Teqvim-2017. pdf



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə74/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   70   71   72   73   74   75   76   77   ...   200

154

Ə d ə b i y y a t

Rzayeva, G. Səid 

Rüstəmov yaradıcılığı-

nın Azərbaycan musiqi 

mədəniyyətində rolu 

/G.Rzayeva.- Bakı: 

Gənclik, 2015.- 119 s. 

Abdullayeva, Z. Səid 

Rüstəmov: həyat və 

yaradıcılığı //Abdullayeva 

Z. Azərbaycan musiqi 

ədəbiyyatı: dərslik.- Bakı, 

2009.- H.II.- S.22-30.

Günəş, R. Səid 

Rüstəmovla bağ-

lı xatirələr /R.Günəş                            

//Azərbaycan müəllimi.- 

2015.- 23 may.- S.12. 

Mükərrəmoğlu, M. 

Bəstəkar ömrünün 

anları: S.Rüstəmov 

/M.Mükərrəmoğlu             

//Xalq qəzeti.- 2012.- 7 

avqust.- S.8.

Təhmirazqızı, S. 

Sənətkar ömrü: Səid 

Rüstəmov /S.Təhmirazqızı                

//Mədəniyyət.- 2010.- 12 

may.- S.14.

Zöhrabova, L. 

Səid Rüstəmov və 

Azərbaycan xalq mu-

siqisi /L.Zöhrabova                   

//Mədəni həyat.- 2015.- 

№1.- S.30; 33.

Musiqi.Opera.Balet

MA

Y

Səid  Əli oğlu Rüstəmov 1907-ci il 

may ayının 12-də İrəvan şəhərində ana-

dan olmuşdur. 1918-ci ildə İrəvanda baş 

verən erməni quduzluğu zamanı ailəsi 

ilə qaçqın düşmüş - Türkiyəyə, Gəncəyə, 

Ağdaşa, sonra isə Bakıya  köçmüşlər. 

1921-ci ildə Bakı Müəllimlər Semina-

riyasında təhsil almış, ancaq musiqiyə 

olan həvəsi 1924-cü ildə onu Azərbaycan 

Musiqi Texnikumuna gətirmişdir. O, 

Xalq çalğı alətləri  şöbəsində  məşhur 

tarzən Mirzə Mansur Mansurovun 

sinfində oxumuş, Üzeyir Hacıbəylidən 

not savadını öyrənmişdir.

1926-cı ildə Müəllimlər Seminariya-

sını bitirən S.Rüstəmov məktəbdə  pe-

daqoji fəaliyyətə başlamışdır. Pedaqoji 

fəaliyyətlə  məşğul olduğu illərdə Pe-

daqoji İnstituta daxil olmuş və 1932-ci 

ildə oranı bitirmişdir. 

S.Rüstəmovun 1937-ci ildə nota aldı-

ğı “Azərbaycan xalq rəqsləri”, 1938-ci 

ildə Cabbar Qaryağdının oxumasından 

“50 Azərbaycan xalq mahnısı”, həmin 

ildə “Aşıq mahnıları” adı ilə nəşr olun-

muş 4 məcmuəsi musiqi folklorşünaslı-

ğının inkişafında mühüm addım olmuş-

dur. 

S.Rüstəmovun pedaqoji fəaliyyətinin 



mühüm bir dövrü Ü.Hacıbəyov adı-

na Azərbaycan Dövlət Konservatori-

yası ilə bağlı olmuşdur.   Dahi Üze-

yir Hacıbəyovun vəfatından sonra 

Azərbaycan Bəstəkarlar İttifaqının sədri 

vəzifəsinə seçilməsi və 1953-cü ilədək 

həmin postda ustad müəllimin adına la-

yiq çalışması  həm də onun ictimai xa-

dim kimi yetişməsini göstərirdi.

1946-cı ildə S.Rüstəmov Azərbaycan 

musiqi mədəniyyətinin inkişafındakı 

xidmətlərinə görə “Qırmızı Əmək Bay-

rağı” ordeni ilə təltif olunmuşdur.

Bəstəkar 1947-ci ildə Süley-

man Rüstəmin mətni  əsasında “Dur-

na” musiqili komediyasını, 1961-ci 

ildə  Məhərrəm  Əlizadənin librettosu 

əsasında “Rəisin arvadı” musiqili ko-

mediyalarını yazmışdır.

S.Rüstəmovun mahnı yaradıcılı-

ğı sahəsində böyük uğurları vardır. 

“Sürəyya”,   “Neftçi qız”,   “Həkim 

qız”,   “Sumqayıt”,   “Mən sülhə  səs 

verirəm”   mahnıları geniş dinləyici 

kütləsi tərəfindən böyük rəğbətlə qəbul 

olunmuşdur. “Ana məktəb”, “Dəstə 

rəhbəri”, “Şaxta baba”, “Kəpənəyim”, 

“Qaranquşum”, “Uşaq və buz” və s. 

uşaq  mahnılar bu gün də  uşaq bağça-

larında, məktəblərdə sevilə-sevilə oxu-

nur.

 S.Rüstəmov 1938-ci ildə Azərbaycan 



Respublukasının “Əməkdar incəsənət 

xadimi”, 1957-ci ildə isə “Xalq artis-

ti” fəxri adlarına, 1951-ci ildə isə SSRİ 

Dövlət mükafatına layiq görülmuşdür. 

İki dəfə “Qırmızı  Əmək Bayrağı” və 

“Xalqlar Dostluğu” ordeni və bir sıra 

medallarla təltif olunmuşdur.

Səid Rüstəmov 1983-cü il iyun ayının 

10-da Bakı şəhərində vəfat etmişdir.

Səid Rüstəmov 

1907-1983 

12

110  

illiyi

Bəstəkar



155

Musiqi.Opera.Balet

MA

Y

Rauf Soltan oğlu Hacıyev 1922-ci il 

may ayının 15-də Bakı şəhərində dünya-

ya göz açmışdır.

1938-ci ildə Bakı Orta İxtisas Musiqi 

Məktəbinin nəzəri-bəstəkarlıq  şöbəsinə 

daxil olmuşdur. 1940-cı ildə, 18 yaşında 

olarkən Mustafa Mərdanovun librettosu 

əsasında “Tələbələrin kələyi” adlı musi-

qili komediyasını yazmışdır.

1941-ci ildə R.Hacıyev Azərbaycan 

Dövlət Konservatoriyasına daxil ol-

muş, təhsilini yarımçıq qoyaraq könül-

lü ordu sıralarına getmişdir. Ordudan 

tərxis olunduqdan sonra, 1948-ci ildə 

yenidən Azərbaycan Dövlət Konserva-

toriyasına daxil olmuş və bir müddətdən 

sonra Moskva Dövlət Konservatori-

yasına  təhsilini davam etdirmək üçün 

göndərilmişdir. 

R.Hacıyev müxtəlif illərdə 150-dən 

artıq mahnı  bəstələmişdir. “Mənim 

Azərbaycanım”, “Sevgilim”, “Lirik mah-

nı”, “Leyla”, “Bahar gəlir”, “Məhəbbət 

haqqında mahnı” və onlarca bəstə onun 

yaradıcılığının nadir sənət nümunələri 

hesab olunur.

Rauf Hacıyev 15-dən artıq bədii və 

sənədli  filmə musiqi yazmışdır. Onların 

arasında “Əhməd haradadır?”, “Qara 

daşlar”, “Bir qalanın sirri”, “Mən rəqs 

edəcəyəm” kinofilmlərinin adını çəkmək 

olar.

R.Hacıyevin axırıncı operettası Üze-



yir Hacıbəyovun anadan olmasının 100 

illiyinə  həsr olunmuş “Ordan-burdan” 

əsəridir.

1964-cü ildə M.Maqomayev adına 

Azərbaycan Dövlət Filarmoniyasında 

direktor, 1965-ci ildə isə Azərbaycan 

Respublikasının Mədəniyyət naziri 

vəzifəsində çalışmışdır.

Böyük bəstəkar 1971-ci ildə xaricə 

işləməyə getmiş, 1971-1975-ci illərdə 

Əlcəzair Xalq Demokratik Respubli-

kasında çalışan mədəniyyət qrupunun 

rəhbəri olmuşdur.

1976-cı ildən Azərbaycan Bəstəkarlar 

İttifaqının katibi, 1979-1985-ci illərdə 

birinci katib, 1986-cı ildə isə SSRİ 

Bəstəkarlar İttifaqının katibi olmuşdur. 

1978-ci ildə “SSRİ Xalq artisti” fəxri 

adına layiq görülmüş, “Lenin” , “Qır-

mızı  Əmək Bayrağı” və  “Şərəf nişanı” 

ordenləri ilə təltif edilmişdir.

Rauf Hacıyev 1995-ci il sentyabr ayı-

nın 19-da Bakıda vəfat etmişdir.

Rаuf Hаcıyеv 

1922-1995 

15

Ə d ə b i y y a t

Zöhrabov, R. Rauf Hacıyev: monoqrafiya /R.F.Zöhrabov.- Bakı: Şur, 1993.- 24 s.

Aygün. Rauf Hacıyevin yaradıcılığı özünəməxsus cəhətləri ilə seçilib /Aygün //Üç nöqtə.- 2013.- 15 may.- S.13.

Gözəl bəstəkar, unudulmaz Mədəniyyət naziri: Yeddi operettasından beşi Moskva səhnəsində //Azadlıq.- 2011.- 6-8 noyabr.- S.14.

Mühacirova, V. Rauf Hacıyevin xatirəsinə “Talelər qovuşanda” /V.Mühacirova //Kaspi.- 2012. 5-7 may.- S.22.

Sevgi bəstəkarı //Ekran-efir.- 2013.- 28 iyun.- S.4, 8.

Мирзоева, Э. Рауф Гаджиев  /Э.Мирзоева; ред. А.Аббасов.- Москва: Ишыг, 1983.- 130 c. 

95  

illiyi

Bəstəkar



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə