Təranə RƏHİMLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/59
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8309
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   59

 
34 
tədqiqat-çının  ədəbiyyatşünaslıq və  tənqidçilik fəaliyyəti 
Ədəbiyyat Institutu ilə  sıx surətdə bağlı olmuş, o bu elm 
ocağında müxtəlif vəzifələrdə  işlədiyi illərdə milli 
ədəbiyyatşünas- lığın mühüm istiqamətlərində  səmərəli 
xidmətlər göstər-mişdir.  
K.Talıbzadə namizədlik dissertasiyası müdafiə etdiyi 
vaxtdan, yəni 1949-cu ildən institutun baş elmi işçisi vəzifə-
sinə  təyin olunur, eyni zamanda Azərbaycan Dövlət 
Universitetinin Azərbaycan  ədəbiyyatı kafedrasında (1950-
1952-ci illərdə) müəllim işləyir. Çalışdığı kollektivin yüksək 
rəğbətini qazanan alim 1952-ci ildən Nizami adına Ədə-biyyat 
Institutunun XIX-XX əsrlər Azərbaycan  ədəbiyyatı    şöbəsinin 
müdiri vəzifəsinə layiq görülür. Bu şöbəyə rəhbərlik etdiyi illər 
ərzində K.Talıbzadə yeni bir elmi istiqamətdə,  ədəbi  əlaqələr 
yönümündə «Qorki və Azər-baycan» mövzusunda 
monoqrafiya üzərində  işləyir. 1959- cu ildə tamamlanıb nəşr 
olunan bu monoqrafiya elmi ictimaiyyətin böyük marağına 
səbəb olur. Əsər 1970-ci ildə rus dilində  nəşri ilə oxucu 
auditoriyasını daha da geniş-ləndirərək türk, rus, gürcü və digər 
xalqların görkəmli alimləri Ə.Cəfəroğlu, L.Dımşits, B.Piradov 
və başqaları tərəfindən yüksək qiymətləndirilmişdi. 
«Qorki və Azərbaycan» monoqrafiyası müəllifinə  ədəbi 
mühitdə böyük nüfuz qazandırıb onun gələcək elmi 
nailiyyətləri üçün körpü rolunu oynadı. 1960-cı ildə 
K.Talıbzadəyə etimad göstərib Nizami adına  Ədəbiyyat 
Institutunda elmi işlər üzrə direktor müavini vəzifəsinə      irəli 
çəkdilər. Bu vəzifədə  işlədiyi iyirmi ildən artıq müd-  dət 
ərzində o, institutun elmi işləri, elmi tədqiqat planla-rının 


 
35 
müəyyənləşdirilməsi və icrası kimi mürəkkəb bir prosesə 
böyük məharətlə  rəhbərlik etmişdir. Qeyd etmək lazımdır ki, 
Ədəbiyyat Institutunun Elmlər Akademiyası sistemində 
Ədəbiyyat və Dil Institutu kimi fəaliyyət gös-tərdiyi vaxtlarda 
institutun direktoru vəzifəsinə dilçi alim təyin edilirdisə, elmi 
işlər üzrə müavin ədəbiyyatçı olurdu, yaxud əksinə. Bu illərdə 
direktor müavini işləyən Kamal Talıbzadə ədəbiyyatşünaslığın 
bir sıra vacib problemlərinin tədqiqi ilə yanaşı  həm də 
ədəbiyyatşünaslığa rəhbərlik et-mişdir. Həmin vaxtlarda 
yorulmaz tədqiqatçı «Abbas Səh-hət», «Qorki və Azərbaycan» 
monoqrafiyaları kimi mötə-bər elmi əsərlərin, həmçinin XX əsr 
ədəbiyyatının tarixinə  və  nəzəri məsələlərinə dair samballı 
məqalələrin müəllifi kimi tanınırdı. Alimin bu qiymətli 
tədqiqatları 60- cı illərdə ədəbiyyatşünaslığın qarşısında duran 
mühüm vəzifələrdən birinin yerinə yetirilməsində – üçcildlik 
«Azərbaycan  ədə-biyyatı tarixi»nin XIX-XX əsrlər (əsrin 
əvvəl-lərinə  qədərki dövr) ədəbiyyatına dair ikinci cildinin 
yazılmasında və nəşrə hazırlanmasında mühüm rol oynadı. Bu 
cildin  əsas müəl-liflərindən və redaktorlarından biri 
 
K.Talıbzadə idi. 
60-cı illərdə K.Talıbzadənin çoxşaxəli elmi yaradıcı- lığı 
həm də  ədəbiyyatşünaslığın daha bir vacib sahəsinin  tədqiqi 
ilə  zənginləşdi. Milli tənqidin tarixini yaratmaq istiqamətində 
alimin uzun illər apardığı araşdırmalar bu mövzuda ilk 
fundamental tədqiqatın nəşrinə imkan verdi. Ədəbi-elmi 
axtarışlarının on ilini klassik ədəbi-estetik   fikrin tarixi 
haqqında monumental tədqiqata həsr edən K.Talıbzadə 1965-ci 
ildə «XX əsr Azərbaycan  ədəbi tənqidi» mövzusunda 


 
36 
doktorluq dissertasiyasını müdafiə etdi. Əsər 1966-cı ildə 
monoqrafiya halında nəşr edildi. Alim həmkarlarının yüksək 
rəylə qarşıladığı bu monoq-rafiya K.Talıbzadənin özünün də 
tədqiqatları içərisində xüsusi münasibət bəslədiyi bir əsər idi. 
O, monoqrafiya barədə müsahibələrindən birində yazırdı: Bu 
kitab mənə  təkcə ona görə  əziz deyil ki, doktorluq 
dissertasiyamla  əlaqədardır. Bir də ona görə  mənim üçün 
doğma və qiy-mətlidir ki, o, hələ  tələbəlik dövründən 
başladığım tənqidi fikir sahəsində 25 ilə yaxın apardığım 
tədqiqatlara bir növ yekun vurdu, təsdiq etdi ki, mən öz 
axtarışlarımda və  ədəbiyyatşünaslığımda tutduğum yeni 
istiqamətdə yanıl-mamışam. Bu elə bir elmi sahədir ki, onu 
gələcəkdə  də davam etdirmək mümkündür. Elə belə  də oldu. 
Bundan sonra yazılarımın, kitablarımın  əksəriyyəti bu 
mövzuya həsr olunmuşdur.»
1
 
«XX  əsr Azərbaycan  ədəbi tənqidi» monoqrafiyasının 
yazılmasına qədər isə alim «Ədəbi tənqidə diqqəti artıraq» 
(1954), «Tənqidçi və  ədəbiyyatşünasların yeni nəsli» (1955), 
«Mübariz tənqidin gözəl nümunələri» (1959), «Tənqidimiz 
haqqinda qeydlər» (1963) və s. məqalələrini yazıb dərc 
etdirmişdi.  Ədəbi tənqidin müxtəlif məsələlərini  əhatə edən, 
məzmunca rəngarəng olan bu  məqalələr 1967-ci ildə 
«Tənqidimiz haqqinda qeydlər» kitabında toplanıb nəşr edildi. 
K.Talıbzadənin həmin məqalələrində  ədəbiyyatşü-naslığın bu 
mühüm sahəsinə  həssas tədqiqatçı münasibə- tini görürük. 
Burada  ədəbi tənqidin qarşısında duran problemlərdən, 
                                           
1
 Талыбзадə K. Тənгид вə тənгидçилəр, Баkы, Yазыçы, 1989, s.147-148 


 
37 
tənqidin və  tənqidçinin başlıca vəzifələ-rindən bəhs edən 
müəllif müasir Azərbaycan tənqidçisini belə görmək istəyirdi: 
«Tənqidçi nadir istedada, gözəlliyi, sənəti duya bilən estetik 
hisslərə,  ədəbiyyatı sevən böyük bir qəlbə malik olmalıdır. 
Bütün bunlarla yanaşı, həqiqi tənqidçi dövrünün ən irəlidə 
gedən, geniş dünyagörüşə sahib bir adamı olmalı, dövrün 
hakim görüşlərini izah və inkişaf etdirməyi bacarmalıdır. 
Ancaq bu halda o, ədəbiyyata doğru istiqamət verər, tənqidi 
həqiqi nəzəri yüksəkliyə qaldıra bilər… Orada ki cəsarət 
yoxdur, orada həqiqi ədəbi tənqid də yoxdur.»
1
  
«Tənqidimiz haqqında qeydlər» kitabından sonra 
K.Talıbzadənin Azərbaycan  ədəbiyyatının aktual problem-
lərindən bəhs edən 400-dən artıq məqaləsi «Ədəbi irs və 
varislər» (1974), «Sənətkarın  şəxsiyyəti» (1978), «Tənqid və 
tənqidçilər» (1989), «Seçilmiş  əsərləri» (iki cilddə: 1991; 
1994) kitablarında toplanmışdır. «Ədəbi irs və varislər», 
«Sənətkarın  şəxsiyyəti» kitabları alimin 70-ci illərdəki  ədəbi  
tənqidi görüşlərini özündə  əks etdirirdi. Bu illərin tənqi- dini 
əvvəlki dövr və illərə nisbətən daha mükəmməl və   daha 
məhsuldar hesab edən tədqiqatçı 70-ci illərdə  tən- qidin 
mürəkkəb şəkil aldığını, çətin vəzifələri icra etməyə başladığını 
göstərirdi: «Bu günkü bədii tənqid ədəbi prosesə güclü ideya-
estetik təsir göstərir, əldə edilən nailiyyətləri möhkəmlətməyin, 
inkişaf etdirməyin elmi-nəzəri  əsaslarını yaradır, başqa sözlə, 
sovet adamının fikri, mənəvi təkmil-ləşməsində  bədii 
                                           
1
 Талыбзадə K. Тənгидиmиз щаггыnда гeyдлəр, Баkы, Gənжлиk, 1967, s.21. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə