Teqvim-2017. pdf



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə53/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   49   50   51   52   53   54   55   56   ...   200

110

MART

Azərbaycanlıların sоyqırımı günü

1918 

MART

31

Azərbaycan torpaqları hesabına dövlət qu-

ran ermənilər tarixin bütün mərhələlərində xal-

qımıza qarşı bəşəriyyətə, insanlığa yaraşmayan 

qanlı əməllər törədiblər. Xalqımız XIX əsrdən 

başlayaraq müxtəlif dövrlərdə erməni  şovi-

nizminin təcavüzünə  məruz qalsa da, dünya 

ictimaiyyəti, xüsusən də Qərb ölkələri əslində 

nəyin baş verdiyini dilə gətirməkdən yayınıb-

dır. Bundan yararlanan ermənilər isə “məzlum 

xalq” pərdəsi arxasında nəinki Qafqazda və 

Azərbaycanda, dünyanın  əksər ölkələrində 

qanlı hadisələrə, soyqırımlarına və terrora imza 

atıblar.


Ümumiyyətlə, erməni millətçiliyi və sepa-

ratizmi Azərbaycanda işğalçılıq niyyətlərini 

həyata keçirmək, tarixi torpaqlarımız hesa-

bına “böyük Ermənistan” xülyasını reallaş-

dırmaq üçün hərbi və ideoloji vasitələrdən 

yararlanıbdı. XIX əsrin sonlarında, XX əsrin 

əvvəllərində, xüsusən 1905-1907-ci illər 

hadisələri zamanı Bakıda və digər bölgələrdə 

dinc azərbaycanlılara qarşı  həyata keçirilən 

qətliamlar ermənilərin çirkin və  məkrli 

niyyətlərini reallaşdırmaq üçün başladıqları 

soyqırımı siyasətinin ilkin mərhələsi idi. 1915-

ci ildən 1920-ci ilədək olan dövrə təsadüf edən 

ikinci mərhələdə erməni quldur dəstələri yenə 

Bakıda və Azərbaycanın müxtəlif bölgələrində 

misli görünməmiş soyqırımı cinayətləri həyata 

keçiriblər. Həmin dövrdə minlərlə azərbaycanlı, 

həmçinin etnik azlıq təşkil edən dağ yəhudiləri 

də soyqırımına məruz qalıb, yüzlərlə kənd da-

ğıdılıb, dinc əhali qaçqın vəziyyətinə düşüb.

Ermənilərin həyata keçirdikləri soyqırı-

mı, deportasiya və etniktəmizləmə siyasəti 

nəticəsində Azərbaycan 1918-1929-cu illərdə 

29,8 min kvadrat kilometr ərazisini itirmişdir

1991-1993-cü illərdə isə 20 faiz ərazimiz işğal 

edilmişdir. 2,5 milyon nəfər azərbaycanlı, soy-

qırımı  və deportasiya cinayətlərinin qurbanı 

olmuşdur. 1918-ci ilin qırğınları ermənilərin 

xalqımıza qarşı törətdikləri çoxsaylı soy-

qırımı cinayətlərindən biridir. Həmin ilin 

mart-aprel aylarında ermənilər Bakıda,  Şa-

maxıda, Qubada, Muğanda, Lənkəranda 50 

mindən artıq azərbaycanlını  qətlə yetirmiş, 

evlərini talan etmiş, on minlərlə insanı yurd-

yuvasından didərgin salmışlar. Azərbaycan 

Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-

ci ilin mart hadisələrinə xüsusi diqqət yetir-

miş, 1919-cu və 1920-ci illərdə mart ayının 

31-i milli matəm günü kimi qeyd edilmiş-

dir. Xalqımızın məruz qaldığı soyqırımı  əsl 

siyasi-hüquqi qiymətini Azərbaycan dövlət 

müstəqilliyinə qovuşduqdan sonra aldı. Qan-

lı faciə ilə bağlı ən böyük siyasi sənəd yalnız 

hadisədən 80 il sonra qəbul edildi. Xalqımızın 



Tarixdə bu gün


111

ümummilli lideri Heydər  Əliyevin 1998-ci il 

martın 26-da imzaladığı “Azərbaycanlıların 

soyqırımı haqqında” fərmanla ilk dəfə olaraq 

dövlət səviyyəsində 1918-ci ilin qırğınları-

na siyasi qiymət verildi. Ən əsası, bu fərman 

terrorizmə, soyqırımına qarşı mübarizə apar-

maq üçün ulu öndərin müəyyən etdiyi bir yol-

dur. Azərbaycanlılara qarşı aparılmış soyqırımı 

və deportasiya siyasətini geniş  təhlil edən bu 

tarixi sənədlə martın 31-i Azərbaycanlıların 

Soyqırımı Günü elan edilib. 

Lakin artıq dünya ictimaiyyəti reallığı 

dərk etməyə başlayıb. Bunun da əsas səbəbi 

Azərbaycan dövlətinin erməni yalanlarının if-

şası ilə bağlı həyata keçirdiyi sistemli və ardı-

cıl fəaliyyətdir. Artıq bu istiqamətdə müəyyən 

uğurlardan da danışmaq olar. Bu uğurlar Pre-

zident  İlham  Əliyevin hücum diplomatiyası-

nın nəticəsidir. Prezident İlham  Əliyev bütün 

görüşlərində, xarici ölkələrə  səfərlərində, çı-

xışlarında Azərbaycan xalqına qarşı soyqırı-

mı həyata keçirən erməniləri ifşa edir. Hər bir 

azərbaycanlının mühüm vəzifələrindən biri bu 

fəaliyyətə yaxından dəstək vermək, xalqımıza 

qarşı həyata keçirilən soyqırımı cinayətləri haq-

qında indiki və gələcək nəsillərdə möhkəm mil-

li yaddaş formalaşdırmaq, bu hadisələrə bütün 

dünyada siyasi və hüquqi qiymət verilməsinə 

nail olmaqdır. Çünki bu, bizim soyqırımı 

cinayətlərinin qurbanı olan soydaşlarımızın 

ruhu qarşısında müqəddəs borcumuzdur.



Ə d ə b i y y a t 

Azərbaycanlıların soyqırımı: tarixin qanlı salnaməsi /[müəl. İ.Hüseynli və b.]; ideya rəhbəri R.Mehdiyev; red. Ə.Həsənov; burax. məs. 

B.Sadıqov.- Bakı: [s.n.], 2012.- C.I.- 444 s.; C.II- 422 s.

Həmidov, H.Azərbaycanlıların soyqırımı erməni terrorizminin tərkib hissəsi kimi /H.Həmidov; elmi red. R.Mirzəzadə; red. T.Quliyev..-

Bakı: Qartal, 2015.-58 s.

İsgəndərov, A. Azərbaycanda türk-müsəlman soyqırımı probleminin tarixşünaslığı: 1918-1920 /A.İsgəndərov; elmi red.: Y.Mahmudov, 

F.İbrahimli; xüsusi red. Ş.Yaqubov.- Bakı: Adiloğlu, 2006.- 396 s.

31 Mart Azərbaycanlıların soyqırımı günüdür: məqalələr toplusu: [elmi - praktik seminar] /Azərb. Resp. Nazirlər Kabineti yan. 

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Elmi-Mədəni Mərkəz ; elmi red. V. Quliyeva .-Bakı: Elm və təhsil, 2015.-231 s.

Abdullayev, A. 31 Mart - tarixin qanlı səhifəsi /A.Abdullayev //İki sahil.- 2016.- 30 mart.- S.10.

Cavanşir. “31 Mart - Azərbaycanlılara qarşı soyqırımı günüdür” /Cavanşir //Azad Azərbaycan.- 2016.- 1 aprel.- S.5.

Köçərli, X. Azərbaycan xalqına qarşı erməni-daşnak vəhşilikləri: 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü /X. Köçərli //Xalq qəzeti.-

2016.- 31 mart.- S.4.

Мархулия, Г. Геноцид Азербайджанцев  /Г. Мархулия.-Тбилиси: [Меридиани], 2015.-625 с.

İ n t e r n e t d ə

http://www.anl.az/down/meqale/azerbaycan/2015/mart/427660.htm

http://www.anl.az/down/meqale/iki_sahil/2016/mart/483520.jpg

http://www.anl.az/down/meqale/az_azerbaycan/2016/aprel/483210.jpg


Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə