Teqvim-2017. pdf


Mədəniyyət.Maarif.Təhsil Məmmədhüseyn Təhmasib



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə66/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   62   63   64   65   66   67   68   69   ...   200

137

Mədəniyyət.Maarif.Təhsil

Məmmədhüseyn Təhmasib 

1907-1982 

APREL

Məmmədhüseyn Abbasqulu oğlu 

Təhmasib 1907-ci il aprel ayının 12-

də Naxçıvan şəhərində anadan olmuş-

dur.  İbtidai təhsilini Naxçıvanda alan 

Təhmasib 1923-1927-ci illərdə Bakı 

Pedaqoji Texnikumunda oxumuş-

dur. Təhsilini başa vurduqdan sonra 

ilk  əmək fəaliyyətini Naxçıvan  şəhər 

orta məktəbində başlamışdır. Dörd 

il müəllim işlədikdən sonra 1930-cu 

ildə  Azərbaycan Pedaqoji İnstitutu-

nun dil və ədəbiyyat fakültəsinə daxil 

olmuş, 1933-cü idə oranı bitirmişdir. 

1933-1936-cı illərdə əmək fəaliyyətini 

Kürdəmir, Əlibayramlı (indiki Şirvan), 

Göyçay  şəhər maarif şöbələrində me-

todist kimi davam edən M.Təhmasib, 

1939-1951-ci illərdə ADU-nun filologi-

ya fakültəsində baş müəllim işləmişdir. 

1944-cü ildən ömrünün sonunadək 

Azərbaycan EA-nın Dil və Ədəbiyyat 

İnstitutunda Xalq yaradıcılığı şöbəsinin 

elmi  əməkdaşı, sonra isə  şöbə müdiri 

kimi çalışmışdır. M.Təhmasib 1939-cu 

ildən Azərbaycan Yazıçılar Birliyinin  

üzvü olmuşdur.

1946-cı ildə “Xalq ədəbiyyatımızda 

mövsüm və mərasim nəğmələri” möv-

zusunda namizədlik, 1965-ci ildə 

“Azərbaycan xalq dastanları” möv-

zusunda doktorluq dissertasiyalarını 

müdafiə etmişdir. 1970-ci ildə profes-

sor elmi rütbəsini almışdır.

Ədəbi yaradıcılığa 1934-cü ildən 

başlamışdır. 30-cu illərin sonları, 40-

cı illərin  əvvəllərindən başlayaraq 

“Məmmədhüseyn Təhmasib” imzası 

elmi və ədəbi orqanlarda ciddi və san-

ballı  məqalələrin müəllifi kimi tanın-

mışdır.

 “Qaçaq Nəbi” ssenarisi 1938-ci ildə 



“İnqilab və mədəniyyət” jurnalında çap 

edilmişdir. Müharibə illərində  qələmə 

aldığı “Əfsanəvi quşlar”, “Azərbaycan 

ədəbiyyatında div surəti” kimi dərin 

elmi məqalələr alimin elmi nüfuzu-

nun artmasında mühüm rol oynamış-

dır. Təqribən iyirmi beş il ərzində o, 

yüzdən yuxarı  aşığın repertuarındakı 

“Koroğlu” qollarını yazıya almışdır. 

1960-cı ildə  Təhmasibin ssenari-

si  əsasında “Bir qalanın sirri”, “Onu 

bağışlamaq olarmı?” adlı  filmlər 

çəkilmişdir. 1938-ci ildə “Bahar”, 

1941-ci ildə “Aslan yatağı”, 1951-ci 

ildə “Çiçəklənən arzular”, 1956-cı ildə 

“Hind nağılı” və b. pyes-nağılları res-

publikanın teatr səhnələrində tamaşaya 

qoyulmuşdur. 

“Kitabi-Dədə Qorqud” dastanının 

elm aləmində tanınmasında da böyük 

xidmətləri olmuşdur.

1967-ci ildə Azərbaycan Respub-

likası Ali Soveti Rəyasət Heyətinin 

Fəxri Fərmanı ilə, 1977-ci ildə “Əmək 

veteranı” və digər medallarla təltif 

olunmuşdur.

Məhəmmədhüseyn Təhmasib 1982-

ci il oktyabr ayının 5-də Bakı şəhərində 

vəfat etmişdir.

20

12

Ə d ə b i y y a t 

Seçilmiş əsərləri: 2 cilddə 

/M.Təhmasib; red.hey.: 

K.Abdullayev (elmi red.) və 

b.; tərt.: M.Cəfərli, A.Hacılı, 

E.Şükürlü; Azərb.Resp, 

Təhsil Nazirliyi, Bakı Slav-

yan Un-ti.-Bakı: Mütərcim, 

2010.- C.1.- 487 s. 

Seçilmış əsərləri: 2 cilddə 

/M.Təhmasib; elmi red. 

K.Abdullayev; Azərb.

Resp.Təhsil Nazirliyi, Bakı 

Slqavyan Un-ti.- Bakı: 

Kitab aləmi, 2011.- C.2. 

Azərbaycan Xalq dastanları: 

Orta əsrlər.- 438 [1] s.

Allahmanlı, M. Yaşayan 

Məmmədhüseyn Təhmasib 

/M.Allahmanlı //Kredo.- 

2012.- 10 mart.- S.5.

Qasımlı, M. Məmmədhüseyn 

Təhmasib: Elm yol-

larında /M.Qasımlı                                           

//Ədəbiyyat məcmuəsi: 

Nizami ad. Ədəbiyyat İns-

titutunun Əsərləri.- 2013.- 

C.XXIV.- S.187-190.

Orucqızı, X. Novruz bayra-

mı M.H.Təhmasibin araş-

dırmalarında /X.Orucqızı              

//Təzadlar.- 2013.-14 mart.- 

S.13; 16 mart.- S.11.

20

110 

illiyi

Ədəbiyyatşünas



138

Ə d ə b i y y a t 

Akademik Həbibula Əmirxanovun 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirildı //Elm.-2007.-30 aprel.-S.16. 

Əmirxanov Həbibulla İbrahim oğlu //Azərbaycan Sovet Ensiklopediyası.- Bakı, 1980.- C.IV.- S.205.

Akademik

Həbibulla Əmirxanov 

1907-1986  

  Həbibulla İbrahim oğlu Əmirxanov 

1907-ci il aprel ayının 28-də Dağıstanın 

Qunib rayonunun Qaradağ  kəndində  

doğulmuşdur. 1925-ci ildə Bakıya köç-

müş  və Bakı Dövlət Universitetinin 

fizika-riyaziyyat fakültəsinə daxil ol-

muşdur. Universiteti bitirdikdən sonra 

Azərbaycan Sənaye  İnstitutunun Fizi-

ka kafedrası ilə yanaşı, SSRİ Elmlər 

Akademiyasının Zaqafqaziya filialının 

Azərbaycan bölməsinin Fizika sekto-

runda çalışmışdır. 

Azərbaycan Elmlər Akademiyası-

nın təşkilinin fəal iştirakçılarından olan 

Həbibulla  Əmirxanov, 1939-cu ildən 

1944-cü ilə  qədər Azərbaycan Elmlər 

Akademiyasının Fizika bölməsinin ilk 

rəhbəri, 1944-1947-ci illərdə Fizika 

İnstitutunun, 1947-1950-ci illərdə Fizi-

ka və Riyaziyyat İnstitutunun ilk direk-

toru olmuşdur.

1949-cu  ildən Azərbaycan SSR 

Elmlər Akademiyasının akademi-

ki olan H.Əmirxanovun neft fizikası, 

yarımkeçiricilər, geofizika və  fiziki 

termodinamika sahəsində  tədqiqatları, 

istilik tutumunu və istilikkeçirməni 

ölçmək üçün yüksək dəqiqliyi ilə 

fərqlənən cihazları elmi dairələrdə 

yüksək qiymətləndirilmişdir.

1950-ci ildən SSRİ Elmlər Aka-

demiyasının Dağıstan  filialının sədri 

işləmişdir.

Ümumittifaq “Bilik” cəmiyyətinin 

Dağıstan MSSR bölməsinin sədri, 

RSFSR Ali Sovetinin 8-10-cu çağırış 

üzrə deputatı seçilmişdir.  

H.Əmirxanov 1942-ci ildə fizika ri-

yaziyat elmləri doktoru, 1970-ci ildə 

SSRİ Elmlər Akademiyasının üzvü ol-

muşdur.


Akademik RSFSR, Azərbaycan SSR 

və Dağıstan MSSR-in “Əməkdar elm 

xadimi” fəxri adlarına layiq görülmüş-

dür.  “Lenin” , “Oktyabr İnqilabı” , 3 

dəfə “Qırmızı Əmək Bayrağı” ordenləri 

ilə, təltif olunmuşdur.

Həbibulla  Əmirxanov 1986-cı ildə 

vəfat etmişdir.



110 

illiyi

Riyaziyyat. Fizika. Astronomiya

28

APREL


Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə