Teqvim-2017. pdf



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə65/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   61   62   63   64   65   66   67   68   ...   200

135

Milli Qəhrəmanlar 

45 

illiyi

Fariz Mədətov 

1972  

APREL

Fariz  Əlövsət oğlu Mədətov 1972-

ci il aprel ayının 18-də Yevlax rayonu-

nun Varvara kəndində anadan olmuşdur. 

1979-1989-cu illərdə burada təhsil al-

mışdır. Orta məktəbi bitirdikdən sonra 

Mingəçevir şəhərində sürücülük peşəsinə 

yiyələnmişdir. 1990-1992-ci illərdə hərbi 

xidmətdə olmuşdur. Almaniyanın Ordrul 

şəhərində  hərbi xidmətini başa vurduq-

dan sonra vətənə qayıtmışdır. Həmin  

zaman Qarabağ müharibəsi artıq başla-

mışdı. F.Mədətov torpaqlarımızı erməni 

işğalından azad etmək məqsədi ilə Milli 

Ordu sıralarında döyüşlərə girir.

İlk döyüşü 776 saylı Xüsusi Təyinatlı 

hərbi hissənin tərkibində Qubadlı rayo-

nunun Başarat kəndində olur. Kəşfiyyatçı 

kimi çox böyük uğur qazanır. Sonra onu 

Füzuli rayonuna göndərirlər. Yağlıvənd, 

Tuğ, Horadiz kəndlərində qaynar 

döyüşlərə atılır. Fariz bu döyüşlərdə əsl 

qəhrəmanlıq səhifələri yazır. Daha son-

ra Kəlbəcər və Goranboy rayonlarında 

döyüşlərə girir. Bu döyüşlərdə  də Fariz 

öz cəsarəti və qorxmazlığı ilə  fərqlənir. 

O, xeyli erməni yaraqlısını  şəxsən özü 

məhv edir. 

1994-cü il Tərtər rayonunun Tonaşen 

kəndi uğrunda gedən döyüşdə yarala-

nır. Bir müddət Mingəçevir hospitalın-

da müalicə olunduqdan sonra  yenidən 

cəbhəyə qayıdır. 1996-cı il ordudan tərxis 

olunur və Yevlax rayon Polis İdarəsində 

çalışmağa başlayır. Fariz 1998-ci ildə  

Polis Akademiyasına daxil olur 2003-cü 

ildə təhsilini başa vurur. 

O, Yevlax rayon Polis şöbəsində 

Post Patrul Xidmətinin taqım koman-

diri vəzifəsində  işləmişdir. Kapitan 

rütbəsinədək yüksələn F.Mədətov indi də 

polis  şöbəsinin Qeydiyyat və  Şəxsiyyət 

qrupunun inspektoru vəzifəsində çalışır.

Azərbaycan Respublikası Preziden-

tinin 4 aprel 1995-ci il tarixli 307 saylı 

Fərmanı ilə Mədətov Fariz Əlövsət oğlu 

“Azərbaycanın Milli Qəhrəmanı” fəxri 

adına layiq görülmüşdür.



Ə d ə b i y y a t 

Azərbaycan Respublikasının hərbi qulluqçularının və polis işçilərinin bir qrupuna “Azərbaycanın Milli Qəhrəmanı” dı verilməsi haqqın-

da: [Mədətov Fariz Əlövsət oğlu – Müdafiə Nazirliyi, sıravi – Azərbaycan Respublikasının Konstitusiya, dövlət quruluşunun müdafiəsi, 

onun müstəqilliyinin qorunub saxlanılması və dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı şəxsi qəhrəmanlıq və

şücaət göstərdiyinə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 4 aprel 1995-ci il //Azərbaycan.- 1995.- 5 aprel.

Əsgərov, V.Fariz Mədətov/“Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr). Bakı: “Dərələyəz-M”, 2010.-S. 186.

Əliyev, O. Mədətov Fariz Əlövsət oğlu //Əliyev O., Abbasov N. Heydər Əliyev və Azərbaycanın Milli Qəhrəmanları - Müqəddəs amal.-

Bakı, 2015.- S.269.

Mədətov Fariz Əlövsət oğlu //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya /Azərbaycan Milli Kitabxanası; tərt. ed. H.M.Həmidova.- 

B., 2008.- S.132.

18

Milli Qəhrəman


136

Milli Qəhrəmanlar 

65 

illiyi

Mikayıl Cəbrayılov 

1952-1990  

APREL

Mikayıl Əhmədiyyə oğlu Cəbrayılov 

1952-ci il aprel ayının 27-də  Şəki ra-

yonunun Oxut kəndində - Fransa par-

tizan hərəkatının  əfsanəvi döyüşçüsü 

Əhmədiyyə  Cəbrayılovun ailəsində 

anadan  olmuşdur. O, səkkizinci sinfə 

qədər doğulduğu kənddə oxumuş, sonra 

təhsilini Şəki şəhər 5 saylı fəhlə-gənclər 

məktəbində davam etdirmişdir. 

Əmək fəaliyyətinə  Şəki  İpək  İsteh-

salat Birliyində başlamışdır. 1971-ci 

ildə  Şəki  şəhər Daxili İşlər  şöbəsində 

milis nəfəri vəzifəsinə  təyin edilir. 

1976-cı ildə Milis məktəbinə oxumağa 

göndərilən M.Cəbrayılov 1978-ci ildə 

məktəbi müvəffəqiyyətlə bitirib, ley-

tenant rütbəsi alır və sahə müvəkkili 

vəzifəsinə təyin edilir. 

1990-cı il dekabrın 12-də baş leyte-

nant Mikayıl Cəbrayılov dörd nəfər po-

lis əməkdaşı ilə Qarabağa ezam olunur. 

Onlar Cəmilli kəndinin müdafiəsində 

iştirak etməli idilər. Bu o vaxt idi ki, 

erməni yaraqlıları Dağlıq Qarabağın 

azərbaycanlılar yaşayan kəndlərinə, 

eləcə  də digər Azərbaycan rayonlarına 

tez-tez hucum edir, dinc əhaliyə aman 

vermirdilər. Mikayıl dekabrın 15-də 

mühasirədə qalmış  Cəmilli kəndinin 

əhalisi üçün ayrılmış 4 ton taxılı 

gətirmək üçün 15 nəfər  əsgərlə Kosa-

lar kəndinə yola düşür. Cəmilli-Kosalar 

arasında ermənilər qəflətən hücuma ke-

çir. Snayper gülləsi bir polis serjantını 

yaralayır. Az sonra Mikayıl Cəbrayılov 

da çiynindən yara alır. O, maşından 

yerə atılıb, yoldaşlarının həyatını xi-

las etmək üçün düşmənlə ölüm-dirim 

mübarizəsinə girir. Kənd sakinlərinə 

döyüş meydanını tərk etməyi əmr edən 

Mikayıl quldurlarla təkbətək qalır. Baş 

leytenant ermənilərin hucumunun qar-

şısını  qəhrəmanlıqla alsa da, son anda 

döyüş meydanında həlak olur. 

Ölümündən sonra “Qırmızı Ulduz” 

ordeni ilə təltif edilmişdir. 

Azərbaycan Respublikası Prezi-

dentinin 6 iyun 1992-ci il tarixli 831 

saylı  Fərmanı ilə  Cəbrayılov Mikayıl 

Əhmədiyyə  oğluna ölümündən sonra 

“Azərbaycanın Milli Qəhrəmanı” fəxri 

adı verilmişdir.

Şəki rayonunun Oxut kəndində dəfn 

edilmişdir. Adına  Şəki  şəhərində küçə 

var. Həlak olduğu kənd onun adını da-

şıyır. 

Ə d ə b i y y a t

Azərbaycan Respublikası Daxili işlər orqanlarının bir qrur əməkdaşına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: 

[Cəbrayılov Mikayıl Əhmədiyyə oğlu-Şəki ŞDİŞ sahə inspektoru, milis baş leytenantı-Azərbaycan Respublikasının suverenliyi və ərazi 

bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə]: Azərbaycan 

Respublikası Prezidentinin Fərmanı, 6 iyun 1992-ci il //Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı.-1992.-№13.-S.24.- (ölümündən 

sonra). 

Cəmilzadə, H. Cəbrayılov Mikayıl Əhmədiyyə oğlu //Cəmilzadə H. Azərbaycanın ilk Milli Qəhrəmanları.- Bakı, 1993.- S. 59-66. 

Əliyev, O. Cəbrayılov Mikayıl Əhmədiyyə oğlu //Əliyev O., Abbasov N. Heydər Əliyev və Azərbaycanın Milli Qəhrəmanları - Müqəddəs 

amal.- Bakı, 2015.- S.177. 

Əsgərov, V. Cəbrayılov Mikayıl Əhmədiyyə oğlu //Əsgərov, V. Azərbaycanın Milli Qəhrəmanları.- Sumqayıt, 2010.-S.58-59.  

Məhərrəmova, T. Əfsanəvi partizanın igid oğlu /T.Məhərrəmova //Kaspi.-2015.-29 aprel.- S.10.

27

Milli Qəhrəman



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə