Teqvim-2017. pdf



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə78/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   74   75   76   77   78   79   80   81   ...   200

162

Milli Qəhrəmanlar 

65 

illiyi

Şahlar Şükürov 

1952-1990  

MA

Y

Şahlar  Əvəz oğlu  Şükürov 1952-ci 

il may ayının 17-də  Kəlbəcər rayonu-

nun Zülfüqarlı  kəndində doğulmuşdur. 

Məktəbi bitirdikdən sonra Azərbaycan 

Xalq Təsərrüfatı İnstitutuna (indiki İqti-

sad Universiteti) daxil olmuşdur. 1972-

ci ildə  təhsilini bitirdikdən sonra hərbi 

xidmətə çağırılmışdır. Ordu sıralarından 

tərxis olunduqdan sonra Bakıdakı islah-

əmək müəssisələrinin birində  əmək 

fəaliyyətinə başlamış, sonra fəaliyyətini 

Ucar rayon Daxili İşlər  Şöbəsində da-

vam etdirmişdir.

1986-cı ildə Rostov Ali Polis Akade-

miyasını bitirmişdir. 1987-ci ildə Zərdab 

rayon DİŞ-də əməliyyat işləri üzrə rəis 

müavini vəzifəsinə təyin edilmişdir. Po-

lis mayoru rütbəsi almışdır.

O, tez-tez qaynar nöqtələrdə olur, 

erməni yaraqlılarına qarşı aparılan 

əməliyyatlarda fəal iştirak edirdi. 1990-

cı il iyul ayının 11-də hərbi qulluqçula-

rın müşayiəti ilə  Tərtər-Kəlbəcər yolu 

ilə  hərəkət edən maşın karvanı Ağdərə 

ərazisindən keçərkən, düşmənin qəfil 

hücumu ilə rastlaşır. O, bu qeyri-bərabər 

döyüşdə son nəfəsinədək döyüşmüş  və 

qəhrəmancasına həlak olmuşdur. 

Ailəli idi. İki övladı yadigar qalıb.

Azərbaycan Respublikası Preziden-

tinin 8 oktyabr 1992-ci il tarixli 264 

saylı Fərmanı ilə polis mayoru Şükürov 

Şahlar  Əvəz oğluna ölümündən sonra 

“Azərbaycanın Milli Qəhrəmanı” fəxri 

adı verilmişdir.

Kəlbəcər rayonunun Zülfüqarlı 

kəndində dəfn edilmişdir.

Zərdab rayonunda adına küçə var. Ra-

yondakı məktəblərin birinə qəhrəmanın 

adı verilmişdir.

Ə d ə b i y y a t 

Azərbaycan Respublikası Daxili İşlər orqanlarının bir qrup əməkdaşına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: (Şü-

kürov Şahlar Əvəz oğlu- Zərdab Polis Şöbəsinin rəis müasvini, polis mayoru – Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlü-

yünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə): Azərbaycan Respublikası 

Prezidentinin Fərmanı, 8 oktyabr 1992-ci il //Azərbaycan.- 1992.- 9 oktyabr.- S.1. (Ölümündən sonra). 

Əsgərov, V.  Şükürov Şahlar Əvəz oğlu //Əsgərov V. Azərbaycanın Milli Qəhrəmanları.- Sumqayıt, 2010.- S.271.

Əliyev, O. Şükürov Şahlar Əvəz oğlu //Əliyev O., Abbasov N. Heydər Əliyev və Azərbaycanın Milli Qəhrəmanları - Müqəddəs amal.- 

Bakı, 2015.- S.345.

Sara. Milli Qəhrəman Şahlar Şükürov doğum günündə yad edilib /Sara //525-ci qəzet.- 2010.- 18 may.- S.7.

Sultan, R. Elin şah vüqarlı Şahlar oğlu / R.Sultan //Təzadlar.- 2010.- 7 dekabr.- S.11.

Zamanlı, A. Yaşasaydı, bu gün doğum gününü qeyd edərdik...: Milli Qəhrəman Şahlar Şükürov onu sevənlərin qəlbində həmişə yaşaya-

caq /A.Zamanlı //Təzadlar.- 2012.- 17 may.- S.11. 

17

Milli Qəhrəman

MA

Y

1



163

MA

Y

8

Milli Qəhrəmanlar 

45 

illiyi

Mərifət Nəsibov 

1972-1992

MA

Y

Mərifət  Əhməd oğlu Nəsibov 1972-

ci il may ayının 22-də Qazax rayonunun 

Məzən kəndində dünyaya göz açmışdır. 

1979-cu ildə  məktəbə getmiş, 1989-

cu ildə isə  Aşağı  Əskipara kənd orta 

məktəbini bitirmişdir. 1990-cı ildə Qazax 

rayon Hərbi Komissarlığının göndərişi 

ilə sürücülük peşəsinə yiyələnmişdir. 

Elə  həmin il hərbi xidmətə çağırıl-

mışdır. Sovet Ordusu sıralarında bir il 

xidmət etdikdən sonra Vətənə qayıtmış 

və könüllü olaraq Milli Orduya yazıl-

mışdır. M.Nəsibov ilk gündən torpaqla-

rımızın müdafiəsində  fəal iştirak etmiş, 

şəxsi igidlik və  fədakarlıq nümunəsi 

göstərmişdir. Mərifət Nəsibov torpağa, 

döyüş dostlarına çox sadiq bir gənc idi. 

O, Həmişə öndə gedir, Qazax rayonunun 

Ermənistanla sərhəd kəndlərini cəsur bir 

əsgər kimi qoruyurdu. 

1992-ci il yanvar ayının 28-i... 

M.Nəsibovun son döyüşü... O, Qazax 

rayonunun Quşçu Ayrım kəndində gedən 

mövqe döyüşləri zamanı qəhrəmancasına 

həlak oldu. 

Subay idi. 

Azərbaycan Respublikası Preziden-

tinin 7 iyul 1992-ci il tarixli 833 saylı 

Fərmanı ilə Nəsibov Mərifət Əhməd oğ-

luna ölümündən sonra “Azərbaycan Mil-

li Qəhrəmanı” fəxri adı verilmişdir.

Qazax rayonunun Məzəm kəndində 

dəfn edilmişdir. Qazax rayonundakı 

H.Əliyev adına parkda adına bulaq tikil-

mişdir.


 

Ə d ə b i y y a t 

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi qulluqçularına “Azərbaycan Milli Qəhrəmanı” adı verilməsi haqqında: 

(Nəsibov Mərifət Əhməd oğlu-sıravi -Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin 

təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə): Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 7 iyun 

1992-ci il //Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı.- 1992.- №13.- S.25. (Ölümündən sonra).

Əsgərov, V.  Nəsibov Mərifət Əhməd oğlu //Əsgərov V. Azərbaycanın Milli Qəhrəmanları.- Sumqayıt, 2010.- S.227.

Əliyev, O. Nəsibov Mərifət Əhməd oğlu //Əliyev O., Abbasov N. Heydər Əliyev və Azərbaycanın Milli Qəhrəmanları - Müqəddəs amal.- 

Bakı, 2015.- S. 306.

Nəsibov Mərifət Əhməd oğlu (1972-1992) //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya /Azərbaycan Milli Kitabxanası; tərt. ed. 

H.M.Həmidova.- B., 2008.- S.163.

22

Milli Qəhrəman


Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə