Təranə RƏHİMLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/59
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8309
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   59

 
30 
Kamal Talıbzadə 1923-cü ildə avqust ayının 14-də 
Bakıda, XX əsr Azərbaycan  ədəbiyyatının görkəmli nü-
mayəndəsi, islampərəst və türkçü, milli-romantik ədib və 
maarifçi Abdulla Şaiqin ailəsində dünyaya göz açmışdır. 
Böyük  ədibin ocağında kök bağlayan bu körpə istedad 
H.Cavid, S.Vurğun, M.Hüseyn və başqaları kimi görkəmli  
sənətkarların hikmət dolu söhbətlərinin işığından nur almış, 
zəngin bir mühitdə püxtələşib söz aləminin incəliklərinə bələd 
olmuşdur. O, bu evdə  şeir, sənətlə bağlı neçə-neçə  ədəbi 
müzakirələrin  şahidi olub, maraqlı diskussiyaları    dinləyib. 
K.Talıbzadə  tənqid,  ədəbiyyatşünaslıq elmi haq-qında ilk 
söhbətləri də atası Abdulla Şaiqin dilindən   eşidib. Qeyd 
etmək lazımdır ki, Azərbaycanda romantizm ədəbi hərəkatının 
meydana çıxmasında və inkişafında, ideya-estetik 
prinsiplərinin təbliğində müstəsna rolu olan, böyük ziyalılar 
nəslinin müəllimi sayılan A.Şaiq həm də    tənqidçi və 
ədəbiyyatşünas olmuşdur. M.F.Axundov, H.Ca-vid haqqinda 
məqalələri,  ədəbiyyatımızın tarixinə  dair    tədqiqatları, 
ədəbiyyat nəzəriyyəsi kitabı onun tənqidçilik və 
ədəbiyyatşünaslıq fəaliyyəti haqqında aydın təsəvvür yaradır. 
A.Şaiqin  ədəbiyyat dərnəklərinin rəhbəri kimi  xidmətləri də 
son dərəcə  səmərəli olmuş, onun sənət görüş-ləri XX əsrin 
əvvəllərində yaranan milli ədəbiyyatın inki-şafına öz 
əhəmiyyətli təsirini göstərmişdir. A.Şaiqin elmi-nəzəri irsi ilə 
tanışlıq göstərir ki, o, 20-30-cu illərin mü-rəkkəb  ədəbi 
mühitində  ən az səhv edən  ədəbiyyatcılardan biri olub. 
Akademik Kamal Talıbzadənin həyat və yara-dıcılıq  yolunun  
cığırı    məhz  atasının  bədii  və    nəzəri-tən-qidi irsindən 


 
31 
başlayır. Çünki, onun ədəbi-tənqidi görüşləri A.Şaiqin nəzəri 
irsinin bilavasitə  təsiri ilə formalaşmışdır. K.Talıbzadə atası 
haqqında böyük ehtiramla qələmə aldığı «Həmişə yadımda 
olan insan» xatirəsində yazır: «O, mənim xəyalımda, 
düşüncəmdə elə bil indi də canlıdır, elə bil o mənimlə hər gün 
danışır, məsləhətləşir, yol göstərir, nəsihət verir… Atam məni 
tənqidə,  ədəbiyyatşünaslığa sövq edən  şəxsiyyət kimi də 
əvəzsiz və unudulmazdır.  Ədəbiyyat aləminə, elminə 
gəlməyimlə maraqlananlar tez-tez belə sual verirlər – atamın 
bu prosesdə rolu olubmu, olubsa necə və nə dərəcədə olub? Və 
mən onlara həmişə cavab vermişəm:  
müstəsna, həm də əsas rolu olubdur.»
1
  
1930-cu ildə 14 saylı (indiki 132 saylı) orta məktəbə daxil 
olan, bu məktəbdə təhsilini başa vurduğu 1940-cı ilədək bir çox 
elm sahələrinə maraq göstərən K.Ta-lıbzadənin  ədəbiyyata 
bağlılığı, sevgisi isə sonsuz idi. Onun ilk müəllimi, həmişə 
adını hörmətlə, minnətdarlıq hissi ilə andığı məşhur qəzəl şairi 
Məşədi Azər Buzovnalı bütün şagirdləri kimi balaca Kamala da 
hələ ibtidai sinifdə oxuduğu vaxtlardan ədəbiyyata vurğunluq 
hissini aşıla-mışdı. Sonralar ədəbiyyata bağlanmasının  əsas 
səbəblə-rindən danışarkən K.Talıbzadə orta məktəbdə  təhsil 
aldığı illəri xoş  təəssüratlarla xatırlayırdı: «kiçik yaşlarından  
dəqiq elmlərə böyük marağım vardı. Riyaziyyatdan, fizikadan 
həmişə beş alardım. Evimizdə bir metr hün-dürlüyündə buruq 
maketi düzəldib ora işıq da çəkmiş-   dim. 1935-ci ildə atamın 
yanına «Kommunist» qəzetinin müxbiri gəldi. Həmin maketə 
                                           
1
 Талыбзадə K. Seçилmиш əsəрлəри, иkи жилддə, Баkы, Азəрnəшр, 1 ж., 1991 s.13-23.,  


 
32 
maraqla tamaşa etdi və 56 gün sonra mənim imzamla qəzetdə 
«Mən mühəndis olacağam» sərlövhəli məqalə  dərc edildi. 
Bəlkə doğrudan  da mühəndis olacaqdım. Ancaq 6-cı sinifdə 
ədəbiyyat müəllimim Ismayıl  Əhmədov mənə «Ölülər»  əsəri 
haqqında məruzə tapşırdı. Evə  gəlib atamla bu əsərin qayəsi, 
Isgəndər obrazının mahiyyəti barədə xeyli söhbət etdim. Gözəl 
bir  məruzə  hazırladım  və  həmin  məruzə  də  mənim  sonraki  
həyat  yolumu  müəyyənləşdirdi.» 
1
 Beləliklə  də, o, orta 
məktəbi bitirdiyi il Azərbaycan Dövlət Universitetinin 
filologiya fakultəsinə daxil oldu. Tələbəlik illərindən  ədə-
biyyatşünaslıq elminin cazibəsinə düşən K.Talıbzadə ilk 
tədqiqatları üzərində  işləməyə başladı. Romantizm mövzu-
sunda yazdığı kurs işi də  tələbəlik illərinin ilk qələm 
təcrübələrindən idi. «Füzuli şeirinin Azərbaycan roman-
tiklərində  əks-sədası» adlı bu kurs işini yazarkən romantizm 
mövzusuna marağı artan K.Talıbzadə çox keçmədən həmin 
mövzuya bir də qayıtdı. Universitetdə təhsilini vaxtından  əvvəl  
başa  çatdıran  K.Talıbzadənin  1945-ci  ilin  yazında  diplom 
işini müdafiə etməsi üçün birdəfəlik Dövlət Imtahan 
Komissiyası  təşkil olundu və o, bu komissiyada «XX əsr 
Azərbaycan romantizmi və M.Hadi» mövzusunda diplom  işini 
müvəffəqiyyətlə müdafiə etdi. K.Talıbzadənin vax-tından  
əvvəl  diplom  işi  müdafiə    etməsi  isə    Azərbaycan  KP 
Mərkəzi Komitəsinin fərdi rəsmi təqdimatı ilə onun Moskva 
Ali Diplomatiya Məktəbinə göndərilməsi ilə  əla-qədar idi. 
Qəbul imtahanları verərək komissiyanın qərarı    ilə  həmin ali 
                                           
1
 Баyраmов Ə. От kюkü üsтə битəр, «Халг гəзeти» 1999, 5 иyun. 


 
33 
məktəbin Iran şöbəsinə daxil olan K.Ta-lıbzadənin burada 
təhsil alması baş tutmamışdır. Abdulla Şaiq vaxtı ilə ailəsiylə 
birlikdə altı il Iranda yaşadığı üçün oğlunun diplomatiya 
məktəbində oxumasina icazə verilmir. K.Talıbzadə sonralar bu 
faktı belə  mənalandırırdı: «…işin belə  nəticələnməsi məni 
gələcəkdə rus diplomatları ilə ça-lışmaq əzabından, xətasından 
xilas etdi, həyatımın başqa istiqamətdə, arzuladığım yöndə 
davamına səbəb oldu, yoxsa allah bilir başım nələr 
çəkəcəkdi».
1
  
Beləliklə, o, həmin vaxt Nizami adına  Ədəbiyyat Insti-
tutunun direktoru işləyən görkəmli tənqidçi Məmməd Arii-fin 
tövsiyyəsi ilə sənədlərini aspiranturaya verib qəbul  edilir. Elə 
o vaxtdan, 1945-ci ilin payızından institutda  kiçik elmi işçi 
vəzifəsinə  işə götürülərək ömürlük elmi fəaliyyətini, 
ədəbiyyatşünas taleyini bu mötəbər elm oca-ğına bağlayır. 
Aspiranturada təhsil aldığı illərdə gənc tədqiqatçı professor Mir 
Cəlalın elmi rəhbərliyi altında «A.Səhhətin həyatı  və 
yaradıcılığı» mövzusunda nami-zədlik dissertasiyası üzərində 
işləyir. 1949-cu ildə isə onu müvəffəqiyyətlə müdafiə edir. 
K.Talıbzadənin bu ilk funda-mental  tədqiqat  əsərini  görkəmli  
sənət  və  elm  xadimləri – S.Vurğun, M.Hüseyn, Mir Cəlal, 
C.Xəndan.  Ə.Sultanlı    və başqaları elmdə  əhəmiyyətli yenilik 
kimi dəyərləndir-mişdilər. 1955-ci ildə Azərbaycan, 1963-cü 
ildə rus dilində  «Abbas Səhhət» adı ilə monoqrafiya halında 
nəşr olunan  bu qiymətli tədqiqat  əsəriylə K.Talıbzadə 
ədəbiyyatşünas-lıq elminə vəsiqə aldı. Qeyd etmək lazımdır ki, 
                                           
1
 Шəmsизадə N. Тüрk тəфəkküрü məжраsыnда, Баkы, Тəщsил, 1998, s.26. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə