Teqvim-2017. pdf



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə94/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   90   91   92   93   94   95   96   97   ...   200

195

110 

illiyi

Sоnа Hаcıyеvа

1907-1979

İYUN

Sona Salman qızı Hacıyeva 1907-

ci il iyun ayının 25-də Nuxada (indi-

ki Şəki) anadan olmuşdur. Bir yaşında 

ikən atası vəfat etmiş, babası Əbdülbağı 

Zülalovun himayəsində böyümüşdür. 

Anası Əzizə Məmmədova səhnəmizin 

ilk peşəkar aktrisalarındandır.  Əzizə 

xanım və qızı Sona 1916-cı ildə Tiflisə 

köçmüş, az sonra Tiflisdən Aşqabad 

şəhərinə, 1919-cu ildə isə Bakıya qa-

yıtmışlar. 

S.Hacıyeva səhnə fəaliyyətinə 1921-

ci ildə Bakı Azad Tənqid-Təbliğ Teat-

rında (indiki ADRDT) başlamış, 1923-

1979-cu illərdə Azərbaycan Dram 

Teatrının (indiki AMDT) aktrisası ol-

muşdur. 1927-ci ilədək eyni zamanda 

opera əsərlərində və musiqili komedi-

yalarda uğurla çıxış etmişdir. 

1923-cü ildə S.Hacıyeva Azərbaycan 

Dövlət Dram Teatrının səhnəsində ilk 

rolunu ifa etmiş,  Ə.B.Haqverdiyevin 

“Pəri-Cadu” əsərində yaratdığı Səlimə 

obrazı ona uğur gətirmişdir. Sonralar 

S.Hacıyeva uzun illər bu teatrda çalı-

şaraq müasir və klassik dramaturqların 

əsərlərinin tamaşalarında diqqəti cəlb 

edən obrazlar yaratmışdır. 

O zamanlar teatrlarda aktrisa ça-

tışmadığı üçün Sona xanım Opera və 

Balet Teatrında (indiki ADAOBT) da 

çıxış etmək məcburiyyətində qalırdı. 

Opera teatrının səhnəsində yaratdığı 

Leyli, Əsli (“Leyli və Məcnun”, “Əsli 

və  Kərəm” Ü.Hacıbəyli),  Şahsənəm 

(“Aşıq Qərib” Z.Hacıbəyov”) obrazla-

rı tamaşaçılar tərəfindən maraqla qar-

şılanırdı. Çünki S.Hacıyevaya qədər 

operada qadın rollarını ancaq kişilər ifa 

edirdilər. 

S.Hacıyevanın yaradıcılığı üçün mil-

li kolarit, təbiilik, özünəməxsus lirizm 

səciyyəvi idi. 1920-ci ildən ömrünün 

sonuna kimi Azərbaycan Dövlət Dram 

Teatrının səhnəsində Azərbaycanın 

klassik dramaturqları ilə yanaşı, dünya 

dramaturqlarının  əsərlərində müxtəlif 

obrazlar yaratmışdır. Mürəkkəb bir 

zamanda səhnəyə gələn, 200-dən artıq 

həm lirik, həm də komik obrazların ma-

hir ifaçısı olan S.Hacıyeva Azərbaycan 

kino sənətinin də inkişafına öz töhfəsini 

vermişdir. “Bəxtiyar” (1955), “O olma-

sın, bu olsun” (1956), “Qızmar günəş 

altında” (1957), “Səhər” (1960), “Te-

lefonçu qız” (1962) filmlərinə  çəkilən 

S.Hacıyeva milli kinonun tarixində də 

misilsiz xidmətlərin sahibidir. 

S.Hacıyeva 1949-cu ildə Azərbaycan 

SSR “Xalq artisti” fəxri adına layiq gö-

rülmüş, “Şərəf nişanı” ordeni və me-

dallarla təltif edilmişdir. 

Görkəmli sənətkar 1979-cu il de-

kabr ayının 24-də Bakı şəhərində vəfat 

etmişdir. 

 

Ə d ə b i y y a t

Ələkbərov, Ə. Azərbaycan 

SSR xalq artistkası Sona 

Hacıyeva /Ə.Ələkbərov; 

red. A.Babayev; Azərb. 

Teatr Cəmiyyəti. - Bakı: 

[s.n.], 1959.- 48, [6] s.

Sona Hacıyeva [İzoma-

terial] /Azərbaycan Teatr 

Cəmiyyəti.- Bakı: İşıq, 

1974.- [1] qat. v.

Fərəcov, S. Səhnələrin 

Sonası /S.Fərəcov                   

//Mədəniyyət.-2014.- 25 

iyun.- S.15.

Hacıyeva Sona                    

//Azərbaycan Sovet En-

siklopediyası: 10 cilddə.- 

Bakı, 1987.- C X.- S.155. 

İ n t e r n e t d ə

http://anl.az/el/emb/TE-

ATR/aktyorlar/sona_haci-

yeva.htm

https://az.wikipedia.org/

wiki/Sona_Hacıyeva

25

Aktrisa

Teatr.Kino



196

Milli Qəhrəmanlar

50 

illiyi

Mövsüm Məmmədov

1967

İYUN

Mövsüm  Şahin oğlu Məmmədov 

1967-ci il iyun ayının 6-da Xocalı ra-

yonunun Kosalar kəndində anadan ol-

muşdur. Xocalı rayon Canhəsən kənd 

ibtidai məktəbini bitirdikdən sonra orta 

təhsilini 1984-cü ildə doğma kəndində 

başa vurmuşdur. 1985-ci ildə ordu sıra-

larına çağırılmış, 1987-ci ildə isə ordu-

dan tərxis olunaraq Vətənə dönmüşdür. 

O, 1988-ci ildə Şuşa elektrik Şəbəkəsi 

Birliyində, 1990-cı ildən isə Daxili İşlər 

orqanlarında çalışmışdır. 

Mövsüm Məmmədov Vətənin dar 

günündə öz fəaliyyətini daxili işlər 

orqanlarında davam etdirməyi özünə 

borc bildi. 1992-1993-cü illərdə 

erməni işğalçılarına qarşı aparılan 

hərbi  əməliyyatlarda mərdliklə vuruş-

muş  və Xocalı soyqırımı zamanı dinc 

əhalinin xilas edilməsində böyük şücaət 

göstərmişdir. 1994-cü ildə Şuşa Rayon 

Polis  şöbəsinin Post-Patrul Xidməti 

(PPX) bölüyünə komandir, 1995-ci ildə 

Post-Patrul Xidmətinin (PPX) koman-

diri vəzifəsinə  təyin edilmişdir. 1998-

ci ildə Daxili İşlər Nazirliyinin (DİN) 

Polis Akademiyasını bitirmişdir.  Şuşa 

rayon Polis şöbəsinin xidmət üzrə  rəis 

müavini vəzifəsində çalışmışdır. 

Azərbaycan Respublikası Preziden-

tinin 25 fevral 1997-ci il tarixli 553 

saylı  Fərmanı ilə  Məmmədov Möv-

süm Şahin oğluna “Azərbaycanın Milli 

Qəhrəmanı” fəxri adı verilmişdir. 

Ə d ə b i y y a t

Mövsüm Şahin oğlu Məmmədova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: [Şuşa şəhəri polis şöbəsinin əməkdaşı-

Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında, erməni qəsbkarlarına qarşı mübarizədə, Xocalı soyqırımı zamanı dinc 

əhalinin xilas edilməsində xüsusilə fərqlənərək şücaət və mərdlik göstərdiyinə, Vətən qarşısında borcunu şərəflə yerinə yetirdiyinə görə]: 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 25 fevral 1995-ci il//Azərbaycan.- 1995.- 26 fevral.- S.1.

Əsgərov, V. Məmmədov Mövsüm Şahin oğlu //Əsgərov V. Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşr.- Bakı, 2010.- 

S.200.

Məmmədov Mövsüm Şahin oğlu //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya /Azərbaycan Milli Kitabxanası; tərt.ed. H.Həmidova.- 

Bakı, 2008.- S.140.

Seyidzadə, M. Məmmədov Mövsüm Şahin oğlu //Seyidzadə M. Milli qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.145.

İ n t e r n e t d ə

https://az.wikipedia.org/wiki/Mövsüm_Məmmədov

http://www.muallim.edu.az/www.old/arxiv/2010/46/44.htm

http://veten-ugrunda.az/milliqehremanlar/144-mmmdov-mvsm-ahn-olu.html

6

Milli Qəhrəman



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə