Teqvim-2017. pdf



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə56/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   52   53   54   55   56   57   58   59   ...   200

117

125 

illiyi

Əli Səbri 

1892-1983 

  Əli Camal oğlu Qasımov (Əli Səbri) 

1892-ci il aprel ayının 15-də Babək rayo-

nunun Nehrəm kəndində anadan olmuşdur. 

1899-cu ildən 1906-cı ilə  qədər Naxçıvan 

şəhər rus-tatar məktəbində  təhsil almışdır. 

Bir müdddətdən sonra atası müflis olmuş, 

oğlunu oxutmaq istəməmişdir. Bir təsadüf 

nəticəsində sənədlərini Qori seminariyasına 

təqdim etmiş, imtahanları  əla qiymətlərlə 

verdiyinə görə dövlət hesabına oxumaq hü-

ququ qazanmışdır. 

1913-cü ildə Zaqafqaziya Qori Müəllimlər 

Seminariyasını bitirən Əli Qasımov Bakıda 

doqquzuncu rus-tatar məktəbində müəllimlik 

etmiş, sonra isə müxtəlif fasilələrlə Bakı 

ikinci realnı məktəbində pedaqoji fəaliyyətlə 

məşğul olmuşdur. Xarkov Universitetində 

təhsil almaq fikrinə düşən Əliyə Hacı Zey-

nalabdin Tağıyev imtahanlara hazırlaşması 

üçün maddi yardım etmiş, lakin bu zaman 

Birinci Cahan müharibəsi başladığından 

təhsilini davam etdirə bilməmişdir.

Özünə “Səbri” təxəllüsü götürən Əli Qa-

sımov “Molla Nəsrəddin” jurnalında  “Tağı 

Yuniszadə” imzası ilə satiralar çap etdirmiş-

dir. 

 Birinci Dünya müharibəsi illərində 



“Cəmiyyəti-xeyriyyə” xətti ilə keçirilən 

tədbirlərdə fəal iştirak etmiş, Kars,Trabzon, 

Batumi və başqa şəhərlərə səfərlər etmişdir.

Həmin illərdə Bakı ilə də əlaqəsini kəsməmiş 

“Açıq söz” qəzetində 1917-ci ildə dərc etdir-

diyi “Trabzon məktubları” silsilə yazılarını 

qələmə almışdır.

1918-1920-ci illərdə  Naxçıvanın ictimai-

siyasi həyatında fəal iştirak etmiş, ingilis-

daşnak hərbi hökuməti  Şərur-Naxçıvan 

ərazisində repressiyaya başlayanda, demok-

ratik fikirli Əli Səbri də həbs olunaraq Alek-

sandropola (Gümrü) sürgün edilmişdir.

Azərbaycanda Sovet Hakimiyyəti qu-

rulduqdan sonra Ə.Səbri 1923-28-ci illərdə 

Xalq Təhsili  İşçiləri  İttifaqında inspektor 

işləmiş, eyni zamanda Bakı Dövlət Uni-

versitetinin  filologiya fakültəsində  təhsil 

almışdır. “Maarif işçisi” jurnalının redak-

toru vəzifəsində  işləyən yazıçı 1937-ci 

ilədək qiyabi pedaqoji institutda çalışmış-

dır.  Əliyə 1938-ci ildə yenidən cinayət işi 

açılmış  və  həbs olunmuşdur. 1943-cü ildə 

cəzasını  çəkib qayıdan yazıçı 1948-ci ildə 

yenidən həbs edilmiş, 1949-cu ildə Kras-

noyarsk vilayətinə sürgün edilmişdir. Mahir 

tərcüməçi olan Ə.Səbri 1910-cu ildə Yas-

naya Polyanaya - L.N.Tolstoyun görüşünə 

getmiş,  ədibin və daha sonra İ.S.Turgenev, 

A.P.Çexov, V.Şekspir R.Taqor və başqa  ya-

zıçıların bir neçə əsərini Azərbaycan dilinə 

çevirmişdir. 

Müəllifin  bir sıra yazıçılar haqqında 

xatirələri 1983-cü ildə “Ömürdən yarpaq dü-

şür” kitabına daxil edilmişdir. Ə.Səbri həm 

də fəal publisist və tənqidçi kimi də tanınmış-

dır. 400-dən çox məqalə yazan ədib həmin 

materialları  Ə.Səbri, Dağyanuszadə,Yəmut 

Elli və s. imzalarla çap etdirmişdir.

O, bir sıra povest, xatirə və hekayələrin 

müəllifidir. 1955-ci il noyabr ayının 17-

də  bəraət aldıqdan sonra, Azərnəşrin bədii 

ədəbiyyat şöbəsində redaktor, 1976-cı ildən 

Azərbaycan Yazıçılar İttifaqı Ədəbiyyat fon-

dunun sədri vəzifələrində çalışmışdır.

 Yazıçı, jurnalist, tərcüməçi  Əli Səbri 

1983-cü il fevral ayının 19-da, 91 yaşında 

Bakı şəhərində vəfat etmişdir.



Ə d ə b i y y a t

Ömürdən yarpaq düşür: 

hekayələr, povestlər və 

xatirələr /Ə.Səbri.- Bakı: 

Gənclik, 1983.- 166 s.

Həşimli, H. Əli Səbri  

/H.Həşimli; red. 

İ.Həbibbəyli; rəyçi 

Y.Axundlu.- Bakı: Nur-

lan, 2007.- 142 s.

Əliyev, N. Əli Səbri 

Qasımov - unudulmaqda 

olan diplomat, döyüşçü, 

yazıçı /N.Əliyev //525-ci 

qəzet.- 2010.- 2 fevral.- 

S.6.

Şəymən. Əli Səbri 

şəxsiyyəti...: Bu böyük 

azərbaycançı mücahid 

10 il sürgün həyatı 

yaşamalı olub /Şəymən         

//Şərq.- 2014.- 1 okt-

yabr.- S.11.

15

Tərcüməçi

APREL

Milli ədəbiyyat


118

Milli ədəbiyyat

105

illiyi

Əkbər Məftun

1912-1990

APREL

Əkbər Qurban oğlu Əkbərov (Əkbər 

Məftun) 1912-ci il aprel ayının 15-də 

Naxçıvan MR-in Ordubad şəhərində 

anadan olmuşdur. 1921-1926-cı illərdə 

Naxçıvan  şəhərində beşsinifli ibtidai 

məktəbdə  təhsil almış, 1926-1930-cu 

illərdə Pedaqoji Texnikumu bitirmişdir. 

  Əkbər Məftun 1930-1934-cü illərdə 

Nehrəm, Dırnıs,  Əndəmic kəndlərində 

müəllim işləmişdir.    

1934-1938-ci illərdə Azərbaycan 

Pedaqoji  İnstitutunun dil və  ədəbiyyat 

fakültəsində  təhsil almışdır. Bu illərdə 

Ə.Məftun eyni zamanda “Pioner” jur-

nalı redaksiyasında Bədii  şöbənin mü-

diri, “Azərbaycan pioneri” qəzeti və 

“Müəllimə kömək” jurnalı redaksiya-

sında  ədəbi işçi, 1935-1941-ci illərdə 

Bakının 3 (6) saylı məktəbində müəllim 

işləmişdir. 

İkinci Dünya müharibəsinin ilk 

günlərindən Sovet ordusu tərkibində 

Kerç uğrunda döyüşlərdə  iştirak etmiş, 

ağır yaralanmış, 1941-1942-ci illərdə 

hərbi xəstəxanada müalicədən sonra 

tərxis olunmuşdur. Əkbər Məftun sonra-

lar Ordubad şəhər yeddiillik məktəbində 

müdir, orta məktəbdə müəllim, eyni za-

manda “Ordubad işçisi” (indiki “Yeni 

Ordubad”) qəzeti redaksiyasında məsul 

katib, redaktor, radio verilişləri qovşa-

ğında diktor, məsul katib, 1943-1954-

cü illərdə M.S.Ordubadi adına  şəhər 

Dövlət Dram Teatrında müvəqqəti 

müdir kimi çalışmışdır. 1954-1959-cu 

illərdə o, S.Vurğun adına Ordubad orta 

məktəbində direktor işləmişdir.   

Ailəliklə Bakıya köçdükdən son-

ra Azərbaycan Dövlət Universitetinin 

(indiki BDU) nəşriyyatında, sonralar 

“Maarif” nəşriyyatında baş redaktor 

işləmişdir. 

1968-ci ildə “M.S.Ordubadinin po-

eziyası” mövzusunda namizədlik dis-

sertasiyası müdafiə etmişdir. 1969-

1985-ci illərdə Azərbaycan Dövlət 

Universitetinin  filologiya fakültəsində 

dosent işləmiş, 1985-ci ildə təqaüdə çıx-

mış və Ordubada köçmüşdür. 

Ədəbi fəaliyyətə “Təyyarəçi” adlı ilk 

şeiri ilə başlamışdır. Bu şeir 1935-ci ildə 

“Ədəbiyyat qəzeti”ndə  dərc olunmuş-

dur. 1937-ci ildə ilk “Kiçik heykəltəraş” 

şeirlər kitabı çapdan cıxmışdır.  Ə.Məftun 

1943-cü ildən Yazıçılar Birliyinin üzvü 

seçilmişdir.

1940-cı ildə “Vətən qızı”, 1943-cü 

ildə “Sevənlər”, 1946-cı ildə “Nəsimi” 

“Saray”, “Şahin” və s. pyeslərini qələmə 

almışdır.  Şairin 1972-ci ildə “Mənim 

baharım”, 1980-ci ildə  “Şəfa bulağı” 

kitabları  çap olunmuşdur. 1987-ci ildə 

“M.S.Ordubadi” adlı monoqrafiyasını 

qələmə almışdır.

Xidmətlərinə görə  “Şərəf nişanı”, 

“SSRİ Silahlı qüvvələrinin 70 illiyi” 

ordeni və doqquz medalla təltif olun-

muşdur. Naxçıvan MR-nın “Əməkdar 

müəllim” fəxri adına, 1981-ci ildə 

“Müharibə və əmək veteranı” adına la-

yiq görülmüşdür. 

Əkbər  Əkbərov 1990-cı il sentyabr  

ayının 14-də  vəfat etmiş, Ordubad 

şəhərində dəfn olunmuşdur.

Ə d ə b i y y a t

Məmməd Səid Ordu-

badi /Ə.Məftun; red. 

F.Hüseynov; rəyçi 

F.Vəzirova.- Bakı: Yazı-

çı, 1987.- 135 s. Ədəbi 

portretlər.

Şəfa bulağı: şeirlər və 

poema /Ə.Məftun.- Bakı: 

Yazıçı, 1980.- 88, [4] s.

Yazıçı ömrü: Əkbər 

Məftun  - 100 //Mədəni 

həyat.- 2012.- № 3/4.- 

S.29.

15

Şair



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə