Təranə RƏHİMLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/59
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8309
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   59

 
21 
edilməsi, keçirilməsi prosesində yaxından iştirak etmiş, onların 
təşəbbüskarı və əsas icraçısı olmuşdur. 
Görkəmli alim öz çoxcəhətli yaradıcılığının ayrılmaz 
hissəsi olan bu sahələrin hər birində yorulmaz fəaliyyəti ilə 
milli ədəbiyyatşünaslığımızın inkişafında mühüm rol oynamış, 
bir  ədəbiyyatşünas və  tənqidçi, mətnşünas və elm təşkilatçısı 
kimi üzərinə düşən böyük missiyanı şərəflə yerinə yetirmişdir. 
Bu baxımdan K.Talıbzadə yaradıcılığı misilsiz bir elmi məktəb 
və qiymətli mənbədir. Bu mənbəni hərtərəfli araşdırmaq, 
alimin çoxcəhətli yaradıcılığının spesifik xüsusiyyətlərini 
öyrənmək müasir ədəbiyyatşünas-lığın başlıca vəzifələrindən 
biridir. 
K.Talıbzadənin elmi yaradıcılığının öyrənilməsi və 
tədqiqi tarixi alimin əsərlərinin nəşr edildiyi dövrdən başlanır. 
O, elmi fəaliyyətə başladığı ilk vaxtlardan əsərləri ilə dövrün 
görkəmli tənqidçi, ədəbiyyatşünas və sənət-karlarının diqqətini 
cəlb etmişdir. Alimin çoxcəhətli yaradıcılığının hər bir uğuru 
ədəbi mühitdə  əks-səda do-ğurmuşdur. Onun çoxsaylı  əsərləri 
və ömür yolu haqqında iki yüzdən artıq məqalə, iki 
monoqrafiya yazılıb nəşr edil-mişdir. Həmin məqalələrin 
böyük  əksəriyyətini K.Talıb-zadənin  əsərləri, kitabları barədə 
yazılan resenziyalar, bir qismini isə onun həyat yolu, elmi 
yaradıcılıq uğurları  və  ədəbiyyatşünaslıq fəaliyyətinə  həsr 
olunmuş publisistik yazılar  təşkil  edir. 
Alimin ilk əsəri olan «Abbas Səhhət» monoqrafi-yasının 
nəşr edildiyi vaxtdan, yəni 1955-ci ildən bu günədək onun 
yaradıcılığının müxtəlif sahələri bir çox görkəmli sənətkarların 
və 
ədəbiyyatşünas alimlərin (S.Vurğun, M.Hüseyn, 


 
22 
M.Ibrahimov, M.Cəlal, M.Arif, Ə.Sultanlı, C.Xəndan, Ə.Şərif, 
Ə.Mirəhmədov, Y.Qarayev, Ş.Qurba-nov, B.Nəbiyev, 
A.Hacıyev,  Ş.Salmanov, N.Şəmsizadə, V.Yusifli və b.) 
əsərlərinin tədqiqat obyekti olmuşdur. Həmin tədqiqatlarda 
alimin zəngin elmi yaradıcılıq irsi ciddi təhlil edilmiş, bu 
əsasda dəyərli fikir və mülahizələr söylənmişdir. 
K.Talıbzadənin çoxcəhətli elmi yaradıcılığının hər bir sahəsi 
haqqında nəinki Azərbaycanda, eləcə  də ölkəmizin 
hüdudlarından kənarda görkəmli 
ədəbiyyat-şünaslar 
(B.Piradov, Ə.Cəfəroğlu, Y.Akpinar, L.Dımşits, X.Haytmetov, 
R.Berdibayev, A.Sisişvili, S.Tabarev, Y.Sul-tanov, S.Şükürov, 
M.Yunusov və b.) dəyərli  əsərlər yazıb dərc etdirmişlər. Bu 
tədqiqatların böyük əksəriyyəti dövrün vulqar sosioloji 
tələblərindən doğan yanlış təfərrüatlardan, ideoloji qüsurlardan 
xali olmasa da tədqiqatçının elmi yaradıcılığı haqqında 
müəyyən təsəvvür yaratmaq, onun əsərlərinin 
ədəbiyyatşünaslığın inkişafında rolunu aydınlaş-dırmaq 
baxımından əhəmiyyətlidir. 
K.Talıbzadə yaradıcılığının tədqiqi tarixinə  həmçinin 
istedadlı  ədəbiyyatşünaslar V.Osmanlı, A.Zamanov, H.Isra-
filov, Ə.Məmmədov, Ş.Alışanov, K.Əliyev, A.Məmmədov, A. 
Səfiyev, 
Ş.Vəliyev, K.Tarıverdiyeva, G.Əlibəyova, 
R.Mirzəyev, R.Şıxəliyeva və başqalarının tədqiqatları da-xildir. 
Ş.Salmanovun «Akademik Kamal Talıbzadə» (1998), 
N.Şəmsizadənin «Türk təfəkkürü məcrasında» (1998) mo-
noqrafiyaları isə alimin çoxcəhətli elmi yaradıcılığının daha 
geniş  və  təfərrüatlı  təhlil edilməsi baxımından samballı  
nümunələrdir. 


 
23 
Ş.Salmanovun  əsərində görkəmli tədqiqatçının zəngin 
elmi fəaliyyətinin mühüm istiqamətləri tədqiq obyektinə 
çevrilmişdir. Burada onun yarım əsrdən artıq davam edən elmi 
xidmətləri diqqətlə araşdırılmış,  ədəbiyyatımızın tarixi  və  
nəzəri  məsələlərinin,  başqa  ədəbiyyatlarla  yaradıcılıq 
əlaqələrinin öyrənilməsi istiqamətində  gərgin axtarışları, 
monoqrafiyalarının tədqiqat problematikası, ideya-metodo-loji 
səviyyəsi, milli ədəbi prosesə  təsiri öz əksini tapmışdır. 
Ş.Salmanovun əsərinin təhlil mərkəzində K.Talıbzadənin milli 
romantizmin inkişaf istiqamətləri kontekstində araşdırması, 
ədəbi  ələqələr probleminə  həsr etdiyi monoqra-fiyası, milli 
tənqid tarixinə dair fundamental tədqiqatı durur. 
Ədəbiyyatşünas alim əsərində haqlı olaraq K.Talıb-zadənin 
elmi yaradıcılığının zirvəsi sayılan «Azərbaycan  ədəbi 
tənqidinin tarixi» monoqrafiyasının təhlilinə daha geniş yer 
vermişdir. Burada tədqiqatçının ömür yolu, mətnşünaslıq 
fəaliyyəti, elmi təşkilatçılığı haqqında da yığ-cam  məlumat  öz  
əksini  tapmışdır. 
«Türk təfəkkürü məcrasında» monoqrafiyasında isə 
ədəbiyyatşünas N. Şəmsizadə akademik Kamal Talıb-zadənin 
zəngin elmi yaradıcılığına dair material və  sənədlər  əsasında 
alimin tənqidçi mövqeyi, həyatı, mühiti və şəxsiyyəti haqqında 
müfəssəl təsəvvür yaradır. 
Ş.Salma-novun kitabında 
tədqiqatçının elmi fəaliyyətinə geniş yer verilirsə, «Türk 
təfəkkürü məcrasında» monoqrafiyasında onun alim-vətəndaş 
şəxsiyyəti ön plana çəkilir. Tədqiqatda K.Talıbzadənin  
türkçülük  zəminində  yazılmış  fundamen-tal əsərləri 
problematikasına görə araşdırılır, alimin tən-qidşünaslıq 


 
24 
elminin banisi kimi ədəbi-tarixi, elmi-nəzəri xidmətlərindən 
bəhs olunur. Burada K.Talıbzadə  cəfakeş alim fəaliyyəti ilə, 
obyektivliyi və prinsipiallığı, milli ideal-lara sədaqəti ilə 
«sağlığında klassik rütbəsinə yüksəlmiş nadir şəxsiyyətlərdən 
biri» kimi dəyərləndirilir.
1
 
K.Talıbzadənin elmi yaradıcılığının öyrənilməsi sahə-
sində bu iki monoqrafiya təhlil tərzi, alimin bir vaxt «marksist 
ruhda yazıldığı», «marksist nəticələri ilə diqqəti cəlb etdiyi» 
üçün yüksək dəyərləndirilən tədqiqatlarının yeni təfəkkür 
işığında araşdırılması, obyektiv şəkildə  tədqiq olunub real 
qiymətləndirilməsi baxımından xüsusi əhəmiy-yət  kəsb edir. 
Bizim tədqiqatda isə görkəmli alimin həyatının və elmi 
fəaliyyətinin  əsas inkişaf mərhələləri geniş  şəkildə  tədqiq 
edilmiş, onun elmi təfəkkürünün pillə-pillə yüksəlişi prosesi 
diqqətlə izlənmişdir. 
Elmi araşdırmalarımızın mərkəzində XX əsrin  ədəbi 
şəxsiyyətləri və problemləri mövzusu fonunda alimin «Abbas 
Səhhət»,  ədəbi  əlaqələrin yeni ideya-estetik kon-sepsiya 
zəminində öyrənilməsi baxımından «Qorki və Azərbaycan», 
ədəbi tənqidin tarixi və  nəzəriyyəsinin tədqiqi cəhətdən 
«Azərbaycan  ədəbi tənqidinin tarixi» monoq-rafiyaları, yeni 
dövr  ədəbiyyatına dair onlarla məqalələri, məruzə  və  çıxışları 
durur. Bu mənbələr milli ədəbiy-yatşünaslığın  inkişaf  
istiqamətləri  kontekstində  tədqiq  və təhlil  olunur. 
Tədqiqatın  əsas məqsədi K.Talıbzadənin elmi yara-
dıcılığını bütün parametrləri ilə araşdırmaq, onun monoq-
                                           
1
 Шəmsизадə N. Тüрk тəфəkküрü məжраsыnда, Баkы, Тəщsил, 1998, s.31. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə