Teqvim-2017. pdf



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə99/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   95   96   97   98   99   100   101   102   ...   200

205

Tarixdə bu gün

25 

illiyi

Azərbaycan Respublikası 

YUNESKO-ya üzv qəbul edilmişdir

       

İYUN

BMT-nin ixtisaslaşmış 

təşkilatı 

olan YUNESKO dünyanın təhsil, elm, 

mədəniyyət, informasiya və kommu-

nikasiya sahəsindəki  əməkdaşlığın  ən 

böyük hökumətlərarası forumudur. 

Təşkilatın nizamnaməsi 16 noyabr 

1945-ci ildə Londonda imzalanmış, 4 

noyabr 1946-cı ildə 20 üzv dövlətdən 

ibarət YUNESKO öz rəsmi fəaliyyətinə 

başlamışdır. 

Azərbaycan XX əsrin 60-cı illərindən 

Sovet  İttifaqının tərkibində olarkən 

YUNESKO-nun fəaliyyətində aktiv iş-

tirak etmişdir. YUNESKO tərəfindən 

1967-ci ildə “Qafqaz xalqlarının 

ədəbiyyatı” seriyasından fransız dilində 

M.F.Axundovun komediyaları, “Dün-

ya xalqlarının musiqisi” seriyasından 

Azərbaycan muğamlarından ibarət iki 

val və iki audio-kasset buraxılmışdır. 

Sovet  İttifaqı dövründə Azərbaycanın 

YUNESKO ilə əlaqələrinin qurulmasın-

da və inkişaf etdirilməsində ulu öndər 

Heydər  Əliyevin böyük xidmətləri ol-

muşdur. O, YUNESKO-nun Azərbaycan 

mədəniyyəti ilə bağlı  təşkil etdiyi 

tədbirlərdə yaxından iştirak etmişdir. 

1983-cü ildə Bakıda təşkil edilmiş “Şərq 

xalça sənəti” I Beynəlxalq Simpoziumu 

zamanı Heydər Əliyev YUNESKO-nun 

Baş direktorunun xüsusi məsləhətçisi 

Federiko Mayorla görüşmüş və bu dost-

luq  əlaqələri Azərbaycan müstəqillik 

əldə etdikdən sonra Azərbaycanın YU-

NESKO ilə münasibətlərinə öz müsbət 

təsirini göstərmişdir.

Azərbaycan Respublikası müstəqilli-

yini bərpa etdikdən sonra 3 iyun 1992-

ci il tarixində YUNESKO-ya üzv qəbul 

edilmişdir. 1993-cü ilin dekabr ayında 

Prezident Heydər  Əliyev Fransa Res-

publikasına rəsmi səfəri çərçivəsində 

YUNESKO-nun baş direktoru Federiko 

Mayorla görüşmüşdür.

A z ə r b a y c a n - Y U N E S K O 

münasibətlərinin inkişaf etdirilməsi 

sahəsində Heydər  Əliyev Fondunun 

prezidenti Mehriban xanım Əliyevanın 

gördüyü işlər xüsusi əhəmiyyət kəsb 

edir. Mehriban Əliyeva 1995-ci ildən 

etibarən Azərbaycan Mədəniyyətinin 

Dostları Fondunun xəttilə Azərbaycan 

mədəniyyətinin dünyaya tanıdıl-

ması istiqamətində  uğurla fəaliyyət 

göstərmişdir. O, Azərbaycanın zəngin 

mədəniyyətinin qorunması, öyrənilməsi 

və  tədqiqində xidmətlərinə görə                 

YUNESKO tərəfindən 2004-cü ilin sent-

yabr ayında YUNESKO-nun şifahi və 

musiqi ənənələri sahəsində Xoşməramlı 

Səfiri adına layiq görülmüşdür.

Bu əməkdaşlıq çərçivəsində 2007-ci  

ildə Heydər Əliyev Fondunda “BMT-nin 

Təhsil, Elm və  Mədəniyyət Məsələləri 

Təşkilatı - YUNESKO, Azərbaycan 

Hökuməti və Heydər Əliyev Fondu ara-

sında ölkəmizdə peşə təhsilinin inkişa-

fını  nəzərdə tutan layihənin icra planı-

na dair”, 2009-cu ildə “Heydər Əliyev 

Fondu və YUNESKO arasında qeyri-

maddi mədəni irsin qorunması üzrə 

strateji hədəflərə nail olmaq məqsədi 

ilə  Əməkdaşlıq sazişi” imzalanmışdır.   

Bu gün ölkəmizdə YUNESKO-nun 

Muzeylərin Beynəlxalq Şurası (ICOM-

International Council of Museums), 

 

Beynəlxalq Bioetika Komitəsi (IBC- 



International Bioethics Committee), 

İnformasiya Hamı üçün (IFA - Infor-

mation For All) kimi milli komitələri 

fəaliyyət göstərməkdədir.

 

Ə d ə b i y y a t

Mədəni özünüifadə 

müxtəlifliyinin qorun-

ması və təşviqinə dair 

konvensiya: Paris, 

20 oktyabr 2005-ci il                         

/UNESCO.- Bakı: 

Azərbaycan Respublikası 

Mədəniyyət və Turizm 

Nazirliyi, 2005.- 33 s.

YUNESKO-Azərbaycan: 

gələcəyə körpü: təhsilə 

həsr olunmuş konf-

rans materialları /tərt. 

ed.: R.Süleymanov, 

A.Axundov.- Bakı: Təhsil, 

2005.-160 s.

Qobustan kölgələri: 

Təqdimatda 

Azərbaycanın birinci 

xanımı Mehriban Əliyeva 

və baş direktor İrina 

Bokova iştirak etmişdir 

//Azərbaycan qadını.-

2014.- payız.- S.58-60

İ n t e r n e t d ə

http://www.mfa.gov.az/

content/556

https://az.wikipedia.org/

wiki/UNESCO

http://www.aztv.

az/readnews.

php?lang=az&id=10638

3



206

Tarixdə bu gün 

Ətraf Mühitin Mühafizəsi Günü

1972

       

İYUN

1972-ci ildə Birləşmiş Millətlər 

Təşkilatı Baş  Məclisinin  İsveçin 

paytaxtı Stokholmda keçirilən icla-

sında 5 iyun tarixinin Dünya Ətraf 

Mühitin Mühafizəsi Günü kimi qeyd 

olunmasına qərar verilmişdir. Belə 

bir günün keçirilməsinə 11 may 

1971-ci ildə dünyanın 23 ölkəsinin 

2200 elm və  mədəniyyət xadiminin 

imzası ilə BMT-nin Baş katibinə ün-

vanlanan müraciət səbəb olub. On-

lar “ya biz çirklənməni qurtarırıq, 

ya da çirklənmə bizi qurtarar” adlı 

müraciətləri ilə bəşəriyyətə ətraf mü-

hitin çirklənməsi barədə  xəbərdarlıq 

vermişdilər.

Baş Assambleya bu günün qeyd 

edilməsi ilə bağlı qətnaməsində BMT-

yə daxil olan ölkə və təşkilatları hər 

il həmin gün ərəfəsində  ətraf mühi-

tin qorunması və yaxşılaşdırılmasına 

yönələn işlər həyata keçirməyə çağı-

rır.


Dünya  Ətraf Mühitin Mühafizəsi 

Gününün hər il geniş tədbirlərlə qeyd 

edildiyi Azərbaycanda da ətraf mühi-

tin mühafizəsi və ekoloji problemlər 

daim diqqət mərkəzində olmuşdur. 

Respublikamızda rəhbərlik etdiyi 

bütün dövrlərdə ulu öndər Heydər 

Əliyev  ətraf mühitin mühafizəsinə, 

yaşıllıqların və parkların salınması-

na xüsusi diqqət və qayğı ilə yanaş-

mışdır. 1998-ci ildə  “Ətraf mühitin 

mühafizəsi üzrə Milli Fəaliyyət Proq-

ramı”, 2000-ci ildə  “Ətraf mühitin 

mühafizəsi haqqında” və “Xüsusi 

mühafizə olunan təbiət  əraziləri və 

obyektləri haqqında” Azərbaycan 

Respublikasının Qanunları  qəbul 

edilmişdir. 2001-ci ildə isə Ekologi-

ya və Təbii Sərvətlər Nazirliyi yara-

dılmışdır. 

Azərbaycan Respublikasının Pre-

zident  İlham  Əliyevin rəhbərliyi ilə 

ölkədə ekoloji problemlərin həlli, ətraf 

mühitin mühafizəsi istiqamətində 

də mühüm işlər görülür. Ekoloji 

cəhətdən dayanıqlı sosial-iqtisadi in-

kişafa, meşələrin bərpa edilməsi və 

artırılmasına dair milli proqramlar, 

həmçinin Azərbaycanda hidromete-

orologiyanın inkişafına dair Dövlət 

Proqramı uğurla yerinə yetirilir.

Heydər  Əliyev Fondunun ekolo-

giyanın,  ətraf mühitin qorunması-

na xidmət edən “Hərəmiz bir ağac 

əkək” layihəsi də bu sahəyə böyük 

töhfələr vermişdir. Fondun prezi-

denti, UNESCO-nun və  İSESCO-

nun xoşməramlı  səfiri Mehriban xa-

nım Əliyevanın təşəbbüsü ilə həyata 

keçirilən bu layihə  çərçivəsində 

ölkəmizdə hektarlarla sahə yaşıllaş-

dırılmışdır.

Ekologiya və  Təbii Sərvətlər 

Nazirliyində  hər il   5 İyun - Dün-

ya  Ətraf Mühitin Mühafizəsi Günü 

ərəfəsində  ətraf mühitin qorun-

ması, təbiətdən, yeraltı sulardan, 

mineral xammal ehtiyatlarından 

və yerüstü sərvətlərdən səmərəli 

istifadə edilməsi, onların bərpası  və 

mühafizəsi, bioloji müxtəlifliyin qoru-

nub saxlanılması məqsədi ilə müxtəlif 

tədbirlər həyata keçirilməkdədir. 

Ə d ə b i y y a t

Azərbaycanda ətraf mühit 

2010: statistik məcmuə          

/Azərb. Resp.-nın Dövlət 

Statistika Komitəsi.- Bakı, 

2010.- 128 s.

Məmmədov, Q. Ekologi-

ya və ətraf mühit  /Q.Ş. 

Məmmədov, M.Y.Xəlilov; 

elmi red. B.Ə.Budaqov.- 

Bakı: Elm, 2004.- 505 s.

Sağlamlıq. Ətraf mühit: 

Davamlı inkişafa nail 

olma vasitələrinin idarə 

edilməsi: Qərar qəbul etmə 

prosesində iştirak edənlər 

üçün vəsait: Birgə hesabat 

/Dünya Səhiyyə Təşkilatı.- 

İsveçrə: Dünya Səhiyyə 

Təşkilatı və Birləşmiş 

Millətlər Təşkilatının Ətraf 

Mühit üzrə Proqramı.- 

2008.- 83 s.

Məhəbbətoğlu, Q. 

Müharibələrin, silah-

ların ilk qurbanı - ətraf 

mühit /Q.Məhəbbətoğlu              

//Zaman.- 2014.- 20 may.- 

S.13

İ n t e r n e t d ə 

http://cte.iteca.

az/2014/?p=news__

read&t=top&q=13&l=az

http://www.aztv.

az/readnews.

php?lang=az&id=5405

5



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə