

Nazimlə son söhbət 

/V.Tulyakova-Hikmət; rus-

cadan tərc. N.Ağayeva.-

[Bakı]: [Qanun], [2013].-

439 s. 

İ n t e r n e t d ə

portal.azertag.az/

node/2167

https://az.wikipedia.org/

wiki/Nazim_Hikmət

 15

115 

illiyi

Türk yazıçısı


Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə