Təranə RƏHİMLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/59
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8309
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   59

 
9
dünyaya baxışının və  nəzəri irsinin təsirilə formalaşıb. Buna 
görə  də K.Talıbzadə bütün elmi fəaliyyəti boyu hansı 
problemdən, hansı mövzuda yazırsa-yazsın həmişə A.Şaiq 
ruhundan qopub gələn milli-mənəvi dəyərlərə,  ən başlıcası 
türkçülüyə sədaqətini ifadə edib. 
Elm cığırında ilk addımını inamla atan – uzun müddət 
totalitar rejimin yasaqlarına məruz qalan romantizm 
mövzusuna tədqiqatçıların ehtiyatla yanaşdıqları bir dönəmdə 
«Abbas Səhhət» monoqrafiyasını yazan K.Talıbzadə öz 
məsləki yolunda daim qətiyyətlə irəliləyib. O, ədəbi  əlaqələri 
həmişə birtərəfli izah edən, onu rus ədəbiyyatının milli 
ədəbiyyatlara təsiri istiqamətində öyrənən nəzəri 
konsepsiyalara qarşı  çıxıb özünün yeni konsepsiyasını irəli 
sürdü. «Qorki və Azərbaycan» monoqrafiyasında bu problemə 
türkçülük mövqeyindən münasibət bildirib ədəbi  əlaqələrin 
qarşılıqlı  təsir və inkişaf prosesi olduğunu dərin məntiqi 
dəlillərlə əsaslandırdı. 
K.Talıbzadə Azərbaycan  ədəbiyyatşünaslığının bir çox 
fundamental tədqiqat vəzifələrinin öhdəsindən uğurla gəlib. 
Onun çoxsaylı mötəbər tədqiqatlarının zirvəsində isə 
«Azərbaycan  ədəbi tənqidinin tarixi» monoqrafiyası durur. 
Milli ədəbi-estetik fikrimizin Xətib Təbrizidən Seyid Hüseynə 
qədərki böyük bir inkişaf tarixini tədqiq edən alimin uzun 
müddətli gərgin elmi axtarışlarının bəhrəsi olan bu qiymətli 
tədqiqat  əsəri müəllifini bütün Şərq-türk filologiyasında 
tənqidşünaslıq məktəbinin banisi kimi şöhrətləndirdi. Türkiyə, 
Qazaxıstan, Tatarıstan, Özbəkistan, Tacikistan, Türkmənistan, 
Dağıstan, Litva, Gürcüstan və digər respublikaların nəzəri-


 
10 
estetik fikrinin görkəmli tədqiqatçıları alimin yaratdığı 
tənqidşünaslıq məktəbi  əsasında öz elmi məktəblərini 
yaratdıqlarını qeyd edirlər. Keçmiş sovet məkanının ən nüfuzlu 
alimləri Q.Sisişvili, R.Berdibayev, T.Kəkişev, 
R.Musulmanqulov, A.Haytmetov, U.Coldasbayov, Y.Sultanov 
və b. milli tənqid tariximizə  həsr olunmuş  əsər haqqında 
rəylərində K.Talıbzadənin öz üzərinə böyük bir şöbənin 
zəhmətini götürdüyünü və bu vəzifənin öhdəsindən  şərəflə 
gəldiyini vurğulayırlar. 
K.Talıbzadənin milli ədəbiyyatşünaslığın  ən aktual 
problemlərinə  həsr olunmuş 400-dən artıq məqaləsi onun 
«Tənqidimiz haqqında qeydlər», «Ədəbi irs və varislər», 
«Sənətkarın  şəxsiyyəti», «Tənqid və  tənqidçilər» kitablarında 
toplanıb. Bu kitabların hər birində böyük türk 
mənəviyyatımızın, milli şüurumuzun, təfəkkürümüzün dolğun 
əksini tapdığını müşahidə etmək olar. 
Tənqidşünaslığımızın banisi, professional tənqidçi, elm 
təşkilatçısı, mətnşünas, pedaqoq kimi sağlığında klassik 
səviyyəsinə yüksələn K.Talıbzadənin elmi fəaliyyəti və 
şəxsiyyəti haqqında 3 monoqrafiya, 200-dən artıq məqalə 
yazılıb. Onun əsərlərinin elmi məziyyətləri haqqında 
Azərbaycan  ədəbiyyatının və  ədəbiyyatşünaslıq elminin 
görkəmli simaları – S.Vurğun, M.Hüseyn, M.Arif, Ə.Şərif, 
Ə.Sultanlı, C.Xəndan və b. dəyərli fikirlər söyləyiblər. O, elmi 
xidmətlərinə görə  ən yüksək fəxri adlara, titullara, orden və 
mükafatlara layiq görülüb. Lakin ilbəil artan şan-şöhrəti, elmi 
adları, vəzifələri ilə birlikdə təvazökarlığı, sadəliyi, özünə qarşı 
tələbkarlığı da günbəgün artıb. Beləcə, alilikdən xəbər verən 


 
11 
sadəliyi, saflığı alimliyi, müdrikliyi ilə birləşərək böyük Kamal 
Talıbzadə şəxsiyyətini yaratmışdı. 
O, A.Şaiqdən söz açanda ilk növbədə onun son dərəcə 
sadə  təbiətli bir insan olmasını  və sadəliyi yüksək 
qiymətləndirdiyini vurğulayardı. Atasının ruhundakı sadəliyi, 
saflığı bütünlüklə mənimsəyən K.Talıbzadə elə bu cəhəti ilə də 
gənc tədqiqatçıları bir ahənrüba kimi özünə  cəlb edirdi. 
Gənclər onu MEA-nın Nizami adına  Ədəbiyyat Institutunda
A.Şaiqin Mənzil Muzeyində axtarıb tapa bilmədikdə xüsusi bir 
ərklə alimin evinə  gələr, lazımi tövsiyyələr alar, onun mənəvi 
dəstəyini görərdilər. 
K.Talıbzadənin çoxcəhətli, zəngin elmi yaradıcılığı 
namizədlik dissertasiyamın tədqiqat obyekti olub. A.Şaiqin 
Mənzil Muzeyində Kamal müəllimin  şəxsi arxivindəki 
sənədlərlə  işlədiyim vaxtlar duyğularıma hakim kəsilmiş bir 
hiss mənə namizədlik dissertasiyamı yazıb tamamlamağa 
imkan vermirdi. Kamal Talıbzadə böyüklüyü, bu böyüklükdən 
doğan məsuliyyət hişşi ilə yanaşı alimin həyatı, yaradıcılığı ilə 
bağlı fakt və sənədlərin təsəvvürəgəlməz zənginliyi məndə bu 
qənaəti yaratmışdı ki, Kamal Talıbzadə fenomenindən bir 
dissertasiya çərçivəsində söz açmaq qeyri-mümkündür. 
Namizədlik dissertasiyamın müdafiəsindən sonra illər ötüb 
keçsə də bu gün yenə həmin fkirdəyəm ki, K.Talıbzadənin elmi 
yaradıcılığının hər bir istiqamətindən, ömrünü həsr etdiyi 
fəaliyyət sahələrinin  hər birindən onlarla dissertasiyalar 
yazmaq olar və onların heç biri digərinin təkrarı kimi təsir 
bağışlamaz. 


 
12 
Ömrümün on ilini sıx ünsiyyətdə olduğum, böyük 
qayğısını gördüyüm bu qüdrətli insanla təmasda olmaq təməli 
müqəddəs amallara söykənən bir məktəb keçməkdir. 
Tədqiqatçılıq, ziyalılıq, vətəndaşlıq və insanlıq məktəbi. 
K.Talıbzadə təfəkkürünün ziyası, əqidə və məsləkinin işığı ilə 
ömrü nurlanan bu məktəbin yetirmələri ustadlarından yüksək 
milli-mənəvi dəyərləri, ən ali şəxsi keyfiyyətləri əxz ediblər. O, 
yetirmələrinə sözə ehtiyatla yanaşmağı, layiq olanı söz 
zirvəsinə qaldırmağı öyrədib. Biz Kamal müəllimdən sadəliklə, 
təvazökarlıqla, xeyirxahlıqla zinətlənməyi öyrənmişik. Ondan 
sənədlərlə xüsusi səliqə ilə davranmaq, ən kiçik sənədə belə 
tarixin bir parçası kimi baxmaq vərdişini mənimsəmişik. 
Kamal Talıbzadə insanlara həssas münasibəti, 
qayğıkeşliyi ilə  də nadir insan idi. O, aspirantlarına, 
yetirmələrinə  təkcə  tədqiqat işiylə bağlı himayədarlıq etmirdi, 
onların bütün problemləri ilə maraqlanır, müdrikcəsinə 
xeyirxah məsləhətlər verirdi. Kamal müəllim həm də biz 
gənclər üçün sanki müsbət enerji donoru idi. Onunla hər 
görüşdən sonra daxili gücümüzün, yazıb-yaratmaq həvəsimizin 
artdığını, qəlbimizin nurlandığını, böyüdüyünü hiss edirdik. 
Alimi  şəxsən tanıdığım ilk vaxtlardan – 1996-cı ilin soyuq 
yanvar günlərindən onun vəfatına qədərki uzunmüddətli 
müşahidələrimə  əsasən bu qənaətdəyəm ki, bütün yetirmələri 
K.Talıbzadədən elmi bilgilər, tədqiqat üsulları  və s. 
öyrənməklə yanaşı mükəmməl insanlıq dərsi alıblar. 
O, yetirmələrinin bütün nailiyyətləri ilə ciddi 
maraqlanardı. 1996-cı ildə dövrü mətbuatda dərc olunmuş 
şeirlərimi oxuduqdan sonra ona bədii yaradıcılıqla məşğul 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə