Teqvim-2017. pdf


Mədəniyyət.Maarif.Təhsil Maarifçi Əsgər аğа Gоrаni



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə80/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   76   77   78   79   80   81   82   83   ...   200

166

Mədəniyyət.Maarif.Təhsil

Maarifçi

Əsgər аğа Gоrаni 

1857-1910 

  MA

Y

3

Ə d ə b i y y a t

Kazımlı, G. Qaranlıqdan işığa /G.Kazımlı; red. R.Hüseynov.- Bakı: [Şuşa], 2016.- 223, [1] s. 

Tarverdiyeva, K. Əsgərağa Adıgözəlov Gorani /K.M.Tarverdiyeva.- Bakı: İşıq, 1977.- 37, [3] s.

Abbaslı, T. Səhnəmizin ilk əsgəri... Milli peşəkar teatrıımızın ilkini iki baş rolla başlamış Əsgər ağa Gorani /T.Abbaslı                                           

//Mədəniyyət.-2016.- 4 may.- S.13. 

Adıgözəlov Əsgər ağa Haqverdi ağa oğlu //Azərbaycan Milli Ensiklopediyası: 25 cilddə.- Bakı, 2009.- C.I.- S.92.

Gorani Əsgər ağa //Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası.- Bakı, 2004.- C.1.- S.397-398.

İsayev, Ə. Tarixə böyük ehtiramla: Mənəvi çıraqlarımız: [Gəncədə yerləşən Əsgərağa Gorani türbəsi haqqında] /Ə.İsayev //Azərbaycan.-

2012.- 9 dekabr.- S.7.

Qəribli, İ. “Əkinçi”nin Moskva müxbirləri: Əsgər Ağa Gorani /İ.Qəribli //Kredo.-2015.- 14 avqust.- S.10; 12. 

Əsgər ağa Haqverdi bəy oğlu 

Adığözəlov (Gorani) 1857-ci il may 

ayının 3


-də  Gəncə  qəzasının Goran 

kəndində anadan olmuşdur. Azərbaycan 

yazıçısı, m

aarifçi, publisist, teatr xa-

dimi və ictimai xadim Mirzə Adıgözəl 

bəyin nəvəsidir. 1874-cü ildə Bakı realnı 

məktəbini qızıl medalla bitirmişdir. 1873-

cü ildə məktəbdə Həsən bəy Zərdabinin 

təşəbbüsü, Nəcəf bəy Vəzirovun 

rəhbərliyi ilə hazırlanmış Mirzə  Fətəli 

Axundzadənin “Mərdi-xəsis” (“Hacı 

Qara”) komediyasının ilk tamaşasında 

baş rolda oynamışdır.

Təhsilini Moskvada Petrovski-

Razumovski Kənd Təsərrüfatı  və 

Meşəçilik Akademiyasında davam etdir-

mişdir. 1878-ci ildə akademiyanı torpaq-

şünas ixtisası üzrə bitirsə  də, Qafqazda 

aqrar münasibətlərdə hərc-mərclik hökm 

sürdüyündən ixtisası üzrə  işləməmişdir. 

Ədliyyə orqanlarında fəaliyyət 

göstərmiş, Kutaisi və Tiflis  şəhərlərinin 

dairə məhkəmələrində prokuror müavini 

vəzifəsində çalışmış, Suxumi, Gəncə və 

Cəbrayılda mühüm ədliyyə xidmətləri 

icra etmişdir.

Akademiyada oxuduğu illərdən 

tələbə  hərəkatında iştirak etmiş, giz-

li “İmdadiyyə” cəmiyyətinin üzvü ol-

muşdur. H.Zərdabi, N.Vəzirov və digər 

maarifpərvər ziyalılar  ilə  bərabər 

Azərbaycan milli teatrının yaranmasında 

, “Əkinçi” qəzetinin nəşrində fəal iştirak 

etmişdir. 

1905-ci ildə  Gəncə  şəhər bələdiyyə 

idarəsinin sədri vəzifəsinə seçilmiş  və 

1909-cu ildə  Gəncədə öz hesabına qız 

məktəbi açmışdır. Ədəbi-bədii yaradıcı-

lıqla məşğul olan Əsgər ağa   Məhəmməd 

şah Qacarın Güney Qafqaza hücumundan 

bəhs edən “Qara yel” tarixi romanının, 

“Hənək, hənək, axırı dəyənək” pyesinin

cəhalət, nadanlıq və qadın hüquqsuzluğu 

əleyhinə yazılmış “Qocalıqda yorğalıq” 

vodevilinin müəllifidir. A.S.Puşkin və 

M.Y.Lermontovdan tərcümələri var. 

Əsgər ağa Goraninin “Qara yel” ro-

manı dünya xalqlarının 20-dən artıq 

dilinə tərcümə olunmuşdur.

Nizami Gəncəvinin türbəsi vaxtilə 

Mirzə Adıgözəl bəy Qarabaği və  Əsgər 

ağa Gorani tərəfindən təmir edilmişdir. 

Əsgər ağa Adıgözəlov 1910-cu il mart 

ayının 9-da Gəncə şəhərində vəfat etmiş-

dir.

160 

illiyi



167

167

Mədəniyyət.Maarif.Təhsil

140 

illiyi

Mirzə Məhəmmədəli xan Tərbiyət 

1877-1940 

MA

Y

Mirzə  Məhəmmədəli xan Sadıq 

oğlu Tərbiyət 1877-ci il may ayı-

nın 26-da (bəzi mənbələrdə 1875-

ci il kimi də göstərilmişdir) Təbriz 

şəhərində, ziyalı ailəsində dünyaya 

göz açmışdır.  Şəhərdə mütərəqqi 

fikirli ziyalı kimi tanınan Mirzə Sa-

dıq oğlunu məhəllədəki Molla Zey-

nalabdinin açdığı ibtidai məktəbə 

qoymuşdu. Təbrizin adlı-sanlı 

həkimlərindən olan Mirzə  Nəsrulla 

xan və  Məhəmmədəli xan Küfrinin 

məsləhəti ilə  Məhəmmədəli fran-

sız və alman dillərini öyrənmiş, nü-

cum, riyaziyyat və tibb elmlərini 

mənimsəmişdir. M.Tərbiyət Təbrizin 

müasir təhsil sahəsinə töhfələri olan 

elm adamlarından idi.

M.Tərbiyət 1899-cu ildə Təbrizdə 

yeni tipli “Tərbiyət” mədrəsəsi və ey-

niadlı kitabxana açmış, Təbrizin Milli 

Kitabxanasının qurucusu kimi ad çı-

xarmışdır. 1903-cü ildə “Gəncineyi-

fünun” (“Bilik xəzinəsi”) jurnalını 

nəşr etdirmiş, 1908-ci ildə  “İttihad” 

qəzetinin redaktoru olmuş, bunun 

sayəsində İran xalqına və təhsilinə öz 

töhfələrini vermişdir.  Bir müddət Ba-

kıda iranlıların “İttihad” məktəbində 

müdir işləmişdir.

1905-1911-ci il İran inqilabı-

nın fəal iştirakçısı olmuş, onun 

məğlubiyyətindən sonra Berlində və 

İstanbulda mühacirətdə yaşamışdır. 

1921-ci ildə vətənə qayıtmış, Cənubi 

Azərbaycan Maarif İdarəsinin rəisi, 

Təbrizin bələdiyyə  rəisi olmuş, bir 

neçə dəfə İran Milli Məclisinə depu-

tat seçilmişdir. Onun 1935-ci ildə ya-

zılmış “Danişməndani-Azərbaycan” 

əsəri Azərbaycan  ədəbiyyatı  və 

mədəniyyəti tarixinə dair mühüm 

mənbədir.

“Danişməndani-Azərbaycan” 

ifadəsinin mənası fars dilində 

“Azərbaycan alimləri” deməkdir.   

Əsər orta əsr təzkirələrindən fərqli 

olaraq isə bütöv Azərbaycan - Şi-

mali və  Cənubi Azərbaycanın 919 

müxtəlif elm sahəsi ilə  məşğul 

olan ziyalıları  və  şairləri haqqında 

məlumat verən ensiklopedik əsərdir. 

Bu əsər müəllifin 40 ildən artıq elmi 

araşdırmalarının nəticəsidir.

“Danişməndani-Azərbaycan” 

təzkirəsinin 

ədəbiyyat tarixi-

mizin öyrənilməsindəki xüsusi 

əhəmiyyətlərindən biri də odur ki, 

bu təzkirə Azərbaycan mənbələri 

içərisində ilk əsər olaraq ədəbiyyat 

tariximizi – VII əsrdən başlayaraq 

XX əsrə qədər əsasən əks etdirir.

Mirzə Məhəmmədəli xan Tərbiyət 

1940-cı il yanvar ayının 17-də Teh-

randa vəfat etmişdir. 

Ə d ə b i y y a t

Danişməndani-Azərbaycan 

/M.Tərbiyət; elmi red. 

M.C.Cəfərov; tərc. ed. 

İ.Şəms, Q.Kəndli.- Bakı: 

Azərnəşr, 1987.- 458, [3] s. 

Məmmədova, K. 

Azərbaycanda təzkirəçilik 

ənənəsi və Məhəmmədəli 

Tərbiyətin “Danışməndani-

Azərbaycan” təzkirəsi: 

10.01.01- Azərbaycan 

ədəbiyyatı; filologiya 

elmləri namizədi alim-

lik dərəcəsi almaq üçün 

təqdim olunmuş disser-

tasiyanın avtoreferatı 

/K.Məmmədova.- Bakı, 

2005.

Savalan, F. Duman-

lı Təbrizin işıqlı ədibi 

/F.Savalan //Mədəniyyət.- 

2014.- 5 noyabr.- S. 15.

Tərbiyət Məhəmmədəli 

Mirzə Sadıq oğlu               

//Azərbaycan Sovet En-

siklopediyası: 10 cilddə.- 

Bakı, 1986.- C.IX.- S.254-

255.

26

Maarifçi



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə