Teqvim-2017. pdf


Musiqi.Opera.Balet Leyla Vəkilova



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə9/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   5   6   7   8   9   10   11   12   ...   200

20

Musiqi.Opera.Balet

Leyla Vəkilova

1927-1999  

Y

ANV

AR

Leyla Məhəd qızı  Vəkilova 1927-ci 

il yanvar ayının 29-da ziyalı ailəsində 

dünyaya göz açmışdır. Orta məktəbdə 

oxumaqla yanaşı 1935-ci ildə Bakı Xo-

reoqrafiya Məktəbinə daxil olmuşdur. 

1943-cü ildə Xoreoqrafiya məktəbini 

uğurla bitirən gənc balerina Azərbaycan 

Dövlət Opera və Balet Teatrının balet 

truppasına solist kimi qəbul olunmuş-

dur.

1945-1946-cı illərdə SSRİ Dövlət 



Akademik Böyük Teatrının nəzdindəki 

Moskva Xoreoqrafiya məktəbində xü-

susi təhsil almışdır.  

Görkəmli balet ustası 1946-cı ildən 

ömrünün sonuna kimi Azərbaycan 

Dövlət Opera və Balet Teatrının so-

listi olmuş, 1953-cü ildən ömrünün 

son gününə  kimi Bakı Xoreoqrafiya 

Məktəbində klassik rəqslər fənnindən 

dərs demiş və 1992-ci ildən həm də bu 

təhsil ocağına bədii rəhbərlik etmişdir.

“Qu gölü” baleti Leyla Vəkilovanın 

sənət taleyinin əbədi nəğməsi idi. O, 

səhnəyə ilk dəfə bu baletlə ayaq aç-

mış, səhnə həyatı boyu dəfələrlə həmin 

baletdəki Odetta və Odiliya obrazlarını 

ifa etmişdir. 

Leyla Vəkilova “Qız qalası” baletində 

Gülyanaq, “Gülşən” baletində Gülşən, 

“Yeddi gözəl” baletində Aişə, “Yatmış 

gözəl” baletində Avrora, “İldırımlı yol-

larla” baletində Sari, “Jizel” baletində 

Jizel, “Məhəbbət əfsanəsi” baletində Şi-

rin rolları,  “Qırmızı lalə” baletində Tao 

Xoa, “Bağçasaray fontanı” baletindəki 

Zarema partiyalarını ifa etmişdir.  Opera 

teatrında tamaşaya hazırlanan “Aleko”, 

“Leyli və Məcnun” operalarına rəqs qu-

ruluşları vermişdir. 

O, müxtəlif vaxtlarda Moskva və 

Tiflis balet teatrlarının kollektivləri ilə 

birgə  səhnələri bölüşmüş, Varşavada 

keçirilən Beşinci Dünya Gəncləri Festi-

valının iştirakçısı kimi xüsusi mükafata 

layiq gorülmüşdür. 

Həm mahir ifaçı, həm də böyük bir ba-

let məktəbinin yaradıcısı kimi ömrü boyu 

Azərbaycan incəsənətinin əsl fədaisi və 

yorulmaz təbliğatçısı idi. 1976-cı ildən 

1982-ci ilə kimi Azərbaycan Dövlət 

Rəqs Ansamblının bədii rəhbəri kimi, 

milli rəqsimizin ən gözəl nümunələrini 

bir çox dünya səhnələrində uğurla başqa 

xalqlara nümayiş etdirmişdir.

Milli balet sənətinin inkişaf və 

tərəqqisində göstərdiyi xidmətlərinə 

görə, Leyla Vəkilova 30 aprel 1955-

ci ildə Azərbaycan Respublikasının 

“Əməkdar artist”, 26 aprel 1958-ci ildə 

“Xalq artisti”, 31 oktyabr 1967-ci ildə 

“SSRİ Xalq artisti” fəxri adlarına layiq 

görülmüş,balet sənətinin inkişafındakı 

xidmətlərinə görə 1997-ci il yanvarın 

29-da “Şöhrət” ordeni ilə  təltif olun-

muşdur.

Leyla xanım Vəkilova 1999-cu il 



fevral ayının 20-də Bakıda vəfat etmiş,  

Fəxri Xiyabanda dəfn edilmişdir.



Ə d ə b i y y a t

Əlioğlu, Y. Qu quşunun 

nəğməsi...: Xalq artisti 

Leyla Vəkilovaya həsr 

olunur /Y. Əlioğlu; elmi 

red. İ.Rəhimli; [baş red. 

S.Bektaşi; burax. məsul 

S.İsmayılova; dizayner 

G.Qurbanova].- Bakı: 

Şərq-Qərb, 2014.- 102, 

[2] s.

Ləman, F. Leyla Vəkilova 

//Ləman F., Əhmədli S. 

İncilər: Qazax-Ağstafa: 

[ensiklopedik toplu]                     

/red.: Ş.Bünyadova, 

Q.Xəlilova.- Bakı, 2011.- 

S.83.

                        

29

90 

illiyi

Balet ustası


21

Teatr. Kino

Mikayıl Mirzə 

1947-2006 

Y

ANV

AR

Mikayıl  Şahvələd oğlu Mirzəyev 

1947-ci il yanvar ayının 1-də  Şamaxı 

rayonunun Talış kəndində (indiki Ağsu 

rayonu) anadan olmuşdur.

1969-cu ildə ADİİ-nin (indiki 

ADMİU) dram və kino aktyorluğu 

fakültəsini bitirmişdir. Azərbaycan 

Dövlət Teatr İnstitutunda görkəmli rejis-

sor və pedaqoq, SSRİ Xalq artisti, pro-

fessor Mehdi Məmmədovun kursunda 

dərs almışdır. İnstitutu bitirdikdən son-

ra bir müddət Tədris Teatrında çalışmış, 

1976-cı ilin yanvar ayından Akademik 

Milli Dram Teatrına dəvət edilmişdir.

Teatr sənətinin sirlərinə  dərindən 

yiyələnmək qabiliyyəti Mikayıl  Mirzəyə 

səhnəmizdə bir-birindən maraqlı, dol-

ğun obrazlar yaratmağa imkan vermiş, 

ona əsl xalq məhəbbəti qazandırmışdır.

Azərbaycan teatrının səhnəsində ya-

ratdığı Aslan (M.İbrahimov “Kəndçi 

qızı”), Mirzə Ələkbər Sabir, Tərs Tahir 

(Anar “Sizi deyib gəlmişəm”, “Adamın 

adamı”), Qoca (L.Frank, “Yad adam”), 

Eyvaz, Muratov (İ.Əfəndiyev “Tənha 

iydə  ağacı”, “Qəribə  oğlan”), Zahid, 

Şair (B.Vahabzadə “Fəryad”, “Yollara 

iz düşür), Bəxtiyar (A.Şaiq “Fitnə”),  

İxtiyar (H.Cavid “İblis”) və başqa rolla-

rı aktyorun istedadının müxtəlif çalarla-

rını açır. C.Məmmədquluzadənin “Dəli 

yığıncağı” (Cinni Mustafa), S.Vurğunun 

“Vaqif” (Kürd Musa), C.Cabbarlının 

“Od gəlini” (Elxan) tamaşalarında akt-

yorun yaratdığı surətlər bu pyeslərin 

böyük uğurunu təmin etmiş, sənətçiyə 

şöhrət gətirmişdir. 

M.Mirzəyevin Akademik Milli Dram 

Teatrında quruluş verdiyi C.Cabbarlının 

“Aydın” tamaşası teatr sənəti tarixində 

layiqli səhnə əsəri kimi qiymətləndirilir. 

O, “Dədə Qorqud”, “Yeddi oğul 

istərəm”, “Uzun ömrün akkordları”, 

“Babək”, “Qatır Məmməd” və onlar-

ca digər ekran əsərlərində bir-birindən 

fərqli surətlər qalereyası yaratmışdır. 

Mikayıl Mirzəyevin “Günahsız Ab-

dulla” (Abdulla), “Topal Teymur” (Şair 

Kirmani) kimi teletamaşalarda yarat-

dığı  təkrarolunmaz rolları milli televi-

ziyamızın tarixində ayrıca bir mərhələ 

təşkil etmiş, tamaşaçılar tərəfindən 

böyük rəğbətlə qarşılanmışdır. “Bir 

aktyorun teatrı”nı yaradan sənətkar 

televiziyada A.S.Puşkinin “Motsart 

və Salyeri”, “Qaraçılar”, H.Cavidin 

“Azər”, X.Rzanın “Məhəbbət dastanı”, 

M.İsmayılın “Saz”, R.Rzanın “Qızıl-

gül olmayaydı...”, C.Novruzun “Qərbi 

Berlin” mono-tamaşalarında bir-birinə 

bənzəməyən obrazlar qalereyasını ta-

maşaçı yaddaşına əbədi həkk etmişdir. 

Mikayıl Mirzə Azərbaycanın ictimai-

siyasi həyatında da fəal rol oynamışdır. 

O, iki çağırış 1995-2000-ci və 2002-

2005-ci illərdə Milli Məclisin deputatı 

seçilmişdir. Akademik Milli Dram Te-

atrında aktyor kimi çalışmaqla yana-

şı, 1992-1995-ci illərdə  həm də Bakı 

Mədəni-Maarif Texnikumunun direkto-

ru vəzifəsində işləmışdir.

Azərbaycan teatr və kino sənətinin 

inkişafındakı xidmətlərinə görə Mika-

yıl Mirzəyev 1987-ci ildə Azərbaycan 

SSR-in “Əməkdar artist”, 1991-ci ildə 

isə “Xalq artisti” fəxri adlarına layiq gö-

rülmüşdür. 

Mikayıl Mirzə 2006-cı il iyun ayının 

3-də vəfat etmiş, Bakıdakı II Fəxri Xi-

yabanda dəfn edilmişdir.

Ə d ə b i y y a t

Elsevər, S. Qiraətin 

axırıncı istinad 

nöqtəsi: Mikayıl 

Mirzə Azərbaycan 

mədəniyyətinin işıqlı 

siması kimi xatırlanır 

/S.Elsevər //Kaspi.-

2016.- 22 yanvar - S.7.

Mirzə, M. İstiqlal 

sənətkar: Mikayıl Mirzə-

65 /Mətin Mirzə //Yeni 

Azərbaycan.- 2012. - 13 

noyabr.- S.8. 

Yusif, M. İstedadlı 

aktyor, gözəl pedaqoq və 

ictimai xadim: Mikayıl 

Mirzə /M.Yusif //Ekran-

efir.-2013.- 18 yanvar.- 

S. 9.

İ n t e r n e t d ə

http://www.mikayilmir-

ze.tk/2012/04/mikayl-

mirz.html

http://www.anl.az/down/

meqale/kaspi_az/2016/

yanvar/473673.pdf

1

70 

illiyi

Aktyor



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə