Teqvim-2017. pdf


Musiqi.Opera Mirzə Mansur



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə7/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   2   3   4   5   6   7   8   9   10   ...   200

16

Musiqi.Opera

Mirzə Mansur 

1887-1967 

Y

ANV

AR

Mirzə Mansur Məşədi Məlik oğlu 

Mansurov 1887-ci il yanvar ayının 5-də 

(köhnə tarixlə yanvarın 17-də) Bakı 

şəhərində anadan olmuşdur. 11 yaşın-

da Sınıq-qala məscidindəki mədrəsədə 

təhsil almış, burada fars dilini mükəmməl 

öyrənmişdir. Daha sonra atası  Məşədi 

Məlik onu rus-tatar məktəbinə qoymuş, 

Mansur orada 4 il təhsil almışdır. Kiçik 

yaşlarından tar çalmağa başlayan Mirzə 

Mansurun atası  Məşədi Məlik musiqi 

aləmi ilə  sıx bağlı olmuşdur. Mansur 

evlərində tez-tez keçirilən Bakı muğam 

məclislərinin  şahidi olmuş, birdəfəlik 

taleyini musiqiyə bağlamışdır.  İlk tar 

dərslərini də o zamanın  ən məşhur 

tarzəni Mirzə  Fərəc Rzayevdən almış-

dır. İfa etdiyi ilk muğamlar da “Rast” və 

“Şur” muğamları olmuşdur.

Mirzə Mansur haqlı olaraq 

Azərbaycan muğam sənətinin tanınmış 

nəzəriyyəçisi kimi qəbul edilir. Peşəkar 

tarzən kimi o, Sadıqcan məktəbinin la-

yiqli davamçısı idi.

Görkəmli tarzən 1920-ci ildən  baş-

layaraq Üzeyir Hacıbəylinin  təşkil et-

diyi Dövlət Türk Musiqi Məktəbində, 

1926-1946-cı illərdə isə Azərbaycan 

Dövlət Konservatoriyasında muğamdan 

dərs vermişdir. O, Üzeyir Hacıbəylinin 

təşəbbüsü ilə tar sinfi üçün ilk muğam-

ların  tədris proqramının tərtibçilərindən 

biri olmuşdur. Ü.Hacıbəyli Mirzə Man-

suru istedadlı tarzən, müəllim, mu-

ğam sənətinin sirlərini bilən ifaçı kimi 

qiymətləndirmiş, hətta bəzi məsələlərlə 

bağlı Mirzə Mansurla məsləhətləşmişdir. 

Belə ki, muğamların nota salınmasın-

da Üzeyir bəyin məhz Mirzə Mansur 

yaradıcılığına müraciət etməsi heç də 

təsadüfi olmamışdır. Axı, məhz Man-

surovlar klassik muğamların ifaçılıq 

ənənələrini qoruyub saxlamışdılar. Üze-

yir bəyin tapşırığı ilə  gənc bəstəkarlar 

Tofiq Quliyev və Zakir Bağırov Mirzə 

Mansurun ifasından 1930-cu illərin or-

talarında “Rast”, “Dügah” və “Zabul” 

muğamlarını ilk dəfə nota salmışlar. 

Mirzə Mansur   tarın  bütün     incəliklə-

rinə bələd idi. Ü.Hacıbəylinin təşəbbüsü 

ilə o, tar alətini təkmilləşdirmiş, tarın 

rekonstruksiyasına gətirdiyi yeniliklər 

ifaçıların işini xeyli asanlaşdırmışdır. 

Mirzə Mansurun yenilik verdiyi 4 tar-

dan biri Ermitaj, ikincisi Luvr, üçüncüsü 

isə İstanbul muzeylərində qorunur. So-

nuncu tarı isə özünə saxlamışdı.

Mirzə Mansurun tarda ifa etdiyi iki 

maqnitofon yazısı qalıb: “Xocəstə” və 

“Mahur-hindi” muğamları.

1940-cı ildə Mirzə Mansur Man-

surova Azərbaycan SSR-in “Əməkdar 

incəsənət xadimi” fəxri adı verilmişdir. 

Görkəmli tarzən və müəllim Mirzə 

Mansur 1967-ci il iyun ayının 30-da, 80 

yaşında vəfat etmişdir. Bakı  şəhərində, 

Yasamaldakı köhnə qəbiristanlıqda dəfn 

edilmişdir.

Ə d ə b i y y a t

Mansurov, E. Mansu-

rovlar: Azərbaycan Res-

publikasının Xalq artisti, 

görkəmli tarzən Bəhram 

Mansurovun anadan ol-

masının 100 illiyinə ithaf 

edilir /E.Mansurov; elmi 

red. İ.Rəhimli.- Bakı: 

Çaşıoğlu, 2011.- 285 s.

Əzimli, T. Ustad 

sənətkar Mirzə Mənsur 

haqqında xatirələr 

/T.Əzimli //Ədalət.-

2015.- 3 noyabr.- S.6.

Fərəcov, S. Mahir 

tarzən, qayğıkeş 

müəllim /S.Fərəcov                       

//Mədəniyyət.- 2013.- 23 

oktyabr.- S.15.

İ n t e r n e t d ə

http://anl.az/down/

meqale/adalet/2015/

noyabr/461750.htm

5

130 

illiyi

Tarzən



17

Musiqi.Opera

Elmira Abasova

1932-2009 

Y

ANV

AR

Abasova Elmira Əbdülhəmid qızı 

1932-ci il yanvar ayının 10-da Bakı 

şəhərində anadan olmuşdur. 1946-1950-

ci illərdə Asəf Zeynallı adına Bakı Mu-

siqi Məktəbində oxumuş, eyni zamanda 

1949-cu ildə 18 saylı məktəbi qızıl me-

dalla bitirmişdir.

1950-1955-ci illərdə Azərbaycan 

Dövlət Konservatoriyasında musiqişü-

naslıq ixtisası üzrə təhsil almışdır.   

1958-ci ildə Azərbaycan Bəstəkarlar 

İttifaqına üzv qəbul edilmiş, ittifaqın 

musiqi tənqidi bölməsinin sədri, kati-

bi işləmişdir. Elmira Abasova 1967-ci 

ildən Azərbaycan Dövlət Konservato-

riyasında dosent, 1980-ci ildən isə pro-

fessor kimi pedaqoji fəaliyyətini davam 

etdirmişdir.

1962-ci ildə Moskva Ü

mumittifaq 

Sənətşünaslıq  İnstitutunda “Üzeyir 

Hacıbəyovun komediyalarında opera və 

musiqi”  mövzusunda namizədlik dis-

sertasiyası müdafiə etmişdir.

Elmira Abasova yeganə qadın rektor-

dur ki, uzun müddət Azərbaycan Dövlət 

Konservatoriyasına rəhbərlik etmişdir. 

Onun yaradıcılığının mərkəzində həmişə 

Üzeyir Hacıbəyli irsinin tədqiqi daya-

nırdı. Müəllif tərəfindən dahi bəstəkar 

haqqında beş kitab və 1961-ci ildə ilk 

biblioqrafiya yazılmışdır. 

Elmira Abasovanın digər tədqiqat işi 

dünya şöhrətli bəstəkar Qara Qarayevin 

yaradıcılığıdır. Onun tədqiqatları Qara 

Qarayevə həm dünyada, həm də doğma 

vətənində  əbədiyaşarlıq gətirdi. 

Eyni zamanda Soltan Hacıbəyov, 

Niyazi, Bülbül, Səid Rüstəmov, Fikrət 

Əmirov, Rauf Hacıyev, Rəşid Behbu-

dov, Qurban Pirimov, Bəhram Mansu-

rov, Cövdət Hacıyev, Arif Məlikov və 

başqalarının yaradıcılığı ilə bağlı El-

mira Abasovanın tədqiqatları görkəmli 

sənətşünaslar tərəfindən yüksək 

dəyərləndirildi.   

Elmira Abasovanın araşdırdığı elmi-

tədqiqat işlərindən biri də Azərbaycan 

muğamları olub. Onun tədqiqatları 

həmişə orijinallığı  və dolğunluğu ilə 

seçilir, hər bir janrın funksiyasını, 

üslub xüsusiyyətini və Azərbaycan 

bəstəkarlarının yaradıcılığındakı təsirini 

elmi dəlillərlə sübut edirdi.

1971-ci ildə Moskvada, 1973-cü ildə 

Alma-Atada, 1978, 1983, 1987-ci illərdə 

Səmərqənddə keçirilən Beynəlxalq mu-

siqi simpoziumlarının iştirakçısı  və 

məruzəçisi olmuşdur. 22 kitabın, 300-

dən artıq məqalənin müəllifidir. 

1967-ci ildə Azərbaycan Respubli-

kasının “Əməkdar incəsənət xadimi” 

fəxri adına layiq görülmüşdür. 1981-ci 

ildə “Qırmızı  Əmək bayrağı” ordeni 

ilə təltif edilmişdir. 1992-ci ildə Üzeyir 

Hacıbəyov Cəmiyyətinin fəxri sədri se-

çilmişdir. 

Görkəmli musiqişünas,  professor   

Elmira Abasova 2009-cu ildə  vəfat et-

mişdir.

Ə d ə b i y y a t

Üzeyir Hacıbəyov 

ensiklopediyası /müəl. 

və red. hey.: E.Abasova 

və b.; Azərbaycan 

Mədəniyyətinin Dostları 

Fondu.- Bakı, 2007.- 

264+[16] s.

Abasova Elmira              

//Azərbaycanın tanınmış 

xanımları. Ensiklopedik 

nəşr /tərt. ed. və baş 

red. E.İsgəndərzadə; 

ing. dilinə tərc. ed. və 

ing. mətninin red-ru 

A.Qədiməliyeva.- Bakı, 

2002.- S.4. 

Dadaşzadə, Z. Elmi-

ra Abasova müasir 

Azərbaycan musiqisi-

nin araşdırıcısı kimi 

/Z.Dadaşzadə //Musiqi 

dünyası.- 2010.- № 1-2.- 

S.27-29.

Əfəndiyeva, İ.              

Elmira Abasovanın 

tədqiqatlarında nəzəri 

problemlərin araşdırıl-

ması /İmruz Əfəndiyeva 

//Musiqi dünyası.- 2010.- 

№ 1-2.- S.29-31.

Xəlilzadə, F. Yorulmaz 

tədqiqatçı, unudulmaz 

pedaqoq: Elmira Aba-

sova - 80 /F.Xəlilzadə         

//Azərbaycan.- 2012.- 14 

yanvar.- S.5.

10

85 

illiyi

Musiqişünas



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə