Teqvim-2017. pdf



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə59/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   55   56   57   58   59   60   61   62   ...   200

123

95 

illiyi

Aida Abdullayeva 

1922-2010 

APREL

Aida Həmdulla qızı Abdullaye-

va 1922-ci il a

prel ayının 23-də Bakı 

şəhərində anadan olmuşdur. Ailənin

 

beşinci övladı olan qıza C.Verdinin 



“Aida” operasının tamaşasından qayı-

dan dayısı, Aida adını verməyi təklif 

etmişdir. Repressiya qurbanı olan ata-

sı güllələndikdən sonra ailəyə qarşı 

təqiblər başlamış, yalnız 13 yaşına 

çatan zaman Aida fəhlə kurslarına get-

miş və burada arfa müəllimi Yelizaveta 

Borisovna  Şlezigerlə tanış olaraq arfa 

sinfində təhsil almağa başlamışdır.

1938-ci ildə  şagird kimi iştirak et-

diyi ilk konsertdə Üzeyir Hacıbəylinin 

diqqətini çəkmişdir. 1940-cı ildə  orta 

məktəbi bitirdikdən sonra Azərbaycan 

Xalq Komissarları Soveti yanında 

İncəsənət İşləri İdarəsi tərəfindən ali mu-

siqi təhsili almaq üçün Moskva Dövlət 

Konservatoriyasına göndərilmişdir. 

1941-ci ildə müharibənin başlaması 

ilə əlaqədar Aida Abdullayeva Bakıya 

qayıtmış  və Opera və Balet Teatrının 

orkestrində işə qəbul olunmuşdur. 

1942-ci ilin payızında ailəsi ilə 

birlikdə  Qazaxıstana sürgün edil-

miş, lakin 1943-cü ildə Üzeyir 

bəy Hacıbəylinin vəsatəti  əsasında  

Azərbaycana qaytarılaraq Bakı Dövlət 

Konservatoriyasına bərpa olunmuş  və 

Radiokomitənin Simfonik orkestrində 

işləməyə başlamışdır.

1944-cü ildə Aida Abdullayeva 

yenidən Moskva Konservatoriyasında 

professor K.Erdelinin sinfində təhsilini 

davam etdirmişdir. 1949-cu ildə bu 

təhsil ocağını bitirdikdən sonra, Bakıda 

konservatoriyanın arfa sinfinə rəhbərlik 

etməyə başlamışdır. Azərbaycan arfa 

ifaçılığı  məktəbinin yaradıcısı olan 

A.Abdullayeva 1969-cu ildə A.Zeynallı 

adına musiqi məktəbində, 1978-ci ildə 

isə S.Hacıbəyov adına Sumqayıt mu-

siqi məktəbində arfa siniflərinin açıl-

masına nail olmuşdur. A.Abdullayeva 

arfa sinfi üçün proqramlar tərtib et-

miş, 1983-1985-ci illərdə “Arfa 

üçün uşaq pyesləri” və “Azərbaycan 

bəstəkarlarının arfa üçün pyesləri” top-

lularını  nəşr etdirmışdır. 1977-ci ildə 

dosent, 1985-ci ildə professor elmi 

rütbəsini almış, onlarca arfa ifaçısı ye-

tişdirmişdir. 

Aida Abdullayevanın Bakıda 

ilk konserti 1950-ci il aprel ayının 

6-da baş tutmuşdu. 1969-cu ilədək 

M.Maqomayev adına Azərbaycan 

Dövlət Filarmoniyasının simfonik 

orkestrində çalışmışdır. 

1972-ci  ildə Azərbaycanın “Əməkdar 

incəsənət xadimi”, “Əməkdar artist” 

fəxri adlarına layiq görülmüşdür.     

Aida Abdullayeva 2010-cu il iyun 

ayının 11-də Bakıda vəfat etmişdir.

Ə d ə b i y y a t

Taptıqova,Y. Aida Ab-

dullayeva; elmi red. 

G.A.Abdullazadə.- Bakı: 

Oka Ofset, 2012.- 304 s.

Reyhan. Sənətdə yaşanan 

həyat: Görkəmli musiqiçi 

və pedaqoq Aida Abdul-

layevanın 90 illik yubi-

leyi qeyd edildi /Reyhan                     

//Mədəniyyət.- 2012.- 18 

aprel.- S.3.

Arfa ifaçısı 

Musiqi.Opera.Balet

23



124

70 

illiyi

Ramiz Quliyev 

1947

APREL

Ramiz Əyyub oğlu Quliyev 1947-ci 

il aprel ayının 30-da Ağdam şəhərində 

anadan olmuşdur. 1954-cü ildə Ağdam 

şəhər 7 illik musiqi məktəbində, 1960-

cı ildə Ü.Hacıbəyov adına Ağdam orta 

ixtisas musiqi məktəbində təhsil almış-

dır. 1964-1969-cu illərdə Ü.Hacıbəyov 

adına Azərbaycan Dövlət Konservato-

riyasının tar və dirijorluq fakültəsinə 

qəbul olunmuşdur.

  1964-1994-cü illərdə  M.Maqomayev 

adına Azərbaycan Dövlət Filarmoniya-

sının və Dövlət Konsert Birliyinin so-

listi olmuş, 1974-1992-ci illər ərzində 

Ü.Hacıbəyov adına Azərbaycan Dövlət 

Konservatoriyasının Xalq çalğı alətləri 

kafedrasında tar ixtisası üzrə müəllim, 

baş müəllim, dosent, professor kimi pe-

daqoji fəaliyyət göstərmiş, 1992-2002-

ci illərdə  həmin kafedraya rəhbərlik 

etmişdir. 

1988-ci ildə YUNESKO xətti ilə 

ABŞ-da keçirilən Beynəlxalq folklor 

festivalında xüsusi diploma layiq gö-

rülmüşdür. 1989-cu ildə “Böyük İpək 

Yolu” festivalı çərçivəsində Yaponiya-

nın 30-dan artıq  şəhərində konsertlər 

vermişdir. 1997-ci ilin dekabrında  İs-

railin Yerusalim şəhərində Beynəlxalq 

Şərq musiqisi festivalında öz çıxışları 

ilə fərqlənmiş və orada yaratdığı “Şərq 

alətləri orkestri”ni nümayiş etdirmişdir.   

1987-ci ildə Səmərqənddə keçirilən III 

beynəlxalq musiqişünaslıq simpoziu-

munda R.Quliyev Sadıqcan adına mu-

ğam üçlüyünün rəhbəri və solisti kimi 

böyük müvəffəqiyyətlə çıxış etmişdir. 

1994-cü ildə Türkiyənin  İzmir 

şəhərinin Ege Universitetində, 1999-

cu ildə İsveçrədə keçirilən Beynəlxalq 

“Lütsern musiqi festivalı”nda Bern 

şəhərinin “La strimpellata” orkest-

ri ilə  uğurlu çıxışlar etmişdir. 2002-ci 

ilin avqust ayında Norveçin Stavan-

ger  şəhərində Beynəlxalq musiqi fes-

tivalında iştirak etmiş  və konsertlərlə 

çıxış etmişdir. 2002-ci ildə Tehran 

Dövlət Mədəniyyət və  İncəsənət 

Universitetində “ustad dərsləri” ver-

mişdir. 

1982-ci ildə  “Əməkdar artist”, 

1988-ci ildə “Xalq artisti” fəxri adları-

na layiq görülmüşdür. 

1993-cü ildə “Humay” milli mü-

kafatına, 2001-ci ildə “Simurq” milli 

mükafat fondunun təsis etdiyi “XXI 

əsrin ilk laureatları” ali dərəcəli müka-

fatı - “İlin fədakar sənətçisi” fəxri adı-

na layiq görülmüşdür. 2007-ci ilin may 

ayında ölkənin  ən yüksək mükafatı  - 

“Şöhrət” ordeni ilə təltif olunmuşdur.

Ramiz Quliyev Ü.Hacıbəyov adına 

Bakı Musiqi Akademiyasında öz peda-

qoji fəaliyyətini davam etdirir. 

Ə d ə b i y y a t

Azərbaycan bəstəkarlarının 

əsərləri [Notlar] /tar və 

fortepiano üçün işləyib, 

köçürəni. R.Quliyev; 

red. R.Quliyev; rəy.: 

T.Bakıxanov, T.Məmmədov; 

Azərb. Resp. Mədəniyyət və 

Turizm Nazirlyi.- Bakı: E.L. 

MMC, 2009.- 193 s.

“Tarın səsi ilə 

qəddar məmuru yola 

gətirmişəm”:“O dünyada 

məndən bir ifa istəsələr, 

“Ana Segah çalardım” 

/R.Quliyev //Bizim yol.-

2014.- 18 fevral.- S.15.

Qacar, M. Ramiz zirvəsi: 

(poema) /M.Qacar; red. 

M.Mahmudov; ön söz 

M.Çəmənli.- Bakı: UniPrint, 

2007.- 64 s.

Ramiz Quliyev: poema, 

rəy, məqalələr, müsahibə 

və xatirələr /red. Z.Yaqub.-

Bakı: Adiloğlu, 2004.-296 s. 

Əfəndiyeva, İ. İstedadlı 

tarzən //Əfəndiyeva İ. Axta-

rış yollarının bəhrəsi.- Bakı, 

2014.- S.162-167.

Oktay. Fərdi ifaçılıq üslubu 

olan tarzən: Ramiz Quliyev 

artıq çoxdan özünü peşəkar 

kimi təsdiqləyib /Oktay       

//Xalq cəbhəsi.- 2012.- 20 

dekabr.- S.14.

30

Tar ifaçısı

Musiqi.Opera.Balet



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə