Teqvim-2017. pdf


Tarixdə bu gün Аzərbаycаn Dövlət Himni



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə85/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   81   82   83   84   85   86   87   88   ...   200

176

Tarixdə bu gün

Аzərbаycаn Dövlət Himni

1992  

MA

Y

Azərbaycan Respublikasının Dövlət 

himni onun əsas dövlətçilik atribut-

larından biri olub Vətənimizin dövlət 

müstəqilliyinin və ölkəmizin mil-

li birliyinin müqəddəs rəmzidir. Hər 

bir müstəqil dövlətdə olduğu kimi, 

Azərbaycanın da müstəqilliyini, mil-

li mentalitetini və dövlətçiliyini  əks 

etdirən özünəməxsus milli himni 

- Dövlət himni vardır. Dövlət him-

ni dövlət müstəqilliyinin musiqi və 

sözlə ifadə edilən müqəddəs simvolu, 

rəmzi, atributu olaraq milli və dövlət 

bayramlarında, tarixi günlərdə, rəsmi 

mərasimlərdə, beynəlxalq tədbirlərdə, 

təhsil müəssisələrində  və mövcud 

qanunvericiliklə müəyyən edilən digər 

hallarda həmişə ayaqüstə, böyük coşqu 

ilə, milli qürurla oxunur və dinlənilir.

28 may 1918-ci il tarixində 

Azərbaycanın istiqlaliyyəti elan 

olunduqdan sonra Azərbaycan Xalq 

Cümhuriyyətinin Dövlət bayrağı  və 

gerbi ilə  bərabər, Dövlət himninin də 

yaradılması və qəbul edilməsi məsələsi 

qarşıya çıxmışdı.

1920-ci il yanvarın 30-da Azərbaycan 

Xalq Cümhuriyyətinin Nazirlər  Şura-

sı milli himnin hazırlanması haqqında 

qərar qəbul etdi və bu məqsədlə Xalq 

Maarif Nazirliyi tərəfindən müsabiqə 

elan olundu.

Bununla  əlaqədar bəstəkar Üze-

yir Hacıbəyli və  şair  Əhməd Cavad 

“Azərbaycan marşı” adlı  əsər yaz-

dılar və müsabiqəyə  təqdim etdilər. 

Lakin 1920-ci il aprelin 28-də Xalq 

Cümhuriyyətinin süqutu Azərbaycanın 

milli himninin qəbuluna imkan 

vermədi.

1991-ci ildə ölkəmiz yenidən 

müstəqillik  əldə etdikdən sonra 

Azərbaycan Respublikasının Dövlət 

himninin qəbulu məsələsi gündəmə çıx-

dı. 1992-ci il mayın 27-də Milli Məclis 

“Azərbaycan Respublikasının Dövlət 

himni haqqında” Azərbaycan Respubli-

kasının Qanununu qəbul etdi. Qanuna 

əsasən, 1919-cu ildə musiqisi böyük 

bəstəkar Üzeyir Hacıbəyli və sözləri 

Əhməd Cavada məxsus “Azərbaycan 

marşı” Azərbaycan Respublikasının 

Dövlət himni kimi təsdiq olundu. 

1993-cü il Azərbaycan Respublika-

sı Milli Məclisinin 2 mart tarixli qərarı 

ilə Azərbaycan Respublikası Dövlət 

himninin əsasnaməsi təsdiq edilmişdir. 

Bütün dövlət rəmzlərinə, dövlətçilik 

atributlarına, o cümlədən də Dövlət 

himninə  dərin hörmət və  məhəbbətlə 

yanaşmaq, himnimizin səslənməsindən 

böyük milli iftixar hissi keçirmək hər 

bir Azərbaycan vətəndaşının Konsti-

tusiya ilə müəyyənləşən vətəndaşlıq 

vəzifəsidir...  



Ə d ə b i y y a t

Abbas, İ. Himnimizin 

müəllifi... /İ.Abbas; red.: 

Ə.Tanrıverdi.- Bakı: Elm 

və təhsil, 2015.- 98 s. 

Bayrağımız, gerbimiz, 

himnimiz /tərt.ed.: 

H.Cəmilzadə (Xudiyev).- 

Bakı: Nağıl evi, 2000.-   

20 s. 

Əliyev, İ. Azərbaycan 

Respublikasının Dövlət 

rəmzləri /İ.Əliyev, 

E.Məhərrəmov; red. 

Y.Mahmudov; AMEA 

A.Bakıxanov ad. Tarix İn-

tu; AMEA Arxeologiya və 

Etnoqrafiya İn-tu.- Bakı: 

Nurlan, 2008.- 54 s.

Mərdanov, M. Azərbaycan 

Respublikasının Dövlət 

rəmzləri /M.Mərdanov, 

Ə.Quliyev; elmi red.: 

R.Mehdiyev.- Bakı: Çaşı-

oğlu, 2007.- 272 s. 

Dövlət himni //Mədəni 

həyat.- 2012.- №5.- S.6. 

Qaraqoyunlu, S. Dövlət 

himnimiz və biz //Ədalət.- 

2010.- 8 oktyabr.- S.3.

27

25 

illiyi


177

Tarixdə bu gün

Respublika Günü

1992

MA

Y

1918-ci il 28 may müsəlman 

Şərqində ilk demokratik res-

publikanın - Azərbaycan Xalq 

Cümhuriyyətinin elan olundu-

ğu və Azərbaycan dövlətçiliyinin 

bərpa edildiyi gündür. Həmin 

gün Azərbaycan Milli Şurası-

nın iclasında 6 bənddən ibarət 

Azərbaycanın  İstiqlal bəyannaməsi 

qəbul olundu. İlk konstitusiya aktı 

-  İstiqlal bəyannaməsinin qəbulu 

ilə Azərbaycan dövlətçiliyi dünyəvi 

Xalq Cümhuriyyəti formasında elan 

edildi. 

Milli  Şuranın  iclasında bitərəf 

Fətəli xan Xoyskinin başçılı-

ğı ilə Xosrov Paşa bəy Sulta-

nov, Məmmədhəsən Hacınski, 

Nəsib bəy Yusifbəyli,  Xəlil bəy 

Xasməmmədov, Məmməd Yusif 

Cəfərov,  Əkbər ağa  Şeyxülisla-

mov, Xudadat bəy Məlik-Aslanov, 

Camo bəy Hacınskidən ibarə

t ilk 

Azərbaycan hökuməti yaradıldı. 



Azərbaycan Xalq Cümhuriyyəti 

hökuməti 1919-cu ilin 21 mayında 

28 may istiqlal gününün bayram 

edilməsi haqqında qərar qəbul et-

miş  və bayramın keçirilməsi üçün 

komissiya yaratmışdı. 1919-cu il 

mayın 27-28-də istiqlaliyyətin bi-

rinci ildönümü münasibətilə Bakı-

da və bölgələrdə  təntənəli bayram 

mərasimləri və kütləvi tədbirlər ke-

çirildi.

 Azərbaycan Xalq Cümhuriyyəti 

1920-ci il aprelin 28-də beynəlxalq 

hüquq normalarını kobudcası-

na pozan Sovet Rusiyasının hərbi 

müdaxiləsi nəticəsində aradan qal-

dırıldı.

Azərbaycan Xalq Cümhuriyyəti 

cəmi 23 ay yaşasa da, Azərbaycan 

xalqının tarixində silinməz iz burax-

mış, milli dövlətçilik  ənənələrinin 

yaşamasında və inkişafında mü-

hüm rol oynamışdır. 1991-ci ildə 

Azərbaycan öz dövlət müstəqilliyini 

bərpa edəndən sonra Azərbaycan 

Respublikası Prezidentinin Fərmanı  

(1992) ilə  2

8 May – Respublika 

Günü elan edilərək, hər il dövlət və 

ümumxalq bayramı kimi təntənəli 

şəkildə qeyd olunur.   

28

Ə d ə b i y y a t

Əliyev, A. Yaddaşımıza əbədi həkk olunmuş nicat günü /A.Əliyev //Respublika.- 2015.- 10 iyun.- S.10.

Haşımov, C. Müstəqillik xalqımızın böyük tarixi nailiyyətidir /C.Haşımov //Respublika.- 2015.- 15 oktyabr.- S.7. 

Həsənova, X. Xalqımızın tarixi nailiyyəti /X.Həsənova //Respublika.- 2014.- 19 oktyabr.- S.11.

Respublika günü //Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası: iki cilddə.- Bakı, 2005.- C.II.- S.295.



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə