Teqvim-2017. pdf


Milli ədəbiyyat Mirzə Ələkbər Sabir



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə73/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   69   70   71   72   73   74   75   76   ...   200

152

Milli ədəbiyyat

Mirzə Ələkbər Sabir 

1862-1911

MA

Y

Mirzə  Ələkbər Zeynalabdin oğlu 

Tahirzadə (M.Ə.Sabir) 1862-ci il may 

ayının 30-da qədim Şamaxı şəhərində 

anadan olmuşdur. Balaca Ələkbər 1874-

cü ildə 12 yaşına qədər dini düzgün 

anlamayan və təbliğ etməyən mövhu-

matçıların yanında oxumuş, sonra Se-

yid Əzimin açdığı yeni üsullu məktəbə 

keçmişdir. Bu məktəb onun üçün fay-

dalı olmuş, xüsüsilə biliyinin və şairlik 

istedadının inkişafına kömək etmişdir. 

Müəllimi Ələkbərə fars dilindən şeirlər 

tərcümə etdirir, sonra bu tərcümələri 

oxuyub ona məsləhətlər verir, məktəbli 

şairin yaradıcılıq həvəsini artırırdı.  

Sabir bədii yaradıcılığa kiçik 

yaşlarında, Seyid Əzim  Şirvaninin 

məktəbində oxuduğu zaman başlamış, 

ilk şeirlərini Şərqin Firdovsi, Sədi, Fü-

zuli kimi böyük klassiklərinin təsiri 

ilə  qəzəl janrında  əsasən, mədhiyyə, 

növhə, mərsiyə yazmışdır. Bir müddət 

ziyarət adı ilə  Aşqabad, Buxara, 

Səmərqənd, Mərv, Səbzəvar, Xora-

san  şəhərlərində yaşayıb, özbək və 

türkmən ziyalıları ilə yaxından tanış 

olması, həyat müşahidələrini, bilik və 

məlumatlarını zənginləşdirmişdir. XIX 

əsrin axırı  və XX əsrin  əvvəllərində 

C.Məmədquluzadə, F.Köçərli, 

A.Səhhət, S.M.Qənizadə  və b. ilə 

dostluğu, qabaqcıl ictimai ideyaların 

təsiri onun yaradıcılıq inkişafına cid-

di təkan vermişdir.  Milli oyanışa nail 

olmağın yolunu şair elmə  və  təhsilə 

yiyələnməkdə, özünüdərketmədə, 

maariflənməkdə görürdü. Ona görədir 

ki, M.Ə.Sabirin yaradıcılığında məktəb, 

maarifçi ziyalı, məktəbə gedən uşağa, 

elmə, təhsilə köhnəpərəst münasibətin 

tənqidi mühüm yer tutur. Onun bu möv-

zuda yazdığı yüzlərlə şeiri Azərbaycan 

ədəbiyyatında satirik-demokratik jan-

rın ən gözəl nümunələridir.

“Molla Nəsrəddin” jurnalında işti-

rakı (1906-1911) Sabir yaradıcılığının 

ən yetkin və məhsuldar dövrüdür. 

M.Ə.Sabir 1911-ci ildə qaraciyər 

xəstəliyindən vəfat etmiş, Şamaxıdakı 

“Şahi-Xəndan” xiyabanında dəfn olun-

muşdur.


Sabirin  əsərlərinin külliyyatı ilk 

dəfə olaraq vəfatından sonra, 1912-

ci ilin axırlarında “Hophopnamə” adı 

altında çapdan çıxmışdır. Kitaba ad 

seçərkən Abbas Səhhət  şairin “Molla 

Nəsrəddin”də  işlətdiyi ilk gizli (Hop-

hop) imzasını əsas götürmüşdür. 

Şairin adı Azərbaycan xalqı 

tərəfindən əbədiləşdirilmiş, adına kitab-

xanalar açılmış,  Şamaxıda ev-muzeyi 

yaradılmış, 100 illiyi münasibətilə poçt 

markası buraxılmışdır. Bakıda Sabir 

adına kütləvi kitabxana uzun illərdir  

ki, fəaliyyət göstərir.

1958-ci ildə Bakının mərkəzi 

küçələrinin birində heykəltəraş 

M.Qaryağdının yaratdığı M.Ə.Sabirin 

yeni heykəli əvvəllər burada qoyulmuş 

abidəni əvəz etmişdir.

30

Ə d ə b i y y a t

Hophopnamə /M.Ə.Sabir; 

tərt. ed., müqəd. və qeyd. 

müəl. A.Bayramoğlu; 

naşir B.Axundov; elmi 

red. T.Kərimli; rəssam 

A.Hüseynov; Azərb. Resp. 

Mədəniyyət və Turizm 

Nazirliyi.- Bakı: Təhsil, 

2012.-549 s.

Eminalıyev, E.M. Mirzə 

Ələkbər Sabir: həyatı və 

sənəti /E.M.Eminalıyev; 

elmi red. B.Nəbiyev.- Bakı: 

[s.n.], 2012.- 175 s.

Mirzə Ələkbər Sabir - 150: 

biblioqrafiya /Azərb. Resp. 

Mədəniyyət və Turizm Na-

zirliyi, Azərb. Milli Kitab-

xanası; tərt. M.Həsənova, 

G.Misirova; ixtisas red. və 

burax. məs. K.Tahirov; red. 

M.Vəliyeva.- Bakı, 2012.-

382 s.

Mirza Alakbar Sabir, 

satiric poet, 1862-1911                       

/Ministry of Culture and 

Tourism Republic of 

Azerbaijan; consulting 

V.Bahmanli; publis-

hing M.Khan; trans. 

K.Nasibova; editor 

N.Jabbarli, J.Huseynov; 

design T.Farzi; art 

V.Saftarov.- Baku: Khan, 

2015.- 36 p.

Qərib. Milli şairimiz Sabir 

/Qərib //Ədəbiyyat qəzeti.-

2015.- 30 may.

155 

illiyi

Şair



153

Musiqi.Opera.Balet

Əliağa Quliyev 

1917-1998  

MA

Y

Əliağa Eyvaz oğlu  Quliyev 1917-ci 

il may ayının 9-da Bakıda doğulmuş-

dur. 


1934-cü ildə Ə.Quliyev Asəf Zeynal-

lı adına Orta İxtisas Musiqi Məktəbinin 

tar sinfinə qəbul olunmuş, birinci kurs-

da oxuyarkən  Üzeyir bəyin təşkil etdi-

yi   gənc istedadlar - tarzənlər arasında 

müsabiqədə iştirak etmiş, yeni yaradılan 

Xalq Calğı Alətləri Orkestrinə işə qəbul 

olunmuşdur. 1936-cı ildə  Ə.Quliyev 

Opera teatrında və radionun orkestrində 

daimi işləməyə başlamışdır.

1937-ci ildə böyük uğurla qarşıla-

nan “Koroğlu” operasının premyera-

sında, 1938-ci ildə Moskvada keçirilən 

Azərbaycan  ədəbiyyatı  və incəsənəti 

ongünlüyündə tar ifaçısı kimi ansaml-

da ifa etmişdir. 1939-cu ildə konser-

vatoriyanın xor-dirijorluq fakültəsinə 

qəbul edilən gənc tarzən İkinci Dünya 

müharibəsinin başlanması ilə  təhsilini 

yarımçıq qoyub cəbhəyə yola düşmüş-

dür.

1946-cı ildə  vətənə qayıdanda 



döyüşlərdə göstərdiyi  şücaətlərə görə 

Əliağa Quliyev I və II dərəcəli “Böyuk 

Vətən müharibəsi”, “Qırmızı Ulduz” 

ordenləri, iki “Döyüş xidmətlərinə 

görə” medalı və mükafatlara layiq gö-

rülmüşdür. 

Əhməd Bakıxanovun ansamblında 

əsl məktəb keçən tarzən 1951-ci ildə 

yeni bir ansambl yaratmış, Paris, Mar-

sel, Neapol, İstanbul, Ankara, Varşava, 

Praqa, Qahirə Tehran, Dehli, Cakarta, 

Aleksandriya və başqa şəhərlərdə çıxış-

ları ilə Azərbaycan musiqisini dünyada 

təbliğ etmişdir.

Əliağa Quliyev 1971-ci ildə Mosk-

vada Ümumdünya musiqi konqresində, 

1973-cü ildə Alma-Atada Asiya 

ölkələri xalqlarının musiqi festiva-

lında, 1983-cü ildə “Daşkəndin qızıl 

payızı” müsabiqəsində, UNESCO-

nun xətti ilə keçirilən bir çox 

tədbirlərdə Azərbaycanın milli musiqi 

mədəniyyətini ləyaqətlə təmsil etmişdir. 

Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” 

operasının radio yazılışını solo tarda 

müşayiət edən məşhur sənətkar, həm də 

bir sıra mahnıların müəllifidir. 

Onun “Dağlar”, “Alyanaq”, “Vü-

sal” kimi populyar nəğmələrini ta-

nınmış müğənnilər ifa ediblər.  Əliağa 

Quliyev həm də fəal ictimaiyyətçi idi. 

Uzun müddət Azərbaycan Dövlət Fi-

larmoniyasında partiya təşkilat katibi, 

Azərbaycan Dövlət  Qastrol - Konsert  

Birliyi  Həmkarlar Təşkilatınin sədri 

olmuşdur. 

Onun Azərbaycan musiqisinin 

təbliğində xidmətləri dövlətimiz 

tərəfindən  yüksək qiymətləndirilmiş, 

Azərbaycanın “Əməkdar artist”, sonra 

isə “Xalq artisti” fəxi adlarına layiq gö-

rülmüşdür.

Əliağa Quliyev 1998-ci il yanvar 

ayının 11-də vəfat etmişdir.



26

9

Ə d ə b i y y a t

Əliyeva, İ. Sarı 

simlə möcüzələr 

yaradırdı /İ.Əliyeva                      

//Azərbaycan.- 2014.- 

15 avqust.- S.7.

İncə duyğular 

tərənnümçüsü                    

//Mədəniyyət.- 2014.- 9 

may.- S. 13.

100 

illiyi

Tarzən


Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə