Teqvim-2017. pdf


Akademik Ə d ə b i y y a t



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə50/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   46   47   48   49   50   51   52   53   ...   200

104

Akademik

Ə d ə b i y y a t 

Avtomatik idarəetmə 

nəzəriyyəsi: ali texniki 

məktəblərin elektrotexnika 

ixtisasları tələbələri ücün 

dərslik /A.Əfəndizadə; elmi 

red. R.Əliyev; rəy verən  

Y.B.Qədimov.- Bakı: Maarif, 

1981.- 349, [3] s.

Furye metodunun elekt-

rotexnika məsələlərində 

tətbiqi /A.Əfəndizadə; red.: 

İ.İbrahimov, Z.Kazımzadə; 

Azərb. SSR EA.- Bakı: Elm, 

1970.- 117, [3] s.

Azad Əfəndizadə: Nek-

roloq /Heydər Əliyev, 

M.Ələsgərov, A.Rasizadə, 

R.Mehdiyev, E.Əfəndiyev və 

b. //Azərbaycan.- 1998.- 13 

avqust.- S.6.

İ n t e r n e t d ə

http://www.ameankpi.org/

index.php?page=additional

ly&id=8&number=8

http://shamakhi-encyclo

pedia.z/%C9%99f%C9%

99ndizad%C9%99-azad-

%C9%99li-oglu/

Azad Əfəndizadə

1907-1998   

Azad  Əli oğlu  Əfəndizadə 1907-ci 

ildə mart ayının 20-də Şamaxı şəhərində 

anadan olmuşdur. İlkin təhsilini Şama-

xı realni məktəbində aldıqdan sonra, 

1924-cü ildə Azərbaycan Pedaqo-

ji  İnstitutunun nəzdində nümunəvi 

məktəbi bitirmişdir. Həmin il Politex-

nik İnstitutuna daxil olmuş və təhsilini 

M.İ.Kalinin adına Leninqrad Politexnik 

İnstitutunda davam etdirmişdir. 1931-

ci ildə institutu bitirdikdən sonra elekt-

rik mühəndisi peşəsinə yiyələnmişdir.

1931-ci ildə əmək fəaliyyətinə baş-

layan Azad Əfəndizadə Bakıda və 

Sumqayıtda mühəndis, baş mühəndis, 

şöbə rəisi vəzifələrində çalışmışdır. 

1938-ci ildə  Sənaye  İnstitutunun 

Elektrik maşınları kafedrasında işə 

başlamış, 1939-cu ildə isə SSRİ Elmlər 

Akademiyasının Azərbaycan  filialının 

energetika sektorunda çalışmaqla ya-

naşı Azərbaycan Sənaye  İnstitutunun 

aspiranturasına daxil olmuşdur.

1941-1944-cü illərdə Azərbaycan 

SSR EA-nın Kirovabad Elmi-Tədqiqat 

Bazasında direktor, 1952-1960-cı 

illərdə  İ.Yesman adına Elmi-Tədqiqat 

Energetika  İnstitutunun direktor mü-

avini və direktoru olmuşdur. 1960-cı 

ildən həmin institutun idarəolunan 

elektrik intiqalları laboratoriyasına 

rəhbərlik etmişdir.

Azad  Əfəndizadə 1945-ci ildə 

namizədlik, 1952-ci ildə isə doktor-

luq dissertasiyasını müdafiə etmişdir. 

1953-cü ildə ona professor elmi rütbəsi 

verilmiş, 1955-ci ildə Azərbaycan SSR 

Elmlər Akademiyasının müxbir üzvü, 

1969-cu ildə isə həqiqi üzvü seçilmiş-

dir.

O, avtomatik idarəetmə üzrə SSRİ 



milli komitəsinin Azərbaycan yer-

li  şöbəsinin sədri, Beynəlxalq Avto-

matika Terminologiya və Standartlar 

Komitəsinin üzvü, Sovet-Bolqar Dost-

luq Cəmiyyəti Azərbaycan  şöbəsinin 

sədr müavini olmuşdur.

Akademik Azad Əfəndizadənin 

elmi fəaliyyətinin əsas istiqaməti elekt-

rik sistemləri ilə bağlı idi. Alimin elmi 

nəticələri 2 monoqrafiyada və 250-dən 

çox elmi əsərdə öz əksini tapmışdır.

 Azad Əfəndizadə elmi fəaliyyəti 

pedaqoji işlə  əlaqələndirən tanınmış 

alim idi. O, 40 ildən artıq müddətdə 

Azərbaycan Dövlət Neft Akademiya-

sının professor olmuş və gənc kadrla-

rın yetişdirilməsində böyük xidmətlər 

göstərmiş, 50-dən artıq elmlər doktoru 

və namizədi hazırlamışdır. Ömrünün 

son illərində Azərbaycan Neft Akade-

miyasında işləmişdir. Bir sıra ixtirala-

rıın müəllifidir. 

Akademik “Qırmızı  Əmək Bayra-

ğı” və 


“Şərəf nişanı” ordenləri təltif 

edilmiş, “Əməkdar elm xadimi” fəxri 

adına layiq görülmüşdür. 

Azad Əfəndizadə 1998-ci il avqust 

ayının 12-də, ömrünün 92-ci ilində 

Bakı  şəhərində  vəfat etmiş  və  Fəxri 

Xiyabanda dəfn edilmişdir.

110 

illiyi

Texnika.Mühəndis işi

20

MART



105

Kitabxanaşünaslıq.Biblioqrafiya

Azərbaycan Respublikası Milli 

Məclisinin Parlament Kitаbхаnаsı

1997

MART

Müstəqillik illərində respublikamızın əldə et-

diyi mədəni nailiyyətlərdən biri də Azərbaycan 

Respublikası Parlament Kitabxanasının yara-

dılmasıdır. 1994-cü ildən başlayaraq kitabxana-

nı təşkil etmək, onun statusunu, vəzifələrini və 

strukturunu müəyyənləşdirmək üçün müxtəlif 

fikirlər, rəylər və layihələr meydana çıxdı. 

“Azərbaycan” qəzetinin 1994-cü il 26 oktyabr 

tarixli sayında “Azərbaycan Respublikasının 

Parlament Kitabxanası haqqında” qanunverici-

lik təşəbbüsü qaydasında tərtib edilmiş qanun 

layihəsi müzakirə üçün çap edildi. Parlament 

Kitabxanası haqqında qanunun yeni layihəsini 

hazırlamaq üçün üç nəfərdən ibarət komissiya 

yaradıldı. Kitabxananın nizamnaməsinin Milli 

Məclis tərəfindən təsdiqi onun hüquqi bazasının 

yaradılması üçün zəmin yaratdı. Nizamnamədə 

kitabxananın statusu, strukturu, vəzifələri 

müəyyənləşdirildi. Kitabxanaya Milli Məclis 

aparatının işçilərinə, mütəxəssislərə, ekspertlərə 

və Milli Məclis deputatlarına kitabxana-

informasiya xidməti göstərən elmi kitabxana sta-

tusu verildi. Kitabxana ilk növbədə öz fondunda 

qanun yaradıcılığı üçün zəruri olan hüquqşünas-

lığa və qanunçuluğa dair ədəbiyyatı, beynəlxalq 

hüquqi ədəbiyyatı, qanunlar külliyatını, məlumat 

kitablarını, ayrı-ayrı ölkələrin ensiklopediyaları-

nı, lüğətlərini, sahəvi ensiklopediyaları toplama-

lı, qanun yaradıcılığının informasiya bazası kimi 

fəaliyyət göstərməli idi.

Kitabxananın yaradılmasında Türkiyə Res-

publikasının Böyük Millət Məclisinin mü-

hüm rolu olmuşdur. TBMM-in kitabxanası 

Azərbaycan Parlament Kitabxananın təşkilinə 

mühüm metodik köməklik etmiş, qiymətli hüqu-

qi kitablar və qanunvericilik külliyatlarını kitab-

xanaya bağışlamış, həmçinin müasir kitabxana-

informasiya avadanlığı, stollar, stullar, kitab 

rəfləri,  ən mühümü isə yeni tipli kompüterlər 

hədiyyə etmişdir. 

1997-ci ilin mart ayında Parlament Kitabxa-

nasının rəsmi açılışı oldu. Hazırda kitabxananın 

fondunda 5 minə  qədər kitab vardır. Bu kitab-

ların 2500 nüsxəsi Azərbaycan, 1200 nüsxəsi 

rus, 800 nüsxəsi isə türk dilindədir. Kitab fondu 

məcburi nüsxələr və yeni ədəbiyyatın alınma-

sı yolu ilə komplektləşdirilir. Kitabxana dövri 

mətbuatla komplektləşmə  işinə ciddi fikir ve-

rir. Kitabxana Fondunun əsas hissəsini hüquqi 

ədəbiyyat və məlumat ədəbiyyatı təşkil edir. Ki-

tabxana fondu az da olsa bədii  ədəbiyyatla da 

komplektləşdirilir. Kitabxananın daimi oxucula-

rı Milli Məclis aparatının işçiləri və deputatlar-

dır. Onların sayı 200 nəfərə yaxındır. İl ərzində 

1000-1200 oxucu sorğusuna cavab verən kitab-

xana İnternet şəbəkəsinə qoşulmuş, beynəlxalq 

əlaqələr yaratmağa müvəffəq olmuşdur. Hazırda 

Rusiya Federasiyasının Duma Kitabxanası, Uk-

rayna, Belarusiya, Qazaxıstan və Tacikistanın 

parlament kitabxanaları ilə rəsmi sənədlərin və 

çap  əsərlərinin mübadiləsini həyata keçirilir. 

Azərbaycan Parlament Kitabxanası Türkiyə Bö-

yük Millət Məclisinin parlament kitabxanası ilə 

qarşılıqlı əlaqələrə malikdir. 

Ə d ə b i y y a t

Azərbaycan Respublika Milli Məclisinin Parlament Kitabxanası    

//Azərbaycan Kitabxana Ensiklopediyası.- Bakı, 2015.- S.80.

İ n t e r n e t d ə 

https://az.wikipedia.org/wiki/Az%C9%99rbaycan_

Respublikas%C4%B1_Milli_M%C9%99clisinin_

kitabxanas%C4%B1

http://www.meclis.gov.az/?/az/content/256

19

20

illiyi



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə