Teqvim-2017. pdf



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə67/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   63   64   65   66   67   68   69   70   ...   200

139

85 

illiyi

Nadir Seyidov 

1932-2015

APREL

28

Kimya.Biologiya.Tibb

Ə d ə b i y y a t

Azərbaycan alimlərinin 

1941-1945-ci illərdə Böyük 

Vətən müharibəsində 

qələbənin əldə edilməsinə 

verdikləri elmi töhfələr: 

Alman faşizmi üzərində 

Qələbənin 65 illik 

yubileyinə həsr olunur 

/N.Seyidov //Elm.- 2010.- 

21 aprel.- S.7.

Nadir Mir-İbrahim oğlu Se-

yidov: biblioqrafik göstərici 

/AMEA, Y. H.Məmmədəliyev 

ad. Neft-Kimya Prosesləri 

İn-tu, Mərkəzi Elmi Kitab-

xana; tərt. G.Q. Abbaso-

va, V. X. Mirzəyeva; red. 

V.M.Abbasov, A.H. Əzizov, 

H.C.İbrahimov.-Bakı: Elm, 

2014.-162, [2] s.

Əzizov, A. Ömrün müdrik-

lik zirvəsində: Akademik 

Nadir Seyidov-80 /A.Əzizov           

//Elm.-2012.- 5 iyun.- S.13.

Görkəmli akademik Nadir 

Seyidov son mənzilə yola 

salınıb //Azərbaycan.-

2015.- 7 oktyabr.- S.9.

İ n t e r n e t d ə

www.anl.az/down/me-

qale/azerbaycan/2015/

oktyabr/457808.htm

www.anl.az/down/me-

qale/azerbaycan/2015/

oktyabr/457605.htm

Akademik

Nadir Mir-İbrahim oğlu Seyidov 

1932-ci il aprel ayının 28-də Nax-

çıvan  şəhərində anadan olmuşdur.  

İlk təhsilini 1938-1948-ci illərdə 

Naxçıvan  şəhərindəki 1 saylı  oğlan 

orta məktəbində almış, 1950-ci ildə 

Azərbaycan Dövlət Universitetinin 

kimya fakültəsinə daxil olmuşdur.

1957-ci ildə Azərbaycan EA-nın 

Neft İnstitutunun  aspiranturasına qəbul 

olunmuş, 1960-cı ildə namizədlik, 

1969-cu ildə isə doktorluq dissertasi-

yalarını müdafiə etmişdir. 1971-ci ildə 

professor elmi rütbəsini almışdır.  

Əmək fəaliyyətinə 1955-ci ildən 

etibarən Ümumittifaq Elmi Tədqiqat 

Olefinlər  İnstitutunda başlayan Nadir 

Seyidov 1961-ci ilədək laborant, kiçik 

elmi işçi, bölmə  rəhbəri və  şöbə mü-

diri, 1961-1992-ci illərdə institutun 

“Elastomerlər” laboratoriyasının mü-

diri, 1992-1994-cü illərdə “Elastomer” 

kiçik müəssisəsinin direktoru, 1995-

1997-ci illərdə Elmi İstehsalat Olefinlər 

İnstitutunun elmi işlər üzrə direktor 

müavini vəzifələrində çalışmış,  1997-

2008-ci illərdə isə Azərbaycan Milli 

Elmlər Akademiyasının Neft-Kimya 

Prosesləri İnstitutunda işləmişdir.  

1989-cu ildə N.M.Seyidov yüksək 

molekullu birləşmələr ixtisası üzrə 

AEA-nın müxbir üzvü, 2001-ci ildə isə 

həqiqi üzvü seçilmişdir. 

Yüksəkixtisaslı mütəxəssis olan 

N.M.Seyidov yüksək molekullu 

birləşmələr sahəsində özünəməxsus 

istiqamət yaratmaqla, bu məktəbin 

əsasını qoymuşdur. 400-dən çox 

elmi məqalənin,  о cümlədən 4 mo-

noqrafiya, 100-dən çox müəlliflik

 

şəhadətnaməsinin, 16 xarici paten-



tin müəllifidir.  Onun rəhbərliyi ilə 4 

elmlər doktoru, 40-a yaxın tədqiqatçı 

elmlər namizədi alimlik dərəcəsi al-

mışdır.  О, uzun illər respublikamızın 

bir sıra ali məktəblərində, о cümlədən, 

Azərbaycan Dövlət Neft Akademiya-

sında (indiki Azərbaycan Dövlət Neft 

və  Sənaye Universiteti), Bakı Dövlət 

Universitetində pedaqoji fəaliyyətlə 

məşğul olmuşdur. O, 1997-ci ildə 

Beynəlxalq Energetika və Ekologiya 

Akademiyasının həqiqi üzvü seçilmiş-

dir. “Şərəf nişanı” ordeni, “Neft Ema-

lı  və Neft-Kimya Nazirliyinin əlaçısı 

“döş nişanı, Xalq Təsərrüfatı Nailiyyəti 

Sərgisinin 2 medalı, AMEA-nın Fəxri 

Fərmanı ilə mükafatlandırılmışdır. 

2002-ci ildə N.M.Seyidov Amerika 

Bioqrafiya  İnstitutunun “Cəmiyyətin 

tərəqqisi naminə” təsis olunmuş  qı-

zıl  “Amerika Şöhrət medalı”na layiq 

görülmüşdür.  2004-cü ildə  “Şöhrət” 

ordeni ilə  təltif edilmiş, 2009-cu ildə 

“Əməkdar elm xadimi” fəxri adına la-

yiq görülmüşdür.

2012-ci ildən Prezident təqaüdçüsü 

idi.

Nadir Mir-İbrahim oğlu Seyidov 



2015-ci il oktyabr ayının 5-də, ömrü-

nün 84-cü ilində vəfat etmişdir. 




140

Tarixdə bu gün 

Beynəlxalq Uşaq Kitabı Günü 

1953

APREL

Beynəlxalq Uşaq Kitab Gününün bu 

tarixdə qeyd olunmasını alman yazıçı-

sı Yella Lepman təklif etmişdir. Uşaq 

ədəbiyyatı gününün məhz bu tarixə 

təsadüf etməsinin maraqlı bir tarixçəsi 

vardır. Məşhur nağılçı Hans Xristian 

Andersen 1805-ci il aprelin 2-də anadan 

olmuşdur. 1953-cü ildə Yella Lepman 

uşaq ədəbiyyatı üzrə “balaca nobel mü-

kafatının” - “Hans Xristian Andersen” 

mükafatının təsis edilməsini təklif et-

mişdir.

1967-ci ildə Beynəlxalq Uşaq Kitab-



ları  Şurası (International Board on Bo-

oks for Young People-IBBY)  tərəfindən 

isə Danimarka yazıçısı, uşaqların sevim-

lisi Hans Xristian Andersenin dünyaya 

gəldiyi gün - aprelin 2-si Beynəlxalq 

Uşaq Kitabı Günü kimi təsis edilmişdir. 

Ümumiyyətlə, uşaq kitablarının ta-

rixi 1477-ci ildən, antik yunan müəllifi 

Ezopun mahnılarının yazılı kitab 

şəklində çap edilməsiylə başlayır. 1658-

ci ildə çex maarifçisi və pedaqoqu Ko-

menski uşaqlar üçün dünyanı anlatmaq 

məqsədiylə  rəsmlərin yer aldığı kitab 

nəşr etdirib. XVIII əsrdə  uşaqlara öz 

zövqlərinə görə kitab seçmək imkanı ya-

ranmağa başlayıb. D.Defo və C.Sviftin 

“böyüklər” üçün yazılmış “Robinzon 

Kruzo” (1719) və “Qulliverin səyahəti” 

romanları ideal formada uşaqların oxu 

dairəsinə adaptasiya olunub. Şərqdə 

“Min bir gecə”, “Ələddin”, “Əli-Baba 

və  qırx quldur”, “Sindibadın yeddi 

səyahəti” nağılları da qeyd olunmalıdır. 

Qrim qardaşlarının nağıllar kitabı bu ba-

xımdan diqqəti cəlb edir. 1846-cı ildən 

başlayaraq H.X.Andersenin qələmə 

aldığı nağılları  uşaqlar bu gün də çox 

sevirlər. Müəlliflərin və kitabların adı-

nı çox sadalamaq olar. XIX əsri uşaq 

ədəbiyyatının “qızıl  əsri” sayanlar da 

çoxdur. XIX-XX əsrlər Azərbaycanda 

da uşaq  ədəbiyyatının inkişafı ilə 

xarakterizə olunur.

1953-cü ildən etibarən məşhur nağıl-

çının adını daşıyan bu mükafat dünya 

uşaq ədəbiyyatının ən maraqlı incilərinin 

müəlliflərinə, dünyanın 20 ölkəsindən 

23 yazıçı  və  uşaq kitabları üçün rəsmi 

çəkən 17 illüstrasiyaçı - rəssama təqdim 

olunub. İlk dəfə bu, 1956-cı ildə ingilis 

nağılçısı Eleanor Fardkona, 1958-ci ildə 

isə isveç yazıçısı Astrid Lindqrenə veri-

lib. Sonra bu sırada alman yazıçısı Erix 

Keçtner, Ceyms Kryuss, italyan Canni 

Rodarı və başqalarının adı yer almışdır.  

Bu tarix cəmiyyətin diqqətini uşaq 

ədəbiyyatına, onun problemlərinə  cəlb 

etmək üçün təsis edilmişdir.

Beynəlxalq Uşaq Kitabı Günü ölkə-

mizdə  də özünəməxsus  şəkildə qeyd 

olunur. Hər il İçərişəhərdə bununla bağlı 

müxtəlif rəsm və kitab sərgiləri keçiri-

lir.

Statistikaya görə isə Azərbaycanda 



4313 kitabxanadan 104-ü uşaq kitabxa-

nasıdır.  

F.Köçərli adına Respublika Uşaq 

Kitabxanası respublikada fəaliyyət 

göstərən bütün uşaq kitabxanaları üzrə 

elmi metodik mərkəz sayılır. 



Ə d ə b i y y a t

Azəri, L. Uşaqların 

kitab bayramı /L.Azəri 

//Mədəniyyət.- 2013.- 3 

aprel.- S.5.

Gülər. Beynəlxalq 

Uşaq Kitabı Günü qeyd 

olundu: Firudin Köçərli 

adına Respublika Uşaq 

Kitabxanasında /Gülər              

//Mədəniyyət.- 2012.- 4 

aprel.-S.5.

Hüseynov, F. Beynəlxalq 

Uşaq Kitabı Günü 

sərgi ilə qeyd olu-

nub /F.Hüseynov                   

//Mədəniyyət.- 2015.- 3 

aprel.- S.4.

“Kitab nəsillərin 

vəsiyyətidir”: [Zaqatala 

rayon Mərkəzi Kitabxa-

nasında eyniadlı möv-

zuda konfrans keçirilib]     

//Mədəniyyət.- 2015.- 10 

aprel.- S.13.

Mehparə. “Uşaq 

ədəbiyyatımızda yeni ya-

zarlar nəsli yetişməlidir: 

Beynəlxalq Uşaq Kitabı 

Günüdür /Mehparə        

//Mədəniyyət.- 2012.- 30 

mart.- S.15.

Tofiqli, N. Uşaqların 

kitab günü /N.Tofiqli      

//Bakı təhsili.- 2010.- 2 

aprel.- S.3.

2


Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə