Teqvim-2017. pdf


Tarixdə bu gün Beynəlxalq Novruz Günü



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə52/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   48   49   50   51   52   53   54   55   ...   200

108

Tarixdə bu gün

Beynəlxalq Novruz Günü

MART

BMT Baş Assambleyası 2010-

cu il fevral ayının 21 mart tarixini 

mədəniyyətlərarası dialoq və qar-

şılıqlı anlaşmanı  həvəsləndirməyə 

istiqamətləndirən bayram kimi 

Beynəlxalq Novruz Günü elan etmişdir. 

Beynəlxalq Novruz Günü münasibətilə 

hazırlanan qətnamənin preambu-

la hissəsində bildirilir ki, “yeni gün” 

mənasını verən, martın 21-də, gecə və 

gündüzün bərabərləşdiyi gün qeyd olu-

nan Novruz, bütün dünyada 300 mil-

yon nəfərdən artıq şəxs tərəfindən yeni 

ilin başlanğıcı kimi qəbul olunur.

Bu bayram artıq 3000 ildir ki, Bal-

kanlarda, Qara dəniz hövzəsi regionun-

da, Qafqazda, Mərkəzi Asiya, Yaxın 

Şərq və digər regionlarda qeyd olunur. 

Azərbaycan xalqının tarixin qədim 

qatlarında yaratdığı, dilimizi, zəngin 

folklorumuzu özündə yaşadan Nov-

ruz bayramı azərbaycançılıq ideyasını, 

xalqımızın milli-mənəvi irsini özündə 

təcəssüm etdirir. Novruz yeni günün, 

yeni arzuların, milli ruh və duyğuların 

bayramıdır. Təsadüfi deyil ki, Novruz 

bayramı dünyanın qeyri-maddi mədəni 

irsi kimi YUNESKO-nun siyahısına 

daxil edilmişdir.

Novruz 

ənənələrinə görə, 



çərşənbələrdə tonqalın üstündən tul-

lanmaqla insanlar bütün ağırlığını-

uğurluğunu, əziyyətlərini, eyni zaman-

da pis xasiyyətlərini, mənfi  tərəflərini 

köhnə ildə qoyub yeni ilə, yeni günə 

qədəm qoyar, bayram günü küsülülər 

barışar, insanlar bir-birlərinə qonaq 

gedər. Bu dəyərlər geniş mənada təkcə 

cəmiyyət daxilində deyil, eyni zaman-

da ölkələr arasında anlaşmanı, sülhü 

təcəssüm etdirir. Bu baxımdan Novruz 

bayramını, onun milli özəllikləri ilə ya-

naşı, sülh və barış kimi bəşəri dəyərlərin 

təcəssümü olaraq dünyaya tanıtmaq, 

təbliğ etmək çox əhəmiyyətlidir.

Azərbaycan xalqının milli-mənəvi 

irsinin təcəssümü olan Novruz bay-

ramının dövlət səviyyəsində  təkcə 

ölkəmizdə deyil, dünyada soydaşla-

rımız yaşadıqları ölkələrdə  də qeyd 

edilməsi çox sevindiricidir. Dünyada 

Novruz təntənələrini keçirməklə bu 

bayramın timsalında xalqımızın tarixi 

dəyərləri, adət-ənənələri təbliğ edilir. 

Bu isə  nəticə etibarilə Azərbaycanın 

təbliği deməkdir.



Ə d ə b i y y a t

Azərbaycanda Novruz.- Bakı: Çıraq, 2012.- 271 s.

Azərbaycanın xalq bayramı Novruz: bələdçi kitab /layih. rəhb. Ə.Qarayev; mətnin müəl. Ə.Vəliyev, V.Bəhmənli.- Bakı: Təhsil, 2011.-  

208 s.

Abdullayeva, S. Novruz - beynəlxalq karnavallar statusunda /S.Abdullayeva //Mədəniyyət.az.- 2016.- № 3.- S.94-97.

Mehparə. Dünyada Novruz şöləni: TÜRKSOY-un beynəlxalq layihəsi uğurla başa çatdı /Mehparə //Mədəniyyət.-2015.- 1 aprel.- S. 9.

İ n t e r n e t d ə

http://www.anl.az/down/meqale/medeniyyet/2015/aprel/427867.htm

21


109

Tarixdə bu gün

Beynəlxalq Teatr Günü

1948

MART

Teatrın vətəni qədim Yunanıstandır. Yu-

nan dilində “tamaşa yeri” mənasını verir. 

Yunanıstanda qədim zamanlarda şərabçılıq 

tanrısı Dionisin şərəfinə təntənəli bayramlar 

keçirilirdi. Azad yunanlar şəhər və kəndlərin 

küçələrində  təntənəli gəzintilər təşkil 

edir, Dionis haqqında  əfsanələrdən bütöv 

səhnələr oynayırdılar.  Əvvəllər tamaşalar 

açıq havada, təpənin  ətəyində göstərilərdi. 

Tamaşaçılar isə yamacda yer tutub otururdu-

lar. Təpənin ətəyində yunanca “skena” adla-

nan çadır qurulurdu. Burada aktyorlar pal-

tarlarını dəyişirdilər. Sonralar çadır əvəzinə 

kiçik bina tikdilər. Tamaşa vaxtı burada 

dekorasiyalar asırdılar. Binanın qarşısında 

aktyorların və xorun çıxış etməsi üçün mey-

dança - orkestra düzəldirdilər.Beləliklə, e.ə. 

V əsrdə Yunanıstanda teatr binaları tikməyə 

başladılar. Qədim yunanlar teatrı çox sevir, 

onu “böyüklər üçün məktəb” adlandırırdılar. 

Tamaşalar yarış səciyyəsi daşıyırdı. Aktyor-

lar tamaşanın məzmununa uyğun maskalar 

taxırdılar. Parlaq rəngli maskaları  ən arxa 

cərgələrdə belə oturanlar yaxşı görürdülər. 

Aktyorlar səhnədə hündür görünməkdən 

ötrü qalın altlığı olan xüsusi ayaqqabılar 

geyirdilər.Hələ o vaxtlar da qadın rolları-

nı kişilər oynayırdılar. Hər il iki-üç teatr 

tamaşası göstərilir və  hər tamaşa üç gün 

səhərdən axşamadək davam edirdi. Qədim 

yunan əfsanələri teatra olduqca zəngin möv-

zu verirdi. Əfsanələr  əsasında tragediya-

lar adlanan pyeslər yaranırdı. “Tragediya” 

sözü yunanca “keçilər mahnısı” deməkdir. 

Tragediyalarda qəhrəmanlar arasında gedən 

kəskin mübarizə, onların iztirabları, faciəsi 

təsvir edilirdi. İlk tragediyaları “faciənin 

atası” adlandırılan Esxil yazmışdır. Esxillə 

bir dövrdə yaşamış digər faciə ustası olan 

Sofokl “Antiqona” tragediyasının müəllifdir. 

Gülməli səhnəciklərdən  şən və  məzəli 

pyeslər - komediyalar yarandı. “Komediya” 

yunan sözü olub, “şən sakinlərin mahnısı” 

mənasını verir. Yunanlar tamaşa günündə 

sübh tezdən yemək-içmək götürüb teatra 

toplaşardılar. Tamaşa qurtardıqda xüsusi 

komissiya tamaşaçıların rəyini nəzərə ala-

raq qələbəni ən yaxşı pyes müəllifinə və ən 

yaxşı aktyorlara verirdi. Onlar çələnglə  və 

qiymətli hədiyyələrlə mükafatlandırılırdılar. 

Pyes müəllifləri son dərəcə böyük hörmətə 

malik idilər. Afina teatrında Esxilə  və So-

fokla heykəl qoymuşdular. Onları “müdrik-

lik dahiləri” adlandırırdılar. Aristofan teatrın 

rolunu belə qiymətləndirirdi: “Müəllimlər 

oğlanlara ağıl öyrətdikləri kimi, şairlər də 

böyükləri tərbiyə edirlər”. Teatr sonralar 

qədim Romada, Şərq ölkələrində - Çində, 

Hindistanda, Yaponiyada geniş yayıldı.

Ümumilikdə teatr, onun yaranma tarixi 

və missiyasına nəzər saldıqda bir mənzərə 

aydın olur: teatr hər bir xalqın özünü ifadə 

vasitəsidir. Elə buna görə  də onun meyda-

na gəlişi xüsusi bir günlə beynəlxalq miq-

yasda qeyd olunmaqdadır. 1948-ci ildən 

teatr ictimaiyyəti rəsmi olaraq UNESCO-

nun himayəsi altında Beynəlxalq Teatr İns-

titutunda birləşməyə başladı. Beynəlxalq 

Teatr  İnstitutunun 1961-ci il martın 27-də 

Vyanada gerçəkləşən IX konqresi isə dün-

ya sənət təqviminə  əlamətdar bir gün bəxş 

etdi. 27 mart Beynəlxalq Teatr Günü elan 

edildi. Bu gün bütün dünyada “Teatr xalqlar 

arasında  əməkdaşlıq və sülhün qorunması 

vasitəsidir” devizi ilə keçirilir və  hər il bu 

münasibətlə nüfuzlu sənət xadimləri dünya 

ictimaiyyətinə müraciət edirlər. Bu ənənənin 

əsasını isə fransalı yazıçı Jan Kokto 1962-ci 

ildə qoyub.



28

27

Ə d ə b i y y a t 

Həmidə. Dünya teatr 

bayramı /Həmidə           

//Mədəniyyət.- 2014.- 28 

mart.- S.5.

Mirməmməd, G. Şəki 

I Beynəlxalq Teatr 

Festivalı başa çatdı: 

Sənət bayramının son 

günü Şəkidə unudul-

maz aktyor Lütfəli 

Abdullayevin büstü 

açıldı /G.Mirməmməd              

//Mədəniyyət.-2014.- 24 

sentyabr.- S. 9.

Süleymanova, A. 

Beynəlxalq Teatr 

günü: 27 mart 2014-

cü il /A.Süleymanova             

//Kaspi.-2014.- 28 

mart.- S.11.

İ n t e r n e t d ə 

http://www.anl.

az/down/meqale/

medeniyyet/2014/

mart/359162.htm

http://edebiyyat.biz/az/

view/5076/beynelxalq-

teatr-gununun-qisa-

tarixi/?

http://www.anl.az/down/

meqale/kaspi_az/2014/

mart/359796.htm


Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə