Teqvim-2017. pdf



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə72/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   68   69   70   71   72   73   74   75   ...   200

150

(18.05.1927-07.08.2008) аnаdаn оlmаsının 90 illiyi

Akademik, kimyaçı Zeynalov Bahadır Qasım oğlunun (20.05.1917-1995) 

аnаdаn оlmаsının 100 illiyi

AMEA-nın müxbir üzvü Qarayeva Ninel İsrafil qızının (25.05.1932) anadan 

olmasının 85 illiyi

Akademik, kimyaçı Quliyev Əli Musa oğlunun (31.05.1912) аnаdаn оlmаsının 

105 illiyi



İdman

Yunan-roma güləşi üzrə üçqat dünya çempionu, SSRİ  və Avropa çempionu 

Allahverdiyev Məhəddin İsmayıl oğlunun (08.05.1962) аnаdаn оlmаsının 55 

illiyi


Tarixdə bu gün

Bеynəlxalq Söz və Mətbuat Azadlığı Günü (03.05.1993)

Günəş Günü (03.05.1994)

İnsan Alverinə Qarşı Mübarizə Günü (06. 05.2009)

Xızır Nəbi bayramı (06.05.)

Şuşa rayonunun işğalının 25-ci ildönümü (08.05.1992)

Faşizm üzərində Qələbə Günü (09.05.1945)

Heydər Əliyev Mərkəzinin açılışı olmuşdur (10.05.2012)

Qazax rayonunun Qızıl Hacılı kəndinin işğalının 25-ci ildönümü 

(11.05.1992)

Bеynəlxalq Ailə Günü (15.05.1994)

Beynəlxalq İqlim Günü (15.05.)

Ümumdünya İnformasiya Cəmiyyəti Günü (17.05.2006)

Beynəlxalq Elektronrabitə Günü (17.05.2006) 

Bеynəlxalq Muzеylər Günü (18.05.1977)



Laçın rayonunun işğalının 25-ci ildönümü (18.05.1992)

“Bəhlul” satirik jurnalının nəşrinin (19.05.1907) 110 illiyi

Azərbaycan Avropada adi silahlar haqqında konvensiyaya qoşulub 

(19.05.1997)

“RUH” Azərbaycan Jurnalistlərinin Müdafiəsi Komitəsi yaranıb (20.05.1992)

Ümumdünya Dialoq və İnkişaf üçün Mədəni Müxtəliflik Günü (21.05.2001) 

Beynəlxalq Bioloji Müxtəliflik Günü (22.05.2000)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Əməkdaşlarının Peşə Bayramı Günü 

(23.05.2007)

Аzərbаycаn Dövlət Himninin qəbul оlunmasının (27.05.1992) 25 illiyi

Ümumdünya Balıqçılıq Günü (27.06.1985)

Rеspublika Günü (28.05.1918)

Ümumdünya Metrologiya Günü (30.05. 1875)

Ümumdünya Tütünlə Mübarizə Günü (31.05.1987)

169

174


171

170


168

176


175

173


177

172



151

Milli ədəbiyyat

MA

Y

5

Axundzadə Cavad Məhəmmədəli 

oğlu (Əhməd Cavad) 1892-ci il 

may ayının 5-də  Şəmkir rayonunun 

Seyfəli kəndində anadan olmuşdur. 

On yaşında Gəncə şəhərindəki ruhani 

məktəbinə getmişdir. Məktəbdə yed-

di il (1902-1909) oxumuş, sonralar 

Gəncədə, Bakıda, Qubada müəllimlik 

etmişdir. Təhsilini Azərbaycan Ali Pe-

daqoji İnstitutunun tarix və filologiya 

fakültəsində (1922-1927) davam et-

dirmişdir. Quba Xalq Maarif şöbəsinin 

müdiri (1920-1922), Gəncədə 

Azərbaycan Kənd Təsərrüfatı İnstitu-

tunda Azərbaycan və rus dilləri kafed-

rasında müəllim, dosent, kafedra mü-

diri (1930-1933), Azərbaycan Dövlət 

Nəşriyyatının Tərcümə  şöbəsində 

redaktor (1934), “Azərbaycanfilm” 

studiyasında Sənədli filmlər şöbəsinin 

müdiri (1935-1936) vəzifələrində 

işləmişdir.

Əsrin əvvəllərində Türkiyənin düş-

düyü ağır vəziyyət bir türk övladı kimi 

Əhməd Cavadı ciddi narahat etmişdir. 

O, könüllü əsgər kimi köməyə getmiş, 

Türkiyənin müstəqilliyi uğrunda türk 

qardaşları ilə çiyin-çiyinə vuruşmuş-

dur. Birinci Dünya müharibəsi zamanı, 

1915-ci ildə Türkiyədə rus və erməni 

istilasına, özbaşınalığına qarşı  çıxa-

raq “Azərbaycan xeyriyyə cəmiyyəti” 

vasitəsilə vaxtaşırı türk xalqına kömək 

göstərmişdir.

Azərbaycan Cümhuriyyətinin qu-

rulmasını sevinclə qarşılayan Ə.Cavad 

müxtəlif vəzifələrdə  çalışmış,  əməli 

işi, bədii yaradıcılığı ilə xalqının 

xoşbəxtliyi, azadlığı üçün əlindən 

gələni əsirgəməmişdir.

Yaradıcılığa 1913-cü ildən  şeirlə 

başlayan şairin 1916-cı ildə “Qoşma” 

adlı ilk kitabı çapdan çıxmışdır. 1919-

cu ildə isə “Dalğa” adlı kitabı  nəşr 

olunmuşdur. Onun məşhur “İstiqlal 

uğrunda şeirlər” kitabı 1928-ci ildə İs-

tanbulda çap edilmişdir.

İlk yaradıcılığında mücərrəd ro-

mantizm  əsas yer tutmuşdur. Sovet 

dövründə yazdığı “Biz qardaş deyilik-

mi”, “Kür”, “Pambıq dastanı”, “At bu 

çadranı”, “Bayram”, “Mən olaydım”, 

“Gürcüstan” və s. şeirlərində yeni 

həyat,   vətənpərvərlik, xalqlar dost-

luğu ustalıqla tərənnüm olunmuşdur. 

Əsərləri lirizmi, yüksək  şeiriyyəti, 

ahəngdarlığı, bədii obrazlılılğı ilə se-

çilmişdir.

V.Şekspirin “Otello” faciəsini, Şota 

Rustavelinin “Pələng dərisi geymiş 

pəhləvan” poemasını Azərbaycan 

dilinə tərcümə etmişdir.

Azərbaycanı müstəqil, doğma xal-

qını xoşbəxt görmək istəyən  Əhməd 

Cavad, haqsız olaraq 1937-ci il repres-

siyasının qurbanı olmuş, həbs edilmiş

dəhşətli işgəncələrə  məruz qalmış  və 

güllələnmişdir.

Ə d ə b i y y a t

Seçilmiş əsərləri 

/Ə.Cavad.- Bakı: Şərq-

Qərb, 2005.- 295 s. 

Qusarda ilk dünyəvi 

məktəbi Əhməd Cavad 

təşkil edib: (Qabaqcıl 

maarif xadimi, müharibə 

və əmək veteranı Sabir 

Piroqlanovun Əhməd Ca-

vad haqqında xatirələri)         

//Azərbaycan.- 2005.- 28 

may.- S.16.

Mustafayeva, G. Müstəqil 

Azərbaycan Respubli-

kasının Əhməd Cavad 

yaradıcılığında rolu 

/G.Mustafayeva //Ədalət.- 

2006.- 10 mart.- S.7.

Rzalı, R. Altunlar yurdu-

dur bu kasıb ölkə /R.Rzalı 

//Azərbaycan.- 2002.- 28 

may.- S.8.

Rzayeva, M. Əhməd 

Cavadın haqqını tanıyan 

Türkiyə oldu /M.Rzayeva  

//Şərq.- 2006.- 28 fevral.- 

S.6.

Salmanlı, R. İstiqlal 

şairi Əhməd Cavad 

haqqında /R.Salmanlı                       

//Azərbaycan.- 2003.- 28 

may.- S.6.

Əhməd Cavad

1892-1937 

125 

illiyi

Şair



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə