Təranə RƏHİMLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/59
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8309
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   59

 
25 
rafiyalarında, məqalə və oçerklərində, məruzələrində öz əksini 
tapan elmi fikir və mülahizələrini təhlil etmək, alimin 
şəxsiyyəti və elmi yaradıcılığı haqqında sistemli şəkildə, bütöv 
təsəvvür yaratmaqla onun Azərbaycan  ədəbiyyat-şünaslığının 
inkişafında rolunu müəyyənləşdirməkdir. Bu məqsədin 
realizəsi üçün tədqiqatın qarşısında duran bir sıra vəzifələrin 
yerinə yetirilməsi nəzərdə tutulmuşdur: 
– akademik K.Talıbzadənin həyatının və elmi 
fəaliyyətinin əsas inkişaf mərhələlərinin  tədqiqi. 
– alimin yaradıcılığında ədəbi şəxsiyyətlər və problemlər 
mövzusu; milli romantizmşünaslığın inkişa-fında 
K.Talıbzadənin xidmətlərinin öyrənilməsi. Onun ilk tədqiqat 
əsəri olan «Abbas Səhhət» monoqrafiyasının milli romantizmin  
əsas  inkişaf  istiqamətləri  kontekstində    təh-lili  əsasında  
ümumiləşdirmələr  aparılması. 
– K.Talıbzadənin tədqiqatlarında  ədəbi  əlaqələr 
probleminin həlli, onun nəzəri  əsaslarının müəyyənləş-
dirilməsi,  Azərbaycan-rus  ədəbi  əlaqələrinə  həsr  olun-muş 
«Qorki  və    Azərbaycan»  monoqrafiyasını  geniş    təhlil 
etməklə onun ədəbi tənqidin hansı norma və prinsipləri 
daxilində  öz  həllini  tapdığını  aydınlaşdırmaq. 
– tədqiqatçının yaradıcılığında Azərbaycan  ədəbi 
tənqidinin tarixi konsepsiyası, onun inkişaf istiqamətləri-nin 
araşdırılıb üzə çıxarılması, məsələnin elmi şəkildə izahı; alimin 
tənqid tarixinə dair fundamental monoqrafiyasının  təhlili. 
– yeni dövr Azərbaycan  ədəbiyyatının  ən aktual 
yaradıcılıq problemlərinin həllində Kamal Talıbzadənin elmi 
xidmətlərini araşdırmaq, onun çağdaş ədəbiyyatımızın  


 
26 
 
görkəmli yazıçı,  ədəbiyyatşünas və  tənqidçiləri, eləcə  də 
onların  əsərləri haqqında mülahizə  və  qənaətlərini konret 
material  əsasında  nəzərdən  keçirmək,  alimin  bu  möv-zuda  
tədqiqatlarının  təhlili  əsasında  ümumiləşdirmələr  aparmaq. 
Tədqiqatın metodoloji əsasını müasir Azərbaycan 
ədəbiyyatşünaslığın elmi-nəzəri müddəaları  təşkil edir. 
Bununla yanaşı  tədqiqatda tarixi-müqayisəli təhlil meto-
dundan da istifadə edilmişdir. Bu metoddan istifadə  ədəbi 
faktları müasir elmi-nəzəri tələblər səviyyəsində araşdır-mağa 
və düzgün məntiqi nəticələrə  gəlməyə imkan  vermiş-dir. 
Tədqiqat işində  həmçinin Azərbaycan  ədəbiyyatşü-naslıq 
elminin  əldə etdIyi nailiyyətlər, elmi-nəzəri  düsturlar  əsas  
götürülmüşdür. 
Ümumiləşdirmələrin yeniliyi müstəqillik, demokratiya 
şəraitində aparılan tədqiq və təhlillərdə ədəbiyyatşünaslığın bir 
çox problemlərinə elmi-nəzəri cəhətdən daha dəqiq 
mövqelərdən yanaşma təşəbbüsü ilə şərtlənir. Burada bir  sıra  
elmi  faktların,  mülahizələrin  yeni  aspektdən  araşdı-
rılmasına səy göstərilmiş, yeri gəldikdə onlara tənqidi 
münasibət də bildirilmişdir. Tədqiqatda ilk dəfə olaraq 
K.Talıbzadə yaradıcılığı ilə bağlı bütün materiallar  bütöv-
lükdə araşdırılmış və  təhlilə  cəlb edilmişdir.  Alimin  həyatı 
və elmi fəaliyyətinə  həsr edilmiş  dəyərli tədqiqat  əsərləri 
sırasında  Ş.Salmanovun  «Akademik  Kamal  Talıbzadə» 
N.Şəmsizadənin «Türk təfəkkürü məcrasında» monoq-
rafiyaları da ilk dəfə bütünlükdə nəzərdən keçirilmiş, tədqiq və  


 
27 
təhlillərdə onlara istinad edilmişdir. Görkəmli  ədəbiy-
yatşünas və  tənqidçinin yaradıcılığına dair faktlar, sənədlər 
sistemli  şəkildə öyrənilmiş, onlar milli ədəbiyyatşünaslığın 
təşəkkülü və inkişafı kontekstində  araşdırılmışdır. 


 
28 
 
I   F Ə S I L 
K.TALIBZADƏ YARADICILIĞINDA  
ƏDƏBI ŞƏXSIYYƏTLƏR VƏ PROBLEMLƏR 
1.1. Akademik K.Talıbzadənin həyatının və  
elmi fəaliyyətinin əsas inkişaf mərhələləri 
 
Mənəvi-psixoloji və ictimai-siyasi təbəddülatlarla zən-gin 
olan XX əsr tənqid və ədəbiyyatşünaslığın inkişafında mühüm 
bir mərhələdir. Azərbaycan  ədəbiyyatının tərəq-qisində  bu  
dövrün  tənqid  və    ədəbiyyatşünaslığı  mühüm rol oynamış, 
milli  ədəbiyyatın tarixini, keçdiyi mərhələləri,  ənənə  və 
qanunauyğunluqları öyrənməklə bilavasitə onun inkişafına təsir 
göstərmək kimi vacib bir missiyanı yerinə yetirmişdir. Ötən 
əsrin 50-ci illərindən daha şaxəli təkamülə yön alan, orijinal 
tədqiqatlarla zənginləşən Azərbaycan  ədəbiyyatşünaslığının, 
ədəbi tənqidinin bütövlükdə XX  yüzillikdəki nəhəng 
nailiyyətləri böyük ədəbiyyatşünaslar,  tənqidçilər nəslinin adı 
ilə bağlıdır. Ilk milli ədəbiyyat  tarixinin yaradıcısı Firidun bəy 
Köçərlidən başlayaraq  ciddi elmi axtarışlara istiqamət alan bu 
nəslin fəaliyyəti   son dərəcə qiymətli və əhəmiyyətli olmuşdur. 
Bu istiqa-mətdə 20-30-cu illər  ədəbiyyatşünaslığının tədqiqat 
səyləri xüsusilə böyük mahiyyət daşıyır. S.Mümtaz, Ə.Abid,  
S.Hüseyn, A.Şaiq, H.Zeynallı,  Ə.Nazim, M.Quliyev, 
M.K.Ələkbərli, A.Musaxanlı, B.Çobanzadə, bir qədər sonra isə 
M.Arif, M.Rəfili,  Ə.Sultanlı, H.Araslı, F.Qasımzadə,  
C.Xəndan, Mir Cəlal, M.Cəfər, C.Cəfərov və başqaları    kimi 
istedadlı  ədəbiyyatşünasların böyük bir nəsli F.Köçər-lidən 


 
29 
başlanan yolu ləyaqətlə davam etdirmiş, ədəbiyya-tımızın tarixi 
və milli varlığını meydana çıxarıb dəyər-ləndirmişlər. Müasir 
milli  ədəbiyyatşünaslığımız, onun  metodologiyası  və 
nəzəriyyəsi həmin nəsillərin yaratdığı    təməl-məktəb üzərində 
dayaq tapıb yüksəlmişdir. Aka-demik Kamal Talıbzadənin 
ədəbi tənqid və  ədəbiyyatşü-naslıq  sahəsində  yarım  əsrdən  
artıq  davam  edən  səmə- rəli elmi fəaliyyəti bu məktəbin 
təcrübə və ənənələrini yaşatmış, daha da inkişaf etdirmişdir. 
Kamal Talıbzadənin  ədəbiyyatşünaslığa gəlməsi mü-
haribədən sonrakı dövrə, 40-cı illərin ortalarına təsadüf edir. 
Bu  ədəbiyyatşünaslığımızda sosioloji ehkamların tüğ-yan 
etdiyi,  ədəbi fikrin, tənqidin totalitar rejim çərçivəsində 
sıxıldığı, bütün  elm  və  incəsənət  sahələrində  olduğu  kimi  
ədəbiyyatımız üçün də mürəkkəb və ziddiyyətli yaşantılar  
dövrü idi. «Lakin eyni zamanda o, həm də  tənqidimizin
ədəbiyyat  elmimizin  çox  əhəmiyyətli  bir  çağıdır.  Belə  ki,  
sonralar  ədəbiyyatşünaslığın yeni tədqiqat istiqamətlərinə 
doğru hərəkəti məhz bu dövrdə  ədəbiyyatşünaslığa gəlmiş 
tənqidçi və  ədəbiyyatşünasların fəaliyyəti ilə  əhəmiyyətli 
dərəcədə bağlıdır.»
1
    Ədəbiyyatşünaslığa  bu  illərdə    gələn  
yeni  və  istedadlı  qüvvələr – Əziz Mirəhmədov, Kamran 
Məmmədov, Əhəd Hüseynov, Pənah Xəlilov, Həbib Baba-yev, 
Mirəli Seyidov, Nazim Axundov və başqaları  ədəbiyyat  
elmimizin  gələcək  taleyini  müəyyənləşdirdi. Bu  ədəbi  nəs-li 
təmsil edən böyük ədəbiyyatşünaslar sırasında görkəmli  
simalardan  biri  akademik  Kamal  Talıbzadədir. 
                                           
1
 Sалmаnов Ш. Аkадemиk Kаmал Талыбзадə, Баkы, Озаn, 1998, s.8. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə