Teqvim-2017. pdf


Tarixdə bu gün Beynəlxalq Qadınlar Günü



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə51/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   47   48   49   50   51   52   53   54   ...   200

106

Tarixdə bu gün

Beynəlxalq Qadınlar Günü

1910

MART

Dünyanın bir çox ölkələrində 8 

mart Beynəlxalq Qadınlar Günü kimi 

qeyd olunur. Tarixə  nəzər salsaq qadın 

hərəkatının tarixi 1857-ci ildə Nyu York-

lu qadınların 12 saatlıq iş gününə etirazı 

ilə başlayıb. 1910-cu ildə alman sosialist 

qadın Klara Setkin 8 martın dünya qadın-

lar günü kimi qeyd edilməsinə nail olub. 

1977-ci ildə BMT bu günü qadın günü 

kimi rəsmiləşdirib.

Türk etnoslarında, Azərbaycanda-

Oğuz ellərində qadın, ana müqəddəs sa-

yılmış, ona böyük ehtiram göstərilmişdir. 

Ana haqqı Tanrı haqqına bərabər tutul-

muşdur. Azərbaycan qadını qəhrəmanlıq 

göstərmiş, hökmranlıq etmiş, diplomat 

kimi fəaliyyət göstərmişdir. Massaget 

hökmdarı Tomiris torpaqlarımıza qəsbkar 

yürüş etmiş  Əhəməni hökmdarı II Kiri 

məğlub etmişdi. Ağqoyunlu hökmda-

rı Uzun Həsənin anası Sara xatın qonşu 

dövlətlərin hökmdarları ilə danışıqlar 

aparmış, siyasət və diplomatiya meyda-

nında onlara qalib gəlmişdir.

Müstəqillik  əldə edildikdən sonra 

qəbul olunan Konstitusiyamızın 25-ci 

maddəsinin ikinci hissəsində  də kişi ilə 

qadının eyni hüquqları  və azadlıqları 

təsbit olunmuşdur. Azərbaycan Respub-

likası 1992-ci il avqustun 4-də “Qadın-

ların siyasi hüquqları haqqında”, 1952-

ci il BMT Konvensiyasına və 1995-ci 

il iyunun 30-da “Qadınlara qarşı ayrı-

seçkiliyin bütün formalarının ləğv olun-

ması haqqında”, 1979-ci il tarixli BMT 

Konvensiyasına qoşulmuşdur.

“Gender (kişi və qadınların) bərabər-

liyinin təminatları haqqında” Azərbaycan 

Respublikasının Qanunu 10 oktyabr 

2006-cı il tarixində qəbul edilmişdir. 

Bu gün Azərbaycan qadınları ölkənin 

ictimai-siyasi, elm, təhsil və  mədəni 

həyatında yüksək fəallığı, zəngin biliyi

vətənpərvərliyi, dövlətçilik  ənənələrinə 

sədaqəti və mərdliyi ilə seçilirlər. Müasir 

Azərbaycan qurucusu, ümummilli lideri-

miz Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi 

bütün dövrlərdə qadınlara yüksək qiymət 

verərək demişdir: “Qadınlar cəmiyyətin 

bəzəyidir, gözəlliyidir. Qadınsız cəmiyyət 

ola bilməz, qadınsız həyat ola bilməz. 

Azərbaycan qadınları da öz ağıllarına, 

zəkalarına görə, biliklərinə, istedadlarına 

görə, eyni zamanda gözəlliklərinə görə 

dünya qadınları içərisində özünəməxsus 

və çox yüksək yer tuturlar. Ona görə 

də biz qadınlarımızla fəxr edirik”. 

Dövlət Qadın siyasətinin Prezident İl-

ham Əliyev tərəfindən qətiyyətlə davam 

etdirilməsi isə Azərbaycan qadınlarının 

məsuliyyətini daha da artırır. Qadınla-

rın ictimai-siyasi həyatdakı fəallığı ilbəil 

yüksəlir. Azərbaycan qadını ölkəmizi 

bütün dünyada ləyaqətlə  təmsil edir, 

mötəbər kürsülərdə çıxış edir.

Azərbaycan qadınları artıq cəmiyyətin 

aparıcı qüvvəsinə çevrilib. Heydər 

Əliyev Fondunun Prezidenti, YUNES-

KO və  İSESKO-nun xoşməramlı  səfiri, 

millət vəkili Mehriban Əliyevanın 

ölkənin ictimai-siyasi həyatındakı  uğur-

lu fəaliyyəti, dövlətimiz, dövlətçiliyimiz 

naminə, xalqın rifahı üçün gördüyü işlər

xeyirxah  əməllər bu gün Azərbaycan 

qadınının nə qədər fəal olduğunu təsdiq 

edir. Qərb dünyası Mehriban xanım 

Əliyevanın timsalında  Şərqin ağıllı, 

müdrik, peşəkar bir siyasətçisinin obra-

zını görür. 

Azərbaycan qadınları mühüm dövlət 

qurumlarında uğurla təmsil olunur, 

ictimai-siyasi, sosial-iqtisadi, elmi-

mədəni proseslərdə fəal iştirak edir, ölkə 

idmanının inkişafına böyük töhfələr 

verirlər.



Ə d ə b i y y a t

Əliyev, İ. 8 mart – 

Beynəlxalq Qadınlar 

Günü münasibətilə 

Azərbaycan qadın-

larına təbrik /İlham 

Əliyev, Azərbaycan 

Respublikasının Pre-

zidenti //Azərbaycan.- 

2016.- 5 mart.- S.1.

Bayramınız mübarək, 

əziz qadınlar!              

//Azərbaycan 

müəllimi.- 2016.- 5 

mart.- S.7. 

Bütün qadın-

lar xoşbəxtliyə 

layiqdirlər: 8 mart 

- Beynəlxalq Qadın-

lar günüdür //Yeni 

həyat.- 2014.- 7-13 

mart.- S.1;4.

İ n t e r n e t d ə

http://www.aztv.

az/readnews.

hp?lang=az&id=8962

8


107

Tarixdə bu gün

Milli Tеatr Günü 

1873

MART

XIX  əsrin 70-ci illərində Azərbaycanda mil-

li teatrın yaranması  mədəniyyətimizin tarixində 

çox böyük hadisə oldu. 1873-cü il martın 10-da 

Bakı realnı məktəbinin teatr həvəskarları truppası 

tərəfindən M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-

xani Lənkəran” komediyası tamaşaya qoyulmuş-

du.


Bu şərəfli işdə H.Zərdabi və N.Vəzirov mühüm 

rol oynamışdılar. Bu tamaşa ilə Azərbaycanda mil-

li teatrın əsası qoyuldu. Azərbaycanda teatr sənəti 

qədim  ənənələrə malikdir. Hələ eramızdan  əvvəl 

xalq arasında müxtəlif meydan tamaşaları, kukla 

teatr tamaşaları (“Maral oyunu”, “Kilimarası”), 

bayram tamaşaları (“Kos-Kosa”), dini səciyyəli 

tamaşalar (“Şəbih”) və s. geniş yayılmışdı. XVII 

əsrin ikinci yarısında Azərbaycanda olmuş fransız 

səyyahı Şarden, Çuxursəd bəylərbəyisinin İrəvan 

şəhərindəki iqamətgahında qonaq olarkən burada 

ona üç hissəli bir tamaşa göstərmişdilər. Bu tama-

şa Şardenə o qədər xoş təsir bağışlamışdı ki, onu 

“Şərqin operası” adlandırmışdı. Milli teatrın inki-

şafında məşhur xeyriyyəçi-mesenat H.Z.Tağıyevin 

böyük xidməti oldu. O, Bakı şəhərində ilk teatr bi-

nası inşa etdirib.

Tezliklə Azərbaycan səhnəsinin Cahangir bəy 

Zeynalov, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, 

Hüseyn  Ərəblinski, Ülvi Rəcəb, Məmmədrza 

Şeyxzamanov, Ağasadıq Gəraybəyli, Lütfəli Ab-

dullayev, Nəsibə Zeynalova, Leyla Bədirbəyli, 

Hökümə Qurbanova kimi yüzlərlə simaları ye-

tişdi. Azərbaycanda teatr sənətinin inkişafında 

Hacıbəyov qardaşlarının da böyük əməyi olmuş-

dur. 


Azərbaycan Xalq Cümhuriyyətinin yaran-

ması milli teatrın fəaliyyətində  də canlanmaya 

səbəb oldu. Dövlətin fəal köməyi və müdaxiləsi 

nəticəsində Azərbaycan teatrının inkişafında mü-

hüm keyfiyyət dəyişiklikləri baş verdi. Teatrın 

repertuarına Azərbaycan tarixi və milli azadlıq 

mübarizəsi ilə bağlı yeni əsərlər gəldi. Cümhuriyyət 

hökümətinin bu sahədə məqsədyönlü addımların-

dan biri də Azərbaycan Dövlət Teatrının yaradıl-

ması oldu. 

Bu, Azərbaycan peşəkar teatrının dövlət teat-

rı statusu alması demək idi. Bu teatrın pərdələri 

ilk dəfə 1918-ci il noyabrın 4-də N.Nərimanovun 

“Nadir Şah” faciəsinin tamaşası ilə açılmışdı.  

Azərbaycan Respublikasının Prezidenti cənab 

İlham  Əliyevin Azərbaycan Respublikasında 

“Milli Teatr Günü”nün təsis edilməsi haqqında 

2013-cü il 1 mart tarixli Sərəncamına əsasən, hər 

il martın 10-u ölkəmizdə “Milli Teatr Günü” kimi 

qeyd edilir. Azərbaycan dövlətinin teatr sənətinə 

göstərdiyi qayğının miqyası günü-gündən artır. 

Bəllidir ki, Azərbaycan Respublikasının Prezidenti 

cənab İlham Əliyev 29 dekabr 2006-cı il tarixində 

“Teatr və Teatr Fəaliyyəti Haqqında” Azərbaycan 

Respublikasının Qanununu imzalayıb. Prezi-

dent  İlham  Əliyevin 2007-ci ildə “Azərbaycan 

teatr sənətinin inkişaf etdirilməsi haqqında” im-

zaladığı  Sərəncam da teatr sənətinə böyük təkan 

verib. Teatrşünaslar qeyd edir ki, dövlət başçı-

sının mədəniyyətimizə himayəsi Azərbaycan 

incəsənətində yaradıcılıq  əhval-ruhiyyəsini artı-

rıb. Teatrın inkişafı üçün Dövlət Proqramı uğurla 

həyata keçirilir. Abdulla Şaiq adına Azərbaycan 

Dövlət Kukla, Dövlət Rus Dram, Dövlət Gənc Ta-

maşaçılar, Dövlət Akademik Milli Dram, Dövlət 

Musiqili teatrlarının binalarında yüksək səviyyədə 

təmir-bərpa, yenidənqurma işləri aparılıb və artıq 

istismara verilib. Azərbaycan teatrı dünya stan-

dartlarına uyğun səviyyədə müasir avadanlıqlarla 

təchiz olunur. 



Ə d ə b i y y a t

Kərimov, İ. Azərbaycan teatr tarixi: 3 cilddə /İ.Kərimov; 

red. T.Əfəndiyev; rəyçilər: İ.Rəhimli, R.Sadıqov, N.Həbibov, 

Ə.İsazadə.- Bakı: Elm, 2008.- C.I.- 724 s. 

Azərbaycan teatrı yeni inkişaf mərhələsini yaşayır Azərbaycan 

Prezidentinin Sərəncamı ilə hər il 10 mart “Milli Teatr Günü” 

kimi qeyd edilir //Səs.- 2015.- 8 mart.- S.12.

http://www.anl.az/down/meqale/ses/2015/mart/425239.jpg

10


Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə