Tərcüməçidən



Yüklə 2,45 Mb.
səhifə1/30
tarix02.06.2018
ölçüsü2,45 Mb.
#46964
  1   2   3   4   5   6   7   8   9   ...   30



Ön söz

Həqiqətən həmd (şükür və tərif) yalnız Allaha məxsusdur! Biz Ona şükür və tərif edir, Onu köməyə çağırır, Ondan bağışlanma və bizi haqq yoluna yönəltməyi diləyirik. Nəfslərimizin şərindən və pis əməllərimizdən qorunmaq üçün yalnız Ona pənah aparırıq. Aləmlərə rəhmət olaraq göndərilən peyğəmbərimiz Muhəmmədə (sallallahu aleyhi va səlləm), ailəsinə və səhabələrin hamısına Allahın salamı və xeyir duası olsun. Oxucuya təqdim olunan bu çalışma möhtərəm qardaşımız Əbu Əli Abdullahın (Əfəndi) rus dilində qələmə aldığı “Ясные доводы в ответ на ложъ книги Мураджиат” kitabından Azərbaycan dilinə çevrilmiş tərcümə işidir. Müəllif şiələrin Əhli Sünnəyə qarşı fəxrlə istifadə etdiyi bu kitaba tutarlı dəlillərlə cavablar vermişdir. Haqqı araşdıran müsəlmanlara faydalı olması ümidi ilə.



Tərcüməçidən.

Müəllifin ön sözü


Mərhəmətli və rəhmli Allahın adı ilə! Aləmlərin Rəbbi olan Allaha həmd olsun.Sonuncu peyğəmbər Muhəmmədə və əhlinə salam və xeyir dua olsun.Allah Təala onun səhabələrindən və onlara xetir işdə tabe olanlardan razı olsun.

Ömər ibn Xəttab (r.a) rəvayyət edir ki,Peyğəmbər (s.a.s) buyurmuşdur: “Həqiqətən əməllər niyyətlərə görə dəyərləndirilir və hər bir insana da onun niyyətinə görə əcr verilər.Ona görə də Allah və Elçisi üçün hicrət edən ona yetişmiş olar.Dünya malı və qadın üçün hicrət edən də ancaq istədiyinə çatmış olar.” (Səhih Buxari №1)

İmam Nəvəvi nəql edir ki,Əbu Səid Əbdurrahmən ibn Mehdi dedi: “Kitab yazmaq istəyən hər kəs qoy bu hədislə başlasın” (“əl Əzhər muntəhaba əl əbrar” səh 24)

Bu kiçik çalışma Əbdulhüseyn Şərəfutddin Musəvinin “Müraciət” və ya “Məktublarda İmam Əlinin vilayəti” kitabında gətirilən iddiaların təhlilinə həsr olunacaqdır.Bu kitab 1998-ci ildə beynəlxalq “Əhli Beyt” cəmiyyəti tərəfindən rus dilində nəşr olunmuşdu.“Müraciət” kitabı haqqında bir neçə kəlmə fikir söyləmək yerinə düşərdi.Bu məlumatsız müsəlmanları şübhəyə salmaq üçün şiələrin istifadə etdikləri ən sevimli əsərlərdəndir.Adətən bu kitabı “mənim səndən daha dəyərli yoldaşım yoxdur,mən yalnız səni fikirləşirəm” görüntüsü ilə ilə oxumağa verirlər.Əgər müsəlmanlar bu kitabda nə qədər yalan,faktların təhrifi və s.uydurmaların olduğunu bilsəydilər,onlar heyrətə gələrdilər.Kitabın təhlilinə keçməmişdən öncə yalan haqqında bir neçə açıqlama gətirmək istərdim.

Uca Allah buyurur: “Dediyi elə bir söz yoxdur ki, (onu yazmaq üçün) yanında hazır durmuş gözətçi olmasın.” (Qaf 18)

İbn Məsudun (r.a) rəvayyətinə görə Peyğəmbər (s.ə.s) demişdir: “Həqiqətən doğru danışmaq əməlisalehliyə aparır,əməlisalehlik də Cənnətə. Bir bəndə o vaxta qədər doğru danışar ki, Allah dərgahında onun adı doğru danışanlar siyahısına yazılar. Həqiqətən yalan danışmaq günaha aparır, günah da Cəhənnəmə. Bir bəndə o vaxta qədər yalan danışar ki, onun adı Allah dərgahında yalançılar siyahısına yazılar” (Buxari, 6094-cü hədis; Müslim, 6579-cu hədis)



Buxari və Müslim “Səhih” əsərlərində Abdullah ibn Amr ibn əl As (r.a)-dən rəvayyət edirlər ki,Peyğəmbər (s.a.s) buyurdu: “Kimdə bu dörd şey olsa, o, əsl münafiqdir. Kimdə bu dörd şeydən əlamət varsa,onu tərk edənə kimi onda nifaqın əlamətləri qalar: Ona bir şey əmanət ediləndə, əmanətə xəyanət edər, danışanda yalan danışar, vəd edərkən vədini yerinə yetirməz, münaqişə etdikdə çirkin əmələ əl atar”. (“Riyadus salihin” №1543)

Buxaridə keçən uzun bir hədisdə mələklər Peyğəmbər (s.a.s)-ə qəbirdə olan bəzi əzabların səbəblərini izah edərkən dedilər: “Sonra ağzı, burnunun deşiyi və gözü ənsəsinə kimi yırtılan adam səhərlər evdən çıxaraq yalanlar danışardı və onlar yer üzündə yayılardı.” (“Riyadus salihin” №1546)

Yalan İblisin silahıdır ki,o bunun vasitəsi ilə ilk insanlar olan Adəm və Həvvanı Cənnətdən çıxartmağa nail olmuşdu.Bidət və hava əhli kimsələr müsəlmanları haqq yoldan azdırmaq üçün bu silahdan da istifadə edirlər.İstənilən məsələdə,mübahiSəddə müsəlman öz fikrini əsaslandırmağa çalışarkən yalnız doğruluğa əməl etməli və düz danışmalıdır.

Mənsur ibn Mutəmmirdən rəvayyət olunur ki,Peyğəmbər (s.a.s) buyurdu: “Haqqa üz tutun.Siz buna görə həlak olacağınızı görsəz belə,bilin ki,qurtuluş doğruluqdadır.” (Munziri “Tərqib” 5/494)

Yalanla kimisə aldatmaq,dünyalıq nəsə əldə etmək,kiminsə hörmətini qazanmaq olar.Lakin,yalan sonunda sahibini od sakinlərindən edəcəkdir.Peyğəmbər (s.a.s) buyurdu: “Doğruluqdan ayrılmayın,o xeyirdəndir.Bunların hər ikisi cənnətdədir.Yalandan çəkinin,o günahlardandır.Bunlarda cəhənnəmdədir.” (Munziri “Tərqib” 5/495)

İmam Əhməd Əbu Umamə əl Bəhlidən və Sad ibn Əbu Vəqqasdan rəvayyət edir ki,Peyğəmbər (s.a.s) buyurmuşdur: “Mömində yalan və xainlikdən başqa istənilən xüsusiyyət ola bilər.” (Munziri “Tərqib” 5/499)

Munziri Beyhəqiyə istinad edərək Peyğəmbər (s.a.s)-in belə buyurduğunu yazır: “Yalan sahibini imandan uzaqlaşdırır.” (Munziri “Tərqib” 5/499)

İnsan zəifdir və o istəklərə uyur.Müsəlman şəxs istənilən pis xüsusiyyətə sahib ola bilər.Lakin,o yalançı olmamalıdır.Malik Səfvan ibn Suleymdən nəql edir ki,o Peyğəmbər (s.a.s)-dən soruşdu:

- Ya Rəsulullah! Mömin qorxaq ola bilərmi?

-Bəli,ola bilər.

-Mömin xəsis ola bilərmi?

-Bəli,ola bilər.

-Mömin yalançı ola bilərmi?

-Xeyr,ola bilməz . (Munziri “Tərqib” 5/500)

Həmçinin, nəql olunur ki,Peyğəmbər (s.a.s) buyurmuşdur: “Qəlbdə imanla küfr bir arada ola bilməz.Eləcə də doğrulula yalan və xainliklə Səddaqət də bir yerdə ola bilməzlər.” (Munziri “Tərqib” 5/500)

Bizim hər birimizdə anadan olandan yalana qarşı fitri bir ikrah hissi vardır.Hər zaman doğru danış deyə bizə uşaqlıqda tərbiyyə verilib.Lakin,həyatda və bu kitabı oxuduqdan sonra görəcəyiniz kimi bəzi insanlar üçün yalan danışmaq nəfəs almaq qədər zəruri bir ehtiyac olmuşdur. ”əl Müraciət”-in müəllifi kitabını təhrif,üstüqapalı sözlər və yalanlarla doldurmuşdur.Bu şiələrin nəzdində heç də qeyri-adi bir üslub deyildir.

Əbdulhüseynin sələfi olan ibn Muttəhər əl Hilli də öz “Minhəcul kəramə” kitabını yalanlarla süstləmişdi ki,ona sözü və dəvəti yalanlardan ibarət olan İblis yoldaşlıq etmişdi.Şiələr üçün müxalifə yalan danışmaq adi bir şeydir.Bu davranış onlarda alimləri tərəfindən icazəlidir və bu onların kitablarında təsbit olunmuşdur.

20-ci əsrin ən böyük şiə alimi Əbul Qasim əl Xoyiyə sual verdilər:

Sual: Bidət əhli və ya zəlalətə dəvət edən bir adama cavab verərkən yalan demək olarmı,o məqsəddlə ki,bu yalanla onun dəlili və arqumentləri təkzib olunur.



Cavab: Əgər bu cavab onu zəlalətdən qoruyacaqsa onda olar.” http://arabic.al-khoei.org/falea.htm

”əl Müraciət” kitabı guya əl-Əzhər şeyxi olan Səlim əl Bişri ilə Əbdulhüseyn arasında olan yazışmanın xülasəsidir.Bu yazışma yalnız şiə Əbdulhüseyn tərəfindən daha sonralar dərc edilmişdi.Lakin,şeyx əl Bişri tərəfindən bizə bu yazışmanın təsdiqi və ya təkzibi haqqında heç bir məlumat varid olmamışdır.Şeyx Abdullah ibn Əbaşan əl Qamidinin qeyd etdiyi kimi bu kitab şeyx əl Bişrinin vəfatından sonra ilk dəfə nəşr olunmuşdur.Şeyx hicri 1335-ci ildə vəfat etmişdi.Bu kitab isə onun vəfatından 20 il sonra,yəni 1355-ci ildə dərc olunmuşdur.Kitabı oxuyan hər kəs şahid ola bilər ki,əsər uydurmadır və iki şəxs arasında yazışma olmamışdır.Çünki,Əbdulhüseynin məktubları dəlil və arqumentlərlə yazıldığı halda,əl Bişrinin məktubları yalnız bu şiə müəllifə tərif və həmin qayda ilə davam etməsi üçün edilən xahişlərdən ibarətdir.

Bundan başqa əl Bişriyə isnad edilən məktublarda bu rafizi müəllifin açıq-aydın yalanlarını inkar etməyə heç bir cəhd də yoxdur.Heç bir şübhə yoxdur ki,əl Əzhər şeyxi yalançı Əbdulhüseyni tamamilə təsdiq edən qədər cahil ola bilməz.

Qeyd etmək lazımdır ki,kitabının müqəddiməsində Əbdulhüseyn demək olar ki,əsərin əvvəldən axıra qədər özü tərəfindən uydurulduğunu etiraf etmişdir.

O deyir: “İndi,mən deyə bilmərəm ki,bu məktublar o zaman bizim yazdığımız məktubların eynisidir.Həmçinin,mən deyə bilmərəm ki,burada keçən ifadə və sözlər həqiqətən olduğu kimi mənə və ya ona aiddir.Çünki,keçən dövr ərzində məktublar mühafizə oluna bilmədi. (mən bunları yenidən yazmağa məcbur oldum)” (“Məktublarda İmam Əlinin vilayəti” səh 20)

Əbdulhüseynin bu məktubları əl Bişrinin adından yazdığına daha bir dəlil onun tərəfindən kitabda yazılan bu sözlərdir: Guya əl Bişri yazır: Mən bundan əvvəl heç vaxt şiələrin vəziyyəti və mötəqid olduqları inanclarına dair məlumat əldə etmək fikrinə düşməmiş, adət-ənənələrinə də bələd olmamışam.Çünki,xüsusi məclislərində olmamış,ölkələrində yaşamamışam.Amma,çox istəyirdim ki,onların alimləri ilə mübahiSəddə iştirak edim, fikirləri,axtarışları və istəkləri haqqda dərindən bəhs etmək üçün onların arasında olum.Tale mənə sənin dərya tək varlığını aşkar etdikdən sonra,dodaqlarımı elminin sərin suyu ilə islatdı.Allah bu ləzzətli su ilə xəstəliyimi sağaltdı,yanğımı söndürdü.Cəddin Mustafa (s.a.s)-nın “elm şəhəri”nə və onun qapısı atan Mürtəzaya (ə) and olsun ki, mən sənin ləzzətli çeşmənin yanğısöndürən şərbətindən daha ləzzətli başqa bir şərbət tapmadım.” (1-ci məktub,səh 25)

Bu anda diqqət edin.Heç bir əl Əzhər şeyxi bu qədər cahil ola bilməz ki,hər bir müsəlmanın andının yalnız Allaha aid etməli olduğunu bilməsin.İbn Hacər əl Əsqalani yazır: “Abdullah ibn Ömər (r.a)-dən rəvayyət olunur ki,Peyğəmbər (s.a.s) səhabələrə üz tutaraq buyurdu: “Diqqət edin! Allah sizə atalarınıza and içməyi qadağan etmişdir, kim and içərsə ya Allaha and içsin, ya da sussun!” (Buxari, 9/174 (2482); Müslim, 8/436 (3105)

Necə ola bilər ki,əl Əzhər şeyxi Səlim Bişri Maliki bu hədis və bu tipli hədislərdən qafil olsun? Bu misal Hüseynin qulunun bu sözləri yazarkən nəyi qəsd etdiyini anlamağı bizə imkan verir: “İndi,mən deyə bilmərəm ki,bu məktublar o zaman bizim yazdığımız məktubların eynisidir.Həmçinin,mən deyə bilmərəm ki,burada keçən ifadə və sözlər həqiqətən olduğu kimi mənə və ya ona aiddir.

Bu çalışmanı yazarkən Allahın məni müvəffəq etməsini diləyir və onun adı ilə bu kitabın təhlilinə başlayıram.

Abdullah Əbu Əli. Səfər ayı, 1431-ci il.



BİRİNCİ FƏSİL: ƏBDULHÜSEYNİN KİTABDA,NƏQQLƏRDƏ YALAN DEDİYİ MƏQAMLAR.

Bu fəsildə biz Əbdulhüseynin bəzi hədisləri yalandan bəzi kitablara isnad etməsindən nümunələr gətirəcəyik.



1) Musəvi yazır (56/263): “Şübhə yoxdur ki,Qədir hədisi Əhli Sünnədən mütəvatir formada varid olmuşdur.”(ərəbcə mətni budur: «بل لا ريب في تواتره من طريق أهل السنة»)

Söhbət həccdən dönən zaman Peyğəmbər (s.a.s)-in insanlara etdiyi xitabdan gedir: “Mən kimin mövlası (dost,vəli) isəm,Əli də onun mövlasıdır.” Bu hədisi nəql edərkən şiələr nə edirlər?

Ayrı-ayrı kitablarda yuxarıdakı Peyğəmbər (s.a.s)-in sözlərinə müxtəlif sözlər əlavə olunur.Şiələr bu rəvayyəti nəql edərkən adətən “veniqret düzəldirlər”.Yəni,misal olaraq,bir kitabda bu rəvayyət nəql olunduğu halda,digər kitabda bu sözlərin çoxlu sayda insanların önündə deyildiyi,digər kitabda isə bundan sonra ayə nazil olunduğu qeyd olunur.

Şiələr müxtəlif kitablardan bu hadisənin özlərinə sərf edən hissələrini toplayıb,özlərin versiyalarını tərtib edirlər.Eyni ilə Əbdulhüseyn də bu cür etmişdir.O,şiələrin ümumi razılaşdırılmış versiyasını nəql etmişdir.Bu isə mütəvatir deyildir.Mütəvatir yalnız “Mən kimin mövlası (dost,vəli) isəm,Əli də onun mövlasıdır.” ifadəsidir.

Bu hədisə “Ey Allah! Ona dost olan dost,ona düşmən olana isə düşmən ol” ifadəsinin əlavə olunması isə mübahisəlidir.İslam alimləri arasında bu əlavələrin uydurma olduğunu qeyd edən imamlar olmuşdur. Rafizilər zəif və uydurma rəvayyətlərə istinad edərək iddia edirlər ki,Peyğəmbər (s.a.s) Qədir-xum adlı yerdə dediyi bu sözlərdən sonra bu ayə nazil oldu:

Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim.” (Maidə 3)

İmam Tirmizinin yazır: ”Tarik ibn Şihab rəvayyət edir ki: “Bir Yəhudi topluluğu Ömər ibn Xəttab (r.a)-a bu sözlərlə müraciət etdilər.”Ey Möminlərin Əmiri! Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim...”ayəsi bizim üçün nazil olsaydı həmən gün bizdə bayram olardı.”Ömər (r.a) dedi:”Bu ayənin nə zaman nazil olduğunu mən yaxşı bilirəm.Bu Ərafa gününün cümə gününə təsadüf etdiyi vaxt baş vermişdi.” (“Sünən” hədis №3043)
Bədrəttin Çətinər yazır: ”Bu rəvayyət təkcə Ömər (r.a)-dan gəlməyib.Bunu Əli (r.a),Müaviyyə (r.a),Səmurə ibn Cundub (r.a)-da rəvayyət etmişdir.Həmçinin, mürsəl olaraq bu rəvayyət Şabi,Qatadə və başqalarından da varid olmuşdur.” (“Əsbab ən nüzul” c.1,səh 293)
Müslim Tarix ibn Hişamdan rəvayyət edir: “Bir Yəhudi Ömər (r.a)-ə üz tutaraq:”Ey Möminlərin Əmiri! Əgər “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim...”ayəsi biz Yəhudilər üçün nazil olsaydı,o günü biz bayram edərdik.Ömər (r.a) dedi:”Mən həmin günü və ayənin harda nazil olmasını yaxşı xatırlayıram.Bu ayə Allahın Elçisinə Ərafa günü nazil olmuşdu.” (“Təfsir əl Munir”c.3,səh 368)
İmam Təbəri yazır: ”Tarix ibn Hişam,İbn Abbas,Muhəmməd ibn Kəb əl Kurayzi,Əmr ibn Şabi,Qatadə,İkrimə,Şəhr ibn Həvşəb,Əsma bint Yezid,Müaviyyə və Ömər ibn Xəttaba görə bu ayə cümə gününün axşamı Vida Həcci zamanı “Ərafa”-da nazil olmuşdu.” (Təbəri “Təfsir”c.3,səh 205; Maidə surəsinin təfsiri)

2) Musəvi yazır (34/201): “Allah “Leylət əl mubit” gecəsi (Əli (r.a)-nin Peyğəmbər (s.a.s)-in yatağına uzandığı gecə) Cəbrayıl və Mikayilə buyurdu: “Mən sizin aranızda qardaşlıq təlif etdim və birinizin ömrünü uzatdım.Sizdən kim ömrünün qardaşının ömründən qısa olmasına razı olar?” Hər iki mələk daha çox yaşamağı arzu etdilər.Allah Təala onlara buyurdu: “Məgər siz Əli ibn Əbu Talib kimi ola bilmirsiz? Mən onunla Muhəmməd (s.a.s) arasında qardaşlıq təlif etdim və o qardaşının yerinə uzanaraq özünü fəda etməyə razı oldu.Yerə enin və Əlini düşmənlərdən mühafizə edin.”

Mələklər yerə endilər.Cəbrayıl Əlinin başı üzərində,Mikayıl isə ayaqları tərəfdə dayandı.Cəbrayıl dedi: “Sənə müjdələr olsun Əbu Talibin oğlu! Allah səninlə mələklər önündə fəxr edir.” Allah Təala onda bu ayəni nazil etdi: “İnsanların eləsi də var ki, Allahın razılığını qazanmaq üçün canını da verər. Allah Öz qullarına qarşı Şəfqətlidir.” (Bəqərə 207)

Bu rəvayyətə isnad verərkən o yazır: “Bu rəvayyəti “Sünən” müəllifləri öz müsnədlərində,Fəxr ər Razi isə Bəqərə surəsinin təfsirində nəql etmişlər. (ərəbcə أخرجه اصحاب السنن في مسانيدهم، وذكره الامام فخر الدين الرازي في تفسير هذه الآية من سورة البقرة ص 189 الجزء الثاني من تفسيره الكبير مختصرا)

Bu yalan və cahillik göstəricisidir.Əvvəla,”Sünən” müəllifləri öz “müsnəd”-lərində ifadəsini necə başa düşək ki,bu hər ikisi fərqli tip olan kitablardır? “Sünən”-də rəvayyətlər fəsillərə görə,”müsnəd”-də isə ravilərin adına görə nəql olunur.İkincisi,şiələrin imamı bu rəvayyəti “Sünən”-ə isnad etməklə ağ yalan danışmışdır. ”Sünən” kitabları dedikdə ağıla ilk öncə Tirmizi,Əbu Davud,Nəsai və ibn Məcanın kitabları gəlir.Bu kitabların heç birində bu rəvayyət mövcud deyil.Rafizi müəllif konkret heç bir mənbə göstərə bilmədiyindən Razinin təfsirinə istinad etməyə qərar verdi.

ər-Razi bu rəvayyəti nəql edərək deyir: “və nəql olunur ki,o yatanda.... (ويروى أنه لمّا نام). “Nəql olunur” ifadəsi elmdən xəbəri olanlar üçün çox şeydən xəbər verir.Bu ifadələrlə alimlər adətən nəql etdikləri xəbərin etimad olunmayan rəvayyət olmasına işarə edirdilər.

Bu rəvayyət haqqında əs-Subki “Təbəqat şəfiətul kubra” (6/348) kitabında yazır ki,bu rəvayyətin sənədi yoxdur.Şeyxul İslam “Minhəcus sunnə” (7/110)-də qeyd edir ki,rəvayyət hədis alimlərinin ittifaqı ilə yalandır.Şeyx Albani bu rəvayyəti “Silsilə əhadis əd daifə” (4946)-də uydurma adlandırmışdır.

3) Əbdulhüseyn yazır (44/223): Peyğəmbər (s.a.s) buyurur: “Ey Qureyşlilər! Siz Allahın qəlbi imanla dolu bir adamı üzərinizə göndərmədiyi müddətcə pis əməllərinizə davam edəcəksiz.O,başınızı üzəcək və siz ondan qoyun sürüsü kimi qaçacaqsız. ”Əbu Bəkr soruşdu: “Bu mənəm?” Peyğəmbər (s.a.s) buyurdu: “Xeyr.” Ömər soruşdu: “Bu bəlkə mənəm?” Peyğəmbər (s.a.s) buyurdu: “Xeyr”,bu ayaqqabı düzəldən bir adamdır.” Bu zaman Əli Peyğəmbər (s.a.s)-in ayaqqabısını təmir edirdi.”

Bu hədis bir çox “Sünən” müəllifləri tərəfindən nəql olunmuşdur.Bu “Kənzəl ümməl” kitabında 610-cu hədisdir.” (ərəbcə mətn: نظير قول رسول الله صلى الله عليه وآله: لن تنتهوا معشر قريش حتى يبعث الله عليكم رجلا امتحن الله قلبه بالايمان، يضرب أعناقكم وانتم مجفلون عنه اجفال الغنم، فقال أبو بكر: انا هو يار رسول الله، قال: لا، قال عمر: انا هو يا رسول الله، قال: لا ولكنه خاصف النعل، قال وفي كف علي نعل يخصفها لرسول الله صلى الله عليه وآله، أخرجه كثير من أصحاب السنن وهو الحديث 610 في أول صفحة 393 من الجزء 6 من الكنز)

Şiələrdən hər hansı birisi istənilən “Sünən” kitabında olmayan bu rəvayyəti göstərə bilərmi? Baxmayaraq ki, Əbdulhüseyn bir çox “Sünən” müəllifləri deyir. “Kənzəl ümməl” kitabı Muttəqi əl Hindinin hədis fihrist toplusudur ki,o bunu müxtəlif mənbələrdən toplamışdır və rəvayyətlər sənədsiz olaraq nəql edilmişdir.



4) Əbdulhüseyn yazır (10/50): “Peyğəmbər (s.a.s) buyurdu: “Qoy mənim Əhli beytim sizin üçün bədəndə baş,başda isə gözlər kimi olsun.Çünki,baş gözlər ilə qərar verir.”

Rusca olan nəşrdə bu rəvayyətin mənbəyi göstərilməyib.Ərəbcə olan nəşrdə haşiyədə yazılır: “Bu rəvayyəti “Sünən” müəlliflərindən bir qrupu Əbu Zərrdən nəql etmişlər.”( أخرجه جماعة من أصحاب السنن بالاسناد إلى أبي ذر مرفوعا،)

Bu ifadə yalandır.Bu uydurma rəvayyəti heç bir “Sünən” müəllifi nəql etməmişdir.Rəvayyəti
Təbərani məkuf formada Salman Farisidən rəvayyət etmişdir.əl Heysəmi “Məcməu zəvaid” (9/57)-də yazır: “Rəvayyətin sənədində Ziyad ibn Munzir vardır ki,o mətruk (tərk edilmiş) ravidir.”

Ziyad ibn Munzir əl Həmədani və ya Səqafi.O,yalançı olmuşdur.” (“Mizanul itidal”c.2,səh 93, №2965)



5) Musəvi yazır (12/58): “Məgər onlar insanları Allaha tərəf yönəltmirlərmi? Rəd surəsində Allah Təala buyurur: “Kafir olanlar deyirlər: “Niyə ona Rəbbindən bir möcüzə endirilməyib?” Sən ancaq xəbərdar edənsən. Hər qövmün bir yolgöstərəni vardır.” (Rəd 7)

Haşiyədə yazır: “Sələbi öz “Kəbir”adlı təfsir kitabında bu ayənin altında İbn Abbasdan bir hədis nəql edir ki: “Bu ayə nazil olandan sonra Peyğəmbər (s.a.s) əlini Əlinin (r.a) sinəsinə qoyub buyurdu: “Mən qorxudanam və Əli yol göstərəndir. Ey Əli, hidayət olunanlar sənin vasitənlə hidayət olunurlar.”



Bu rəvayyəti bir çox şərhçilər və “Sünən” müəllifləri İbn Abbasa istinad edərək nəql etmişlər.”(ərəbcə mətni:

أخرج الثعلبي في تفسيره هذه الآية من تفسيره الكبير عن ابن العباس قال: لما نزلت هذه الآية وضع رسول الله (ص) يده على صدره وقال: أنا المنذر وعلي الهادي، وبك يا علي يهتدي

المهتدون، وهذا هو الذي أخرجه غير واحد من المفسرين وأصحاب السنن عن ابن عباس
Bu yalandır.Bu rəvayyət heç bir “Sünən” kitabında yoxdur.Bu hədisi siz nə Tirmizi,nə Əbu Davud,nə ibn Məca,nə də Nəsaidə tapa bilərsiz.Rəvayyət özü-özlüyündə İbn Teymiyyə və şeyx Albaninin (“Silsilə əhadis əd daifə” №4899) buyurduqları kimi yalandır.”

Sələbi bu rəvayyəti Ata ibn Səibdən,o Səid ibn Cubeyrdən,o da İbn Abbasdan nəql etmişdir.Bu rəvayyətin tam sənədi Təbəri və İbn Əsakirin kitablarında mövcuddur.Rəvayyətin sənədində Atadan Muaz ibn Müslim,ondan da Həsən ibn Hüseyn əl Ənsari rəvayyət edir.Bu ravi silsiləsi olduqca zəifdir. ”Muaz ibn Müslim məchuldur.” (“Mizanul itidal”c.4,səh 132, №8613)

“Ata ibn Səibin hafizəsi ömrünün sonunda pozuldu.”(həm.yer c.3,səh 70, №5641)

“Həsən ibn Hüseyn əl Ənsari zəif şiədir.”(həm.yer c.1,səh 483, №1829)

6) Bu yalançı yazır (12/59): Məgər Peyğəmbər (s.a.s)-dən sonra müsəlmanlara vilayət və hökumət etməyi onlara aid etməmişmi? Belə isə, bu ayəni oxu: “Başçınız və rəhbəriniz yalnız Allah, onun peyğəmbəri və o kəslərdir ki, iman gətiriblər, namaz qılır və rüku məqamında zəkat verirlər; o kəslər ki, Allahın, onun peyğəmbərinin və iman gətirmiş kəslərin vilayətini qəbul edərlər (qalibdirlər, çünki) Allahın firqəsi və qoşunu qalibdir.”

Haşiyədə yazır: “Bütün müfəssirlər bu ayənin Əli (r.a) baradə nazil olması məsələsində həmfikirdilər və bu ayə Əli (r.a) haqqında rüku vaxtı Səddəqə verərkən nazil olmuşdur.”

Allahın lənəti yalançıların üzərinə oslun.

Hafiz İbn Kəsir yazır: ”Bəziləri nəql etmişlər ki,bu ayə Əli ibn Əbu Talib (r.a) haqqında nazil olmuşdur.Guya O namazda ruku edərkən məscidə bir fəqir daxil olur və ona Əli (r.a) öz üzüyünü Səddəqə verir. İbn Əbu Hatim Rabi ibn Süleyman ....o da Utbə ibn Hatimdən rəvayyət edir ki,bu ayədə nəzərdə tutulan Əli (r.a)-dir.Əbu Səid əl Əşşas Sələmədən rəvayyət edir ki,Əli (r.a) öz üzüyünü ruku zamanı Səddəqə vermişdir.Məhz buna görə ayə nazil olmuşdur.



Təbəri yazır: ”Harris Habil ibn Ubeydullahdan,o da Mücahiddən rəvayyət edir ki,bu ayə Əli ibn Əbu Talib (r.a) baradə üzüyünü Səddəqə verərkən nazil olmuşdu.Əbdurrəzzaq da bunu Əbdulvahhabdan,o da İbn Abbasdan rəvayyət etmişdir.

Əbdulvahhab ibn Mücahiddən gələn bu xəbər qəbul edilə bilməz.

İbn Mərdəveyh Süfyan əs Sauridən rəvayyət edir ki: ”İbn Abbas dedi ki,Əbu Talibin oğlu namaz qılırdı.Namaz əsnasında rukuya gedərkən məscidə fəqir daxil olur və Əli (r.a) ona öz üzüyünü Səddəqə verir.” Bu rəvayyətin ravisi Dəhhaq İbn Abbas (r.a) ilə heç zaman görüşməmişdir. İbn Mərdəveyh bu rəvayyəti həmçinin, Muhəmməd ibn Səddan nəql etmişdir ki,bu ravidə “mətruk”dur və xəbərin sənədi qəbul edilməzdir. Həmçinin, O,bu rəvayyəti Əli (r.a),Əmmar (r.a) və Əbu Rafidən nəql etmişdir.Lakin,bu rəvayyətlərin heç birinin sənədi səhih deyil.Sənəd zəif,ravilər isə cahil olublar. (İbn Kəsirin təfsiri)

Cəlaləddin Suyuti öz kitabında yazır: ”Bu ayə Abdullah ibn Salam (r.a) haqqında onun Rəsulullah (s.a.s)-ə belə dediyi vaxt nazil olmuşdur.”Ey Allahın Elçisi! Qövmümüz bizi tərk edibdir.” (“Cəlaleyn təfsiri” c.1,səh 339)

İstərdik qeyd edək ki,bir neçə səbəbə görə bu ayə Əli ibn Əbu Talib (r.a) haqqında nazil ola bilməz.


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə