Teqvim-2017. pdf



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə90/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   86   87   88   89   90   91   92   93   ...   200

187

Zivər Məmmədova

1902-1980 

İYUN

Zivər Nəcəfqulu qızı  Məmmədova 

1902-ci il iyun ayının 14-də varlı sa-

hibkar Nəcəfqulu Tağıyevin ailəsində 

anadan olmuşdur. 7 yaşında ikən Zivər 

Müqəddəs Nina qadın gimnaziyasına 

daxil olmuş, təhsil aldığı illərdə musiqi 

və rəsm çəkməyi öyrənmişdir. 

1920-1924-cü illərdə  Ə.Əzimzadə 

adına Bakı Ali Rəssamlıq Məktəbində 

(indiki ADRA) təhsil almış, bir müddət 

S.D.Erziya və P.V.Sabsayın emalatxa-

nalarında çalışmışdır. 

Z.Məmmədova sovet monumen-

tal heykəltəraşlığının  ən nəhəng 

layihələrindən biri olan siyasi xadim və 

inqilabçı S.M.Kirovun abidəsi üzərində 

iş prosesində SSRİ heykəltəraşlıq 

məktəbinin korifeylərindən olan 

P.Sabsayın rəhbərliyi altında iştirak 

etmiş, təcrübə toplamışdır. Görkəmli 

şəxslərin fərdi obrazlarını ardıcıl 

surətdə  tədqiq edən Z.Məmmədova 

1930-1940-cı illərdə  “Ə.Əzimzadə” 

(büst, gips), “H.Sarabski” (büst-gips), 

“M.Əzizbəyov”, “B.Bağırova”, Sovet 

İttifaqı  Qəhrəmanı  “İ.Süleymanov”un 

və başqa tanınmışların büst-portretlərini 

yaratmışdır. 

1950-ci ildə dahi bəstəkar 

Ü.Hacıbəylinin gipsdən heykəlini hazır-

lamışdır. Onu da qeyd edək ki, bu abidə 

Ü.Hacıbəylinin naturadan çəkilmiş 

yeganə portreti kimi tarixə düşmüşdür.

Zivər xanımın həmçinin “Kolxozçu 

qadın” (gips, 1940), “Qız gəlincik ilə” 

(dekorativ  fiquru, çini, şirəüstü naxış, 

1950), “Rəqqasə” (dekorativ fiqur, çini, 

şirəüstü naxış, qızılla zərləmə, 1954) və 

s. əsərləri də böyük uğur qazanmışdır. 

Görkəmli heykəltəraşın forma və 

materialı gözəl bilməsi ona monumental 

və dəzgah heykəltəraşlığında da özünü 

sınamağa imkan verirdi. Yaradıcılığında 

xırda plastikadan - saxsıdan hazırladığı 

Ü.Hacıbəyovun “Koroğlu” operasın-

dakı  rəqqasələri təsvir edən dekorativ 

nəfis  fiqurlar yüngül “musiqili” tərzdə 

yerinə yetirilmiş  və heykəltəraşlıqdan 

daha çox plastikliyinə görə keramik fi-

qurlara oxşayır. Məhs bu kiçik formalı 

heykəltəraşlıq elementləri sənətkəra öz 

texnikasını  təkmilləşdirməyə, yeni iş 

üsulları öyrənməyə imkan verirdi.  

Zivər xanım  Azərbaycan  mədə-

niyyəti tarixində  nəinki ilk qadın 

heykəltəraş, həmçinin peşəkar qa-

dın skripka ifaçısı kimi də tanınmış-

dır. O, gənclik illərində dahi bəstəkar 

Ü.Hacıbəylinin mühazirələrini dinlə-

miş, 1922-ci ildə rəhbərlik etdiyi Dövlət 

Simfonik Orkestrində skripkaçı kimi 

çalışmış, 1923-cü ildə “Arşın mal alan” 

operettasının ilk tamaşasında skripkada 

ifa etmişdir. 

Zivər Məmmədova 1980-ci il aprel 

ayının 22-də Bakı  şəhərində  vəfat et-

mişdir. 


14

Ə d ə b i y y a t

Zivər Məmmədova, 1902-

1980: heykəltaraşlıq 

[İzomaterial]; Həyat 

Abdullayeva, 1912-2007: 

heykəltaraşlıq; Elmira 

Hüseynova, 1933-

1995 : heykəltaraşlıq 

/layihənin rəhbəri 

Ç.Fərzəliyev; mətnin 

müəl. Ə.Abdullayeva; 

foto. Ə.Ağasiyev; 

ing. dilində tərc.: 

İ.Peart, S.İbrahimova, 

Ə.Məlikova.- Bakı: 

Sərvət, [Şərq-Qərb], 

2013.-104 s.

Məmmədova Zivər          

//Azərbaycan Sovet En-

siklopediyası: 10 cilddə.- 

Bakı, 1982.- C.VI.- S.506. 

Zivər Məmmədova: 

İlk qadın heykəltəraş 

//Dəyişikliklərə 

cəsarəti çatan örnək 

xanımlar=Role Models: 

Women daring to change 

/M.Vəzir; Rasional 

İnkişaf uğrunda Qadınlar 

Cəmiyyəti (RİQC).- Bakı, 

2008.- S. 33-34.

İ n t e r n e t d ə

https://az.wikipedia.org/

wiki/Zivər_Məmmədova

http://www.anl.az/down/

medediyyet_2006/mede-

niyyet2006_oktyabr_146.

htm

http://www.wikiwand.

com/az/

115  

illiyi

Heykəltəraş

Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq 


188

80 

illiyi

Zemfira Səfərova 

1937

İYUN

Zemfira Yusif qızı  Səfərova 1937-

ci il iyun ayının 10-da Bakı şəhərində 

anadan olmuşdur. 

1945-1955-ci illərdə Ü.Hacıbəyov 

adına Azərbaycan Dövlət Konservato-

riyasının (indiki Bakı Musiqi Akade-

miyası) nəzdində olan xüsusi musiqi 

məktəbində oxumuş, 1955-1960-cı 

illərdə Azərbaycan Dövlət Konser-

vatoriyasının tələbəsi olmuş, Musiqi 

tarixi və  nəzəriyyəsi fakültəsini  əla 

qiymətlərlə bitirmişdir. 1962-ci ildə 

Azərbaycan Milli Elmlər Akademiya-

sının Memarlıq və İncəsənət İnstitutu-

nun aspiranturasına daxil olmuş, orada 

kiçik elmi işçi vəzifəsindən şöbə müdi-

ri vəzifəsinədək yüksəlmişdir. 1980-ci 

ildən həmin institutun Azərbaycan mu-

siqisinin tarixi və nəzəriyyəsi şöbəsinə 

böyük uğurla rəhbərlik edir. 

1963-cü ildə Moskvaya ezam edil-

miş, professor İ.Y.Rijkinin rəhbərliyi 

ilə namizədlik dissertasiyası üzərində 

işləmişdir. 1970-ci ildə “Üzeyir 

Hacıbəyovun musiqi-estetik konsep-

siyası” mövzusunda sənətşünaslıq 

üzrə alimlik dərəcəsi almaq üçün 

namizədlik dissertasiyasını, 1996-cı 

ildə “Azərbaycanın musiqi elmi (XIII-

XIX  əsrlər)” mövzusunda doktorluq 

dissertasiyasını müdafiə etmişdir. 1998-

ci ildə professor elmi rütbəsini almış-

dır. Tədqiqatları  qədim və orta əsrlər 

Azərbaycan musiqisinə, o cümlədən

Səfiəddin Urməvi,  Əbdülqadir Ma-

raği, eləcə  də Mir Möhsün Nəvvab, 

Ü.Hacıbəyli, Cabbar Qaryağdıoğlu və 

b.-nın yaradıcılığına həsr edilmişdir. 

“Azərbaycanın musiqi elmi”, “Dədə 

Qorqudun musiqi dünyası” və s. kitab-

ların müəllifidir. Heydər  Əliyev Fon-

dunun prezidenti Mehriban xanım 

Əliyevanın rəhbərliyi ilə “Muğam 

layihəsi” çərçivəsində nəşr edilən (2006-

cı ildə) Urməvinin “Kitabi-ədvar” və 

“Şərəfiyyə”, Fətullah Şirvaninin “Mu-

siqi məcəlləsi” risaləsinin ixtisas redak-

toru, ön söz və elmi şərhlərinin müəllifi 

də Zemfira Səfərova olmuşdur.

20-dən çox kitab, 150-dən ar-

tıq elmi məqalənin  müəllifidir. Bir 

sıra beynəlxalq elmi simpozium və 

konqreslərdə çıxış etmişdir.

Z.Səfərova elmi yaradıcılıqla ya-

naşı geniş elmi-təşkilati fəaliyyətlə də 

məşğuldur. 

Uzun illər Bəstəkarlar  İttifaqının 

üzvü olan Z.Səfərova hal-hazırda it-

tifaqın Musiqişünaslıq və  tənqid 

bölməsinin rəhbəri, Azərbaycan Res-

publikasının Prezidenti yanında AAK-

nın sənətşünaslıq və memarlıq üzrə 

ekspert komissiyasının sədridir.

İncəsənət sahəsində nailiyyətlərinə 

görə 1989-cu ildə Azərbaycanın 

“Əməkdar incəsənət xadimi” fəxri adı-

na layiq görülmüşdür. 



Ə d ə b i y y a t

Ardı yaşanılır: Xatirələr 

/Z.Səfərova.- Bakı: Nurlan, 

2000.- 152 s. 

Həmişəyaşar ənənələr: 

Məqalələr toplusu və 

müsahibələr /Z.Səfərova; 

Azərbaycan EA, Memarlıq 

və İncəsənət İn-tu.- Bakı: 

Elm, 2000.- 320 s. 

Azərbaycanın musiqi tarixi 

/Z.Səfərova //Qobustan.- 

2002.- №1.- S.4-24.

Səfiəddin Urməvinin (XIII 

əsr) risalələrində musiqi 

alətlərinin şərhi, bərpası 

və inkişafı haqqında 

/Z.Səfərova //Musiqi 

dünyası.- 2011.- №2/47.- 

S.3-5.

Zemfira Yusif qızı 

Səfərova: Biblioqrafik 

göstərici /AMEA, Mərkəzi 

Elmi Kitabxana: tərt. 

Ü.Talıbzadə.- Bakı: Elm, 

2010.- 146 s. 

Xəlilzadə, F. Böyük 

sənətkarın təkrarsız 

yaradıcılığı yeni araş-

dırmalarda /F.Xəlilzadə                   

//Azərbaycan.- 2010.- 10 

oktyabr.- S.7.

10

Musiqişünas

Musiqi.Opera.Balet


Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə