Terapiya ixtisası üzrə nümunəvi test suallarının toplusu Bölmə Pulmonologiya


) Revmatizmin fəallığını hansı laborator göstəriciləri təyin edir?



Yüklə 1,64 Mb.
səhifə7/17
tarix26.10.2017
ölçüsü1,64 Mb.
#6552
növüРуководство
1   2   3   4   5   6   7   8   9   10   ...   17

358) Revmatizmin fəallığını hansı laborator göstəriciləri təyin edir?
A) Revmatoidli faktor, α- və γ- qlobilinlərin artması

B) Trombositlərin sayı, sidik turşusunun səviyyəsi

C) Leykositlərin sayı, α- və γ- qlobilinlərin artması, ASL-O

D) HLA-B27, qələvi fosfotaza

E) Kardiolipinə qarşı anticimlərin titri
Ədəbiyyat: С. М. Носков. «Ревматология. Актуальные вопросы» 2007г.
359) Birincili revmokarditin xüsusiyyətlərinə hansılar aiddir?
A) Orta və ahıl yaşlarda miokarditin inkişafı

B) Virus infeksiyalarla xronoloji əlaqənin olması

C) Kardial şikayətlərin passiv xarakteri, latent mərhələnin olması

D) Dərialtı düyünlərin inkişafı

E) Xəstəliyin başlanğıcında oynaq sindromun olmaması
Ədəbiyyat: С. М. Носков. «Ревматология. Актуальные вопросы» 2007г.
360) Revmatik poliartriti üçün nə xarakterdir?
A) Simmetrik ikitərəfli sarkoileit

B) Davamlı və simmetrik poliartrit

C) Ankilozların inkişafı

D) Artralgiyaların miqrasiyaedən zarakteri

E) Oynaqların səhər «buxovlanması» (1 saatdan çox)
Ədəbiyyat: Избранные лекции по клинической ревматологии // Под ред. В.А. Насоновой, Н.В. Бунчука. – М.: Медицина, 2001.
361) Revmatik poliartrit üçün hansı əlamətlər xarakterdir?
A) Revmatik prosesin fəallıq göstəricələrinin yüksək səviyyəsi

B) Xırda oynaqların davamlı zədələnməsi

C) Oynaqların ankilozu

D) Rentqenoloji müayinələrdə oynaq nahiyələrинdə eroziyaların olması

E) Poliartritin müalicəyə gec cavabı
Ədəbiyyat: Избранные лекции по клинической ревматологии // Под ред. В.А. Насоновой, Н.В. Бунчука. – М.: Медицина, 2001.
362) Jaku artritn əsas əlamətləri hansılardır?
A) Əllərin və ayaqların xırda oynaqlarının zədələnmələri, əllərin ulnar deviasiyası

B) Dərialtı düyünlərin inkişafı, Reyno sindromu

C) Oynaqların səhər «buxovlanması», «gel» fenomenı

D) Həqiqi sümük erroziyaların inkişafı, tofusların inkişafı

E) Digital nekrozun inkişafı, falanqalararası sahədə dərinin dəyişiklikliyi
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А. // Москва., 2008., «ГЭОТАР-Медиа», 35-66 с.
363) Revmatik artralgiyanın dayandırılmasını hansı preparatın tətbiqilə nail olmaq olar?
A) Aminoxinolin preparatlarla

B) İtihab əlehinə qeyri steroid preparatlarla

C) Sulfasalazinlə

D) Penisillin sırasından antibiotiklərlə

E) D-penisillaminlə
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А. // Москва., 2008., «ГЭОТАР-Медиа», 35-66 с.
364) Revmatik poliartritin tipik lokalizasiya yerləri hansılardır?
A) Onurğa sütünun bel-omba şöbəsinin oynaqları, çiyin oynağı

B) Qırtılaq qığırdaqları, gicgah-çənə оynağı

C) Əl və pəncənin xırda oynaqları

D) Diz, dirsək, baldır-pəncə oynaqları

E) Onurğa sütünun döş şöbəsinin oynaqları, döş-körpüçük oynağı
Ədəbiyyat: Избранные лекции по клинической ревматологии // Под ред. В.А. Насоновой, Н.В. Бунчука. – М.: Медицина, 2001.
365) Revmatizm vaxtı ağ ciyərlərin zədələnmələri hansılardır?
A) Bronxoektaziya

B) Bronxit, bronxiolit

C) Ağ ciyərlərin atelektazı, bronxial astmа

D) Plevrit, ağ ciyərlərin emfizeması

E) Pnevmoniya, ağ ciyərlərin vaskuliti
Ədəbiyyat: Избранные лекции по клинической ревматологии // Под ред. В.А. Насоновой, Н.В. Бунчука. – М.: Медицина, 2001.
366) Ağ ciyərlərin ikitərəfli revmatik zədələnməlrinin rentgenoloji şəkli necə adlandırılır?
A) Seqmentar yaxud paylı kölgələnmə

B) «Konus»

C) Qeyridüz yuxarı hüdudla olan homogen kölgə

D) «Kəpənək qanadları»

E) Dəirəvi «ocaqlar»
Ədəbiyyat: Избранные лекции по клинической ревматологии // Под ред. В.А. Насоновой, Н.В. Бунчука. – М.: Медицина, 2001.
367) Revmatik ağ ciyərlərin vaskuliti özünü hansı kliniki əlamətlərlə biruzə verir?
A) Qanhayxırma, sərt tənəffüslə

B) Broxial astma, qatı bəlğəmin ifrazı, öskürək tutmaları

C) Qanhayxırma, tənginəfəsliklə, öskürəklə

D) Boğulmalar, kəskin tənəffüs çatmamazlığı

E) Bədən hərarətinin artması ilə
Ədəbiyyat: Стерлинг Дж.Вест. Секреты ревматологии. – М.: Бином, Санкт-Петербург: Невский проспект, 1999, 514 с.
368) Revmatik qlomerulonefritin xüsusi əlamətlərinə hansılar aiddir?
A) Adətən cavan kişilər xəstələnir, çox kəskin başlanğıcla səciyələnir

B) Uşaqlarda inkişaf etmir, hematuriya

C) Adətən uşaq və yeniyetmələrdə inkişaf edir, latent mərhələsinin olması

D) Proteinuriya

E) Arterial hipertenziya
Ədəbiyyat: Стерлинг Дж.Вест. Секреты ревматологии. – М.: Бином, Санкт-Петербург: Невский проспект, 1999, 514 с.
369) Dərinin revmatik zədələnmələrinə nə aiddir?
A) Annulyar səpkilər

B) Dərinin bulyoz zədələnmələri

C) Тofuslar

D) Kalsinoz

E) Heliotrop səpki
Ədəbiyyat: Стерлинг Дж.Вест. Секреты ревматологии. – М.: Бином, Санкт-Петербург: Невский проспект, 1999, 514 с.
370) Revmatizm vaxtı inkişaf edən həlqəvarı eritemanın lokalizasiyası adətən harada olur?
A) Yuxarı ətraflarda, döş və boyun nahiyələrdə

B) Aşağı ətraflarda və sağrı nahiyəsində

C) Аşağı və yuxarı ətraflarda

D) Bel və sağrı nahiyələrdə

E) Üzdə, döş, qarın nahiyələrdə
Ədəbiyyat: Стерлинг Дж.Вест. Секреты ревматологии. – М.: Бином, Санкт-Петербург: Невский проспект, 1999, 514 с.
371) Xoreyanın ayrı kliniki əlamətlərinə hansılar aiddir?
A) Marfan sindromu, dilin “növbələnən axsaqlığı”

B) Çerni simptomu, Qordon simptomu

C) Qеnslen simptomu, Şober simptomu

D) Qoffman simptomu, Patrik simptomu

E) Reyno sindromu, Aşner simptomu
Ədəbiyyat: Стерлинг Дж.Вест. Секреты ревматологии. – М.: Бином, Санкт-Петербург: Невский проспект, 1999, 514 с.
372) Revmatik abdominal sindromunu fərqləndirən əlamətlərinə hansılar aiddir?
A) Çox vaxt böyüklərdə inkişaf edir, kəskin ağrılar, ürəkbullanma

B) Çox vaxt uşaqlarda inkişaf edir, qızdırma, ağrılar miqrasiya edən gediş ilə səciyyələnir

C) «Qəhvə xıltı» rəngli qusuntu, udmağın çətinləşməsi, davamlı ağrılar

D) «Gatranabənzər» şəklində sulu nəcis, acqarnına davamlı ağrılar

E) Dispeptik əlamətlər, kəskin xarakter, qızdırma, disbakterioz əlamətləri
Ədəbiyyat: Избранные лекции по клинической ревматологии // Под ред. В.А. Насоновой, Н.В. Бунчука. – М.: Медицина, 2001.
373) Mitral stenozla 20-40 yaşlı xəstələrdə müşahidə olunan xüsusi kliniki əlamətlərinə hansılar aiddir?
A) Boğulmalar, ürək astması, bəlğəmli öskürək, qanhayxırma

B) Hepatomeqaliya, splenomeqaliya, leykoneytropeniya

C) Ödem, ürək çatışmamzlığın sürətlə inkişafı, kardiogen şok

D) Atrioventrikulyar blokada, öskürək, qanhayxırma, döş qəfəsində ağrılar

E) Ağciyərlərin ödemi, astmatik status, tromboemboliyalar
Ədəbiyyat: Избранные лекции по клинической ревматологии // Под ред. В.А. Насоновой, Н.В. Бунчука. – М.: Медицина, 2001
374) Mitral stenozun ən çox rast gəlinən ağırlaşmalarına nə aiddir?
A) Sol mədəciyin çatışmazlığı

B) Miokard infarktı

C) Sistemli tromboemboliya

D) Aortanın anevrizması

E) Mədəciklərin fibriliyasiyaları
Ədəbiyyat: С. М. Носков. «Ревматология. Актуальные вопросы» 2007г.
375) Mitral stenozun tipik auskultativ əlamətlərinə hansılar aiddir?
A) Ağ ciyər arteriyasının üzərində sistolik küy, mitral çırtma

B) Flint küyü, Traube ikiləşmiş küyü

C) I tonun zəiflənməsi, zirvədə sistolik küy

D) «Çapma» ritmi, ağ ciyər arteriyasının üzərində II tonun aksenti

E) Zirvədə sistolik küy, mitral çırtma
Ədəbiyyat: С. М. Носков. «Ревматология. Актуальные вопросы» 2007г.
376) Mitral stenozun rentgenoloji əlamətlərinə hansılar aiddir?
A) «Öküz ürəyi», ağ ciyər kötüyünün genişlənməsi

B) Aorta dəliyinin genişlənməsi, aortanın koarktasiyası

C) Ağ ciyər kötüyünün genişlənməsi, aorta dəliyinin genişlənməsi

D) Sol mədəciyinin genişlənməsi, zirehli ürək

E) Ürəyin mitral konfiqurasiyası, ağ ciyər kötüyünün genişlənməsi
Ədəbiyyat: С. М. Носков. «Ревматология. Актуальные вопросы» 2007г.
377) Mitral requrgitasiyanın tipik əlamətlərinə hansılar aiddir?
A) Tromboembolik ağırlaşmalar, səsin xırıltılı olması, ağciyər hipertenziyası

B) Sağ mədəciyin çatışmazlığı, davamlı kompensasiya dövrü, tromboembolik ağırlaşmalar

C) Sol mədəciyin çatmamazlığı, hepatomeqaliya, səsin xırıltılı olması, ödemlər

D) Kəskin və sürətli inkişaf, ağ ciyərlərin ödemi, boğulmalar, tromboembolik ağırlaşmalar

E) Davamlı kompensasiya dövrü, tromboembolik ağırlaşmalar, sol mədəciyin çatmamazlığı
Ədəbiyyat: Избранные лекции по клинической ревматологии // Под ред. В.А. Насоновой, Н.В. Бунчука. – М.: Медицина, 2001
378) Aorta çatışmazlığının vaxtı böyük qan dövranın arterial sistemində inkişaf edən bəzi təzahür edən əlamətlərə hansılar aiddir?
A) Diastolik AT artması, siastolik AT azalması

B) Sistolik və diastolik AT artması

C) Aorta pulsasiyasının azalması

D) Sistolik AT artması, diastolik AT azalması

E) Sitolik və diastolik AT azalması
Ədəbiyyat: В. А. Насонова, М. Г. Астапенко. «Клиническая ревматология: руководство для врачей» 1989 г.
379) Aortal çatışmazlığının kliniki əlamətlərinə hansılar aiddir?
A) Boyun, baş nahiyələrdə güclənmiş pulsasiyanın xoşagəlməz hissiyatı

B) Epiqastral nahiyədə pulsasiya

C) Hepatomeqaliya, qara ciyərin sirrozu

D) Mədə-bağırsaq qanaxmaları

E) Termorequlyasiyanın pozğunluqları
Ədəbiyyat: В. А. Насонова, М. Г. Астапенко. «Клиническая ревматология: руководство для врачей» 1989 г.
380) Aortal stenozun əsas kliniki əlamətlərinə hansılar aiddir?
A) Qıcolma tutmaları

B) Qanhayxırma

C) Artrit

D) Öskürək

E) Təngnəfəslik
Ədəbiyyat: Избранные лекции по клинической ревматологии // Под ред. В.А. Насоновой, Н.В. Бунчука. – М.: Медицина, 2001
381) Ağ ciyər arteriyasının qapaq çatışmazlığının kliniki əlamətlərinə hansılar aiddir?
A) Sistemli emboliyalar, trombositopeniyalar

B) Təngnəfəslik, qanhayxırma, quru öskürək

C) Ürəkgetmələr, baş ağrıları, başgicələnmələr

D) Boğulma tutmaları, bəlğəmli öskürək

E) Vaskulitlərin inkişafı, kəskin qızdırma
Ədəbiyyat: Стерлинг Дж.Вест. Секреты ревматологии. – М.: Бином, Санкт-Петербург: Невский проспект, 1999, 514 с.
382) Bir xəstədə nəzəri olaraq neçə kombinə olunmuş çox qapaqlı qüsurlar inkişaf edə bilər?
A) 2

B) 3


C) 6

D) 8


E) 5
Ədəbiyyat: Клиническая ревматология. Под общей ред. В.И. Мазурова. Санкт Петербург: Фолиант, 2005, 760 с.
383) «Pişik mırıltısı» ürək qapaqlarının hansı patologiyasında təyin olunur?
A) Aortal çatmamazlığında

B) Aortal stenozdа

C) Mitral stenozdа

D) Mitral çatmamazlığında

E) Mitral qapaqlarının prolapsında
Ədəbiyyat: Клиническая ревматология. Под общей ред. В.И. Мазурова Санкт Петербург: Фолиант, 2005, 760 с.
384) Revmatoidli artritin etioloji amillərinə hansılar aiddir?
A) İyersiniyanın törədicisini

B) Məlum deyil

C) HLA-27

D) Epşteyn-Barr virusunu

E) Β-Streptokokkları
Ədəbiyyat: Ismayılova S.S. Revmatoidli artrit: diaqnostika və müalicəsinin aktual məsələləri, Bakı. – 2008. – 206 s.
385) Pannus nədir?
A) Epitelial toxuma

B) Patoloji immunokompleks

C) Sümük toxuması

D) Qranulyasion toxuma

E) Qığırdaq toxuması
Ədəbiyyat: Ismayılova S.S. Revmatoidli artrit: diaqnostika və müalicəsinin aktual məsələləri, Bakı. – 2008. – 206 s.
386) Revmatoidli artit vaxtı inkişaf edən əllərin tipik deformasiyaları hansılardır?
A) Buşar düyünləri

B) «Gel» fenomeni, Qeberden düyünləri

C) Jaku artriti, ulnar deviasiya

D) «Mexanik» əli

E) «Butonyerka», «Morj üzgəci»
Ədəbiyyat: Ismayılova S.S. Revmatoidli artrit: diaqnostika və müalicəsinin aktual məsələləri, Bakı. – 2008. – 206 s.
387) Revmatoidli artrit zamanı hansı oynaqlar müstəsnalıq təşkil edir və zədələnmə prosesə qoşulmur?
A) Distal falanqalararası oynaqlar

B) I pəncədarağı-falanqa oynağı

C) II əldarağı-falanqa oynağı

D) Proksimal falanqalararası oynaqlar

E) Qırtlaq qığırdaгları
Ədəbiyyat: Избранные лекции по клинической ревматологии // Под ред. В.А. Насоновой, Н.В. Бунчука. – М.: Медицина, 2001
388) Böyrəklərin revmatoidli zədələnməsi hansı kliniki əlamətlərlə səciyələnir?
A) Lyüpus -nefrit

B) Membranozlu pielonefrit

C) Kəskin böyrək çatmamazlığı

D) Fankoni sindromu

E) Nefrolitiaz
Ədəbiyyat: Стерлинг Дж.Вест. Секреты ревматологии. – М.: Бином, Санкт-Петербург: Невский проспект, 1999, 514 с.
389) Felti sindromunun əsas üç kliniki əlamətləri hansılardır?
A) Sklerit, Şeqren sindromu, monoartrit

B) Leykositoz, anemiya, oliqoartrit

C) Seroneqativ proses, Kaplan sindromu, vaskulit

D) Hepatomeqaliya, trombositopeniya, eozinofiliya

E) Artrit, leykopeniya, splenomeqaliya
Ədəbiyyat: Ismayılova S.S. Revmatoidli artrit: diaqnostika və müalicəsinin aktual məsələləri, Bakı. – 2008. – 206 s.
390) Revmatoidli artrit hansı xəstəliklərlə birgə inkişaf edir?
A) Şeqren sindromu ilə

B) Bexçet xəstəliyilə

C) Bexterev xəstəliyilə

D) Laym xəstəliyilə

E) Reyter xəstəliyilə
Ədəbiyyat: Избранные лекции по клинической ревматологии // Под ред. В.А. Насоновой, Н.В. Бунчука. – М.: Медицина, 2001
391) Revmatoidli artritin ağır proqnozunun inkişafına hansı göstəricilər təsir edir?
A) İri oynaqların zədələnməsi

B) Revmatoidli faktorun müsbət titri

C) Revmatoidli düyünlərin olması

D) HLA-B 27 aşkаr olması

E) Eozinofiliyanın inkişafı
Ədəbiyyat: Избранные лекции по клинической ревматологии // Под ред. В.А. Насоновой, Н.В. Бунчука. – М.: Медицина, 2001
392) Hansı peşə faktorları sistemli sklerоdermiyanın əmələ gəlməsinə təsir göstərə bilər?
A) Un məmulatlarının istehsalı

B) Polivenilxlorid istehsalı

C) Süd məmulatlarının istehsalı

D) Dərmanların istehsalı

E) Neft məmulatlarının istehsalı
Ədəbiyyat: Ревматология – Национальное руководство. Под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 290-332
393) Sistemli sklerodermiyanın erkən kliniki əlamətləri hansılardır?
A) Reyno sindromu, ürək və ağciyərlərin zədələnmələri

B) Reyno sindromu, böyrək və sinir sisteminin zədələnmələri

C) Reyno sindromu, ümumi və endokrin vəzilərin zədələnmələri

D) Reyno sindromu, damar və mədə-bağırsaq zədələnmələri

E) Reyno sindromu, dəri və oynaq zədələnmələri
Ədəbiyyat: С. М. Носков. «Ревматология. Актуальные вопросы» 2007г.
394) Reyno sindromunun vazospastik reaksiyaları neçə mərəhələdə inkişaf edir?
A) Sianoz, ağarma, hiperemiya

B) İkterik, ağarma, sianoz

C) Ağarma, sianoz, hiperemiya

D) Hiperemiya, sianoz, ağarma

E) Sianoz, ağarma, ikterik
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 290-332
395) CREST – sindromu nədir?
A) Kalsinoz, Reyno sindromu, sklerodaktiliya, qida borusunun genişlənməsi, teleangioektаziya

B) Kaliemiya, Reyno sindromu, sklerodaktiliya, qida borusunun genişlənməsi, teleangioektаziya

C) Kalsinoz, Reyno sindromu, sklerodaktiliya, ezofaqit, teleangioektaziyalar

D) Kalsinoz, Reyno sindromu, sklerodermatit, ezofagit və tetraplegiya

E) Kalsinoz, Reyno sindromu, sklerodermatit, ezofagit
Ədəbiyyat: С. М. Носков. «Ревматология. Актуальные вопросы» 2007г.
396) Psevdosklerodermiya hansı xəstəliklərə aiddir?
A) Overlap sindroma

B) Toplanma xəstəliklərə

C) Autoimmun xəstəliklərə

D) Metabolik xəstəliklərə

E) Yuvenil sklerodermiyanın bir növüdür
Ədəbiyyat: С. М. Носков. «Ревматология. Актуальные вопросы» 2007г.
397) Sitstemli dermatomiozit / polimiozitin diaqnostik göstəricilərinə hansılar aiddir?
A) Əzələ fermentlərin fəallığının artması

B) Artralgiyalar

C) Ağ ciyərlərin interstisial zədələnmələri

D) Mədə-bağırsaq zədələnmələri

E) Ürək zədələnmələri
Ədəbiyyat: Стерлинг Дж.Вест., Секреты ревматологии. – М.: Бином, Санкт-Петербург: Невский проспект, 1999, с. 207-218.
398) Qırmızı qurd eşənəyi klinikası üçün хüsusi olan sindromlar hansılardır?
A) Oynaq ankilozları

B) Bietta eriteması

C) Proqressivləşən karies

D) Sümük eroziyaları

E) Sarkoileit
Ədəbiyyat: Wallace D.J. The clinical presentation of systemik lupus erythematosus. Dubois, Lupus Erythematosus / Edited by D.J. Wallace, B.H. Hahn. – Baltimore: Williams & Willkins, 1996. – 627 p.
399) Qırmızı qurd eşənəyi diaqnozunu təsdiq edən əllərin dəyişikliklərinə hansı aiddir?
A) Barmaq oynaqlarının arasında dəri dəyişiklikləri

B) «Sosiska» şəklində barmaqların şişkinləşməsi

C) Qottron ocaqları

D) Buşar düyünləri

E) Əldarağı-falanqa və proksimal falanqalararası oynaqların üstündə dəri dəyişiklikləri
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва. 2008, «Гэотар-Медиа», стр. 419-446
400) Lüpus nefritin inkişafının risk amillərinə hansılar aiddir?
A) Siqaret çəkmək, alkoqolun qəbulu

B) Şəkərli diabetin, Şeqren sindromunun inkişafı

C) Qadın cinsi, xəstəliyin gecikmiş mərhələlərində nefritin başlanması

D) Ahıl və qoca yaşlı xəstələr, antifosfolipid sindromun inkişafı

E) Kişi cinsi, uşaq və cavan yaşlarda nefritin «erkən» başlanması
Ədəbiyyat: Насонова В.А. Системная красная волчанка. — М.: Медицина, 1972. – 248 с.
401) Antinuklearanticismləri testinin müsbət olması hansı xəstəliklər vaxtı aşkar oluna bilər?
A) Osteoporoz

B) Osteoartrit

C) Bexterev xəstəliyi

D) Revmatizm

E) Autoimmun hepatit
Ədəbiyyat: Иванова М.И. Системная красная волчанка// диффузные болезни соединительной ткани: Руководство для врачей. Под ред. Я.Г. Сигидина и др — М.: Медицина, 1994. – с.231-300
402) İri damarlı vaskulitlərə hansılar aiddir?
A) Giqanthüceyrəli vaskulit, Takayasu arteriiti

B) Hipererqik vaskuliti, Şenleyn-Qenox purpurası

C) Veqener qranuylematozu, Çerc-Strauss vaskuliti

D) Kavasaki xəstəliyi, Takayasu arteriiti

E) Hiperergik vaskuliti, düyünlü periarteriiti
Ədəbiyyat: Насонов Е.Л., Баранов А.А., Шилкина И.П. Васкулиты и васкулопатии. – Ярославль: Верхняя Волга, 1999. – 616 с.
403) Giqanthüceyrəli arteriit zamanı əsas damar zədələnmələrinin lokalizasiyası harada qeyd olunur?
A) Ağ ciyərlərin damarlarında, ətrafların xırda damarlarında

B) Ürəyin tac arteriyalarında, baş beynin arteriyalarında

C) Qicgah, ənsə, yuxarı çənə, xaric karotid arteriyalarda

D) Aşağı çənə, böyrək arteriyalarında

E) Aşağı və yuxarı ətrafların arteiryaları
Ədəbiyyat: Клиническая ревматология. Под общей ред. В.И. Мазурова, CПб.: Фолиант, 2005, с. 310-350
404) Takayasu arteriiti hansı başqa adlar altında tanınılır?
A) Kavasaki xəstəliyi, aorta qövsüsünün sindromu

B) Kranial arteriit, hemorraqik vaskulit

C) Aortanın trombozu, aorta qövsüsünün sindromu

D) Bürger xəstəliyi, aortanın koarktasiyası

E) Bexçet xəstəliyi, nəbzin assimmetrik olması xəstəliyi
Ədəbiyyat: Клиническая ревматология. Под общей ред. В.И. Мазурова, CПб.: Фолиант, 2005, с. 310-350
405) Düyünlü periarteriit vaxtı daha tez zədələnən orqanlara nə aiddir?
A) Mərkəzi sinir sistemini, oynaqlar, gözlər, ağciyərlər, böyrəklər

B) Periferik sinirlər, əzələlər, oynaqlar, dəri, mədə-bağırsaq traktı

C) Ürək, periferik sinirlər, gözlər, ağciyərlər, əzələlər

D) Gicgah arteriyalar, dəri, periferik sinirlər, gözlər

E) Gicgah arteriyalar, oynaqlar, xayalar, böyrəklər, ağciyərlər
Ədəbiyyat: Стерлинг Дж.Вест. Секреты ревматологии. – М.: Бином, Санкт- Петербург: Невский проспект, 1999, с. 245-284
406) Çerc-Strauss sindromunun inkişafı vaxtı daha tez zədələnən orqanlara hansıları aiddirlər?
A) Periferik sinirlər, dəri, LOR-orqanlar, ağciyərlər, ürək

B) Böyrəklər, gözlər, dəri, oynaqlar, mədə-bağırsaq traktı

C) Böyrəklər, gözlər, mərkəzi sinir sisteminin zədələnmələri

D) Dalaq, qara ciyər, mədə-bağırsaq traktı, periferik sinirlər,ürək

E) Dəri, qulaq-boğaz-burun orqanları, ağciyərlər, ürək, oynaqlar, mədə-bağırsaq traktı
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 528-572
407) Obliterəedən trombangiitin səbəbi nədir?
A) Tütünün qəbul edilməsi

B) Arterial hipertenziya

C) Virus

D) Alkoqolun qəbul edilməsi

E) Autoimmun mexanizmlər
Ədəbiyyat: Клиническая ревматология, Под общей ред. В.И. Мазурова, CПб.: Фолиант, 2005, с. 310-350
408) Veqener qranulematozun müalicə sxeminə hansılar aiddir?
A) Qeyri steroid preparatları, anabolik preparatlar

B) Kortikosteroidlər, metotreksat

C) Siklofosfamid, prednizolon

D) Siklofosfamid, prednizolon

E) Metotreksat, prednizolon
Ədəbiyyat: Насонов Е.Л., Баранов А.А., Шилкина И.П. Васкулиты и васкулопатии. – Ярославль: Верхняя Волга, 1999. – 616 с.
409) Şenleyn-Qenox purpurasının xüsusi kliniki əlamətlərinə hansılar aiddir?
A) Düyünli eritema, kalsinoz, artrit, qarın ağrıları

B) Qottron papulaları, artrit, hepatomeqaliya

C) Əllənən purpura, əzələ zəifliyi, artralqiyalar

D) Əllənən purpura, artrit, qarın ağrıları

E) Uveit, uretrit, düyünli eritema
Ədəbiyyat: Насонов Е.Л., Баранов А.А., Шилкина И.П. Васкулиты и васкулопатии. – Ярославль: Верхняя Волга, 1999. – 616 с.
410) Mikroskopik poliangiitin (poliarteriit) kliniki şəklində hansı orqanların zədələnmələri üstünlük təşkil edir?
A) Libman-Saks miokarditi

B) Meninqomieloensefalit

C) Baddi- Kiari sindromu

D) Nekrozedən qlomerulonefrit

E) Fibrozedən alveolit
Ədəbiyyat: Насонов Е.Л., Баранов А.А., Шилкина И.П. Васкулиты и васкулопатии. – Ярославль: Верхняя Волга, 1999. – 616 с.
411) Kavasaki xəstəliyinin əsasında hansı damarların zədələnməsi durur?
A) Xırda damarların zədələnmələri

B) Xırdacıl damarların zədələnmələri

C) İri damarların zədəlnmələri

D) Bütün kalibrli damarların zədələnmələri

E) Orta damarların zədələnmələri
Ədəbiyyat: Насонов Е.Л., Баранов А.А., Шилкина И.П. Васкулиты и васкулопатии. – Ярославль: Верхняя Волга, 1999. – 616 с.
412) Hansı oynağın zədələnməsi podaqra üçün xüsusidir?
A) V ayaqdarağı-falanqa oynağı

B) I ayaqdarağı-falanqa oynağı

C) Bud-çanaq oynağı

D) Diz oynağı

E) Əldarağı-falanqa oynaqları
Ədəbiyyat: Стерлинг Дж.Вест. Секреты ревматологии. М.: Бином, Санкт-Петербург: Невский проспект, 1999, с. 379-390
413) Osteoartrozun inkişafına təsir göstərən endogen amillərə hansılar aiddir?
A) Yaş, cins, irsi meyillik

B) Xromosom abberasiyalar, keçirilən uşaq xəstəlikləri, cins

C) Cins, anadan gəlmə inkişaf defektləri

D) Xromosom abberasiyalar, anadan gəlmə inkişaf defektləri, irsi meyillik

E) Yaş, irsi meyillik, uşaqlığda keçirilən raxit
Ədəbiyyat: Клиническая ревматология. Под общей ред. В.И. Мазурова, Санкт Петербург: Фолиант, 2005, с. 386-421


Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə