Teqvim-2017. pdf



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə57/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   53   54   55   56   57   58   59   60   ...   200

119

Milli ədəbiyyat

110 

illiyi

Məmməd Rahim

1907-1977

APREL

Məmməd Abbas oğlu Hüseynov 

(Məmməd Rahim) 1907-ci il aprel ayı-

nın 20-də Bakıda anadan olmuşdur. 

İbtidai təhsilə Bakıdakı 5-ci rus-tatar 

məktəbində başlamış, sonra təhsilini 

23 saylı  məktəbdə davam etdirmişdir. 

1928-ci ildə Azərbaycan Pedaqoji İns-

titutunun  şərqşünaslıq fakültəsinə da-

xil olmuş, institutu bitirdikdən sonra 

bir neçə il Bakının orta məktəblərində 

müəllimlik etmişdir. 

Şeir yazmağa hələ orta məktəbdə 

oxuduğu illərdə başlamışdır.  Şairin  

“Gördüm” adlı ilk şeiri 1926-cı ildə 

“Gənc işçi” qəzetində, sonra isə “Gənc 

qızıl qələmlər” adlı məcmuədə  dərc ol-

muşdur. 1930-cu ildə “Arzular” adlı ilk 

şeirlər kitabı, 1937-ci ildə isə “İkinci ki-

tab”, “Partizanın tüfəngi” “Nübar”, “İl-

dırımın kitabı”, 1942-ci ildə “Vətən sev-

gisi”, 1943-cü ildə “Şəhərin nəgməsi”, 

1946-cı ildə “Ölməz qəhrəman”, 1948-

ci ildə “Xəzər sahillərində”  əsərləri, 

1949-cu ildə “Leninqrad göylərində”, 

1954-cü ildə “İşıq”, “İki qardaş”, “Ögey 

ana” və s. poemaları, 1955-ci ildə “Sev-

gi”, “Balaca bağbanlar”, 1957-ci ildə 

“Məhəbbətin baharı” kitabları çap olun-

muşdur.    

Şairin 1955-1957-ci illərdə ikicildlik 

“Seçilmiş əsərləri” Azərnəşr tərəfindən 

nəşr edilmişdir. 

60-70-ci illəri M.Rahimin yaradıcı-

lığında daha məhsuldar dövr adlandır-

maq olar. Həmin illərdə bir neçə poema, 

yüzlərlə şeir yazmış, 10-dan çox kitabı-

nı: “Şeirlər və poemalar”, “Arzular gül 

açanda”, “Tonqal başında”, “Dayağım”, 

“Məhəbbət dastanı” və s. çap etdirmiş-

dir. Görkəmli şairin bir çox əsərləri baş-

qa xalqların dillərinə tərcümə olunmuş-

dur. 

“Leninqrad göylərində” poeması 



şairə ümumittifaq şöhrəti qazandırmış-

dır. 1948-ci ildə çap olunmuş poema 

Azərbaycan  ədəbiyyatında xüsusi yer 

tutan  əsərlərdəndir. Poemada olduqca 

mənalı bir motiv vardır, o da Vətən yo-

lunda həlak olanların ölməzliyidir. Onun 

“Moskva”, “Satqınlara cavab” şeirləri 

bilavasitə sülh uğrunda mübarizəyə, 

müharibə  qızışdıranların ifşasına həsr 

edilmişdir. Satira və yumor M.Rahim 

yaradıcılığında aparıcı  xətt olmasa da, 

hər halda özünəməxsus yer tutur. 

Şair 1940-cı ildə Azərbaycanın 

“Əməkdar incəsənət xadimi” fəxri adı-

na, 1948-ci ildə “Leninqrad göylərində” 

poemasına görə Stalin mükafatına la-

yiq görülmüş, 1950-ci ildə “Lenin” , 

1957-ci ildə “Qırmızı  əmək bayrağı” 

ordenləri ilə  təltif olunmuşdur. 1964-

cü ildə Azərbaycanın “Xalq şairi” fəxri 

adını almışdır. 1967-ci ildə ikinci dəfə 

“Lenin”, 1977-ci ildə “Oktyabr inqila-

bı” ordenləri ilə mükafatlandırılmışdır.

Məmməd Rahim 1977-ci il may ayı-

nın 6-da Bakı şəhərində vəfat etmişdir.  

Ə d ə b i y y a t

Seçilmiş əsərləri: iki 

cilddə /M.Rahim; 

tərt. ed.: S.Quliyeva, 

İ.Əliyeva.- Bakı: Avrasiya 

Press, 2006.- C.I.- 272 s. 

Seçilmiş əsərləri: iki 

cilddə /M.Rahim; 

tərt.: ed.: S.Quliyeva, 

İ.Əliyeva.- Bakı: Avrasiya 

Press, 2006.- C.II.- 368 s.

Məmməd Rahim - 100                

/topl. tərt. ed. və ön 

söz. müəl. S.Xəyal; red. 

T.Həsənzadə.- Bakı: 

[MBM], 2012.- 131, [1] s.

Rəfili, O. M.Rahimin 

“Leninqrad göylərində” 

poemasında Hüseynbala 

surəti //Rəfili O. Fələstin 

çoxbucaqlısı.- Bakı, 

2014.- S.181-183.

Yusifli, V. “Yarat, sən 

köçəndə ellər söyləsin”: 

Aprelin 20-də Xalq şairi 

M.Rahimin doğum günü 

idi /V.Yusifli //Ədalət.- 

2015.- 22 aprel.- S.7. 

 

20

Şair



120

Rəssamlıq. Heykəltəraşlıq. Memarlıq

110 

illiyi

İsmаyıl Ахundоv 

1907-1969

APREL

 İsmayıl Hüseyn oğlu Axundov 1907-

ci il aprel ayının 15-də Bakının Maştağa 

qəsəbəsində doğulmuşdur. 1921-ci ildə, 

kənd məktəbini bitirdikdən sonra Bakı 

Pedaqoji Texnikumuna daxil olmuş

1924-cü ildən eyni zamanda rəssamlıq 

məktəbində oxumuşdur. 1928-ci ildə 

Bakı  Rəssamlıq Məktəbini bitirdikdən 

sonra Moskva Poliqrafiya  İnstitutunun 

nəşriyyat  şöbəsində  təhsil almışdır. 

1932-ci ildə  təhsilini başa vurduqdan 

sonra təyinatla Bakıya göndərilmiş  və 

Azərnəşrdə kitab qrafikası sahəsində 

işləyərək  bir sıra Azərbaycan ədəbiyyatı 

klassiklərinin  əsərlərinə  tərtibat və il-

lüstrasiyalar vermişdir. Öz məsuliyyəti 

və  işgüzarlığı ilə  rəhbərliyin diqqətini 

çəkmiş, qrafika bölməsinə rəhbər təyin 

edilmişdir.

1937-ci ildən 1940-cı ilə  qədər 

Azərbaycan Dövlət Rəssamlıq 

Məktəbinin direktoru, 1940-cı ildən Ni-

zami adına Ədəbiyyat Muzeyinin direk-

toru və baş rəssamı olmuşdur. 

1937-ci ildə rejissor Ədil 

İsgəndərovdan Akademik Milli Dram 

Teatrına  dəvət almış  və onun quruluş 

verdiyi Mirzə  İbrahimovun “Həyat”, 

1938-ci ildə Mirzə Fətəli Axundzadənin 

“Hacı Qara”, Əbdürrəhim bəy Haqver-

diyevin “Pəri cadu” (həmçinin 1940 

və 1957-ci il quruluşlarında), Cabbar 

Məcnunbəyovun “Yanar dərə”, Səməd 

Vurğunun “Vaqif” tamaşalarında geyim 

üzrə rəssam olmuşdur.      

1938-ci ildə rejissor Məcid Zey-

nalovun hazırladığı “Müsyö Jordan 

və  dərviş  Məstəli  şah” (Mirzə  Fətəli 

Axundzadə) tamaşasında ilk tərtibatçı 

rəssam kimi işləmişdir. Sonralar 

AMDT-də 1939-cu ildə Onore de Bal-

zakin “Ögey ana”, Mehdi Hüseynin 

“Şöhrət”, Cəlil Məmmədquluzadənin 

“Ölülər”, 1943-cü ildə Aleksandr 

Ostrovskinin “Tufan”, 1945-ci ildə 

Məmməd Səid Ordubadinin “Dumanlı 

Təbriz”, 1948-ci ildə Aleksandr Ost-

rovskinin “Günahsız müqəssirlər”,  

Mirzə  Fətəli  Axundzadənin “Lənkəran 

xanının vəziri”, 1949-cu ildə Sabit 

Rəhmanın “Aydınlıq”, Cəfər Cabbarlı-

nın “Solğun çiçəklər”, 1952-ci ildə Kar-

lo Haldoninin “Mehmanxana sahibəsi”, 

1956-cı ildə Hüseyn Cavidin “Şeyx 

Sənan”  əsərlərinin tamaşalarına həm 

monumental-romantik, həm də realist 

səpkilərdə  səhnə  tərtibatları vermiş-

dir. Böyük Vətən müharibəsi illərində 

“Agit-pəncərə” üçün 100-dən artıq an-

tifaşist plakat çəkmişdir.  

“Kirpi” jurnalının  tanınmasında və 

populyar olmasında İsmayıl Axundovun 

xidmətləri danılmazdır. O, bir neçə il 

Azərbaycan Rəssamlar İttifaqının sədri 

və  məsul katibi vəzifəsində çalışmış, 

Bakı Şəhər Sovetinin, Azərbaycan SSR 

Ali Sovetinin deputatı olmuşdur. 

Təsviri incəsənət sahəsindəki 

xidmətlərinə görə 1940-cı ildə 

Azərbaycan SSR-in “Əməkdar incəsənət 

xadimi” fəxri adı almış, 1944-cü ildə 

SSRİ Dövlət mükafatı laureatı olmuş, 

1960-cı ildə Azərbaycan SSR-in “Xalq 

rəssamı” fəxri adına layiq görülmüş, 

“Şərəf nişanı” və 1967-ci ildə “Qırmızı 

Əmək Bayrağı” ordeni ilə  təltif olun-

muşdur.   

Görkəmli fırça ustası İsmayıl Axun-

dov 1969-cu il sentyabr ayının 13-də 

vəfat etmişdir.

Ə d ə b i y y a t

Fərəcov, S. Güldürən 

və düşündürən rəssam: 

“Kirpi” jurnalının po-

pulyarlaşmasında Xalq 

rəssamı İsmayıl Axundo-

vun mühüm xidmətləri 

olub /S.Fərəcov              

//Mədəniyyət.- 2015.-15 

aprel.- S.15.

Ахундова, Н.Р. 

К вопросу 

историографии 

проблемы вклада 

художественной 

интеллигенции 

Азербайджана в победу 

в войне 1941-1945 гг.                                   

/Н.Р.Ахундова                     

//Azərbaycan 1941-1945-

ci illər müharibəsində: 

məqalələr toplusu                 

/AMEA, A.Bakıxanov ad. 

Tarix İn-tu; elmi red.: 

N.G.Qədirova və b..- 

Bakı, 2008.- S.121.

Исмаил Ахундов           

//Сталинские 

премии: две стороны 

одной медали: 

Сб. документов и 

художественно-

публицистических 

материалов                   

/cост.: В.Ф.Свиньин, 

К.А.Осеев.- 

Новосибирск, 2007.- 

С.393. 

İ n t e r n e t d ə

https://ru.wikipedia.org/

wiki/Ахундов,_Исмаил_

Гусейн_оглы 

15

Rəssam

APREL

1



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə