Teqvim-2017. pdf



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə58/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   54   55   56   57   58   59   60   61   ...   200

121

APREL

3

120 

illiyi

Şövkət Məmmədоvа 

1897-1981 

APREL

Şövkət Həsən qızı  Məmmədova  

1897-ci il aprel ayının 18-də Gürcüstan 

Respublikasının Tbilisi şəhərində, ka-

sıb pinəçi ailəsində anadan olmuşdur. 

6 yaşında ikən Tiflisdə özəl məktəbdə 

təhsil almış, valideynləri  Şövkətin 

musiqiyə olan marağını görüb onu uşaq 

musiqi məktəbinin fortepiano sinfinə 

yazdırmışlar. Atası 1910-cu ildə onu 

Bakıya göndərmiş,  Şövkət Romanov-

lar Musiqi Cəmiyyətinin nəzdindəki 

musiqi məktəbinin fortepiano sinfində 

dərs almağa başlamışdır.

Ş.Məmmədova 1911-ci ildə Zeyna-

labdin Tağıyevin köməyi ilə İtaliyanın 

Milan şəhərində musiqi məktəbinə da-

xil olmuş  və burada məşhur müğənni 

Dotti Ambroziodan dərs almağa baş-

lamışdır. Lakin 1912-ci ildə ona olan 

kömək kəsilmiş  və  Ş.Məmmədova 

vətənə qayıtmalı olmuşdur.

1912-ci ildə Bakının Tağıyev Teat-

rında ilk dəfə professional ifaçı kimi 

çıxış etmişdir. Üzeyir Hacıbəylinin 

“Ər və arvad” operettasından bir 

neçə parçanı ifa edən  Ş.Məmmədova 

konsertdən əldə olunan pul ilə İtaliya-

da təhsilini davam etdirməli idi. Lakin  

tamaşadan toplanan 1500 manat pul 

müsadirə olunmuş  və  Şövkət Tiflisə 

qayıdaraq orta məktəbi bitirmişdir.

Şövkət Məmmədova 1915-ci ildə 

daxil olduğu Kiyev Konservatoriyasını 

bitirib Bakıya qayıdaraq ilk dəfə Üzeyir 

bəyin “Arşın mal alan”operettasında 

Gülçöhrə  rolunda çıxış etmiş, az son-

ra repertuarını genişləndirərək Avropa 

və Azərbaycan operalarında yeni-yeni 

obrazlar yaratmağa başlamışdır. 1923-

cü ildə  Ş.Məmmədovanın təşəbbüsü 

ilə Bakı Teatr Texnikumu açılmış və o, 

1923-1925-ci illərdə texnikumun direk-

toru işləmişdir. Bu Yaxın Şərqdə ilk te-

atr təhsil ocağı idi. Azərbaycanda ilk not 

nəşriyyatı da Şövkət Məmmədovanın 

təşəbbüsü ilə yaradılmışdır. O, ilk 

azərbaycanlı müğənnidir ki, 1925-ci 

ildə Fransada qrammofon valı buraxıl-

mışdır.


1945-ci ildə Azərbaycan Teatr 

Cəmiyyəti  təsis edilmiş  və onun ilk 

sədri  Şövkət xanım olmuşdur. O, 

bu vəzifədə 1952-ci ilə  qədər çalış-

mışdır.   Eyni zamanda, 1945-ci ildə 

Üzeyir Hacıbəylinin rektor olduğu 

Azərbaycan Dövlət Konservatoriya-

sında pedaqoji fəaliyyətə başlamışdır. 

1946-1947-ci illərdə konservatoriyada 

Vokal kafedrasının müdiri, 1946-1950-

ci illərdə həmin kafedranın dekanı ol-

muşdur. 2 iyul 1949-cu ildə profossor 

elmi rütbəsini almışdır.  

Azərbaycan Opera və Balet Te-

atrında 1921-ci ildən 1948-ci ilədək 

fasilələrlə solist işləmişdir. 

Şövkət xanım Məmmədova 1938-ci 

ildə SSRİ-nin “Xalq artisti” fəxri adına 

layiq görülmüşdür. 

Azərbaycan  SSR Ali Sovetinin 

dörd çağırış deputatı olmuş, iki dəfə 

“Lenin” iki “Qırmızı  Əmək Bayrağı” 

və  “Şərəf nişanı” ordenləri ilə  təltif 

edilmişdir.  Müxtəlif Beynəlxalq fes-

tivallarda və müsabiqələrdə münsiflər 

heyətinin üzvü seçilmişdir. 

Şövkət xanım Məmmədova 1981-ci 

il iyun ayının 8-də Bakıda vəfat etmiş, 



Fəxri Xiyabanda dəfn olunmuşdur.  

Ə d ə b i y y a t

Azərbaycanın ilk qadın 

opera müğənnisi... //Şərq.-

2011.- 24 may.- S.11.

Məhərrəmova, T. Heç vaxt 

məlahətini itirməyəcək səs 

sahibi: Şövkət Məmmədova 

hər tamaşasında bir ömür 

yaşayırdı /T.Məhərrəmova  

//Kaspi.- 2009.- 1 aprel.- 

S.11. 

Operamızın şanı, Şövkəti...: 

Dünən Azərbaycanın ilk qa-

dın opera müğənnisi Şövkət 

Məmmədovanın doğum 

günüydü //Ekspress.- 2011.- 

19 aprel.- S.23.

Sarıyeva, İ. Milli opera 

sənətimizin iki zirvəsi- 

Şövkət Məmmədova və Fat-

ma Muxtarova... /İ.Sarıyeva 

//Bakı xəbər.-2015.-1 

sentyabr.- S.15.

Tahirqızı, Ü.Klassik Avropa 

üslubunda oxuyan qadın 

müğənni /Ü.Tahirqızı //Xalq 

Cəbhəsi.-2013.- 23 noyabr.-

S.13.

18

Opera müğənnisi

Musiqi.Opera.Balet


122

110 

illiyi

Əfrаsiyаb Bədəlbəyli 

1907-1976

APREL

Ə d ə b i y y a t

Cəfər Cabbarlı haqqında 

xatirələr [Qeyri musiqili 

səsyazma]: [ədəbi radio 

veriliş] /Ə.Bədəlbəyli.- Bakı, 

2011.- 1 CD

Qurban Pirimov 

/Ə.Bədəlbəyli; [red.: 

R.Təhmasib, C.Məmmədov]; 

Azərb. Teatr Cəmiyyəti.-

Bakı: Azərnəşr, 1955.- 49 s.

Söyüdlər ağlamaz: 3 pərdə 

(5 şəkil və epiloqlu) opera 

librettosu /Ə.Bədəlbəyli 

Bakı: [Kommunist], 1970.-

53, [3] s.

Cəfər Cabbarlının musiqi 

aləmi /Ə.Bədəlbəyli //Yeni 

Azərbaycan.-2010.- 3 iyul.- 

S.11.

Quliyev, İ. Maestro belə 

yazırdı... /İ.Quliyev.- Bakı: 

CBS, 2008.- 391, [1] s. 

Rəhmanzadə, 

F. Bədəlbəylilər 

/F.Rəhmanzadə.- Bakı: 

Nurlan,2006.- 244 s.

Abduləliyev, A. Əfrasiyab 

Bədəlbəyli...: Musiqimizin 

dünəni, bu günü və sabahı 

/A.Abduləliyev //Ədalət.-

2011.- 20 aprel.-  S.7.

Dadaşova, L. Əfrasiyab 

Bədəlbəylinin Azərbaycan 

musiqişünaslığında rolu 

/L.Dadaşova //Mədəni 

həyat.- 2013.- № 6.- S.90-

93.

Şıxəliyeva, Ş. Əfrasiyab 

Bədəlbəyli “Şüştər”muğamı 

haqqında /S.Şıxəliyeva         

//Musiqi dünyası.- 2015.- 

2/63.- S.93-95.

19

Bəstəkar

Musiqi.Opera.Balet

Əfrasyab Bədəl oğlu Bədəlbəyli 

1907-ci il aprel ayının 19-da Bakı 

şəhərində, xalq maarifçisi Bədəl bəy 

Bədəlbəyovun və Şah Qacar nəslinin 

təmsilçisi Rəhimə xanımın ailəsində 

anadan olmuşdur. 1912-ci ildə 6-cı 

rus-müsəlman məktəbinə daxil ol-

muş, 1917-1924-cü illərdə I realnı 

məktəbində təhsilini davam etdirmiş-

dir. 1924-cü ildə Azərbaycan Dövlət 

Türk  Musiqi Texnikumuna və eyni 

zamanda, ADU-nun Şərq fakültəsinin 

dilçilik  şöbəsinə daxil olmuşdur. Mu-

siqi texnikumunda S.L.Bretanitskinin 

sinifində violino ixtisası üzrə  təhsil 

almışdır.

1928-ci il fevralın 16-da, musiqisi 

Ə.Bədəlbəyliyə məxsus C.Cabbarlının 

“Od gəlini”  əsərinin premyera-

sı olmuşdur. 1931-cu ildə  bəstəkar 

C.Cabbarlının “Almaz”, daha sonra isə 

“1905-ci ildə” və “Yaşar” pyeslərinə, 

1933-cü ildə A.Afinogenovun “Qor-

xu”, 1934-cü ildə M.F.Axundovun 

“Hacı Qara”, 1935-ci ildə isə 

“Müsyo Jordan” əsərlərinə musiqi 

bəstələmişdir.

Ə.Bədəlbəyli professional musiqi 

təhsili almaq məqsədi ilə 1932-ci ildə 

Moskva Konservatoriyasının dirijor-

luq fakültəsinə daxil olmuş, professor 

K.Saracevin sinifində  təhsil alaraq 

bu sənətin incəliklərinə mükəmməl 

yiyələnmişdir. Ali məktəbdə oxuduğu 

zaman 8 variasiya, violonçel və forte-

piano üçün sonatina, fortepiano üçün 

etüd, simfonik orkestr üçün üçhissəli 

süita, 2 violino, alt və violonçel üçün 

kvartet bəstələmişdir. Lakin bir ildən 

sonra Bakıya qayıtmış  və R.Qlierin 

“Şahsənəm” operasının yeni quruluş-

da, C.Cabbarlının librettosu əsasında 

tamaşaya hazırlanmasında iştirak 

etmişdir. 1934-cü ilin payızında Le-

ninqrad Konservatoriyası  nəzdindəki 

musiqi məktəbinə daxil olmuş, 1938-

ci  ildə oranı bitirmişdir. 1939-cu ildən 

ömrünün sonunadək Azərbaycan 

Opera və Balet Teatrının dirijoru ol-

muşdur. 

Ə.Bədəlbəyli ilk milli Azərbaycan 

baleti - “Qız qalası”nın müəllifidir. 

1941-ci ildə S.Vurğunun “Fərhad və 

Şirin”  əsərinə musiqi bəstələmişdir. 

1965-ci ildə  Q.Almaszadə ilə 

birlikdə S.S.Axundovun eyniadlı po-

vesti  əsasında bəstəkar  Əşrəf Abba-

sovun “Qaraca qız” baletinə, 1968-

ci ildə qardaşı Turqud ilə birlikdə 

C.Cabbarlının eyniadlı pyesi əsasında 

R.Mustafayevin bəstələdiyi “Aydın” 

operasına libretto yazmışdır.

1969-cu ildə “Elm” nəşriyyatında 

Ə.Bədəlbəylinin “İzahlı monoqrafik 

musiqi lüğəti” kitabı çap edilmişdir. 

1970-ci ildə “Söyüdlər ağlamaz” ope-

rası tamaşaya qoyulmuşdur. 

1971-ci ilin oktyabrında Xor 

Cəmiyyətinin sədri vəzifəsinə seçil-

mişdir.

1940-cı ildə Azərbaycan SSR-in 



“Əməkdar incəsənət xadimi”, 1960-

cı ildə “Xalq artisti” fəxri adlarına 

layiq görülmüşdür. “Qırmızı  Əmək 

Bayrağı” və “Şərəf nişanı” ordenləri, 

həmçinin bir sıra medallarla təltif 

edilmişdir.

Əfrasiyab Bədəlbəyli 1976-cı il 

yanvar ayının 9-da vəfat etmişdir.

Azərbaycan Respublikasının Pre-

zidenti İlham Əliyev 2007-ci il yanvar 

ayının 24-də Əfrasiyab Bədəlbəylinin 

100 illik yubileyinin keçirilməsi haq-

qında Sərəncam imzalamışdır.



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə