Teqvim-2017. pdf


Tarixdə bu gün Beynəlxalq Kitab və Müəllif



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə70/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   66   67   68   69   70   71   72   73   ...   200

145

Tarixdə bu gün

Beynəlxalq Kitab və Müəllif 

Hüquqları Günü 

1996 

APREL

23 aprel Dünya Kitab və Müəllif  

Hüquqları Günü (World Book and 

Copyright Day) kimi YUNESCO-

nun 1995-ci il noyabrın 15-də 

Parisdə keçirilən 28-ci sessiyasın-

da elan edilmişdir. Bu gün  dünya 

şöhrətli söz ustaları - ingilis şairi 

və dramaturqu Vilyam Şekspirin  

(1564-1616),  görkəmli  ispan  ya-

zıçısı  Migel de Servantesin (1547-

1616) və perulu məşhur tarixçi-yazar 

İnka Qarsilaso de la Veqanın  (1539-

1616) xatirəsinə ehtiram olaraq təsis 

edilmişdir. Onların hər üçü eyni 

gündə, 1616-cı ilin  23 aprelində 

vəfat etmişlər.

Müəllif hüququnun əqli 

mülkiyyətin qorunması  və idarə 

edilməsi ilə iki beynəlxalq təşkilat 

- ÜƏMT və UNESCO məşğul olur. 

UNESCO-nun hər il iki mindən ar-

tıq adda nəşrləri olan, yeganə sayı-

lan Beynəlxalq Tərcümələr Biblioq-

rafiyasını (100 ölkəni təmsil edən və 

müəllif haqqında, onun hansı əsəri, 

hansı dilə və kim tərəfindən tərcümə 

edilməsini işıqlandıran kataloq) apa-

rır, Ümumdünya Müəlliflik Hüququ 

haqqında Konvensiyaya başçılıq 

edir.

Azərbaycanda dövlət müstəqilliyi 



bərpa edidikdən sonra, 1993-cü ildə 

bu sahədə vahid dövlət siyasətini 

həyata keçirən Müəllif Hüquqları 

Agentliyi yaradılmışdır.

1995-ci il noyabrın 12-də ümum-

xalq referendumu ilə  qəbul edilmiş 

Azərbaycan Respublikası Konstitu-

siyasının 30-cu maddəsinə  əsasən, 

“Hər kəsin  əqli mülkiyyət hüqu-

qu vardır. Müəlliflik hüququ, ixti-

raçılıq hüququ və  əqli mülkiyyət 

hüququnun başqa növləri qanunla 

qorunur”. 1996-cı il oktyabrın 8-də 

qüvvəyə minmiş “Müəlliflik hüququ 

və əlaqəli hüquqlar haqqında” qanun 

müəllif hüquqlarının, habelə  əqli 

mülkiyyətin qorunmasının əsas prin-

sip və vasitələrini müəyyənləşdirir. 

Qanunun 25-ci maddəsinə  əsasən, 

müəlliflik hüququ əsərin yazılması 

ilə yaranır, müəllifin bütün həyatı 

boyu və ölümündən sonra (bəzi hal-

lar istisna olmaqla) 70 il qüvvədə 

qalır. Bu, müəlliflərə  və onların 

vərəsələrinə münasib vaxt ərzində 

iqtisadi fayda götürməyə imkan ve-

rir.   

2012-ci ildə “Əqli mülkiyyət hü-



quqlarının təminatı  və piratçılığa 

qarşı mübarizə haqqında” qanun 

qəbul edilmiş,  Müəllif Hüquqla-

rı Agentliyinin tabeliyində  “Əqli 

Mülkiyyət Hüquqlarının Təminatı 

Mərkəzi” yaradılmışdır.



23

Ə d ə b i y y a t

“Azərbaycan folklorunun 

və ənənəvi biliklərin qo-

runması: erməni plagi-

atçılığı”: Elmi konfrans               

//Ədəbiyyat qəzeti.- 2009.- 

24 aprel.- S.5.

Kitablar milli 

mədəniyyətin dirçəliş 

resursudur: 22 aprel 

Ümumdünya Kitab və 

Müəllif Hüquqları Günü 

münasibətilə Muzey  

Mərkəzində beynəlxalq 

konfrans keçirilib                

//Azərbaycan.-2012.- 24 

aprel.- S. 11; Mədəniyyət.-

2012.- 25 aprel.- S. 3. 

Müəllif Hüquqları 

Agentliyində konfrans- 

seminar keçirilmişdir: 

Ümumdünya kitab 

və Müəlliflik Hüququ 

Günü və Beynəlxalq 

Əqli Mülkiyyət Günü 

münasibətilə                    //

Azərbaycan.- 2005.- 23 

aprel.- S.3.

Salmanlı, R. Əqli 

mülkiyyətin qorunması 

müstəsna əhəmiyyət kəsb 

edir: 23 aprel Ümum-

dünya Kitab və Müəlliflik 

Hüququ Günüdür 

/R.Salmanlı                     //

Azərbaycan.-2015.- 23 

aprel.- S.7.


146

Tarixdə bu gün

“Koroğlu” operası 

1937 

APREL

Azərbaycan professional musiqi-

sinin banisi Üzeyir bəy Hacıbəylinin  

“Koroğlu” operası onun şah əsəri he-

sab olunur. Xalqın yaddaşında daşlaş-

mış “Koroğlu” dastanı əsasında opera 

yazmaq o qədər də asan iş olmasa da, 

qeyri-adi  fitri istedad sahibi Üzeyir 

bəy möhtəşəm bir opera yaratmışdır. 

M.S.Ordubadi 1937-ci ildə  əsərin 

librettosu üzərində işləyəndə 1912-ci 

ildə Bakıda işıq üzü görən kitabçanı 

nəzərə almasaq, cəmi iki dəfə, 1927-

ci ildə V.Xuluflunun, 1936-cı ildə 

H.Əlizadənin tərtibində “Koroğlu” 

dastanı çap olunmuşdur. Üzeyir bəy 

“Koroğlu” operasını yazmaq qərarına 

gəldikdən sonra iyirmi il xalq  musi-

qisinin  əsaslarını  dərindən öyrənir. 

1932-ci ildə operanı yazmağa başla-

yır və 1936-cı ildə bitirir.  

“Koroğlu” tipik qəhrəmanlıq das-

tanıdır. Dahi Üzeyir bəy bu əsəri 

Azərbaycan professional vokal 

məktəbinin banisi Bülbülün səs dia-

pozonunu nəzərdə tutaraq yazmışdır.

Beş  pərdədən ibarət olan ope-

ranın librettosu Heydər  İsmayılo-

va məxsusdur.  Şeirlərin müəllifi 

Məmməd Səid  Ordubadinindir. Tama-

şanın rejissoru İsmayıl Hidayətzadə, 

dirijoru Üzeyir Hacıbəyli, rəssamı 

Rüstəm Mustafayev olmuşdur.

Mərkəzi Komitə “Koroğlu” opera-

sının ilk tamaşasının Aprel İnqilabı-

nın 17-ci ildönümü dövrünə - 1937-ci 

ilin aprelinə salınması barədə tapşırıq 

verir. 


Beləliklə aprelin 30-da 

M.F.Axundov adına Böyük Dövlət 

Opera və Balet Teatrında (o vaxt teatr 

belə adlanırdı) “Koroğlu” operasının 

ilk tamaşası olur. Bülbül - Koroğlu, 

G.İsgəndərova - Nigar, M.Bağırov  - 

Həsən xan, Q.İsgəndərov - Təlxək, 

Ə.Zülalov - Ehsan paşa, Q.Hüseynov  

- Həmzə  bəy, B.Mustafayev - İbra-

him xan rollarında çıxış etmişlər. 

“Kommunist” qəzetinin 6 may tarixli 

nömrəsi Üzeyir bəyin böyük portre-

ti ilə açılır,  tamaşa haqqında rəylər 

və şərhlər “Azərbaycan incəsənətinin 

təntənəsi” adı altında verilmişdir.

 1937-ci ildə Moskvada keçiriləcək 

dekadada “Koroğlu” operasının  da 

nümayiş olunması  qərara alınır. Ta-

maşanın Moskvada nümayişindən 

əvvəl Üzeyir bəy operaya iki yeni 

hissə  əlavə edir. Ən böyük əlavə 

isə uvertüra idi. 1938-ci il aprelin 

5-də Moskvadakı Bolşoy Teatrda 

Azərbaycan incəsənət dekadası “Ko-

roğlu” operası ilə açılır və tamaşaya 

sovet rəhbərləri - Stalin, Molotov, 

Jdanov da baxır. Tamaşadan sonra 

 

Üzeyir bəyə “SSRİ Xalq artisti” fəxri 



adı verilir. “Lenin” ordeni ilə  təltif 

olunur, 1941-ci ildə isə Stalin müka-

fatına layiq görülür. 

“Koroğlu” operası 1939-cu ildə 

Aşqabadda türkmən dilində, 1942-ci 

ildə Yerevanda erməni dilində, 1950-

ci ildə Daşkənddə özbək dilində 

səhnəyə qoyulmuşdur. 



30

Ə d ə b i y y a t

Köroğlu operası: 

Ü.Hacıbeylinin “Köroğ-

lu” operası uluslararası 

ilk gösterimi.- Ankara, 

TÜRKSOY, 2009.- 32 s.

Hüseynov, A. “Koroğlu” 

operası - qəhrəmanlıq 

rəmzi /A.Hüseynov                  

//Azərbaycan.-2010.-25 

sentyabr.-S.7.

Hüseynov, A. “Koroğ-

lu” operası incəsənət 

xəzinəsidir: Teatr sa-

lonlarında /A.Hüseynov     

//Azərbaycan.- 2011.- 16 

aprel.- S.11.

İdrisoğlu, A. “Koroğ-

lu” operası “Türksoy” 

Teatrının səhnəsində  

/A.İdrisoğlu //Azad 

Azərbaycan.- 2009.- 3 

noyabr.- S.7.

80 

illiyi


Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə