Teqvim-2017. pdf


Musiqi.Opera.Balet Afаq Məlikоvа



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə8/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   4   5   6   7   8   9   10   11   ...   200

18

Musiqi.Opera.Balet

Afаq Məlikоvа 

1947 

Y

ANV

AR

Afaq Süleyman qızı  Məlikova 

1947-ci il yanvar ayının 18-də Bakıda 

anadan olmuşdur.

Uşaqlıqdan eşitdiyi musiqilərə rəqs 

etməyi çox sevən qızlarının rəqsə 

hədsiz marağını görən valideynləri 

5 yaşlı Afaqı Respublika Pioner Evi-

nin rəqs dərnəyinə yazdırmışlar. 

Yaşı çatanda isə  Bakı Xoreoqrafiya 

Məktəbinə daxil olmuşdur. Xoreoq-

rafiya məktəbinin sonuncu sinfində 

məşhur rəqqasə  Əminə Dilbazi 

məktəbin yetirmələri arasında ənənəvi 

baxış keçirmiş və A.Məlikovanın ifa-

sını  bəyənərək onu Dövlət Mahnı  və 

Rəqs Ansamblının kollektivinə  qəbul 

etmişdir.

15 yaşından bu ansamblda fəaliyyətə 

başlayan rəqqasə görkəmli sənətkar 

Leyla Vəkilovanın tələbəsi olmuşdur. 

Afaq Məlikova 1963-1974-cü 

illərdə Azərbaycan Dövlət Mahnı  və 

Rəqs Ansamblında solist kimi çalış-

mışdır. 

O, insanları heyran qoyan 

Azərbaycan milli rəqsləri ilə bütün 

dünyanı  (Türkiyə, MƏR, Polşa, Fran-

sa,  İngiltərə, Kanada, Portuqaliya, 

Almaniya,  İspaniya və s.) qarış-qarış 

gəzmiş, milli mədəniyyətimizin, milli 

ruhumuzun dilmancı olan rəqslərimizi 

təmsil edərək, alqışlar qazanmışdır.

1975-ci ildə Dövlət Rəqs Ansamblı 

yaradılır. Mütəxəssislər təklif edirlər 

ki, o, Dövlət Mahnı və Rəqs Ansamb-

lında deyil, məhz Rəqs Ansamblında 

çalışmalıdır. Filarmoniyanın direk-

toru  Şəmsi Bədəlbəyli onun rəyini 

öyrənmədən əmrini verir. 1981-ci ildə 

həmin vəzifədə çalışan maestro Niyazi 

isə Afaq xanımı ansambla baletmeys-

ter təyin edir. Az sonra Dövlət Rəqs 

Ansamblının bədii rəhbəri olur və 75 

nəfərlik bir kollektivə başçılıq etmək 

ona tapşırılır. 

Ömrünün 45 ilini səhnəyə həsr edən 

rəqqasə rəqslərin quruluşunu və musi-

qisini özü hazırlayır, hər il Xoreoqra-

fiya məktəbindən ansambla oğlan və 

qızlar cəlb edir. Milli rəqslərin mahir 

ifaçısı olan A.Məlikovanın repertua-

rında  Şərq xalqlarının rəqsləri də ge-

niş yer tutur. Bu gün Afaq Məlikova 

30-dan çox rəqsin müəllifi, bir çox ta-

nınmış rəqqasın müəllimidir.

Afaq Məlikova Azərbaycan rəqs 

ifaçılığının inkişafındakı xidmətlərinə 

görə 1978-ci ildə Azərbaycan SSR-in 

“Xalq artisti” fəxri adına layiq görül-

müş, 2001-ci ildə Azərbaycan Res-

publikası Prezidentinin Fərmanı ilə 

“Şöhrət” ordeni ilə təltif edilmişdir.

Ə d ə b i y y a t

40 il dayanmadan 

rəqs /Afaq Məlikova               

//Mədəniyyət.-2011.- 27 

aprel .- S. 7.

Afaq Məlikova                

//Dəyişikliklərə cəsarəti 

çatan örnək xanım-

lar  /Rasional İnkişaf 

uğrunda Qadınlar 

Cəmiyyəti (RİQC); 

kitabın müəl. Mehriban 

Vəzir; layihənin müəllifi 

və rəhbəri Ş.İsmayılova; 

red.: B.Əhmədov, 

S.İsmayılova; tərc. 

F.Axundov; rəssam 

G.Şəmsiyeva; dizayner 

S.Yüzbaşiyev.- Bakı, 

2008.- S.99-100.

Xəlilzadə, F. Xore-

oqrafiya sənətinin 

yaradıcıları /F.Xəlilzadə                    

//Azərbaycan.- 2007.- 30 

yanvar.- S.7.

İ n t e r n e t d ə

http://anl.az/down/

meqale/adalet/2015/

noyabr/461750.htm

18

70 

illiyi

Rəqqasə



19

Musiqi.Opera.Balet

Böyukağa Məmmədov       

1927 

Y

ANV

AR

Böyükağa Mircəfər oğlu Məmmədov 

1927-ci il yanvar ayının 23-də Bakıda 

anadan olmuşdur. Orta təhsilini başa 

vurduqdan sonra Azərbaycan Mahnı və 

Rəqs Ansamblında fəaliyyətə başlamış-

dır. Burada rəqsin sirlərini öyrənmiş, ya-

şıdlarından həm rəqsi, həm də həvəsilə  

fərqlənmişdir.  

1955-ci ildə Bakı Xoreoqrafıya 

məktəbini bitirmiş, 1946-1966-cı illərdə 

Azərbaycan Dövlət Filarmoniyası Mah-

nı və Rəqs Ansamblının solisti olmuşdur. 

1951-ci ildən “Səməni” rəqs kollektivinə 

rəhbərlik etmişdir. Tanınmış bir rəqqasa 

çevrilən sənətkar Böyükağa Məmmədov 

1960-cı ildə “Cücələrim” rəqs ansamb-

lına  rəhbərlik etməyə başlamışdır.

O, tələbə və gənclərin Berlin (1951-

qızıl medal), Varşava (1953) və Mosk-

vada (1957) keçirilən Ümumdünya fes-

tivallarının laureatıdır. 

1966-cı ildən Texniki və Bədii Yara-

dıcılıq Evi, Y.Qaqarin adına Pionerlər 

Sarayı rəqs kollektivlərinin bədii rəhbəri 

olmuşdur. 

1971-ci ildən Bakı Xoreoqrafiya 

məktəbində dərs demişdir.  Azərbaycan 

rəqsinin inkişafı  və  təbliğində böyük 

zəhməti olan Böyükağa Məmmədov 

unudulmuş, yaddaşlardan silinmiş hava-

lara, xüsusilə “Tərəkəmə”, “Nəlbəki”, 

“Şadlıq”, “Naz eləmə”, “Qaytağı” 

rəqslərinə yeni nəfəs vermiş, böyük 

məharətlə onları  ifa etmişdir.

Böyükağa Məmmədov Azərbaycan 

rəqsini Fransa, İsveçrə,  İran,  İraq, 

Türkiyə, İsveçrə, Əfqanıstan, Polşa, Al-

maniya, Macarıstan və digər ölkələrdə 

layiqincə təmsil etmişdir.

Ömrünün 61 ilini Azərbaycan rəqs 

sənətinə  həsr etmiş Böyükağa müəllim 

bu illər  ərzində iki Xalq artisti, 16 

Əməkdar artist, eləcə də iki SSRİ Xalq 

artisti yetişdirmişdir. Dünyanın 121 

ölkəsində Azərbaycan incəsənətini 

layiqincə  təmsil etmişdir. 

Azərbaycan mədəniyyətinə verdiyi 

töhfələrə görə 1965-ci ildə Böyükağa 

Məmmədov Azərbaycan SSR-in “Xalq 

artisti”

 adına layiq görülmüşdür. 

Hal-hazırda Azər

baycan Respublika-

sı Prezidentinin fərdi təqaüdçüsüdür.

Ə d ə b i y y a t

Məmmədov, M. Tanınmışların rəqs müəllimi: Onu tanıyın  /Mirməmməd Məmmədov //Mədəniyyət.- 2009.- 12 iyun.- S.11. 

Böyükağa Məmmədov //Mədəni-maarif.- 2007.- №5.-S.18.

İ n t e r n e t d ə

anl.az/down/.../may/medeniyyet2007_may_478.htm

https://az.wikipedia.org/wiki/Böyükağa_Məmmədov

https://www.youtube.com/watch?v=H2Oq6Hyye4cportal.azertag.az/node/786

23

90 

illiyi

Rəqqas



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə