Teqvim-2017. pdf



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə64/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   60   61   62   63   64   65   66   67   ...   200

133

Milli Qəhrəmanlar 

50 

illiyi

Rizvan Teymurov 

1967-1991  

APREL

Rizvan Rəhman oğlu Teymurov 1967-

ci il aprel ayının 16-da Şuşa rayonunun 

Quşçular kəndində, ziyalı ailəsində 

anadan olmuşdur. 1984-cü ildə doğma 

kəndlərində orta məktəbi bitirmişdir. Bir 

il sovxozda işləmiş, 1985-ci ildə ordu sı-

ralarına çağırılmışdır.  Əsgəri xidmətini 

Omsk  şəhərində başa vurduqdan sonra 

vətənə qayıtmışdır. 1987-ci ildə Ru-

siyanın Arxangelsk vilayətinə getmiş, 

1990-cı ildə yenidən vətənə qayıdaraq 

iaşə xidməti sahəsində çalışmışdır. Şuşa 

rayon DİŞ-in Xüsusi Təyinatlı Polis 

Dəstəsi yarananda, dəstənin üzvlərindən 

biri də R.Teymurov olmuşdur. Bu dəstə 

Qaradağlı, Sırxavənd, Umudlu, Meşəli, 

Cəmilli kəndlərində erməni yaraqlıları-

na qarşı mübarizədə iştirak etmişdir. 

R.Teymurov Qarabağ torpağını qarış-

qarış gəzmişdi. O, Xankəndi, Kərkicahan 

ətrafındakı döyüşlərdə  rəşadətlə vuruş-

muşdu.

9 dekabr 1991-ci il... Bu tarix cəsur 



əsgərin son döyüşü olmuş, o, Xankəndi 

və  Kərkicahan  ətrafında gedən qanlı 

döyüşdə  qəhrəmancasına həlak olmuş-

dur. 


Rizvan Teymurov Şuşa  şəhərinin 

Quşçular kəndində dəfn olunmuşdur. 

Azərbaycan Respublikası Prezidenti-

nin 8 oktyabr 1992-ci il tarixli 264 saylı 

Fərmanı ilə Teymurov Rizvan Rəhman 

oğluna ölümündən sonra “Azərbaycanın 

Milli Qəhrəmanı” fəxri adı verilmişdir.

Bakının Nizami rayonundakı küçələr-

dən birinə  qəhrəmanın adı verilmişdir.  

Ə d ə b i y y a t 

Azərbaycan Respublikası Daxili işlər orqanlarının bir qrup əməkdaşına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: 

[Teymurov Rizvan Rəhman oğlu – starşina – Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin 

təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 8 oktyabr 

1992-ci il /Azərbaycan.- 1992.- 9 oktyabr.- S.1.- (ölümündən sonra).  

Əliyev, O. Teymurov Rizvan Rəhman oğlu //Əliyev O., Abbasov N. Heydər Əliyev və Azərbaycanın Milli Qəhrəmanları - Müqəddəs amal.- 

Bakı, 2015.- S.351.

Əsgərov, V. Teymurov Rizvan Rəhman oğlu //Əsgərov V. Azərbaycanın Milli Qəhrəmanları.- Sumqayıt, 2010.- S.274. 

Nazim, N. Teymurov Rizvan Rəhman oğlu: (1967-1991)  //Nazim N. İstiqlal ulduzları.- Bakı, 1995.- S.166-168. 

Seyidzadə, M. Teymurov Rizvan Rəhman oğlu //Seyidzadə M. Milli qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.216.

16

Milli Qəhrəman



134

Milli Qəhrəmanlar 

55 

illiyi

Rasim İbrahimov 

1962-1992  

APREL

Rasim Səxavət oğlu  İbrahimov 

1962-ci il aprel ayının 18-də Bakı şəhəri 

Əzizbəyov rayonunun Çilov adasında, 

neftçi ailəsində anadan olmuşdur. 1969-

cu ildə buradakı 131 saylı  məktəbin 

birinci sinfinə getmiş  və  səkkizinci 

sinifədək həmin məktəbdə təhsil almış-

dır. 

1977-ci ildə C.Naxçıvanski adına 



Hərbi məktəbə daxil olan R.İbrahimov 

1979-cu ilədək burada oxumuşdur. 

1983-cü ildə Almaniyaya hərbi xidmətə 

göndərilən Rasim İbrahimov 1988-ci ildə 

Bakıya qayıtmış, bir müddət Respubli-

ka Hərbi Komissarlığında çalışmışdır.

Sonra Ağsu rayon Hərbi Komissarının 

müavini vəzifasinə təyin edilmişdir. Bu-

rada işlədiyi müddətdə Baş Qərargahın 

Saratov  şəhərindəki 3 aylıq kursunda 

oxumuşdur. Vətənə qayıtdıqdan sonra 

Füzuli rayonunda hərbi komissarın mü-

avini kimi çalışmışdır.

Həmin vaxtlar erməni silah-

lı birləşmələri tez-tez Azərbaycanın 

sərhəd bölgələrinə hücüm edir, kəndləri, 

şəhərləri atəşə tuturdular. R.İbrahimov 

bu çətin, qarışıq vaxtda Füzuli rayonu-

nun cəsur oğulları ilə birlikdə könüllü 

özünümüdafiə taboru yaradır. Təcrübəli 

zabit olduğunu nəzərə alaraq onu tabora 

komandir təyin edirlər. Bu tabor Füzuli 

rayonunun kəndlərini mərdliklə qoru-

yurdu. Döyüşlərdə göstərdiyi  şücaətə 

görə Rasim İbrahimova mayor rütbəsi 

verilmişdir.

Tabor 1992-ci il 26 iyun tarixində Tuğ 

kəndi uğrunda döyüşlərdə onlarla erməni 

quldurunu məhv edərək digər dəstənin 

gəlib çatmamasından mühasirəyə dü-

şür. Cəsur komandir R.İbrahimov dö-

yüşçü dostlarını mühasirədən xilas 

edərkən özü düşmənin mühasirədə 

qalmış, ermənilərə  təslim olmayaraq 

“Azərbaycan zabiti heç vaxt düşmənə 

təslim olmayacaq!”- deyərək özünü 

qumbara ilə partlatmışdır. 

Bakı şəhərinin Şəhidlər Xiyabanında 

dəfn edilmişdir.

Ailəli idi. Bir qızı, bir oğlu var. Oğlu 

bu gün atasının yolunu davam etdirir. 

Azərbaycan Respublikası Prezi-

dentinin 16 sentyabr 1994-cü il tarixli 

203 saylı  Fərmanı ilə  İbrahimov Ra-

sim Səxavət oğluna ölümündən sonra 

“Azərbaycanın Milli Qəhrəmanı” fəxri 

adı verilmişdir. Vaxtilə təhsil aldığı 131 

saylı orta məktəb indi onun adını daşı-

yır. Çilov adasında abidəsi ucaldılmış, 

qəhrəmanın adına xatirə bağı salınmış-

dır.

Ə d ə b i y y a t 

Əliyev, O. İbrahimov Rasim Səxavət oğlu //Əliyev O., Abbasov N. Heydər Əliyev və Azərbaycanın Milli Qəhrəmanları - Müqəddəs amal.-

Bakı,2015.- S.238.

Əsgərov, V. İbrahimov Rasim Səxavət oğlu //Əsgərov V. Azərbaycanın Milli Qəhrəmanları.- Sumqayıt, 2010.- S.137-138.

Məhərrəmli, Z. Hər oğula qəhrəman demirlər: Azərbaycanın Milli Qəhrəmanı Rasim İbrahimov haqqında /Z.Məhərrəmli //Bakı.- 1996.- 

12 aprel. 

Piriyev, Q. Şəhid atası: Azərbaycanın Milli Qəhrəmanı Rasim İbrahimov, Firudin Mehdiyev, Arif Allahverdiyev haqqında /Q.Piriyev       

//Xalq qəzeti.- 2001.- 11 iyul.-S.5.

18

Milli Qəhrəman



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə