Təranə RƏHİMLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/59
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8309
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   59

 
17 
yalnız  ədəbi-bədii inkişafın xüsu-siyyətlərini öyrənməklə 
kifayətlənməmiş, eyni zamanda ayrı-ayrı  nəzəri-estetik 
problemlərin təhlili və  təbliğində  fərqlənmiş, orijinal elmi 
mülahizə  və  qənaətləri ilə  ədəbi ictimaiyyətin diqqətini cəlb 
etmişdir. Müasir ədəbiyyat tarixçiliyi və  ədəbiyyatşünaslıq 
irsimizin öyrənilməsi sahə-sində bu günkü nailiyyətlərimiz 
bilavasitə görkəmli alimin elmi və elmi təşkilatçılıq xidmətləri 
ilə bağlıdır. XX əsr Azərbaycan bədii fikrinin öyrənilməsi 
yönümündə mötəbər tədqiqatların müəllifi olan K.Talıbzadə 
milli  ədəbi tən-qidimizin bütöv bir mərhələsinin ilk elmi 
tarixinin yara-dıcısıdır. Həmişə elmin fundamental 
vəzifələrinin həllində yaxından iştirak edən, bir ədəbiyyatşünas 
və tənqidçi kimi mühüm ədəbiyyatşünaslıq vəzifələrinin həyata 
keçiril-məsində    xidmətləri  ilə  seçilən  alimin  zəngin  elmi  
fəaliy-yəti  ədəbiyyatşünaslığın  müxtəlif  sahələrini  əhatə  
edir. Lakin onun elmi yaradıcılığında üç problemin – XX əsr 
Azərbaycan romantizmi, Azərbaycan 
− rus ədəbi  əlaqələri, 
milli estetik fikrin inkişaf tarixinin öyrənilməsi və  tədqiqi 
xüsusilə fərqlənir. Bu üç problem K.Talıbzadə tədqiqat-larının  
daimi  predmeti  kimi  alimin  ədəbiyyatşünaslıq elminə  töhfə  
etdiyi  dəyərli  fundamental  əsərlərin  əsas  mövzusu 
olmuşdur.  
Onun XX əsrin görkəmli sənətkarı Abbas Səhhətə  həsr 
etdiyi monoqrafiya həm mühüm ədəbi  şəxsiyyətlərdən birinin 
həyat və yaradıcılığının ilk dəfə geniş tədqiqata  cəlb  edilməsi, 
həm də klassik romantizmə o dövrkü ədəbiy-yatşünaslığın 
ideya və estetik münasibətinin müəyyənləş-məsində 
əhəmiyyətli rol oynamışdır. Onu da qeyd etmək lazımdır ki, 


 
18 
ədəbiyyatşünaslığımızın inkişafında  əvəzsiz xidmətləri  olan  
alim  məhz  bu  tədqiqat  əsəri  ilə  elm aləminə  qədəm 
qoymuş, bir tənqidçi və  ədəbiyyatşünas kimi püxtələşdikdən 
sonra isə  gənclik illərində  qələmə aldığı «Abbas Səhhət» 
monoqrafiyası üzərində yenidən işləyərək onun 
təkmilləşdirilmiş nəşrinə müvəffəq ola bilmişdir. Zəngin faktik 
materiallar  əsasında yazılan monoqrafiyada K.Talıbzadə milli 
romantizmin təşəkkülü və inkişafında Abbas Səhhət 
yaradıcılığının rolunu aydınlaşdırmış, şairin romantik lirikasını 
XX  əsr  ədəbi prosesinin qabaqcıl meylləri ilə  vəhdətdə  təhlil 
etmişdir. O, monoqrafiyada klassik Azərbaycan ədəbiyyatının, 
eləcə  də digər xalqların romantik ədəbiyyatının A.Səhhət 
yaradıcılığı timsalında milli romantizmin inkişafına təsirini də 
göstərmişdir. Azərbaycan  romantizminin  sonrakı    tədqiqi  
üçün  səmə-rəli  nəzəri  və  metodoloji  bünövrə  olan  bu  
fundamental  tədqiqat  əsəri  milli  romantizmşünaslığın  ilk  
nümunələ-rindən  biri  kimi  yeni  dövr 
 
ədəbiyyatşünaslığımızda  özü-nəməxsus  yer  tutur. 
K.Talıbzadənin Azərbaycan-rus  ədəbi  əlaqələrinə  həsr 
etdiyi «Qorki və Azərbaycan» monoqrafiyası isə onu ədəbi 
əlaqələr sahəsinin görkəmli mütəxəssislərindən biri kimi 
şöhrətləndirmişdir.  Milli  filologiyamızın  inkişafında  bö-yük 
əhəmiyyəti olan əsərin ümdə elmi məziyyətlərindən biri  
burada  ədəbi  əlaqə  və  təsirin birtərəfli izah olunmaması, 
problemin milli ədəbiyyatların qarşılıqlı  əlaqə  və  təsiri  
kontekstində  tədqiq  edilməsi  idi. 
Öz ədəbi-elmi axtarışlarının on ilini klassik ədəbi-estetik 
fikrimizin tarixi haqqında monumental tədqiqata həsr edən 


 
19 
K.Talıbzadənin mühüm elmi xidmətlərinin zirvəsində 
«Azərbaycan  ədəbi tənqidinin tarixi» (1984) monoqrafiyası  
durur.  X1 əsrin nadir elmi təfəkkür sahib-lərindən olan dahi 
Azərbaycan filoloqu Xətib Təbrizidən başlayıb, XX əsrin 
görkəmli tənqidçisi Seyid Hüseynə  qədərki çoxəsrlik  ədəbi 
estetik fikir tariximizi özündə  əks etdirən «Azərbaycan  ədəbi 
tənqidinin tarixi» monoqrafiyası  novator  əsər  kimi 
ədəbiyyatşünaslıq elmimizin ilk və bütöv tarixi mənzərəsini 
yaratdı. Tədqiqatçı  bu  qiymətli  elmi  əsəri  ilə milli tənqid 
tarixinin monoqrafik planda ilk funda-mental tədqiqinin 
müəllifi kimi nəinki Azərbaycanda, bütün türkdilli filologiyada 
tənqidşünaslıq elminin və  məktəbinin banisi kimi tanınmışdır. 
Milli  ədəbi tənqidimizin 900 illik böyük bir tarixi inkişaf 
yolunu işıqlandıran bu monoqrafiya dövrün görkəmli sənət və 
elm xadimləri tərəfindən yüksək qiymətləndirilmiş, müəllifinə 
ümümittifaq səviyyədə yüksək nüfuz qazandırmışdır. 
«Azərbaycan  ədəbi tənqidinin tarixi» monoqrafiyasından ali 
təhsil müəssisələrinin filologiya fakültələrində tənqid tarixinin 
tədrisinə dair anoloqu olmayan, yeganə  dərslik kimi istifadəsi 
bu  əsərin elmi-təcrübi cəhətdən də  əvəzsizliyi, mühümlüyü 
faktını bir daha təsdiq edir. 
Elmi fəaliyyətini  ədəbiyyatşünaslığın  ən aktual prob-
lemlərinin öyrənilməsinə  və  tədqiqinə  həsr edən alimin bu 
fundamental monoqrafiyalarından başqa onlarla məqalə  və 
oçerklərində, məruzələrində öz əksini tapan mülahizə  və 
qənaətləri milli ədəbiyyatşünaslığın inkişafını şərtləndir-mişdir.  
Alimin  çağdaş    Azərbaycan  ədəbiyyatının  bir  sıra  vacib  
problemlərini  işıqlandıran  məqalələri,  tədqiqatları  bu 


 
20 
cəhətdən təqdirəlayiqdir. Həmin  əsərlərində  ədəbiyyat 
nəzəriyyəsinin, tənqidin  ən mühüm məsələlərini işıqlan-dıran, 
dövrün görkəmli yazıçı,  ədəbiyyatşünas və  tənqidçi-lərinin 
yaradıcılığını  tədqiq və  təhlilə  cəlb edən tədqiqatçı müasir 
ədəbiyyat, çağdaş  ədəbi proses haqqında konkret, aydın 
təsəvvür yaratmışdır. Onun hər hansı ədəbi hadisə və ya əsəri 
təhlil edərkən gəldiyi nəticələr, dərin nəzəri ümumi-ləşdirmələr 
milli  ədəbiyyatımızın  ən mühüm məsələlərinin həllinə kömək 
edib, bədii sənətin və elmin düzgün inkişaf istiqamətlərini 
müəyyənləşdirmişdir.  
Akademik K.Talıbzadənin  ədəbiyyat tarixçisi və 
mətnşünas kimi gördüyü işlər də elmi fəaliyyətinin ayrılmaz bir 
hissəsini təşkil edir. Onun səmərəli xidmətləri mətn-şünaslıq 
elmimizin qiymətli bir tarixi mərhələsini yaratmış-dır. 
Azərbaycan  ədəbiyyatı klassiklərinin  ədəbi irsinin tərtibi və 
nəşr edilməsində, onlara geniş müqəddimələr, izahlar və 
şərhlər yazılmasında, üç cildlik Azərbaycan  ədə-biyyatı 
tarixinin işıq üzü görməsində tədqiqatçının müəllif və təşkilatçı 
kimi  əvəzsiz  əməyi olmuşdur. O, milli ədəbiyyat tariximizin 
1960-cı ildə nəşr edilmiş ikinci cildinin əsas müəlliflərindən və 
redaktorlarından biri idi. Kamal Talıb-zadə    əsil  elm  fədaisi  
kimi  ömrünün  son  illərində    də  bu sahədə  fəaliyyətini 
yorulmadan davam etdirir, Azərbaycan MEA-nın Nizami adına 
Ədəbiyyat Institutunda hazırlanan altı cildlik «Azərbaycan 
ədəbiyyatı tarixi» üzərində səylə işləyirdi.  
K.Talıbzadə  həm də görkəmli elm təşkilatçısı idi. O, 
respublika səviyyəsində hazırlanan mötəbər elmi tədbirlərin, 
konfrans və müşavirələrin, yubileylərin, simpoziumların təşkil 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə