Təranə RƏHİMLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə1/59
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8309
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   59


 
TƏRANƏ  RƏHİMLİ 
 
 
 
 
ƏDƏBİYYAT VƏ TƏNQİDİN 
YARADICILIQ PROBLEMLƏRİ 
(Akademik Kamal Talıbzadənin 
elmi-nəzəri irsi əsasında) 
 
 
Dərs vəsaiti 
 
Azərbaycan Respublikası  Təhsil Nazirliyinin  30 
noyabr  2006-ci  il  tarixli,  866  nömrəli  əmri  ilə  
təsdiq  edilmişdir. 
 
 
 
 
BAKI – «AVROPA» – 2009 


 
2
Elmi redaktoru və  
ön sözün müəllifi:                   HIMALAY QASIMOV 
                                                 filologiya elmləri doktoru,  
                                                 professor 
 
 
Pəyçilər:                                   ABBAS HACIYEV 
                                                 filologiya elmləri doktoru, 
                                                 professor 
 
                                                 ELMAN QULIYEV  
                                                 filologiya elmləri doktoru, 
                                                 professor 
 
                                                 TƏYYAR CAVADOV 
                                                 filologiya elmləri doktoru, 
                                                 dosent 
 
 
Təranə  Rəhimli.  Ədəbiyyat və  tənqidin yaradıcılıq prob-
lemləri. Bakı, «Avropa», 2009, 252 səh. 
 
Görkəmli tənqidçi və  ədəbiyyatşünas,  Əməkdar elm xadimi, akademik 
Kamal Talıbzadənin elmi-nəzəri irsinin tədqiqinə  həsr edilmiş bu kitabda 
alimin  ədəbiyyat və  tənqidin müxtəlif yaradıcılıq problemlərinə dair 
tədqiqatları sistemli şəkildə araşdırılmışdır. Onun milli ədəbiyyatın tarixi və 
nəzəri məsələlərinin, rus ədəbiyyatı ilə  əlaqələrinin, milli estetik fikrin 
inkişaf tarixinin öyrənilməsi baxımından dəyərli fundamental 
monoqrafiyaları, məqalələri Azərbaycan ədəbiyyatının əsas inkişaf meylləri 
və istiqamətləri kontekstində tədqiq edilmişdir. 
Kitab universitetlərin filologiya fakültələrinin tələbələri, magistrlər, 
aspirantlar, ədəbiyyatşünas alimlər  üçün nəzərdə tutulmuşdur. 
 
 


 
3
ÖN SÖZ 
 
Müasir dövrdə Azərbaycan  ədəbiyyatşünaslığının müx-
təlif problemlərinin çağdaş  nəzəri düşüncə müstəvisində 
araşdırılması elmi-metodoloji baxımdan mühüm əhəmiyyət 
kəsb edir. Bu cəhətdən XX əsrin ikinci yarısında milli 
ədəbiyyatşünaslığımızı çoxşaxəli tədqiqatları ilə  zəngin-
ləşdirən akademik Kamal Talıbzadənin elmi yaradıcılığına 
müraciət edilməsi tamamilə təbii və qanunauyğundur.  
Akademik Kamal Talıbzadənin elmi-nəzəri irsinin təh-
lilini sərgiləyən «Ədəbiyyat və  tənqidin yaradıcılıq prob-
lemləri» adlı  tədqiqat  əsəri görkəmli  ədəbiyyatşünasın yarım 
əsrdən artıq böyük bir dövrü əhatə edən elmi fəaliyyətinə   həsr 
olunmuşdur. Təranə Rəhimli tədqiqatında K.Talıb-zadənin elmi 
yaradıcılığını  ədəbiyyat və  tənqidin çeşidli problemləri 
fonunda, çağdaş  ədəbiyyatşünaslıq təfəkkürü          ilə 
araşdırmışdır. Böyük alimin həyat yolunun və yara-dıcılığının 
inkişaf mərhələlərinin diqqətlə öyrənilməsi, onun tədqiq etdiyi 
məsələlərə dərindən bələdlik, görkəmli ədə-biyyatşünasın elmi 
nailiyyətlərinə  və yaradıcı  şəxsiyyətinə  həssas tədqiqatçı 
münasibəti T.Rəhimlinin fərqli konseptual mövqeyini aşkara 
çıxarır.  
Tədqiqatçının yüksək elmi-nəzəri hazırlığı K.Talıbza-
dənin yaradıcılıq irsini müasir Azərbaycan  ədəbiyyatşünas-
lığının başlıca inkişaf meylləri və istiqamətləri fonunda 
dəyərləndirmək imkanı vermişdir. Araşdırmada alimin XX 
əsrin 50-ci illərinin sovet ideoloji düşüncə axarında gerçək-
ləşən tədqiqatlarından başlayaraq milli müstəqilliyimizin ilk 
onilliyində – 90-cı illərdə  qələmə aldığı  məqalələrinə, yaxud 
yeni  əlavələr etdiyi, təkmilləşdirdiyi monoqrafiyalarına müəl-
lifin məxsusi baxış bucağı vardır. 


 
4
K.Talıbzadənin həyat və yaradıcılığı ilə bağlı  zəngin 
faktik materiallar, sənədlər, çoxsaylı elmi dəlillər, müla-hizələr 
müəllifə  tədqiqatını kifayət qədər dərinləşdirmək və 
genişləndirmək imkanı vermişdir.  
«Ədəbiyyat və  tənqidin yaradıcılıq problemləri» adlı 
tədqiqatın strukturu onun problematikasını mükəmməl  şəkildə 
əhatə edən giriş, üç fəsil və  nəticədən ibarətdir. Tədqiqatın 
«Kamal  Talıbzadə yaradıcılığında  ədəbi  şəx-siyyətlər və 
problemlər» adlı birinci fəslinin «Akademik K.Talıbzadənin 
həyatının və elmi fəaliyyətinin  əsas inkişaf mərhələləri», 
«Abbas Səhhət» monoqrafiyası» yarımbaş-lıqlarında 
tədqiqatçının altmış illik elmi yaradıcılığının            əsas 
uğurlarına münasibət bildirilir, ilk fundamental araşdırması 
analitik təhlil süzgəcindən keçirilir. T.Rəhimli «Abbas Səhhət» 
monoqrafiyasını 40-50-ci illər Azərbaycan 
ədəbiyyatşünaslığının klassik romantizmə ideya-estetik 
münasibətini müəyyənləşdirən dəyərli bir tədqiqat əsəri     kimi 
səciyyələndirir. Burada K.Talıbzadənin XX əsr  ədəbi 
hərəkatının mühüm bir qolunu təşkil edən romantizm 
cərəyanına və onun görkəmli nümayəndələrinə münasibəti
«Abbas Səhhət» monoqrafiyasının yazıldığı tarixi-ictimai 
şərait, əsərin milli ədəbiyyatşünaslıqda romantizmə dair    yeni 
meyar və prinsiplərin hazırlanması prosesində rolu və s. 
məsələlər haqda tutarlı elmi mülahizələr yürüdülür. 
«Ədəbi  əlaqələrin yeni ideya estetik konsepsiya zəmi-
nində öyrənilməsi» adlı ikinci fəsildə «Problemin qoyuluşu, 
nəzəri əsasları», «Qorki və Azərbaycan» monoqrafiyası,  onun 
milli  ədəbiyyatşünaslığın tarixində yeri» yarım-başlıqlarında 
K.Talıbzadənin Azərbaycan-rus  ədəbi  əla-qələrinə dair 
tədqiqat əsərindən bəhs olunur. T.Rəhimli belə qənaətə gəlir ki, 
görkəmli  ədəbiyyatşünas bu sahədə müntəzəm olaraq 
tədqiqatlar aparmasa da bir monoqrafiyası ilə  ədəbi  əlaqələr 
elminə daxil ola bilmişdir.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə