Terapiya ixtisası üzrə nümunəvi test suallarının toplusu Bölmə Pulmonologiya


) Oynaqda krepitasiyanın səbəbi nədir?



Yüklə 1,64 Mb.
səhifə8/17
tarix26.10.2017
ölçüsü1,64 Mb.
#6552
növüРуководство
1   ...   4   5   6   7   8   9   10   11   ...   17

414) Oynaqda krepitasiyanın səbəbi nədir?
A) Qığırdaq və sümüyün zədələnməsi, oynağın iltihabı

B) Oynağın ödemi, polineyropatiya

C) Qığırdaq və sümüyün zədələnməsi, oynaqda qan dövranının pozğunluğu

D) Oynaqda ağrı və ödem

E) Oynaqda ağrı və oynağın iltihabı
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 573-588
415) Osteoartritn xüsusi kliniki simptomlarına hansılar aiddir?
A) Buşar düyünləri, tofuslar, «boksyor əlcəyi» simptomu

B) Ulnar deviasiya, «Jaku» artriti, «butonyerka» simptomu

C) «Beyker» kistası, «çəkicvarı» barmaqlar, Qeberden düyünləri

D) Barmaqların iyəbənzər şişkinliyi, «korset» simptomu, «gel» fenomeni

E) Buşar düyünləri, Qeberden düyünləri, «gel» fenomeni
Ədəbiyyat: Клиническая ревматология. Под общей ред. В.И. Мазурова, Санкт Петербург: Фолиант, 2005, с. 386-421
416) Qeberden və Buşar düyünləri nədir?
A) Dərialtı düyünlər

B) Kalsinozlar

C) Sümük toxumasının becərmələri

D) Nekrotik kütlələr

E) Tofuslar
Ədəbiyyat: Клиническая ревматология. Под общей ред. В.И. Мазурова, Санкт Петербург: Фолиант, 2005, с. 386-421
417) Osteoartritin ən tez rastlaşan lokalizasiyası?
A) Qonartroz

B) Osteoxondroz

C) Koksartroz

D) Poliosteoartroz

E) Hiperostoz
Ədəbiyyat: С. М. Носков. «Ревматология. Актуальные вопросы» 2007г.
418) İkincili Şeqren sindromunun diaqnozunu nəyin əsasında qoymaq olar?
A) Qanda HLA-B8-DR3 müsbət titri

B) Antinuklearanticismlərin müsbət titri

C) ASO yüksək titri

D) IgE müsbət titri

E) Başqa sistem xəstəliyin olması
Ədəbiyyat: Васильев В.И., Симонова М.В., Сафонова Т.Н. Критерии диагноза болезни и синдрома Шегрена// Избранные лекции по клинической ревматологии. – М.: Медгиз, 2001. – с. 112-132
419) Hansi sistem xəstəliyi zamanı Şeqren sindromu daha tez rast gəlinir?
A) Sistemli polimiozit

B) Şenleyn-Qenox purpurası

C) Sistemli sklerodermiya

D) Revmatoidli artrit

E) Qırmızı qurd eşənəyi
Ədəbiyyat: Клиническая ревматология. Под общей ред. В.И. Мазурова. Санкт-Петербург: Фолиант, 2005, 760 с.
420) Entezis nədir?
A) Əzələ bağlarının iltihabı

B) Vətərlərin, bağların, qığırdağın deqenerativ prosesləri

C) Vətərlərin iltihabı

D) Qığırdaq toxumasının iltihabı

E) Sümüyə bağların, oynaq kapsulunun, vətərlərin birləşdiyi yer
Ədəbiyyat: С. М. Носков. «Ревматология. Актуальные вопросы» 2007г.
421) Ankilozedən spondiloartritin əsas və zəruri zədələnməsi hansıdır?
A) Sakroileit

B) Koksartrit

C) Qonit

D) Simfizit

E) Spondilit
Ədəbiyyat: С. М. Носков. «Ревматология. Актуальные вопросы» 2007г.
422) Reyter sindromun hansı iki xüsusi dəri zədələnmələrinə aiddir?
A) Heliotrop səpki, teleanqiektaziyalar

B) Dərialtı düyünlər, aftoz yaralar

C) Düyünlü eritema, dərinin kalsinozu

D) Psevdofolikulit, pustulalar

E) Həlqəvarı balanit, blennorraqik keratodermiya
Ədəbiyyat: Клиническая ревматология. Под общей ред. В.И. Мазурова. Санкт-Петербург: Фолиант, 2005, с.143-165
423) Antifosfolipid sindromu (AFS) vaxtı mamalıq patologiyasina hansılar aiddir?
A) Boru-uşaqlıq hamiləliyi

B) Təkrar özbaşına uşaqsalmalar, embrionun ana bətnində ölümü

C) Vaxtından gec doğuşlar

D) Beçəxorlu hamiləlik

E) Sonsuzluq, qeyri-həqiqi hamiləlik
Ədəbiyyat: Насонов Е.Л. Антифосфолипидный синдром.— М.: Литтера, 2004. – 379 с.
424) Antifosfolipid sindromu (AFS) vaxtı qara ciyərin zədələnmələrinə hansılar aiddir?
A) Xroniki qara ciyər çatışmazlığı

B) Hepatomeqaliya

C) Badda-Kiari sindromu

D) Qara ciyərin amiloidozu

E) Qara ciyərin xərçəngi
Ədəbiyyat: Насонов Е.Л. Антифосфолипидный синдром.— М.: Литтера, 2004. – 379 с.
425) Dırnaqların psoriatik zədələnmələrinə hansılar aiddir?
A) Onixalgiya, onixomalyasiya, onixolizis

B) Dırnaq altının iltihabi, kəskin onixiya

C) Onixoqrifoz, onixoptoz, onixalgiya

D) Onixolizis, dırnaq altında hemorragiyalar və hiperkeratoz

E) Quru onixiyası, onixoreksiya, dırnaq altında hemorragiyalar
Ədəbiyyat: Клиническая ревматология. Под общей ред. В.И. Мазурова. Санкт-Петербург: Фолиант, 2005, с. 182-199
426) Bexçet xəstəliyinin klassik «üçlük» kliniki əlamətləri hansılardır?
A) Hiperlipidemiya, arterial hipertenziya, vaskulit

B) Aftozlu stomatit, cinsi orqanların aftozlu yaraları, uveit

C) Artrit, konyüktivit, uretrit

D) Uveit, uretrit, artrit

E) Uveit, dermatit, poliartrit
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 615-625
427) Birləşdirici toxumanın qarışıq xəstəliyinin sinоnimi hansıdır?
A) Marfan sindromu

B) Şarp sindromu

C) İtsenko-Kuşinq sindromu

D) Şeqren sindromu

E) Felti sindromu
Ədəbiyyat: Стерлинг Дж.Вест. Секреты ревматологии. – М.: Бином, Санкт- Петербург: Невский проспект, 1999, с. 214-219
428) Osteoporoz vaxtı onurğa sümüklərinin sınıqları özünü yerişin hansı dəyişikliyilə biruzə verə bilər?
A) «Sərxoş» yerişi ilə

B) «Xoruzvarı» yerişi ilə

C) «Ördək» yerişi ilə

D) «Dəvə» yerişi ilə

E) «Qayçışəkilli» yerişi ilə
Ədəbiyyat: Клиническая ревматология. Под общей ред. В.И. Мазурова. Санкт-Петербург: Фолиант, 2005, с. 421-438
429) Brusellez artritlərin müalicəsində hansı antibiotiklər üstünlük təşkil edir?
A) Streptomisin, tetrasiklin

B) Penisillin, levofloksasin

C) Streptomisin, eritromisin

D) Tetrasiklin, eritromisin

E) Penisillin, eritromisin
Ədəbiyyat: В. А. Насонова, М. Г. Асташенко. «Клиническая ревматология: Руководство для врачей» 1989 г.
430) İltihab əleyhinə qeyri steroidlərin sistemli tətbiqinin təsiri altında pasientlərin 10-20% inkişaf edən astmatik kəskinləşmələr necə adlanır?
A) «Voltaren həsasslı»

B) «Meloksikam həsasslı»

C) Atopik astma

D) «Aspirin həsasslı»

E) «İndometasin həsasslı»
Ədəbiyyat: С. М. Носков. «Ревматология. Актуальные вопросы» 2007г.

Bölmə 4. Qastroenterologiya

431) Mədənin giriş dəliyi necə adlanır?
A) Kardial

B) His küncü

C) Z- xətti

D) Antrum

E) Subkardial
Ədəbiyyat: С.И. Пиманов. «Эзофагит, гастрит и язвенная болезнь» 2000 г
432) Aşağıdakılardan hansı mədənin anatomik təsnifatına daxil deyil?
A) Mədənin tağı

B) Mədənin dibi

C) Kardial hissə

D) Pilorik hissə

E) Mədənin cismi
Ədəbiyyat: С.И. Пиманов. «Эзофагит, гастрит и язвенная болезнь» 2000 г
433) Mədənin çox hissəsi harada yerləşir?
A) Sağ qabırğaaltı nahiyədə

B) Qarının sağ yarısında

C) Sol qabırğaaltı nahiyədə

D) Epiqastral nahiyədə

E) Göbək nahiyəsində
Ədəbiyyat: С.И. Пиманов. «Эзофагит, гастрит и язвенная болезнь» 2000 г
434) Mədənin əsas funksiyası hansıdır?
A) Yağları parçalamaq

B) Zülalları parçalamaq

C) Anbar

D) Karbohidratları parçalamaq

E) Motor- evakuator
Ədəbiyyat: С.И. Пиманов. «Эзофагит, гастрит и язвенная болезнь» 2000 г
435) Mədə sekresiyasının tənzimlənməsində aşağıdakılardan hansı mühüm rol

oynayır?
A) Simpatik sinir sistemi

B) Periferik sinir ucları

C) Mərkəzi sinir sistemi

D) Avtonom sinir kələfi

E) Parasimpatik sinir sistemi
Ədəbiyyat: С.И. Пиманов. «Эзофагит, гастрит и язвенная болезнь» 2000 г
436) Normal vəziyyətdə bir sutka ərzində neçə litr mədə şirəsi ifraz olunur?
A) 3-4 l

B) 1-2 l


C) 4-5 l

D) 2-3 l


E) 0,5-1 l
Ədəbiyyat: С.И. Пиманов. «Эзофагит, гастрит и язвенная болезнь» 2000 г
437) Mədənin motor-evakuator funksiyasının tənzimlənməsində verilənlərdən

hansı iştirak etmir?
A) Neyrotenzin

B) İntramural sinir kələfi

C) Azan sinir

D) Günəş kələfi

E) Vazoaktiv intestinal polipeptid
Ədəbiyyat: С.И. Пиманов «Эзофагит, гастрит и язвенная болезнь» 2000 г
438) Qida qəbulundan 30 dəqiqə sonra xəncərəbənzər çıxıntının əsasında əmələ gələn

və ürək nahiyyəsinə irradiasiya edən yandırıcı ağrıların olması, fiziki gərginlik

zamanı və önə əyildikdə onun güclənməsi, hava ilə gəyirmənin olması qeyd

edilir. Rentgenoloji müayinə zamanı kontrast kütlənin mədədən qida borusuna

reflyuksu aşkar olunur. Bütün bunlar hansı bəndin doğru olduğunu göstərir?
A) Xroniki qastrit

B) Qida borusunun axalaziyası

C) Bronxial astma

D) Qida borusunun diafraqmal dəliyinin sürüşən yırtığı və reflyuks ezofagit

E) Qida borusunun xərçəngi
Ədəbiyyat: С.И. Пиманов «Эзофагит, гастрит и язвенная болезнь» 2000 г
439) Qida borusunun aşağı hissəsinin strikturasını adətən nə əmələ gətirir?
A) Sklerodermiya

B) Xroniki aktiv panqastrit

C) Mədənin xora xəstəliyi

D) Eroziv-xoralı reflyuks-ezofagit

E) Xroniki pnevmoniya
Ədəbiyyat: С.И. Пиманов «Эзофагит, гастрит и язвенная болезнь» 2000 г
440) 51 yaşında qadın 2 ildir döş sümüyünün arxasında olan yandırıcı ağrılardan və

turş möhtəviyyatlı gəyirmədən əziyyət çəkir. Gecələr çox vaxt öskürəkdən

oyanır. Rentgenolojı müayinə zamanı diafraqmanın qida borusu dəliyinin

kiçik ölçüdə yırtığı, mədə və 12-barmaq bağırsağın isə normal olması aşkar

olunub.Verilmiş simptomlar hansı bəndə münasibdir?
A) Ezofageal striktura

B) Qastro-ezofageal reflyuks

C) Qida borusunun diffuz spazmı

D) Qida borusunun üçüncülü yığılması

E) Qida borusunun hipotoniyası
Ədəbiyyat: С.И. Пиманов «Эзофагит, гастрит и язвенная болезнь» 2000 г
441) Peptiki xoranın çox rast gələn ağırlaşması hansıdır?
A) Perforasiya

B) Stenoz

C) Penetrasiya

D) Maliqnizasiya

E) Qanaxma
Ədəbiyyat: С.И. Пиманов «Эзофагит, гастрит и язвенная болезнь» 2000 г
442) Qida borusunun peptik xorasını hansı xəstəlikdən fərqləndirmək lazımdır?
A) Leykoplakiyadan

B) Qida borusunun divertikulundan

C) Xoralanmış xərçəngdən

D) Leykomiomadan

E) Sarkomadan
Ədəbiyyat: С.И. Пиманов «Эзофагит, гастрит и язвенная болезнь» 2000 г
443) Ezofaqospazm üçün hansı xarakterik deyil?
A) Həyəcanlanma vaxtı döş sümüyü arxasında ağrı

B) Spontan ağrılar

C) Duru qidalara daimi olmayan disfagiya

D) Requrgitasiya

E) Qidanı udarkən döş sümüyü arxasında ağrı
Ədəbiyyat: С.И. Пиманов «Эзофагит, гастрит и язвенная болезнь» 2000 г
444) Reflyuks-ezofagit xəstəliyinin əmələ gəlmə səbəbi hansıdır?
A) Qida borusu divarında hərəki aktivliyin ardıсıllığının pozulması

B) Qida borusunun aşağı sfinkterinin tonusunun azalması

C) M-xolinoblokatorlardan uzun müddət istifadə

D) Mədədə pH> 4 olması

E) Qida borusunun aşağı sfinkterinin tonusunun artması
Ədəbiyyat: С.И. Пиманов «Эзофагит, гастрит и язвенная болезнь» 2000 г
445) Peritondaxili təzyiqin yüksəlməsinə nə gətirib çıxarır?
A) Aktiv fiziki hərəkət

B) Meteorizm

C) Həzm fermentlərindən istifadə

D) Defekasiya aktının tezləşməsi

E) Prokinetiklər
Ədəbiyyat: С.И. Пиманов «Эзофагит, гастрит и язвенная болезнь» 2000 г
446) Ezofagitin kardialgik forması ilə stenokardiyanın diferensial diaqnostikası

üçün hansı tədbir görülür?
A) Elektrokardioqramma

B) Təbii mədə şirəsinin qəbulu

C) Duru antasidlərin qəbulu

D) Natrium kanalının blokatorlarının qəbulu

E) Qanın ümumi analizi
Ədəbiyyat: С.И. Пиманов «Эзофагит, гастрит и язвенная болезнь» 2000 г
447) Qida borusunun stenozunun əsas kliniki əlaməti nədir?
A) Qusma

B) Ağız suyunun axması

C) Tədriсən arıqlama

D) Disfagiya

E) Requrgitasiya
Ədəbiyyat: С.И. Пиманов «Эзофагит, гастрит и язвенная болезнь» 2000 г
448) Sklerodermiya zamanı qida borusunun hansı hissəsi daha çox zədələnir?
A) Qida borusunun yuxarı üçdə biri

B) Qida borusunun orta üçdə biri

C) Kardioezofageal sfinkter

D) Udlaq-qida borusu sfinkteri

E) Qida borusunun aşağı üçdə biri
Ədəbiyyat: С.И. Пиманов «Эзофагит, гастрит и язвенная болезнь» 2000 г
449) Reflyuks-ezofagit xəstəliyi zamanı bərk qidalara qarşı disfagiyanın əmələ gəlməsi

nəyin inkişaf etdiyini göstərə bilər?
A) Qastroezofageal reflyuks xəstəliyi

B) Qida borusunun xərçəngi

C) Şenkerov divertikulu

D) Ezofaqospazm

E) Kardianın axalaziyası
Ədəbiyyat: С.И. Пиманов «Эзофагит, гастрит и язвенная болезнь» 2000 г
450) Qida borusu stenozunun diferensial diaqnostikası ilk növbədə hansı

xəstəliklərlə aparılmalıdır?
A) Diafraqmanın qida borusu dəliyinin yırtığı

B) Qida borusunun vərəmi

C) Qida borusunun strikturası

D) Qida borusunun stenozlaşan xərçəngi

E) Qida borusunun divertikulu
Ədəbiyyat: С.И. Пиманов «Эзофагит, гастрит и язвенная болезнь» 2000 г
451) Qastroezofageal reflyuks xəstəliyi üçün hansı klinik əlamət xarakterikdir?
A) Köpmə

B) Qəbizlik

C) Qıcqırma

D) Ürəkbulanma

E) Gəyirmə
Ədəbiyyat: С.И. Пиманов «Эзофагит, гастрит и язвенная болезнь» 2000 г
452) Qanaxma və anemiya aşağıdakılardan hansının ağırlaşmasıdır?
A) Kardianın axalaziyası

B) Barretin qida borusu

C) Eroziv reflyuks-qastrit

D) Qastroezofageal reflyuks xəstəliyi

E) Kardianın çatışmazlığı
Ədəbiyyat: С.И. Пиманов «Эзофагит, гастрит и язвенная болезнь» 2000 г
453) Gəyirmə dedikdə nə başa düşülür?
A) Az miqdarda mədə möhtəviyyatı ilə qarışıq havanın ağız boşluğuna atılması

B) Mədə və qida borusu boşluğunda olan havanın qeyri-iradi olaraq ağız boşluğuna atılması

C) Mədə möhtəviyyatının ağız boşluğuna atılması

D) Qastroezofageal reflyuks

E) Döş sümüyü arxasında yanğı
Ədəbiyyat: С.И. Пиманов «Эзофагит, гастрит и язвенная болезнь» 2000 г
454) Qida borusu xərçənginin tipik simptomu hansıdır?
A) Anoreksiya

B) Requrgitasiya

C) Ağrı

D) Ağız suyu ifrazının artması



E) Disfagiya
Ədəbiyyat: С.И. Пиманов «Эзофагит, гастрит и язвенная болезнь» 2000 г
455) Xora xəstəliyinin etioloji amilinə nə aiddir?
A) Nikotin

B) Stress

C) Helicobacter pylori

D) Qidalanmanın pozulması

E) Alkoqol
Ədəbiyyat: Ə.A. Hidayətov. «Xora xəstəliyi. Metodik tövsiyyə» 1994 il.
456) Yaşlılarda mədə çıxacağının stenozunun ən çox rast gələn səbəbi hansıdır?
A) Mədə çıxacağı əzələlərin hipertrofiyası

B) Reflyuks qastrit

C) Mədə selikli qişasının 12-barmaq bağırsağa prolapsı

D) Mədənin xoşxassəli polipi

E) Xora xəstəliyi
Ədəbiyyat: С.И. Пиманов «Эзофагит, гастрит и язвенная болезнь» 2000 г
457) Qısa xora anamnezi və uzun müddət çapıqlaşmayan mədə xorası olan 62

yaşında xəstə zəiflik, ürəkbulanma, iştahanın itməsi, epiqastral nahiyyədə

daimi ağrı, arıqlama kimi şikayətlərlə müraciət etmişdir. Bu zaman hansı

xəstəlik haqda düşünmək olar?
A) Xoranın perforasiyası

B) Xoradan mikroqanaxma

C) Bədxassəli şiş

D) Mədənin çıxacaq hissəsinin stenozu

E) Xoranın penetrasiyası
Ədəbiyyat: Питер P. МакНелли. «Секреты гастроэнтерологии» 2005г.
458) Simptomatik xoranı xora xəstəliyindən fərqləndirən əsas xüsusiyyət nədir?
A) Xoranın böyüklüyü

B) Qanaxma

C) Xoranın lokalizasiyası

D) Residivləşən gedişin olmaması

E) Tez-tez penetrasiya
Ədəbiyyat: С.И. Пиманов «Эзофагит, гастрит и язвенная болезнь» 2000 г
459) Dərman xoraları çox vaxt nə ilə ağırlaşır?
A) Qanaxma ilə

B) Stenoz ilə

C) Perforasiya ilə

D) Penetrasiya ilə

E) Maliqnizasiya ilə
Ədəbiyyat: С.И. Пиманов «Эзофагит, гастрит и язвенная болезнь» 2000 г
460) Xəstədə 12-barmaq bağırsağın xorası vardır. Epiqastral nahiyyədə olan ağrılar

qusma və köpmə ilə müşahidə olunur. Antasidlərin qəbulundan

sonra heç bir yaxşılaşma baş vermir. Xəstədə xora ilə yanaşı hansı xəstəlik

vardır?
A) Mezenterial arteriyaların sıxılması

B) Zollinqer-Ellison sindromu

C) Mədə xərçəngi

D) Penetrasiya

E) Mədə çıxacağının stenozu
Ədəbiyyat: С.И. Пиманов «Эзофагит, гастрит и язвенная болезнь» 2000 г
461) Menetrie xəstəliyi dedikdə hansı xəstəlik nəzərdə tutulur?
A) Nəhəng hipertrofik qastrit

B) Mədə polipi

C) Reaktiv (dərman) qastriti

D) Kolloz qastrit

E) Qranulematoz qastrit
Ədəbiyyat: С.И. Пиманов «Эзофагит, гастрит и язвенная болезнь» 2000 г
462) İştahanın pozulması hansı patologiya zamanı uzunmüddətli olur?
A) Hipotireoz

B) Kolloz xora

C) Mədəaltı vəzin Langerhanz adacıqlarının şişi

D) Psixi anoreksiya

E) Şəkərli diabet
Ədəbiyyat: Питер P. МакНелли. «Секреты гастроэнтерологии» 2005г.
463) Əsəb gərginliyi və MSS travmasından sonra mədədə əmələ gələn (stressor)

xora hansı əlamətlərlə özünü göstərir?
A) Maliqnizasiya

B) Penetrasiya

C) Stenoz

D) Mədə qanaxması

E) Perforasiya
Ədəbiyyat: С.И. Пиманов «Эзофагит, гастрит и язвенная болезнь» 2000 г
464) Aşağıda göstərilən amillərdən hansı 12-barmaq bağırsaq xorası əmələ

gətirmir?
A) Kəskin qidaların qəbul edilməsi

B) Hiperparatireoz

C) Helicobacter pylori

D) Çoxlu spirtli içki qəbulu

E) Siqaret çəkmə
Ədəbiyyat: Ə.A. Hidayətov, Z.M. Süleymanov, S.K. Musayev. «Helicobacter pyloriyə
465) Mədənin hansı amilləri xora xəstəliyi əmələ gətirir və aqressiv faktor adlanır?
A) Qastromukoproteidlər

B) HCl və pepsin

C) HCl və prostaqlandinlər

D) Bikarbonatlar

E) Prostaqlandinlər
Ədəbiyyat: С.И. Пиманов «Эзофагит, гастрит и язвенная болезнь» 2000 г
466) Mədənin kiçik əyriliyində yerləşən xora hansı əlamətlərlə özünü göstərir?
A) Sağ qabırğaaltı nahiyyədə ağrı

B) Döş sümüyünün arxasında ağrı

C) Yeməkdən 20-30 dəqiqə sonra epiqastral nahiyyədə ağrı

D) Yeməkdən dərhal sonra epiqastral nahiyyədə ağrı

E) Ağrının göbək ətrafında yerləşməsi
Ədəbiyyat: С.И. Пиманов «Эзофагит, гастрит и язвенная болезнь» 2000 г
467) 12-barmaq bağırsaq xorası zamanı ağrının xarakterik xüsusiyyəti nədir?
A) Yeməkdən 30 dəqiqə sonra baş verən küt ağrı

B) Sağ kürək altına, çiyinə yayılan ağrı

C) Sağ qabırğa altında sancı şəkilli ağrı

D) Yeməkdən 2-3 saat sonra və acqarına epiqastral nahiyyədə əmələ gələn ağrı

E) Mədə nahiyyəsində qida qəbulu ilə əlaqəsi olmayan daimi ağrılar
Ədəbiyyat: Ə.A. Hidayətov, Z.M. Süleymanov, S.K. Musayev. «Helicobacter pyloriyə
468) Xəstə bir neçə ildir ki, mədə xorasından əziyyət çəkir. Bu ilin payızında xəstəlik kəskinləşmiş və xəstədə «lax yumurta iyi» verən gəyirmə, yemək qəbulu ərəfəsində qusma meydana çıxmışdir. Belə hal xoranın hansı ağırlaşması zamanı meydana çıxır?
A) Mədənin çıxacağının stenozu

B) Mədənin penetrasiyası

C) Mədə qanaxması

D) Xoranın maliqnizasiyası

E) Mədənin perforasiyası
Ədəbiyyat: A. Özden, B. Şahin, U. Yılmaz, İ. Soykon. «Qastroenteroloji» 2002.
469) Xəstənin 28 yaşı var, siqaret çəkir, arabir spirtli içki qəbul edir. Bir neçə ildir ki, mədə xorasına görə müalicə qəbul edir. Son zamanlar xəstəni epiqastral sahədən belə irradiasiya edən daimi küt ağrı çox narahat edir. Bu əlamətə mədə xorasının hansı ağırlaşması zamanı rast gəlir?
A) Gizli qanaxma

B) Penetrasiya

C) Maliqnizasiya

D) Perforasiya

E) Mədənin çıxacağının stenozu
Ədəbiyyat: С.И. Пиманов «Эзофагит, гастрит и язвенная болезнь» 2000 г
470) Xora xəstəliyinin əsas rentgenoloji əlaməti hansıdır?
A) «Taxça» simptomu

B) Divarın deformasiyası

C) Atrofiya

D) Hipertonus

E) Hipersekresiya
Ədəbiyyat: С.И. Пиманов «Эзофагит, гастрит и язвенная болезнь» 2000 г
471) Aşağıdakı ağırlaşmalardan hansı xora xəstəliyinin cərrahi müalicəsi üçün mütləq göstəriş deyildir?
A) Perforasiya

B) Maliqnizasiya

C) Mədə çıxacağının dekompensasiya olunmuş stenozu

D) Təkrar profuz mədə-bağırsaq qanaxması

E) Tez-tez residivləşmə
Ədəbiyyat: A. Özden, B. Şahin, U. Yılmaz, İ. Soykon. «Qastroenteroloci» 2002.
472) Mədə xərçəngi spesifik olaraq hansı orqana metastaz verir?
A) Qara ciyərə

B) Ağ ciyərlərə

C) Regionar limfa düyünlərinə

D) Duqlas sahəsinə

E) Mədəaltı vəzə
Ədəbiyyat: С.И. Пиманов «Эзофагит, гастрит и язвенная болезнь» 2000 г
473) Mədədə turşu sekresiyasını nə stimulyasiya edə bilər?
A) Simpatik sinir sisteminin aktivliyinin artması

B) Xolinoblokatorlar

C) D- hüceyrələrin aktivliyinin artması

D) Azan sinirin aktivliyinin artması

E) Vaqotomiya
Ədəbiyyat: С.И. Пиманов «Езофагит, гастрит и язвенная болезнь» 2000 г
474) Xroniki qastritin ekzogen etioloji amilinə nə aiddir?
A) Mərkəzi sinir sisteminin zədələnməsi

B) Xroniki xolesistit

C) Xroniki infeksiya

D) Hormonal tənzimlənmənin pozulması

E) Dərman
Ədəbiyyat: Ə.A. Hidayətov, Z.M. Süleymanov, S.K. Musayev. «Helicobacter pyloriyə bağlı antral qastrit fonunda inkişaf edən 12-barmaq bağırsağın xora xəstəliyi». 2006 il.
475) Ulserogenezin yerli mexanizmlərindən hansına xüsusi əhəmiyyət verilir?
A) Selik bikarbonat müdafiə qatının vəziyyəti

B) Turşu- peptiki amil

C) Motor-evakuator pozğunluqlar

D) Selikli qişanın asidozu

E) Hidrogen ionlarının əks diffuziyası
Ədəbiyyat: Питер P. МакНелли. «Секреты гастроэнтерологии». 2005г.
476) Xronik duodenitin əmələ gəlməsinin əsas səbəbi hansıdır?
A) Öd çıxarıсı yolların və mədəaltı vəzin patologiyaları

B) Müxtəlif mikroblar

C) Alkoqol

D) Helikobakter pilori

E) Qidalanma qaydalarının pozulması
Ədəbiyyat: Ə.A. Hidayətov, Z.M. Süleymanov, S.K. Musayev. «Helicobacter pyloriyə bağlı antral qastrit fonunda inkişaf edən 12-barmaq bağırsağın xora xəstəliyi». 2006 il.
477) Qastroptoz zamanı aşağıdakılardan hansı müşahidə olunur?
A) Qıcqırma

B) Epiqastral nahiyyədə ağırlıq, gərginlik

C) Qarının yuxarı hissəsinin qabarması

D) Tutma şəkilli ağrılar

E) Xəstənin vertikal vəziyyətində yüngülləşən ağrı
Ədəbiyyat: A. Özden, B. Şahin, U. Yılmaz, İ. Soykon. «Qastroenteroloci» 2002.
478) Dempinq sindromu zamanı qida qəbulundan sonra nə baş verir?
A) Tər ifrazının azalması

B) Sidik ifrazının ləngiməsi

C) Qəbizlik

D) Gümrahlıq

E) İshal
Ədəbiyyat: С.И. Пиманов «Езофагит, гастрит и язвенная болезнь» 2000 г


Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə