Teqvim-2017. pdf



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə76/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   72   73   74   75   76   77   78   79   ...   200

158

MA

Y

Habil Əliyev 

1927-2015 

    

Ə d ə b i y y a t

Ol, Ə. Habil Əliyev ucalığı 

/Əjdər Ol.- Bakı: Nurlar, 

2007.- 128 s.

Rəhimli, İ. Habil kaman 

/İ.Rəhimli.- Bakı: İşıq, 

1987.- 79 s. 

Əhmədalılar, T. Bir 

alətin məlahətləri...: Bu 

kamandır - hər eca-

za qabil Habil Kaman 

əlində /T.Əhmədalılar                                      

//Mədəniyyət.- 2014.- 28 

may.-0 S.12.

Xələfli, Ə. Habil “Segah”ı 

Bəxtiyar Vahabzadə 

fəlsəfəsində /Ə.Xələfli        

//Kredo.- 2012.- 16 iyun.- 

S.3.

Kərimov, Y. “Virtu-

oz sənətkarlarımız” 

dəftərindən /Y.Kərimov      

//Kaspi.- 2009.- 13 mart.- 

S.11.

Habil Mustafa oğlu Əliyev 1927-ci 

il may ayının 28-də Ağdaş rayonunun 

Üçqovaq kəndində anadan olmuşdur.

Ağdaşda orta məktəbi və eyni za-

manda yeddiillik musiqi məktəbini 

bitirdikdən sonra Pedaqoji Texni-

kumda təhsil almışdır. 1952-1956-cı 

illərdə Bakı Asəf Zeynallı adına  Orta 

İxtisas Musiqi Məktəbinin kamança 

sinfində oxumuşdur. 

O, ustad sənətkarlar - tarzən Qurban 

Pirimov və xanəndə Xan Şuşinskidən 

Azərbaycan xalq musiqisinin,  mu-

ğamlarının bütün incəliklərini 

öyrənməklə ifaçılıq sənətinin sirlərini 

dərindən mənimsəmişdir. 

Habil  Əliyev  əmək fəaliyyətinə 

Nəcəf bəy Vəzirov adına Ağ-

daş Dövlət Dram Teatrında baş-

lamış, 1953-cü ildən isə Bakıya 

gələrək, Müslüm Maqomayev adına 

Azərbaycan Dövlət Filarmoniyasın-

da muğam üçlüyündə kaman ifaçısı 

olaraq fəaliyyət göstərmişdir.  1956-

1978-ci illərdə Müslüm Maqomayev 

adına Azərbaycan Dövlət Filarmo-

niyasının, 1978-ci ildən Azərbaycan 

Dövlət Qastrol-Konsert Birliyinin 

solisti olmuşdur.

Ötən əsrin 50-ci illərinin sonunda 

böyük sənət aləminə qədəm qoyduğu 

ilk vaxtlardan o, özünəməxsus səs 

tembrinə malik kamançanın təsirli 

avazına yeni guşələr, xallar və rənglər 

qatmaqla imkanlarını görünməmiş 

yüksəkliklərə qaldırmışdır. 

Kamança ilə solo ifaçılığının 

musiqi mədəniyyətimizdəki hazır-

kı mövqeyi mütəxəssislər tərəfindən 

Habil  Əliyev  fenomeni kimi 

qiymətləndirilir.

Sənətkarın ifasında “Sarı  gəlin”, 

“Qaragilə”, “Sona bülbüllər” və digər 

xalq mahnıları mədəniyyətimizin qı-

zıl fonduna daxildir. Habil Əliyevin 

ifaçılıq üslubu şəxsən ona həsr olun-

muş simfonik bəstələrin işıq üzü 

görməsinə yol açmışdır.

Habil  Əliyev “Segah”, “Bayatı-

Qacar”, “Bəstənigar”, “Bayatı-Şiraz”, 

“Rahab”, “Bayatı-Kürd”, “Cahar-

gah”, “Rast”, “Zabul” muğamlarına 

yeni kamança həyatı vermişdir. Vir-

tuoz ifaçı eyni zamanda onlarla mah-

nıların müəllifidir.

Milli mədəniyyətin inkişafı  və 

təbliği sahəsində  mühüm nailiy-

yətlərinə görə, Habil Əliyev 1964-cü 

ildə Azərbaycan SSR-in “Əməkdar 

artist”, 1978-ci ildə isə “Xalq artis-

ti” fəxri adlarına layiq görülmüş-

dür. 1998-ci il avqust ayının 21-də 

“Şöhrət” ordeni ilə, 2007-ci il okt-

yabr ayının 19-unda “İstiqlal” ordeni 

ilə təltif edilmişdir.

Görkəmli sənətkar, bənzərsiz ka-

man ifaçısı, qayğıkeş  və  səmimi in-

san Habil Mustafa oğlu Əliyev 2015-

ci il avqust ayının 15-də vəfat etmiş, 

Fəxri Xiyabanda dəfn edilmişdir.

90 

illiyi

28

Kamança ifaçısı

Musiqi.Opera.Balet 



159

159

Musiqi.Opera.Balet

MA

Y

Firəngiz  Əliağa qızı  Əlizadə 1947-

ci il may ayının 28-də ziyalı bir ailədə 

anadan olmuşdur. Balaca Firəngizin 

musiqiyə olan həvəsi elə uşaq yaşların-

dan özünü büruzə verməyə başlamışdı. 

İlk musiqi təhsilini Ü.Hacıbəyov 

adına Azərbaycan Dövlət Konserva-

toriyası  nəzdində Orta İxtisas Musi-

qi Məktəbində almışdır. F.Əlizadənin 

konservatoriyaya daxil olduğu ildə rek-

tor - proessor Cövdət Hacıyev qəbul 

imtahanında F.Əlizadəni bir pianoçu 

kimi dinlədikdən sonra, bəstəkar kimi 

də ikinci ixtisas almasını məsləhət gör-

müşdür. Firəngiz  Əlizadə 1970-ci ildə 

U.Xəlilovun fortepiano sinfini,  1972-ci 

ildə isə Q.Qarayevin bəstəkarlıq sinfini 

bitirmişdir. 

Fortepiano üçün sonata (1970), for-

tepiano ilə orkestr üçün konsert (1972), 

simli kvartet (1974), si

mfoniya (1976), 

“Vətən haqqında nəğmələr” oratori-

yası (N.Xəzrinin sözlərinə), violon-

çel ilə fortepiano üçün “Habilsayağı” 

(1979), orqan üçün fantaziya (1982), 

“Ağ atlı haqqında  əfsanə” rok-operası 

(1985), “Üç akvarel” vokal silsiləsi 

(N.Rəfibəylinin sözlərinə), simli kvartet 

üçün “Dilogiya-1” (1988), “Dilogiya-

II” (1989), “Boş beşik” (1993) baleti, 

“Dərviş” (Nəsiminin sözlərinə, 2000) 

əsərlərinin müəllifidir. 

Bir çox müasir musiqi festivalların-

da iştirak etmişdir (İtaliya, İsveç, Qərbi 

Berlin, Meksika, ABŞ,  İngiltərə, Hol-

landiya). 

A.Şönberq, A.Berq, O.Messian, 

C.C.Keys, A.Şnitke, S.Qubaydulina, 

E.Denisov, V.Silvestrov kimi XX əsr 

avanqard musiqi klassiklərinin və öz 

əsərlərinin ilk ifaçısıdır. Zəmanəmizin 

tanınmış amerikalı skripkaçısı Xilari 

xanımın xahişi ilə “İmpuls” əsərini yaz-

mış  və bu əsər artıq  İstanbuldan Rio-

de-Janeyroya qədər konsert salonların-

da böyük müvəffəqiyyət qazanmış  və 

dünyanın ən nüfuzlu musiqi mükafatına 

- Qremmi mükafatına layiq görülmüş-

dür.

1970-ci ildən Azərbaycan Dövlət 



Konservatoriyasında (indiki Bakı Mu-

siqi Akademiyası) dərs deyir. 1990-cı 

ildən Azərbaycan Bəstəkarlar  İttifaqı 

İdarə Heyətinin katibi, 2007-ci ildən 

sədridir.   

Firəngiz 

Əlizadənin yaradıcılı-

ğı  və  fəaliyyəti dövlət tərəfindən 

yüksək qiymətləndirilmiş, 1990-cı ildə 

Azərbaycan Respublikasının “Əməkdar 

incəsənət xadimi”, 2000-ci ildə isə 

“Xalq artisti” fəxri adlarına layiq gö-

rülmüşdür. 1999-cu uldə professor elmi 

rütbəsini almışdır. Bakı Beynəlxalq 

Multikulturalizm Mərkəzi Himayəçilik 

Şurasının üzvüdür. 2008-ci ildə                           

YUNESKO tərəfindən “Sülh uğrunda 

YUNESKO-nun artisti” fəxri adına la-

yiq görülmüşdür.

Bəstəkarın  əsərlərinin çoxluq təşkil 

etdiyi albom “İlin ən yaxşı kamera mu-

siqisi” nominasiyasının qalibi seçilmiş-

dir.

Firəngiz Əlizadə 

1947

28

Ə d ə b i y y a t

Qara Qarayev /müəl. 

və tərt. F.Əlizadə.- 

Bakı: [s. n.], 1997.- 

111, [1] s., [24] v.

Babayeva, H.  Firəngiz 

Əlizadə /H.Babayeva.- 

Bakı, 2014.- 31 s. 

Hacıxanoğlu, İ. Dün-

yanın sülh bəstəkarı: 

Firəngiz Əlizadə 

Azərbaycan musiqi 

mədəniyyətini dünya 

miqyasında layiqincə 

təmsil edən ən parlaq 

şəxsiyyətlərdən biridir 

/İ.Hacıxanoğlu //Kas-

pi.- 2016.- 24 fevral.- 

S.15.

Франгиз Али-заде: 

триумфальные 

пересечения Востока 

и Запада /Heydər 

Əliyev Fondu; [авт. и 

сост. Х.Ордуханова; 

худож. оформление 

Н.Новрузов].- Баку: 

2009.- 415, [1] c.

Frangis Ali-Sade: 

Leben und Schaffen 

der aserbaidscha-

nischen Komponistin 

und Pianistin /com. 

U.Patow.- Hamburg: 

PFAU-verlag, 2007.- 

192, [1] s.

70 

illiyi

Bəstəkar



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə