Təranə RƏHİMLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/59
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8309
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   59

 
13 
olduğumu bildirmədiyim üçün məni məzəmmət etmişdi. Sonra 
isə: «Bilirsən Rəfiqəylə (Həyat yoldaşı  Rəfiqə xanım-T.R.) 
mən hansı  şerini bəyənmişik? «Nə var bu dünyada, gəl çıxaq 
gedək»». Mənə bağışladığı kitablara yazdığı avtoqraflarda da 
bu  şerə  işarə edərdi: «Gəl bu dünyadan çıxıb getmə  sən». Bu 
məqamda hələ Kamal müəllimin sağlığında məni kövrəldən bir 
hadisəni xatırladım.  
Bir dəfə Kamal müəllim ustadım Hüseyn Arifin vəfatı 
münasibətilə yazdığım məqalə və şeiri (bu yazıları özü məndən 
istəmişdi.) oxudu. Xeyli kövrəldi. Hüseyn Ariflə bağlı 
xatirələrini danışdı. Həmin gün biz ayrılanda: «Təranə, 
mənimçün də Arifə yazdığın kimi bir şeir yazarsan. Mən 
öləndə…Yaxşı?» -dedi. Bu xahiş  məni elə kövrəltdi ki, göz 
yaşlarımı saxlaya bilmədim. Çünki, Kamal müəllimin vəfatı 
haqda düşünmək belə  mənə ölümün özü qədər amansız 
görünürdü. Bu gün bu ölümü qəbul edə bilmədiyim kimi.  
Bir vaxtlar atası Abdulla Şaiq vətən fədaisi böyük 
Mustafa Kamal Atatürkün şəninə böyük oğlunun adını Kamal 
qoymuşdu. O, isə böyüyüb bu adın etimadını elm fədaisi 
olmaqla, mənalı 
həyatının böyük hissəsini milli 
ədəbiyyatşünaslığın tərəqqisinə  həsr etməklə doğrultdu. 
Yaşadığı 83 illik ömrün 60 ilini öz müqəddəs amalına xidmət 
etdi, Azərbaycan  ədəbiyyatşünaslığına ümumsovet, ümumtürk 
nüfuzu qazandıran  əsərlər  ərsəyə  gətirdi. Səhhətinin imkan 
verməməsinə baxmayaraq elmi və elmi təşkilatçılıq fəaliyyətini 
həyatının son günlərinədək davam etdirən alim Nizami adına 
Ədəbiyyat Institutunda hazırlanan 6 cildlik Azərbaycan 
ədəbiyyatı tarixinin əsas müəlliflərindən və Baş Redaksiya 


 
14 
Şurasının üzvlərindən biri kimi bu məsuliyyətli işi böyük 
məmnunluqla icra edirdi. Hətta xəstə halı ilə, vəfatından bir 
gün  əvvəl də milli ədəbiyyatşünaslığın bu mühüm vəzifəsi ilə 
məşğul olmuşdu. 
2006-cı ilin qarlı qış günlərindən birində – yanvarın 21-
də Kamal  Talıbzadə bütün qəlbiylə, ruhuyla bağlı olduğu 
Azərbaycan torpağına tapşırıldı. Minlərin, milyonların 
sevimlisi olan bu böyük insan qəlblərdə yaşayan xatirəsi
yaddaşlardan silinməz həlim xasiyyəti,  əzəmətli siması  və 
qiymətli elmi-nəzəri irsi ilə ölümsüzlük zirvəsini fəth etdi. Bu 
məqamda bir neçə il öncə K.Talıbzadənin də iştirak etdiyi elmi 
yığıncaqlardan birində tanınmış  ədəbiyyatşünas alim Vaqif 
Yusiflinin çıxışından bir cümləni xatırladım: «Bu gün Kamal 
Talıbzadə yeni əsərlər yazmasa da onun yetirmələri yazır». 
Danılmaz həqiqətdir ki, görkəmli alimin Nizaməddin 
Şəmsizadə, Vaqif Yusifli, Şamil Vəliyev və b. istedadlı 
tədqiqatçıların timsalında onlarla yetirmələri K.Talıbzadənin 
tədqiqat məktəbinin  ənənələrini davam etdirəcək, ustadlarının 
xatirəsini təkcə könüllərində deyil, zaman-zaman əsərlərində də 
yaşadacaqlar. 
  Sən demə ziyalılıq, müdriklik, saflıq, xeyirxahlıq və digər 
insana məxsus olan bütün ali keyfiyyətlər torpağa səpilən 
toxum kimidir, əkdinsə göyərəcək. Və onun məhsulundan xalq 
illərlə deyil, qərinələrlə,  əsrlərlə  bəhrələnəcək. Bəli, 
K.Talıbzadənin ulu babası Süleyman Talıbzadədən başlanan 
elm, bilik ziyasının  şöləsi bu gün onun ocağında böyüyən 
neçənci nəslin qəlbini, ömrünü nurlandırıb.  Əsrlərdən keçib 
gələn bu şölənin, işığın istisi, odu isə nəinki azalmayıb, əksinə 


 
15 
Talıbzadələrin kökə, soya bağlılığı, onun məsləkinə  sədaqəti 
sayəsində  şəfəqini daha da artırıb, xalqının gələcəyinə nur 
saçan  əbədi bir məşələ çevrilib. Bu məşəli  əllərində deyil, 
qəlbində  gəzdirən, ulu türk dünyasının öndəri Mustafa Kamal 
Atatürkün adını daşıyan, böyük nəslin layiqli yadigarı 
akademik Kamal Talıbzadə Azərbaycan-türk elminin 
öndərlərindən biri olmuşdur. K.Talıbzadəyə  həsr etdiyim bu 
kiçik əsər isə həmin məşəlin alovundan qopan, yəni təsirindən 
yaranan bir qığılcım, bir od zərrəsidir. Hesab edirəm ki, bu 
böyük  şəxsiyyətin, qüdrətli alimin bir insan ömründə 
yaratdıqlarını öyrənməyə, tədqiq etməyə  hələ neçə-neçə 
ömürlər həsr olunacaq, cild-cild kitablar yazılacaq. 


 
16 
GIRIŞ 
Azərbaycan ədəbiyyatının çağdaş dövrünü, onun konkret 
ədəbi  şəxsiyyətlərinin yaradıcılığını yeni təfəkkür işığında 
araşdırmaq, onları günün tələbləri baxımından dəyərləndirmək 
müasir ədəbiyyatşünaslığın mühüm tədqi-qat istiqamətlərindən 
biri kimi diqqət mərkəzindədir. Bu cəhətdən 55 ildən artıq bir 
dövrü  əhatə edən məhsuldar elmi fəaliyyətini milli 
ədəbiyyatşünaslığın  ən vacib problem-lərinin tədqiqinə  həsr 
edən akademik Kamal Talıbzadənin  ədəbiyyatımızın nəzəri-
estetik səviyyəsinin yüksəlməsində xidmətlərinin öyrənilməsi 
xüsusilə diqqətəlayiqdir. Alimin zəngin yaradıcılıq irsinin 
tədqiqi həm də XX əsrin müxtəlif onilliklərində 
ədəbiyyatşünaslığın başlıca tədqiqat istiqa-mətlərinin, 
meyllərinin öyrənilməsi cəhətdən faydalı olub böyük elmi 
aktuallıq və  əhəmiyyət kəsb edir. Bu gün ciddi tədqiqinə 
ehtiyac duyulan bu çoxcəhətli yaradıcılıq irsi özünəməxsus 
üslub, maraqlı mülahizə  və fikirlər, orijinal elmi qənaətlər, 
məntiqi nəticələr,  bəzən  kəskin  ittiham  və  hökmlərlə  
zəngindir. 
Öz alim şəxsiyyətində ədəbiyyat tarixçisi və tən-qidçisini, 
mətnşünas və nəzəriyyəçini, istedadlı publisist və səriştəli elm 
təşkilatçısını, pedaqoq və maarifçini birləşdirən K.Talıbzadənin 
yaradıcılığı Azərbaycan  ədəbiyyatşünaslığı tarixində mühüm 
bir mərhələni təşkil edir. Müəllimləri və müasirləri M.Arif, 
M.Rəfili, H.Araslı, F.Qasımzadə,  Ə.Sul-tanlı, C.Xəndan, 
M.Quluzadə, Ə.Mirəhmədov və başqaları kimi K.Talıbzadə də 
elmi yaradıcılığında  ədəbiyyatımızın inkişafına, klassik irslə 
ideya-bədii əlaqə məsələlərinə xüsusi əhəmiyyət vermişdir. O, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə