Teqvim-2017. pdf



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə62/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   58   59   60   61   62   63   64   65   ...   200

129

Teatr.Kino

70

illiyi

Gülbəniz Əzimzadə 

1947-2006

APREL

Gülbəniz Yusif qızı Əzimzadə 1947-

ci il aprel ayının 26-da Bakıda, ziyalı 

ailəsində dünyaya göz açmışdır. Atası 

Yusif  Əzimzadə yazıçı, anası Gülnaz 

Salamova isə  rəssam idi. Erkən çağ-

larından  ədəbiyyata maraq göstərmiş, 

“Ulduz” jurnalında, “Молодежь 

Азербайджана” qəzetində maraqlı ya-

zıları  dərc olunmuşdur. Rəngkarlığa 

böyük həvəs göstərmiş, səkkizinci sin-

fi bitirdikdən sonra 1963-cü ildə Əzim 

Əzimzadə adına Dövlət Rəssamlıq 

Məktəbinə  qəbul olunmuş, 1968-

ci ilə  qədər təsviri sənətin sirlərinə 

yiyələnmişdir.

Gülbəniz  Əzimzadə  rəssamlıq və  

yazıçılıq istedadını kinoda birləşdirmək 

qərarına gəlmiş  və SSRİ Xalq artis-

ti  Ədil  İsgəndərovun rəhbərlik et-

diyi ikiillik aktyor kurslarına daxil 

olmuşdur. 1968-ci ildə C.Cabbarlı 

adına “Azərbaycanfilm” kinostudi-

yasında Həsən Seyidbəylinin “Bizim 

Cəbiş müəllim” bədii  filminin çəkiliş 

prosesində iştirak etmiş və beləliklə bu 

sənətə ürəkdən bağlanmışdır.

1969-cu ildə Gülbəniz xanım 

Moskvada Ümumittifaq Kinematoq-

rafiya  İnstitutunun kino rejissorluğu 

fakültəsinə, professor İ.Talankinin 

sinfinə  daxil olmuşdur.  Diplom işi isə 

R.İbrahimbəyovun ssenarisi əsasında 

çəkdiyi “Nəğmə  dərsi” qısametrajlı 

bədii filmi (“Ömrün səhifələri” kinoal-

manaxı) olmuşdur. 

1974-1998-ci illərdə “Azərbaycan-

film” kinostudiyasında quruluşçu-

rejissor işləmişdir. Filmləri bir sıra 

kinofestivallarda mükafatlara layiq gö-

rülmüşdür. Anarın “Dantenin yubileyi” 

povestini  müəlliflə birgə 1978-ci ildə 

ekranlaşdırmışdır. O, uzun illər Kine-

matoqrafçılar  İttifaqında uşaq kinosu 

bölməsinin müdiri olmuş, 1994-cü ildə 

“Sinema-lümyer” kino klubunu ya-

ratmış, bir çox maraqlı kinolayihələr 

həyata keçirmişdir. Azərbaycan Kine-

matoqrafçılar Birliyinin idarə heyətinin, 

Azərbaycan Kinorejissorlar Gildiyası-

nın təftiş komissiyasının üzvü seçilmiş-

dir.


G.Əzimzadəyə böyük uğur qa-

zandıran “Təkcə adanı özünlə apara 

bilməzsən” bədii   filmi bir sıra mükafat-

lara layiq görülmüş, 1982-ci ildə filmin 

yaradıcı heyətinə, o cümlədən rejissor 

Gülbəniz  Əzimzadəyə Azərbaycanın 

“Lenin komsomolu” mükafatı verilmiş-

dir.  


Bunlardan başqa, G.Əzimzadə “Qa-

ladan tapılan mücrü”, “Ötən ilin son 

gecəsi”, “İmtahan”, “Qətl günü” kimi 

maraqlı filmlərin də quruluşçu rejissoru-

dur. Onun “Müqəddəs oda yanaram” və 

Orxan Fikrətoğlunun ssenarisi əsasında 

çəkdiyi “Ümid” filmlərində Qarabağ 

müharibəsinin gətirdiyi faciələr və in-

sanın həyatda  öz yerini axtarması kimi 

mühüm mövzular öz əksini tapmışdır. 

2000-ci ildə Azərbaycan Respublika-

sının “Əməkdar incəsənət xadimi” fəxri 

adına layiq görülmüşdür.  

Gülbəniz  Əzimzadə 2006-cı il de-

kabr ayının 7-də vəfat etmişdir.

Ə d ə b i y y a t

Fərəcov, S. Yaratdığı 

ekran əsərləri onu 

yaşadır /S.Fərəcov                      

//Mədəniyyət.- 2014.- 6 

avqust.- S.14.

Günel. Film fondun-

da mərhum rejissor 

Gülbəniz Əzimzadənin 

65 illiyi qeyd edilib         

/Günel //525-ci qəzet.-

2012.- 14 aprel.- S.17.

Kazımzadə, A. 

Həyatını yaradıcılı-

ğa həsr edən qadın: 

Gülbəniz Əzimzadə 

- 65 /A.Kazımzadə                 

//Mədəniyyət.- 2012.-11 

aprel.-S.12.

Kazımzadə, A. “Qətl 

günü”nün rejissoru haq-

qında bilmədiklərimiz 

/A.Kazımzadə //Mədəni 

həyat.- 2015.- № 1.-

S.78; 81. 

26

Rejissor



130

Teatr.Kino

100 

illiyi

Məhluqə Sаdıqоvа 

1917-2003

APREL

Məhluqə  Ələsgər qızı Sadıqo-

va 1917-ci il aprel ayının 28-də 

Şuşa  şəhərində, sənətkar ailəsində 

anadan olmuşdur. Beş il 1 saylı  qız 

məktəbində oxumuşdur. 1930-cu ildə 

ailəsi Bakı  şəhərinə köçmüş  və o, 6 

saylı  məktəbdə yeddinci sinfi, 1936-cı 

ildə isə Bakı Tibb Texnikumunun diş 

texnikliyi fakültəsini bitirmişdir. 

Texnikumda təhsil almaqla yanaşı 

rəqs və dram dərnəklərində də məşğul 

olmuş  və Müslüm Maqomayev adına 

Azərbaycan Dövlət Filarmoniyasının 

Rəqs ansamblının üzvü kimi səhnəyə 

çıxmışdır. 1936-cı ildə Akademik Milli 

Dram Teatrına işə götürülmüşdür. Bu 

sənət məbədində ilk rolu “Şahnamə” 

əsərində Firuzə obrazı olmuşdur. 

Həvəskar aktrisa kimi səhnəyə  gəlişi 

sonralar ona böyük uğur gətirmişdir. 

Görkəmli sənət ustaları ilə ünsiyyəti, 

öyrənməyə can atması, aktyor sənətinin 

sirlərini rahat mənimsəməsi, müxtəlif 

rolları fərqləndirməyi bacarması, obra-

zı olduğu kimi canlandırması tezliklə 

onu həm kollektivə, həm də tamaşaçı-

lara sevdirmişdir. Aktrisa 54 il bu teatr-

da çalışmışdır. 

1992-ci ildə, Bakı Bələdiyyə Teatrı 

təzə yarananda  həmin teatrda fəaliyyət 

göstərməyə başlamışdır. 

Azərbaycan teatr məktəbinə xas 

olan yüksək peşəkarlıq, böyük emosi-

onal təsir gücü, zamanın ruhunu gözəl 

əks etdirmək bacarığı onun yaradıcı-

lığında öz parlaq ifadəsini tapmışdır.                                                                             

Aktrisa  Azərbaycanın böyük 

sənətkarlar nəslinin yaradıcılıq 

ənənələrinə həmişə sadiq qalmışdır.

Səhnəmizə Azərbaycan qadını-

nın sadə  və  təmkinli danışığını,  şi-

rin ləhcəsini gətirən Məhluqə Sadı-

qova XX əsr milli mədəniyyətimiz 

tarixində  məharətli bədii qiraət ustası 

kimi də yaxşı tanınmışdır. O, uzun illər 

Azərbaycan radiosunda “Bulaq” veri-

lişinin əvəzsiz aparıcısı olmuş, özünün 

dərin təsir gücünə malik, emosional 

və  bənzərsiz səsi sayəsində tükənməz 

xəzinə olan xalq yaradıcılığını 

Azərbaycan dinləyicisinə sevdirməsi 

ilə yaddaşlarda silinməz iz qoymuş-

dur. 40 ildən çox bu verilişin  əvəzsiz 

ifaçılarından biri olmuşdur. Məhluqə 

Sadıqovanın səsi ulu keçmişimizdən 

gəlirdi. Tərəf-müqabili Səməndər 

Rzayevlə birlikdə “Bulağ”ı  həqiqətən 

sevilən, həvəslə gözlənilən bir veriliş 

kimi təqdim edirdilər.  

Üslub və forma, məzmun və 

mahiyyət, estetik dəyər və psixoloji 

tutum baxımından bütün janrlarda ha-

zırlanmış tamaşalarda iştirak etmişdir. 

Aktrisa Sona, Gülüş, Yaxşı (“1905-ci 

ildə”, “Sevil”, “Almas”, C.Cabbarlı), 

Tərlan (“Həyat”, M.İbrahimov), İntizar 

(“Vəfa”, R.Rza), Zəhra (“Şeyx Sənan”, 

H.Cavid), Sonya (“Vanya dayı”, 

A.Çexov) və s. rollarda məharətlə  çı-

xış etmişdir. 

Məhluqə Sadıqova 1949-cu 

ildə Azərbaycan Respublikasının 

“Əməkdar artist”, 1978-ci ildə “Xalq 

artisti” fəxri adlarına layiq görülmüş, 

Azərbaycan Respublikası Prezidenti-

nin fərdi təqaüdçüsü olmuşdur.

Milli teatr sənətinin tanınmış 

nümayəndəsi,  lirik və xarakterik ob-

razların mahir ifaçısı Məhluqə Sadıqo-

va 2003-cü il avqust ayının 15-də Bakı 

şəhərində vəfat etmişdir.

   

Ə d ə b i y y a t

Xəlilzadə, F. Sənətdə keçən 

ömürlər: Şuşanın gözəlləri 

/F.Xəlilzadə //Azərbaycan.- 

2012.- 6 may.- S.10. 

Rəhimli, İ. Məhluqə 

Sadıqova //Rəhimli İ. 

Azərbaycan teatr tarixi.- 

Bakı, 2005.- S.342-343. 

Sadıqova Məhluqə              

//Azərbaycan Sovet En-

siklopediyası: 10 cilddə.- 

Bakı, 1984.- C.VIII.-   

S.256-257.

 

28

Aktrisa



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə