Teqvim-2017. pdf


Tarixdə bu gün  Kəlbəcər rayonunun işğalı günü



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə68/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   64   65   66   67   68   69   70   71   ...   200

141

Tarixdə bu gün 

Kəlbəcər rayonunun işğalı günü 

1993

Kəlbəcər rayonu 1993-cü il aprel ayının 2-də 

Ermənistan təcavüzkar qüvvələri tərəfindən işğal 

olunmuşdur. Kəlbəcər rayonunun ərazisi 3054 

km²,  əhalisinin sayı isə 85228 nəfərdir. Rayon 

sakinləri hazırda Azərbaycanın 59 bölgəsində 

məskunlaşmışlar.

Kəlbəcərin işğalı nəticəsində 511 nəfər həlak ol-

muş, 321 nəfər itkin düşmüş və girov götürülmüş-

dür, rayona 761 milyon ABŞ dolları  məbləğində 

ziyan dəymişdir. Ermənistan hərbi birləşmələrinin 

martın 27-də başlanan genişmiqyaslı hücumu 

Kəlbəcər rayonunun işğalı ilə başa çatmışdır. 

Kəlbəcər Azərbaycanın işğal olunmuş rayonları 

arasında  ərazicə  ən böyüyüdür. İşğal nəticəsində 

rayon mərkəzi, 150-ə yaxın kənd, həmçinin on-

larla tarixi-mədəniyyət abidəsi, bir muzey, “İsti-

su” sanatoriyası və s. Ermənistan silahlı qüvvələri 

tərəfindən məhv edilmişdir. Kəlbəcər rayonunun 

işğalı Qarabağ müharibəsində Azərbaycanın  ən 

böyük hərbi-strateji məğlubiyyəti idi. Kəlbəcərin 

süqutu ermənilərin sonrakı  işğalçılıq  planlarının 

həyata keçməsinə - Azərbaycanın ayrılmaz, əzəli 

torpağı olan Dağlıq Qarabağ və onun ətrafındakı 

digər rayonların - Ağdam, Cəbrayıl, Füzuli, Qubad-

lı və Zəngilanın, ümumən 17 min kvadratkilometr 

ərazidə ən məhsuldar torpaqlarımızın Ermənistan 

silahlı qüvvələri tərəfindən zəbt olunmasına 

şərait yaratmışdır. Dağlıq Qarabağın Ermənistana 

birləşdirilməsi faktiki olaraq başa çatmışdır.

Kəlbəcərin işğalından sonra 3205 saylı iclas-

da BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə 

qəbul etmiş, qətnamədə bütün işğalçı qüvvələrin 

Kəlbəcər və Azərbaycanın digər işğal 

olunmuş ra-

yonlarından dərhal çıxarılması tələb olunmuşdur. 

Lakin indiyədək həmin qətnamədən irəli gələn 

heş bir öhdəlik yerinə yetirilməmişdir. Sonr

adan 

BMT Təhlükəsizlik  Şurasının Ağdam rayonunun 



azad edilməsi ilə bağlı 854-cü, Füzuli rayonu-

nun azad edilməsi ilə bağlı 874-cü və digər işğal 

edilmiş rayonların azad edilməsi ilə bağlı 884-cü 

qətnamələri qəbul edilmiş, lakin həmin qətnamələr 

kağız üzərində qalmaqdadır. BMT-nin və ATƏT-in 

prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər ra-

yonu ərazisində ermənilərin məskunlaşdırılmasına 

başlanılmışdır. Ermənistan beynəlxalq sənədlərdə 

təsbit olunmuş müddəaları kobudcasına pozaraq, 

bütün dünyanın gözü qarşısında Azərbaycanın 

bənzərsiz mədəni sərvətlərini talamaqda, kütləvi 

şəkildə məhv etməkdə davam edir. 

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 

1988-ci ildə Ermənistanın Azərbaycana qarşı 

ərazi iddiası irəli sürməsi zəminində yaranmışdır. 

Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağ-

lıq Qarabağ ərazisi və bu əraziyə daxil olan yeddi 

rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altın-

dadır. 1994-cü ildə  tərəflər atəşkəs rejiminə dair 

razılaşma  əldə etmiş  və o vaxtdan bəri ATƏT-in 

Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa 

və ABŞ-ın həmsədrliyi ilə  hələ  də  nəticəsiz sülh 

danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ 

və ətraf rayonların azad edilməsinə dair qəbul et-

diyi dörd qətnaməni Ermənistan bu günə  qədər 

yerinə yetirməmişdir.

Ermənistanın yürütdüyü bu işğalçılıq və 

terrorçuluq siyasəti uzun illərdən bəri dünya 

ictimaiyyətinin gözü qarşısında baş verir. Halbuki, 

beynəlxalq hüququn normalarına və prinsiplərinə 

əsasən dövlətlərin sərhədlərinin toxunulmazlığına 

hörmət edilməli, ərazi bütövlüyünün, suverenliyin 

pozulmasına yol verilməməlidir. 



www. kelbecer-ih.gov.az

APREL

2

Ərazisi: 3054 km²

Əhalisi: 85 228 


142

Tarixdə bu gün 

Аzərbаycаn Kitаbхаnа İşçilərinin I Qurultаyı 

1962

     

APREL

11

1962-ci il aprel ayının 11-də M.Maqomayev 

adına Azərbaycan Dövlət Filarmoniyasında 

Azərbaycan Kitabxana İşçilərinin I Qurultayı ke-

çirilmişdir. Qurultayda Azərbaycan KP MK-nın 

təbliğat və  təşviqat  şöbəsinin müdiri M.Qazıyev,  

Azərbaycanın görkəmli kitabxanaşünas-biblioqraf 

alimlərindən A.A.Xələvof,  Ə.Xələfov və res-

publikanın digər tanınmış kitabxanaçıları  iştirak 

etmişlər.

Qurultayın gündəliyində “Sov.İKP-nın XXII qu-

rultayının qərarları ilə əlaqədar olaraq Azərbaycan 

kitabxana işçilərinin vəzifələri haqqında” mövzusu 

dururdu. Qurultayda kitabxanaların işini daha da 

yaxşılaşdırmaq, müasir insanın hərtərəfli tərbiyə 

olunmasında kitabxanaların rolunu yüksəltmək 

üçün yollar müzakirə olunmuşdur. 

Qurultay Azərbaycan KP MK-nın Təbliğat 

və  təşviqat  şöbəsinin müdiri M.Qazıyevin nitqi 

ilə açılmışdı. M.Qazıyev öz çıxışında respublika 

kitabxanalarının Sov. İKP MK-nın “Ölkədə ki-

tabxana işinin vəziyyəti və onu yaxşılaşdırmaq 

tədbirləri haqqında” qərarını yerinə yetirdiyini və 

zəhmətkeşlərin mənəvi tərbiyəsi sahəsində xeyli 

iş görüldüyü barədə danışmış, eləcə  də kitabxa-

naların iş səviyyəsi xeyli yüksəldiyini, oxucuların 

sayının artdığını, kitabxanaların maddi-texniki ba-

zasının möhkəmlənmdiyini qeyd etmişdir.  

Digər çıxışçı - Azərbaycan SSR Mədəniyyət 

naziri A.Bayramov “Partiyanın XXII qurultayının 

qərarları ilə əlaqədar olaraq Respublika  kitabxana 

işçilərinin vəzifələri haqqında” adlı məruzə etmiş-

dir. Məruzəçi Azərbaycanda kitabxanaçılığın xeyli 

inkişaf etdiyinə dair parlaq misallar gətirmişdir. O, 

qeyd etmişdir ki, Sovet hakimiyyəti illərində res-

publikada həyata keçirilmiş mədəni inqilabın gözəl 

təzahürlərindən biri də, əhalinin hər yüz nəfəri he-

sabına kitabxanalarda olan kitabların sayına görə 

respublikamız nəinki qonşuluqdakı Türkiyəni, 

hətta bir sıra Qərb ölkələrini də ötüb keçmişdir. 

Qurultay yeni insan tərbiyəsi uğrunda fəal 

mübarizə aparan kitabxana işçilərinin tərkibini 

yaxşılaşdırmaq məsələsinə də diqqəti cəlb etmiş-

dir. Naxçıvan MSSR Mədəniyyət naziri Z.Əliyev, 

Respublika Elmlər Akademiyası Əsas Kitabxana-

sının direktoru N.Axundov, Azərbaycan Dövlət 

Universitetinin Kitabxanaçılıq və biblioqrafiya 

fakültəsinin müəllimi  Ə.Xələfov qeyd etmışlər 

ki, kitabxanaçı kadrların hazırlanması  işini 

genişləndirmək və yaxşılaşdırmaq qarşıda duran 

labüd vəzifədir.

Qurultayda bir çox mühüm vəzifələrin yerinə 

yetirilməsi haqqında danışılmışdır. Nümayəndələr 

yekdilliklə bildirmişdirlər  ki, kitabxana vasitəsilə 

hər bir ailəyə kitab çatdırılmasını təmin etmək üçün 

respublikamızda kifayət qədər kitabxana və kitab 

fondu vardır. Bunun üçün işi yaxşı  təşkil etmək: 

mövcud kitabxanaların necə yerləşdiyini nəzərdən 

keçirmək, onları daha səmərəli yerləşdirmək, ic-

timai  əsaslarla işləyən  filialların, səyyar kitabxa-

naların və kitab verən məntəqələrin sayını xeyli 

artırmaq, hansı idarəyə  mənsub olmasından ası-

lı olmayaraq oxucuların bütün kitabxanalardan 

istədikləri kitabları ala bilmələri üçün şərait yara-

dılmasını təmin etmək lazımdır. 

Qurultay göstərdi ki, bütün bunlarla yanaşı, 

respublikada bir çox kitabxanaların işi müasir 

cəmiyyətin qarşısında qoyulmuş  vəzifələrə  hələ 

də tam cavab vermir, zəhmətkeşlərin artan mədəni 

tələblərini lazımınca ödəmir. Bununla əlaqədar 

olaraq qurultay respublikada kitabxana işini inki-

şaf etdirməyi, rəhbərliyi daha da gücləndirməyi, 

oxuculara xidməti günün tələbləri səviyyəsinə 

qaldırmağı, oxucu fəallarının sayını artırmağı  və 

onların köməyindən geniş istifadə etməyi, yüksək 

səviyyəli kitabxana işçiləri hazırlamağı və onların 

siyasi biliklərini artırmağı mühüm bir vəzifə kimi 

qarşıya qoydu.



Ə d ə b i y y a t

Quliyev, T. Azərbaycanda kitabxanaçılıq işi: Respublika 

Həmkarlar İttifaqı kitabxanalarının materialları əsasında 

/T.Quliyev; elmi red. A.A.Xələfov.- Bakı, 2004.- H.II.- S.18-19. 


Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə