Teqvim-2017. pdf



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə95/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   91   92   93   94   95   96   97   98   ...   200

197

Milli Qəhrəmanlar

65 

illiyi

İsrafil Şahverdiyev 

19

52-1994

İYUN

İsrafil  Şahverdi oğlu  Şahverdiyev 

1952-ci il iyun ayının 11-də Laçın ra-

yonunun Unannovu kəndində anadan 

olmuşdur. 1959-1969-cu illərdə Unan-

novu kənd orta məktəbini bitirmişdir. 

1971-1974-cü illərdə ordu sıralarında 

xidmət etmişdir. 

1975-ci ildə Laçın rayon Daxili 

İşlər  şöbəsində milis nəfəri kimi əmək 

fəaliyyətinə başlamışdır. Erməni ya-

raqlıları torpaqlarımıza hücum edərkən 

İsrafil Şahverdiyev cəsur bir polis işçi-

si kimi ilk günlərdən torpaqlarımızın 

müdafiəsinə qalxmışdı. Onun şücaəti 

nəticəsində Qaladərəsi kəndini keçməyə 

cəhd edən iki erməni cəsusu yaxalan-

mışdır. Azərbaycanın Milli Qəhrəmanı 

jurnalist Salatın  Əsgərovanın həyatına 

qəsd edən quldurların ələ keçirilməsində 

də onun böyük əməyi olmuşdur. 

1991-ci ilin yazında Qaladərəsi kəndini 

erməni quldurlarından təmizləmək 

məqsədilə plan hazırlanır. Gecədən 

səhərə kimi davam edən ağır döyüşdə 

erməni yaraqlıları güclü müqavimətlə 

rastlaşdılar və geri çəkilməyə  məcbur 

oldular.  İsrafil  Şahverdiyev öz rotası 

ilə 1992-ci il sentyabrın 19-dan noyab-

rın 17-nə qədər Hocaz qayası və Hocaz 

kəndi uğrunda gedən döyüşlərdə iştirak 

etmişdir. O, dəfələrlə kəşfiyyata getmiş, 

düşmənin yerinin təyin olunmasında 

qəhrəmanlıq göstərmişdir. 1994-cü il 

yanvar ayının 6-da onun rotası Füzuli 

rayonunun kəndlərini erməni işğalından 

azad etmək üçün döyüşə gedir. Rota Ho-

radiz qəsəbəsini, eləcə də digər 4 kəndi 

azad edir. 

İsrafil Şahverdiyev 1994-cü il yanvar 

ayının 13-də gedən ağır döyüşlərdə ya-

ralı yoldaşlarına kömək edərkən düşmən 

gülləsinə tuş gəlmişdir. 

Azərbaycan Respublikası Prezidenti-

nin 15 yanvar 1995-ci il tarixli 262 saylı 

Fərmanı ilə Şahverdiyev İsrafil Şahverdi 

oğluna ölümündən sonra “Azərbaycanın 

Milli Qəhrəmanı” fəxri adı verilmişdir. 

Bakı  şəhərindəki  Şəhidlər Xiya-

banında dəfn edilib. Laçın rayon orta 

məktəblərindən biri qəhrəmanın adını 

daşıyır. 



Ə d ə b i y y a t

Azərbaycan Respublikasının bir qrup hərbi qulluqçusuna və polis işçilərinə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: 

[Leytenant Şahverdiyev İsrafil Şahverdi oğlu-Azərbaycan Respublikasının suverenliyi və ərazi bü- tövlüyünün qorunmasında, Vətənimizin 

torpaqlarının erməni işğalından müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdiyi şəxsi igidlik və şücaətə, öz 

müqəddəs əsgəri və xidməti borcunun şərəflə yerinə yetirılməsindəki misilsiz xidmətlərinə görə]: Azərbaycan Respublikası Prezidentinin 

Fərmanı, 15 yanvar 1995-ci il// Azərbaycan.-1995.-17 yanvar.-S.-1. (ölümündən sonra). 

Əsgərov, V. Şahverdiyev İsrafil Şahverdi oğlu //Əsgərov V. Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəş

r.- Bakı, 2010.- 

S.267.

Seyidzadə, M. Şahverdiyev İsrafil Şahverdi oğlu //Seyidzadə M. Milli qəhrəmanlar zirvəsi.- Bakı, 2010.-  S.210.

Şahverdiyev İsrafil Şahverdi oğlu //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya /Azərbaycan Milli Kitabxanası; tərt. ed. 

H.Həmidova.- Bakı, 2008.- S.193.

İ n t e r n e t d ə

http://anl.az/down/meqale/hafta_ichi/2016/yanvar/472281.htm; https://az.wikipedia.org/wiki/İsrafil_Şahverdiyev

11

Milli Qəhrəman


198

Milli Qəhrəmanlar

50 

illiyi

Səfiyar Behbudov

1967-1992

İYUN

Səfiyar Abuzər oğlu Behbudov 1967-

ci il iyun ayının 18-də  Bərdə rayonu-

nun Mollalı kəndində anadan olmuşdur. 

1984-cü ildə 6 saylı  Bərdə  şəhər orta 

məktəbini bitirdikdən sonra Sovet ordu-

su sıralarına hərbi xidmətə çağırılmışdır. 

1987-ci ildə ordudan tərxis olunduq-

dan sonra Bərdə rayon Hərbi Komis-

sarlığının təqdimatı ilə zabitlik kursuna 

göndərilmişdir. 

Zabitlik kursunu kiçik leytenant 

rütbəsi ilə bitirən Səfiyar Behbudov 

1988-ci il Milli Azadlıq Hərəkatının fəal 

iştirakçılarından olmuşdur. O, Bərdədə 

“Soy” Demokratik Gənclər Təşkilatını 

yaradaraq rayon gənclərini öz ətrafında 

toplamışdır. Xocalı soyqırımından sonra 

tərəddüd etmədən Bərdə özünümüdafiə 

batalyonuna daxil olmuşdur. Bölmə 

komandiri təyin edilən Səfiyar Behbu-

dov Tərtər bölgəsində bir neçə  uğurlu 

əməliyyat keçirdikdən sonra, Ağdam 

istiqamətində gedən döyüşlərdə  iştirak 

etmişdir. 

1992-ci il mart ayının 11-də ermə-

nilər  Əsgəran yaxınlığındakı posta hü-

cum edərək oranı mühasirəyə alırlar. 

Öz PDM-i ilə döyüşə atılan Səfiyar 

Behbudov tapşırığı  uğurla yerinə 

yetirərək düşmənin müqavimətini qı-

rır və mühasirədə olan döyüşçülərimizi 

xilas etdikdən sonra Əsgərana doğru 

irəliləyir. O, Qaraqaya deyilən yerdə 

düşmənin böyük qüvvəsilə qarşılaş-

sa da, geri çəkilmir. Lakin bir müddət 

irəlilədikdən sonra cəsur döyüşçü vuru-

lur. Ermənilər onu ağır yaralı vəziyyətdə 

əsir götürürlər. 10 günlük əsir həyatında 

işgəncələrə  məruz qalan mərd döyüşçü 

düşmənə heç bir sirr vermir. 

Gənc zabitin cəsədini 1992-ci il mar-

tın 21-də çətinliklə də olsa almaq müm-

kün olmuşdur. 

Azərbaycan Respublikası Preziden-

tinin 7 iyun 1992 ci il tarixli 833 saylı 

Fərmanı ilə Behbudov Səfiyar Abuzər 

oğluna “Azərbaycanın Milli Qəhrəmanı” 

fəxri adı verilmişdir.

Bərdə rayonunun Mollalı  kəndində 

dəfn edilmişdir.

Təhsil aldığı 6 saylı Bərdə rayon orta 

məktəbi qəhrəmanın adını daşıyır.

Ə d ə b i y y a t

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: [Beh-

budov Səfiyar Abuzər oğlu-kiçik leytenant, taqım komandiri-Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunma-

sında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə]: Azərbaycan Respublikası Prezidentinin 

Fərmanı, 7 iyun 1992-ci il//Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı.- 1992.- № 13.- S.25.- (Ölümündən sonra).

Tumas, İ. Simurq ömrü: Azərbaycanın Milli Qəhrəmanı Səfyar Behbudov /İ.Tumas, R.Sahil; red. A.Rəhimli.- Bakı: Elm, 2014.- 127 s.

Behbudov Səfiyar Abuzər oğlu //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya /Azərbaycan Milli Kitabxanası; tərt. ed. H.Həmidova.- 

Bakı, 2008.- S.42.

Əsgərov,V. Behbudov Səfiyar Abuzər oğlu //Əsgərov V. Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşr.- Bakı, 2010.- S.53.

Seyidzadə, M. Behbudov Səfiyar Abuzər oğlu //Seyidzadə M. Milli qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.40. 

18

Milli Qəhrəman



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə