Teqvim-2017. pdf



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə60/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   56   57   58   59   60   61   62   63   ...   200

125

Teatr. Kino

70 

illiyi

Vaqif Əsədov 

1947

APREL

Vaqif Firudin oğlu  Əsədov 1947-

ci il aprel ayının 5-də Naxçıvan 

şəhərində anadan olmuşdur. 1965-ci 

ildə Azərbaycan Dövlət İncəsənət İns-

titutunun aktyorluq fakültəsinə daxil 

olmuş, 1969-cu ildə oranı bitirmişdir. 

1981-ci ilə  qədər Naxçıvan Dövlət 

Musiqili Dram Teatrında aktyor kimi 

çalışmış, 1981-ci ildən isə teatrın re-

jissoru və baş rejissoru olmuşdur. 

 Rejissor kimi onun Naxçıvan teat-

rında hazırladığı “Medeya” tamaşası 

uğurlu tamaşa kimi vaxtı ilə Moskva 

televiziyası ilə nümayiş etdirilmişdir. 

O, C.Məmmədquluzadə adına Nax-

çıvan Dövlət Musiqili Dram Teatrı-

nın səhnəsində P.Messianinin “Sükut 

divarı” (1980), Ə.Əylislinin “Mənim 

nəğməkar bibim” (1984), “Qiymətli 

qafiyələr” (1985), Sofoklun “Elekt-

ra”, Y.O’Nilin “Qarağaclar altında 

məhəbbət” (1987); H.Cavid adına 

Naxçıvan Poeziya Teatrında “Azər”, 

“Mənim tanrım gözəllikdir, sevgidir”, 

“Yenə o bağ olaydı” əsərlərinə uğurlu 

quruluş vermiş və özünün fərdi üslu-

bunu formalaşdırmışdır.

Rejissor 1989-cu ildə C.Cabbarlı 

adına  İrəvan Dövlət Azərbaycan 

Dram Teatrında, həmin ildən də 

Azərbaycan Dövlət Gənc Tamaşaçı-

lar Teatrında quruluşçu rejissor kimi 

fəaliyyət göstərir. V.Əsədovun Dövlət 

Gənc Tamaşaçılar Teatrında hazırladı-

ğı İ.Coşğunun “Açıl, bənövşəm açıl”, 

A.Həsənzadənin “Mağara”, “Oxu bül-

bül” kimi əsərləri gənclərin sevdiyi ta-

maşalara çevrilmişdir.   

Vaqif Əsədov 1992-ci ildə Zəlimxan 

Yaqubun “Göyçə  dərdi” poemasına 

“Didərginlər” adı ilə, 1994-cü ildə Sü-

leyman Rəşidinin “Mənim Ərdəbilim” 

komediyasına, 1997-ci ildə  Şahin 

Cəbrayılovun “Sehrli alma” nağıl-

pyesinə, Hidayətin “Məhəbbət yaşayır 

hələ?!” pyesinə quruluş vermişdir. 

V.Əsədov aktyor kimi də bir çox 

yaddaqalan obrazlar yaratmışdır.

Eyni zamanda bir sıra irimiqyaslı, 

dövlət səviyyəli tədbirlərin quruluşçu 

rejissoru və ssenari müəllifi olmuşdur. 

Belə  tədbirlərdən görkəmli  ədiblər 

Cəlil Məmmədquluzadə  və Hüseyn 

Cavidin 120 illik yubileylərini, ümum-

milli lider Heydər  Əliyevin və oftal-

moloq alim Zərifə xanım  Əliyevanın 

80 illik yubileylərini, Xalq şairi Səməd 

Vurğunun 100 illik yubileyini, “Yeni 

teatr” gənc rejissorların ümumres-

publika festivalının açılış və bağlanış 

mərasimlərini qeyd etmək olar.

Vaqif  Əsədovun fəaliyyəti və ya-

radıcılığı dövlət tərəfindən yüksək 

qiymətləndirilmiş, o, 1986-cı ildə 

“Şərəf nişanı” ordeni ilə təltif edilmiş, 

1978-ci ildə “Əməkdar artist”, 2006-

cı ildə isə “Xalq artisti” fəxri adlarına 

layiq görülmüşdür.  

Rejissor 2

005-ci ildən Prezident 

təqaüdçüsüdir.



Ə d ə b i y y a t

Gənc Tamaşaçılar 

Teatrında “Məhv olmuş 

gündəliklər”: doqquz il 

sonra yeni quruluşda: 

Rejissorla müsahibə                          

/Vaqif Əsədov; müsah. 

apardı Reyhan İsayeva 

//Mədəniyyət.-2011.- 2 

sentyabr.- S.7.

İsayeva, R. “Qaraca 

qız” yeni quruluşda: 

rejissor, Xalq artisti Vaqif 

Əsədovun quruluş verdiyi 

eyniadlı tamaşa Gənc 

Tamaşaçılar Teatrında 

oynanıldı /Reyhan İsaye-

va //Mədəniyyət.- 2013.- 

6 fevral.- S.10.

5

Rejissor


126

Teatr.Kino

110 

illiyi

Fatma  Qədri 

1907-1968

APREL

Fatma Qədir qızı  Qədri 1907-cı il 

aprel ayının 14-də Rusiyanın Odessa 

şəhərində doğulmuşdur. On dörd ya-

şında ailəsi ilə Bakıya köçən Fatma 

Bakı Dövlət Teatr Texnikumuna da-

xil olmuşdur. Məktəbin ilk direktoru 

Şövkət Məmmədova ona analıq qayğı-

sı göstərmiş, A.Tuqanov, A.Muradov, 

V.Sladkonevsev kimi böyük təcrübəyə 

malik teatr xadimlərindən dərs almışdır. 

Teatr məktəbi ilə paralel Ali Qadın Pe-

daqoji  İnstitutunda da təhsilini davam 

etdirmişdir. 

Azərbaycanda ilk professional teatr 

təhsili görmüş qadın aktrisadır. 1923-

1926-cı illərdə Azərbaycan Teatr Tex-

nikumunun ilk buraxılışında aktyor dip-

lomu almışdır. Bakı Türk İşçi Teatrının 

məktub-tələbnaməsinə  əsasən həmin 

kollektivə təyinat almışdır. 1933-cü ilin 

yanvarında Türk İşçi Teatrı  ədalətsiz 

qərarla Gəncə  şəhərinə köçürülmüş, 

Fatma Qədri bir müddət orada işləmiş, 

1935-ci ilin payızından Bakıya qayıda-

raq ömrünün sonunadək Milli Dram Te-

atrında işləmişdir. 

Fatma xanım həm də pedaqoji 

fəaliyyətlə  məşğul olmuşdur. 1933-cü 

ildə Teatr Texnikumunda, Azərbaycan 

Dövlət Konservatoriyasında, 1946-

cı ildən isə Teatr İnstitutunda aktyor 

sənətindən dərs demişdir.  

Görkəmli səhnə xadimi Böyük 

Vətən müharibəsi illərində  hərbi hos-

pitallarda, xəstəxanalarda səhnəciklər 

təşkil etmişdir. Uzun illər hazırkı Bakı 

Dövlət Universitetində dram dərnəyinin 

rəhbəri olmuşdur.

Klassik və çağdaş milli dramatur-

giya nümunələrində yaratdığı obrazlar 

onun yaradıcılığında necə layiqli yer 

tutmuşsa, tərcümə  əsərlərində ifa etdi-

yi səhnə surətləri də bir o qədər dəyərli 

olmuşdur. Aktrisa Səməd Vurğunun 

“Vaqif” (Xuraman), “Fərhad və  Şirin” 

(Şirin və Məryəm), “İnsan” (Amaliya), 

Əbdürrəhim bəy Haqverdiyevin “Pəri 

Cadu” (Hafizə), “Köhnə dudman” (Baş 

hərəm), Cəfər Cabbarlının “Od gəlini” 

(Solmaz), “Aydın” (Gültəkin), Mirzə 

Fətəli Axundzadənin “Lənkəran xanının 

vəziri” (Şölə xanım), Sabit Rəhmanın 

“Xoşbəxtlər” (Reyhan), Mirzə  İbrahi-

movun “Kəndçi qızı” (Reyhan xanım), 

“Məhəbbət” (Məhəbbət), Mehdi Hü-

seynin “Cavanşir” (Zibeydə xatun), Ab-

dulla Şaiqin “Nüşabə” (Nüşabə), Süley-

man Rüstəmin “Qaçaq Nəbi” (Həcər), 

Vilyam  Şekspirin “Otello” (Emiliya), 

“Romeo və Culyetta” (Culyetta), “Kral 

Lir”, Onore de Balzakın “Ögey ana” 

(Polina), Aleksandr Şteynin “Şəxsi 

iş” (Aleksandra Xlebnikova), Lope de 

Veqanın “Rəqs müəllimi” (Felistiana) 

dramlarının quruluşlarında iştirak et-

mişdir. Yaratdığı Xuraman, Larisa, Ka-

terina obrazları  nəinki sabiq Sovetlər 

Birliyi  ərazisində, hətta dünyanın çox 

ölkələrində məşhur idi. 

F.Qədri aktyorluq nailiyyətlərinə 

görə 1936-cı il fevral ayının 1-də 

Azərbaycan Respublikasının “Əməkdar 

artist”, 17 iyun 1943-cü ildə “Xalq ar-

tisti” fəxri adlarına layiq görülmüşdür. 

“Qırmızı Əmək Bayrağı” və “Şərəf ni-

şanı” ordenləri ilə, həmçinin medallarla 

təltif edilmişdir. 

 Azərbaycan teatr sənətinin görkəmli 

xadimlərindən biri Fatma Qədir qızı 

Qədri 1968-ci il fevral ayının 29-da 

vəfat etmiş, Fəxri Xiyabanda dəfn olun-

muşdur.

Ə d ə b i y y a t

Abbaslı, T. Xalqın 

qədir-qiymətli qızı: Xalq 

artisti Fatma Qədir qızı 

Qədri /Tahir Abbaslı                   

//Mədəniyyət.- 2010.- 16 

aprel.- S.14. 

Fərəcov, S. Sənətin 

solmayan port-

reti /S.Fərəcov                                      

//Mədəniyyət.- 2012.- 16 

noyabr.- S. 12.

Oktay. Sükutun əbədiliyi: 

Azərbaycanda ilk 

professional teatr təhsili 

görmüş qadın-artist, 

Azərbaycanın Xalq artis-

ti Fatma Qədri haqqında 

/Oktay //Xalq cəbhəsi.-

2012.- 24 may.- S.13.

Rəhimli, İ. Fatma Qədri           

//Rəhimli İ. Azərbaycan 

teatr tarixi.- Bakı, 2005.- 

S.323-325.

Səhnəmizin ilk peşəkar 

aktrisası Fatma Qədri: 

Ciddi xarakterlər usta-

sı... //Azadlıq.-2012.- 14 

aprel.- S.14.

Təkləli, M. Fatma Qədri: 

Sərabdan başlanan uğur 

və məşəqqət yolu /Mina-

xanım Təkləli //Kaspi.- 

2013.- 4 aprel.- S.15.

14

Aktrisa



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə