Tərəfindən tədris olunan fənlərin təsviri İpf-b01 Dilçiliyə giriş



Yüklə 357,83 Kb.
Pdf görüntüsü
tarix30.10.2018
ölçüsü357,83 Kb.
#76866


 

                     AZƏRBAYCAN UNİVERSİTETİ 

Azərbaycan filologiyası və jurnalistika kafedrası  

tərəfindən tədris olunan fənlərin təsviri 

İPF-B01  Dilçiliyə  giriş  (5  kredit,  150  saat)  fənni  tələbələrə  dil  ilə  bağlı  əsas 

anlayışları və konsepsiyaları təqdim edir. Fənn  dilin sistemini və dil strukturu, dil 

vahidlərinin  funksiyaları,  danışıq  səslərinin  fiziki-akustik  xüsusiyyətləri,  fonetik 

qanunları, seqment və superseqment vahidləri, qrammatik mənanın ifadə vasitələri, 

nitq  hissələri  və  onların  təsnif  prinsipləri,  cümlənin  əsas  əlamətləri,  dillərin 

genealoji və  tipoloji  təsnifi kimi  mövzuları  öyrədir. Kursu  başa  vuran tələbələr dil 

konsepsiyalarına dair ilkin təsəvvürlər əldə edirlər.  

İPF-B02  Ədəbiyyatşünaslığa  giriş  (5  kredit,  150  saat)  fənni  tələbələrə 

ədəbiyyatşünaslıqla  bağlı  əsas  anlayışları  və  konsepsiyaları  təqdim  edir. 

Ədəbiyyatşünasliq elminin klassik ədəbiyyatın tədqiqində, müasir ədəbi prosesin və 

ədəbi  tənqidin  inkişafında,  formalaşmasında  rolunu,  bədii  ədəbiyyatın  inkişaf  ta-

rixini  və  tarixi  mərhələlərdəki  özünəməxsusluğunu,  qanunauyğunluğunu,  bədii 

ədəbiyyatın əsas nəzəri problemlərini, bədii ədəbiyyatın fəlsəfi-estetik mahiyyətini 

və başqa bədii yaradıcılıq formaları ilə əlaqəsini öyrənir. Kursu başa vuran tələbələr 

ədəbiyyatşünaslığa  dair ilkin anlayışlara sahib olurlar. 



İPF-B03  Müasir  Azərbaycan  dili  (Fonetika-  5  kredit,  150  saat)  fənni  dilin  səs 

quruluşu, fonematik sistemi, vurğu, heca, ahəng qanunu və sözün həqiqi səslənməsi, 

seqment və superseqment vahidləri, nitq axınının hecalara parçalanmasının xüsusiy-

yətləri,  sözün  təbiəti  haqqında  məlumatı  öyrədir.  Kursu  başa  vuran  tələbələr 

Azərbaycan  dilinin  səs  sistemi,  səs  haqqında  qanun  və  prinsipləri,  dilin  səs 

sisteminin akustik və fizioloji xüsusiyyətləri  haqqında məlumatı əldə edəcəklər. 



 

 


İPF-B04 Müasir Azərbaycan dili  (Leksikologiya- 6 kredit, 180 saat) fənni leksik 

mənaların  növlərini,  sözün  üslubi  qatlarını,  semantik  qruplarını,  etimologiyasını, 

leksik  vahidlərin  kateqoriya  əlaqələrini,  çoxmənalılıq,  omonimiya,  sinonimiya, 

antonimiyanı, terminoloji leksikanın formalaşmasında alınmaların yerini, dilin lüqət 

tərkibi və lüğət fondu haqqında məlumatı öyrədir. Kursu başa vuran tələbələr dilin 

leksik  quruluşu,  söz  və  məfhum,  sözün  struktur  və  semantik  bağlılığı  haqqında 

sistemli məlumatı əldə edəcəklər. 

İPF-B05 Müasir Azərbaycan dili (Morfologiya- 7 kredit, 210 saat) fənni morfoloji 

kateqoriyaları,  dildə  nitq  hissələrinin  leksik-qrammatik  xüsusiyyətlərini  və 

qrammatik  formalarını,  söz  birləşmələrini,  kök  və  budaq  morfem  məsələlərini, 

sözlərin  formaca  dəyişməsi  xüsusiyyətlərini  öyrənir.  Kursu  başa  vuran  tələbələr 

dilin morfoloji xüsusiyyətləri haqqında sistemli məlumatı əldə edəcəklər. 

İPF-B06  Müasir  Azərbaycan  dili  (Sintaksis-  7  kredit,  210  saat)  fənni  dildə  söz 

birləşməsi, cümlə  və  mətnin  quruluşu, mikro və  makro  mətnlər, cümlədə  tabeli  və 

tabesizlik  əlaqələri,  paradiqmatikvə  sintaqmatik  əlaqələr,  semiotika  elmi  haqqında 

məlumatı  öyrənir.  Kursu  başa  vuran  tələbələr  mətndə  cümlə  və  söz  birləşməsinin 

struktur  semantik  fərqlərini,  mürəkkəb  cümlə  konstruksiyaları  haqqında  sistemli 

bilikləri əldə edəcəklər. 



İPF-B07  Müasir  Azərbaycan  dili  (Tədqiq  tarixi-  4  kredit,  120  saat)  fənni 

monogenez  problemi,  ulu  dilin  təşəkkülü,  protodillərə  ayrılması,  protoazərbaycan 

dilinin inkişaf yolu, Azərbaycan dilinin etnik tərkib məsələləri, Şifahi Azərbaycan 

ədəbi  dilini  şərtləndirən  amillər,  “Kitabi  Dədə  Qorqud”un  sintaktik-struktur 

xüsusiyyətləri  kimi  mövzuları  əhatə  edir.  Kursu  başa  vuran  tələbələr  yazılı 

Azərbaycan ədəbi dilinin formalaşmasına qədərki dövrün xüsusiyyətləri  haqqında 

sistemli bilikləri əldə edəcəklər. 

İPF-B08  Müasir  Azərbaycan  dili  (Onomologiya-  6  kredit,  180  saat)  fənninin 

tədrisində  tələbələrə  dilin  xüsusi  ad  sistemi,  antrponomik,  toponomik, 

ktematonomik,  zoonomik,  hidronomik  səviyyələrdə,  etnonomik  səviyyəsinin 

formalaşmasına  etnos  təsirinin  xüsusiyyətləri  haqqında  məlumat  veriləcəkdir.  

Kursu başa vuran tələbələr yazılı Azərbaycan  dilinin ad sisteminin  xüsusiyyətləri  

haqqında sistemli bilikləri əldə edəcəklər. 



 


İPF-B09  Azərbaycan  ədəbiyyatı  tarixi  (Azərbaycan  şifahi  xalq  ədəbiyyatı  –  4 

kredit, 120 saat) fənni  tələbələrə folklorşünaslıq elminin  mahiyyətini, şifahi xalq 

ədəbiyyatının  xüsusiyyətlərini,  xalqın  yazıya  qədərki  dövrdə  yaratdığı  və  sonrakı 

mərhələlərdə  inkişaf  etdirdiyi  bədii  söz  sənətinin  üslub  və  janr  xüsusiyyətlərini, 

yaradıcılıq  ənənələrini,  xalq  ədəbiyyatının  kiçik  janrlardan  başlayaraq  əmək 

nəğmələri,  mərasim  folkloru,  qəhrəmanlıq  eposu,  aşıq  yaradıcılığı  və  sonrakı 

dövrlərin  şifahi  ənənələrini  öyrədir.  Kursu  başa  vuran  tələbələr  Azərbaycan  

folkloru və folklorşünaslığı haqqında sistemli məlumatı əldə edəcəklər. 

İPF-B10  Azərbaycan  ədəbiyyatı  tarixi-1  (Qədim  dövr-  4  kredit,  120  saat)  fənni  

Qədim Azərbaycan ədəbiyyatının əsas ideya istiqaməti, poetik forma və janrları, ən 

qədim çağlarda Azərbaycan ədəbiyyatının xüsusiyyətləri, “Avesta”  Midiya dövrü 

ədəbiyyatı,    “Tomris”,    “Astiaq”    əfsanələri,  erkən  orta  əsrlər  Azərbaycan 

ədəbiyyatı,  VII-X  yüzilliklərdə  Azərbaycan  ədəbiyyatı,  Xətib  Təbrizi 

Azərbaycanda  ədəbiyyatşünaslığın  banisi  kimi,        XII  yüzillikdə  Azərbaycan  

ədəbiyyatı:  Xaqani, Məhsəti və b.,   Nizami Gəncəvi, yaradıcılığı,  Nizami və xalq 

qaynaqları kimi mövzuları öyrədir. Kursu başa vuran tələbələr Qədim Azərbaycan 

ədəbiyyatının xüsusiyyətləri haqqında sistemli bilikləri əldə edəcəklər. 

İPF-B11  Azərbaycan  ədəbiyyatı  tarixi-2  (Orta  əsrlər-  8  kredit,  240  saat)  fənni 

XIII-XVIII    əsrlərdə    Azərbaycan  ədəbiyyatının  xüsusiyyətləri,    orta  əsrlər 

Azərbaycan  ədəbiyyatında  bədii  metod, üslub  və  poetik  vəzn  problemi, XIII-XIV 

əsrlərdə Azərbaycan ədəbiyyatı, “Dastani-Əhməd  Hərami” əsərinin xüsusiyyətləri,  

Seyid  Zülfüqar  Şirvani,  Nəsirəddin  Tusi, Azərbaycan  ədəbiyyatında  sufizm,  XV-

XVI  əsrlərdə  Azərbaycan  ədəbiyyatı,    Məhəmməd  Füzuli,  XV    əsrdə  xalq  

ədəbiyyatının    inkişafı,  XVI  əsrin  sonu,  XVII  əsrin  əvvəllərində    Azərbaycan 

ədəbiyyatı,  XVII  əsr  Azərbaycan  ədəbiyyatı,  XVII-XVIII  əsrlərdə  xalq  ədə-

biyyatının  inkişafı,  “Koroğlu”  dastanı,  XVIII  əsrdə  Azərbaycan    ədəbiyyatı  kimi 

mövzuları  öyrədir.  Kursu  başa  vuran  tələbələr  XIII-XVIII    əsrlərdə    Azərbaycan 

ədəbiyyatının xüsusiyyətləri haqqında sistemli bilikləri əldə edəcəklər. 

İPF-B12  Azərbaycan    ədəbiyyatı  tarixi-3  (  XIX  əsr  –  5  kredit,  150  saat)  fənni  

yeni,  original  mərhələ  kimi,    XIX  əsr  Azərbaycan  ədəbiyyatının  birinci  inkişaf 

mərhələsi  (Heyran  xanım,  Əndəlib  Qaracadaği,  Seyid  Əbülqasım  Nəbati),  ikinci 

inkişaf mərhələsi ( A.Bakıxanov Qüdsi, İsmayıl bəy Qutqaşınlı, Mirzə Şəfi Vazeh), 

satirik  şeirin  təşəkkülü  və  inkişafı  (Baba  bəy  Şakir,  Mirzə  Baxış  Nadim,  Molla 



Fətulla  -  Fazil  xan  Şeyda,  Qasım  bəy  Zakir),  XX  əsr  Azərbaycan  ədəbiyyatının 

üçüncü  inkişaf  mərhələsi  (Mirzə  Fətəli  Axundov),  dördüncü  inkişaf  mərhələsi 

(Həsən bəy Zərdabi, Seyid Əzim Şirvani, Mirzə İsmayıl Qasir), bu dövrdə yaranan 

poetik  məclislər  (Xurşidbanu  Natəvan,  Məhəmməd  Bağır  ağa  Xalxali,  Mirzə 

Mehdi Şükuhi, Mirzə ağa Təbrizi, Nəcəf bəy Vəzirov), XIX əsrə aid ədəbi – bədii 

məxəzlər,  əsrin  ikinci  yarısında  poeziya  kimi    mövzuları  əhatə  edir.  Kursu  başa 

vuran  tələbələr  XIX  əsr  Azərbaycan  ədəbiyyatının  inkişaf  mərhələləri  haqqında 

sistemli biliklər əldə edəcəklər.  



İPF-B13 Azərbaycan ədəbiyyatı tarixi – 4 (XX əsr- 6 kredit 180 saat) fənni XIX 

əsrin  sonu,  XX  əsrin  əvvəllərində  (1890-1917)  Azərbaycanda  siyasi-ictimai 

vəziyyət,  mədəni  hərəkat  və  bunların  ədəbi  prosesin  yüksəlişində  rolu,  bu 

mərhələdə ədəbiyyatın spesifik inkişaf xüsusiyyətləri, əsas janrları və problemləri, 

maarifçi  realizm  və  onun  nümayəndələrinin  (Ə.Haqverdiyev,  C.Məmədquluzadə, 

N.Nərimanov, R.Əfəndizadə, S.S.Axundov, M.S.Axundov və b.) epik və dramatik 

növlərin inkişafında rolu, maarifçi publisistika, ədəbi tənqid və ədəbiyyatşünaslığın 

inkişafında  F.Köçərli,  M.T.Sidqinin  xidmətləri,  “köhnə”  və  “təzə”  şeir  problemi, 

tənqidi  realist  ədəbiyyat,  metodun  nəzəri-estetik  prinsiplərinin  formalaşmasında 

“Molla  Nəsrəddin”  jurnalının  rolu,  C.Məmmədquluzadə,  M.Ə.Sabir  tənqidi 

realizmin  banisi  kimi,  romantik  ədəbiyyat,  milli  romantizmin  genezisi,  romantiz-

min  nəzəri-estetik  prinsiplərinin  müəyyənləşməsində  “Füyuzat”  jurnalının  rolu, 

Ə.Hüseynzadə,  M.Hadi,  A.Səhhət,  S.Səlmasi,  H.Cavid,  A.Şaiq,  A.Divanbəyoğlu 

Azərbaycan  romantizminin  əsas  nümayəndələri  kimi  mövzuları  əhatə  edir.  Kursu 

başa  vuran  tələbələr  XX  əsr  Azərbaycan  ədəbiyyatının  inkişaf  mərhələləri 

haqqında sistemli biliklər əldə edəcəklər.  



İPF-B14  Azərbaycan ədəbiyyatı tarixi – 5 (Müasir dövr- 5 kredit 150 saat) fənni 

XX əsrin 20-30-cu illərində Azərbaycan ədəbiyyatında yazıb yaradan sənətkarların 

yaradıcılıq  xüsusiyyətləri,  bu  dövrdə  yeni  janrların təşəkkülü,  bədii  nəsr  və  lirik-

psixoloji  dramaturgiyanın  təkamülü,    Müasir  Azərbaycan  ədəbiyyatının  60-cılar 

mərhələsi,    postmodernizm  ədəbi-estetik  cərəyanının  təsiri  ilə  Azərbaycan 

ədəbiyyatında  yeni  nəsr  tipinin  formalaşması  kimi  mövzuları  əhatə  edir.  Kursu 

başa  vuran  tələbələr  Müasir  dövr  Azərbaycan  ədəbiyyatının  inkişaf  mərhələləri 

haqqında sistemli biliklər əldə edəcəklər.  




İPF-B15  Ölkəşünaslıq (3 kredit, 90 saat) fənninin məqsədi Azərbaycan xalqının 

tarixinin,  dilinin  və  mədəniyyətinin  formalaşdığı  ərazinin  təbii-coğrafi  şəraitinin 

milli təbii sərvətlərinin qorunması işini, iqtisadiyyatını, əhalisini, maddi mədəniy-

yət  abidələrini,  dövlət  və  ictimai  təsisatlarını  öyrənməkdir.  Kursu  başa  vuran 

tələbələr ölkənin  inkişaf mərhələləri haqqında sistemli biliklər əldə edəcəklər. 

İPF-B16    Qədim  türk  dili  (5  kredit,  150  saat)  fənninin  məqsədi  qədim  dilin 

yazısını,  fonetik  quruluşunu,  leksika  və  qrammatikasını  tədris  etməkdir.  Eyni 

zamanda dilin səs quruluşunu və sözün həqiqi səslənməsini, seqment və superseq-

ment  vahidlərini,  nitq  axınının  hecalara  parçalanmasının  xüsusiyyətlərini,  sözün 

təbiətini, leksik  mənaların növlərini, leksik  vahidlərin kateqoriya  əlaqələrini, çox-

mənalılıq,  omonimiya,  sinonimiya,  antonimiyanı,  dildə  nitq  hissələrinin  leksik-

qrammatik xüsusiyyətlərini və qrammatik formalarını, söz birləşmələrini, cümləyə 

aid  olan  məsələlərin  öyrənilməsinə  diqqət  yetirilir.  Kursu  başa  vuran  tələbələr 

qədim  türk  dilinin    işləndiyi  tarixi  dövrünü,  konkret  qədim  dilin  yazısını,  fonetik 

quruluşunu, leksika və qrammatikasını öyrənəcəkdir. 



İPF-B18 Dünya ədəbiyyatı - 1 (6 kredit, 180 saat) fənni  Qədim Şərq ədəbiyyatı, 

“Avesta”  Azərbaycanlıların    ən  qədim  abidəsi  kimi,  onun  yaranması  tarixi, 

hissələri, məzmunu və təhlili, qədim ikiçay ədəbiyyatı (Şumer-Akkad ədəbiyyatı), 

qədim hökmranlıq dövrünün (e.ə.III minillik), orta hökmranlıq dövrünün (e.ə.XVI-

XVIII  əsrlər),  demotik  və  kopt  dövrü  ədəbiyyatları,  Xett  və  Xurrit  ədəbiyyatı, 

qədim türk ədəbiyyatı, qədim Hind  ədəbiyyatı, qədim  Çin və İran  ədəbiyyatları, 

qədim  Yəhudi  və  Ərəb  ədəbiyyatları,  qədim  Yunan  ədəbiyyatı,  faciə,  məzhəkə, 

Attika dövründə ədəbiyyatşünaslıq, qədim  Roma ədəbiyyatı, imperiyanın  təşək-

külü  və  imperiya  dövründə  Roma ədəbiyyatı, Aralıq dənizi imperiyası dövründə 

Roma ədəbiyyatı, Roma ədəbiyyatının son dövrü kimi mövzuları əhatə edir. Kursu 

başa  vuran  tələbələr  qədim  şərq    ədəbiyyatından  başlayaraq  qədim  Roma 

ədəbiyyatının  inkişaf  mərhələləri  də  daxil  olmaqla    Dünya  ədəbiyyatı  haqqında 

sistemli biliklər əldə edəcəklər. 

İPF-B19 Dünya ədəbiyyatı -2  (6 kredit, 180 saat) fənni erkən orta əsrlər dövründə 

qərb  ədəbiyyatı,    orta  əsrlər  eposu,  XII-XIII  əsrlər  cəngavər  (kurtuaz)  ədəbiyyatı, 

orta  əsrlər şəhər ədəbiyyatı, İtaliya, Fransa və İngiltərədə intibah dövrünə  keçid, 

intibah  dövrü  ədəbiyyatı,  İtaliya,  Niderland,  Almaniya,  Fransa,  İspaniya, 

Portuqaliya  və  İngiltərədə  intibah,  XVII  əsr  Qərb  ədəbiyyatı,  ədəbi  cərəyan  və 



meyillər,  alman,  italyan,  ispan,  fransız  və  ingilis  klassisizmi,  XVIII  əsr  Qərb 

ədəbiyyatı,  maarifçilik  və  maarifçi  realizm,  ingilis,  fransız,  alman  maarifçiliyi, 

xüsusiyyətləri  və  nümayəndələri,  şərqi  slavyan  xalqları  ədəbiyyatı,  şərqi  slavyan 

xalqlarının folkloru, qədim və orta əsrlər Şərqi Slavyan xalqları ədəbiyyatı, türk və 

şərq xalqları  ədəbiyyatı, ümumtürk yazılı ədəbiyyatı, klassik özbək ədəbiyyatı  və 

nümayəndələri  kimi  mövzuları  öyrədir.  Kursu  başa  vuran  tələbələr  erkən  orta 

əsrlərdə  Qərb      ədəbiyyatından  başlayaraq  XVIII  əsr  Qərb  ədəbiyyatının  inkişaf 

mərhələləri  də  daxil  olmaqla    Dünya  ədəbiyyatı  haqqında    sistemli  biliklər  əldə 

edəcəklər. 

İPF-B20 Dünya ədəbiyyatı - 3 (6 kredit, 180 saat) fənni XIX- XX əsrlərdə Dünya 

ədəbiyyatını şərtləndirən prinsiplər,  XIX əsr Qərb ədəbiyyatında romantizm, daha 

sonra  tənqidi  realizm    ədəbi  estetik  cərəyanlarının  yaranması,  modernizm 

dövrünün ideya-məzmun xüsusiyyətləri, postmodernizm dövrü, intellektual roman 

, absurd teatr, epik teatr və s. kimi ədəbi cərəyan və konsepsiyaların formalaşması 

kimi  mövzuları  əhatə  edir.  Kursu  başa  vuran  tələbələr  XIX-XX  əsr  Qərb 

ədəbiyyatının  inkişaf  mərhələləri  də  daxil  olmaqla    Dünya  ədəbiyyatı  haqqında  

sistemli biliklər əldə edəcəklər. 



İPF-B22  Ümumi  dilçilik  (6  kredit,  180  saat)  fənni  dilçilik  elminin  obyektini, 

yaranmasını,  dilçiliyin  başqa  elmlər  sistemində  yeri  və  başqa  elmlərlə  əlaqəsini, 

dilçilik elminin sahələri, şöbələri haqqında mövzuları əhatə edir. Başlıca ünsiyyət 

vasitəsi  kimi,  ictimai  hadisə  kimi  dilin  mahiyyəti,  mənşəyi,  işarəviliyi,  sistemi, 

inkişafı, dillər və onların təsnifi, dil və yazı, əlifba problemi, dil və düşüncə, dil və 

nitq, dil və norma, dil və üslub, dil və mədəniyyət, dil  və cəmiyyət, dil və siyasət, 

dil və üniversallıq, dil və kontakt, vahid bəşəri dil problemi, dilçilik tədqiqatlarının 

mərhələləri,  dilçilik  tədqiqatının  metodları,  müasir  dilçiliyin  metodları, 

transkripsiya və transliterasiya problemləri kimi mövzuları tədris edir. Kursu başa 

vuran  tələbələr  dilçilik  elminin  obyektini,  yaranmasını,  dilçiliyin  başqa  elmlər 

sistemində  yeri  və  başqa  elmlərlə  əlaqəsini,  dilçilik  elminin  sahələri,  nəzərivə 

tətbiqi prinsipləri, dilçilik məktəbləri   haqqında sistemli biliklər əldə edəcəklər 



İPF-B23 Ədəbiyyat nəzəriyyəsi  (3 kredit, 90 saat) fənninin tədrisində ədəbiyyat 

nəzəriyyəsinin  predmeti,  məqsəd  və  vəzifələri,  yeni  milli  metodologiya  və 

ədəbiyyat  nəzəriyyəsi,  dünya  ədəbiyyatının  ümumi  nəzəri  prinsipləri,  bədii 

ədəbiyyatın strukturu, mühüm sənətkarlıq komponentləri, yaradıcılıq psixologiyası, 




nəzəriyyə  ilə  ədəbi  prosesin  qarşılıqlı  dialektikası,  yaradıcılıq  prosesi  və  onun 

mərhələləri,  bədii  əsərlərin  dili,  üslubu,  bədii  əksetdirmənin  prinsipləri  kimi 

mövzulara  diqqət  yetirilir.  Kursu  başa  vuran  tələbələr  ədəbiyyat  nəzəriyyəsinin 

yeni  metodologiya,  dünya  ədəbiyyatının  ümumi  nəzəri  prinsipləri,  bədii 

ədəbiyyatın strukturu, mühüm sənətkarlıq komponentləri, yaradıcılıq psixologiyası, 

nəzəriyyə  ilə  ədəbi  prosesin  qarşılıqlı  dialektikası,  yaradıcılıq  prosesi  və  onun 

mərhələləri, bədii əsərlərin dili, üslubu haqqında sistemli biliklər əldə edəcəklər. 

İPF-B24 Azərbaycan dilinin üslubiyyatı və nitq mədəniyyəti (6 kredit, 180 saat) 

fənninin  vəzifəsi  ədəbi  dil  normalarının  araşdırılması,  izahlı  omonim,  sinonim, 

antonim sözlər lüğətinin tərtib olunması kimi problemlərin öyrənilməsidir. Dillərin 

geneoloji  və  morfoloji  təsnifindən  əlavə,  xalqların,  millətlərin,  dillərin  maraq 

dairəsini,  zəruri  problemlərin  öyrənilməsinin  vacibliyini  nəzərə  alaraq  dillərin 

sosioloji  təsnifinə  də  diqqət  yetirilir.  Kursu  başa  vuran  tələbələr    Azərbaycan  

dilinin  inkişaf  səviyyəsini,  xidmət  dairəsini,  eləcə  də  mövcud  imkanlarını  üzə 

çıxartmağa  nail  olacaq,  eyni  zamanda    nitq  mədəniyyəti  fənninin  tarixi,  digər 

elmlərlə  əlaqəsi,  nitqin  növləri,  mədəni  nitqin  əsas  xüsusiyyətləri,  dil 

səviyyələrində  mövcud  olan  aksentoloji,  orfoepik,  leksik-semantik  və  qrammatik 

normalar, onların tarixi inkişafı və variantlılığını haqqında məlumat əldə edəcəklər.   

İPF-B26  Azərbaycan    filologiyasına  giriş  (3  kredit,  90  saat)  fənni    tələbələrə 

filologiya  elminin  yaranması,  təşəkkülüvə  inkişaf  istiqamətləri  haqqında  ümumi 

məlumatı öyrədir. Azərbaycan filologiyası həm dünya filologiyasının tərkib hissəsi, 

həm  də  özünəməxsus  cəhətləri  ilə  müstəqil  elm  sahəsi  kimi  öyrənilir.  Kursu  başa 

vuran  tələbələr  Filologiyanın  iki  tərkibdə  olması  (Dilçilik  və  ədəbiyyatşünaslıq), 

Azərbaycan  filologiyasının  tarixi  və  müasir  durumu  haqqında  məlumatı  əldə 

edəcəklər. 

İPFS-B01  Fars  dili  (6  kredit,  180  saat)  Qədim  Azərbaycan  ədəbiyyat    tarixi  ilə 

bağlı müəlliflərin yazıları bu dildə olduğundan, eyni zamanda Qədim azərbaycan 

ədəbiyyatı bütövlükdə fars dilində yazıldığından filologiya ixtisası üzrə təhsil alan  

tələbələr  bu  dildə  yazıb-oxuma  bacarıqlarına  sahib  olmalıdırlar.  Bu  səbəbdən 

seçmə fənn kimi təklif olunan “Fars dili” fənninin tədrisində əsas məqsəd əlifbadan 

başlamaqla dilin yazı qaydalarının, qramatik xüsusiyyətlərinin mənimsədilməsidir. 

Kursu  başa  vuran  tələbələr  Qədim  Azərbaycan  ədəbiyyat    tarixi  ilə  bağlı 

müəlliflərin fars dilində yazılan əsərlərini orijinaldan oxuyub tanış ola biləcəklər. 




İPFS-B02  Tibbi  biliklərin  əsasları  (4  kredit,  120  saat)  fənni  tələbələrə  insan 

orqanizminin  quruluşu,  xəstəlikləri,  xəstəliklər  zamanı  ilk  yardım,  dərmanlar, 

xəstələrə  qulluq,  xalq  təbabəti  haqqında  ümumi  məlumat  verir.  Kursu  başa  vuran 

tələbələr  Tibb    elmi  haqqında  ümumi  məlumatı  və  ekstremal  vəziyyətlərdə 

xəstələrə ilk yardım etmək vərdişlərini əldə edirlər. 

İPFS-B03  Müqayisəli  qrammatika  (6  kredit,  180  saat)  fənninin  məqsədi  Türk 

dilləri  ailəsinə  mənsub  olan  dillərin  fonetikası,  leksikası,  morfologiyası  və 

sintaksisinin  dünya  dilləri  ilə  müqayisəli  şəkildə  öyrədilməsi,  məşhur  dilçi 

alimlərin  dünya  dillərinin təsnifatının təhlilidir. Kursu başa vuran tələbələr  Türk 

dilləri ailəsinə mənsub olan dillərin  dünya dilləri ilə müqayisəli şəkildə araşdıraraq 

bu haqda sistemli biliklər əldə edirlər. 



İPFS-B04 Mühacirat ədəbiyyatı (5kredit, 150 saat) fənni  XX əsrdə Azərbaycan 

mühacirətiinin  tarixi,  ictimai-siyasi  səbəbləri,  Azərbaycan  mühacirətinin 

yaranmasını  şərtləndirən  amillər,  digər  xalqların  mühacirət  hərəkatı  ilə  əlaqələri, 

mühacirət 

ədəbiyyatşünaslığında  Azərbaycan  ədəbiyyatının  ədəbi-nəzəri 

problemlərinin  demokratik  şərhi,  Azərbaycan  mühacirət  ədəbiyyatının  əsas 

mərhələləri,  mühacirət mətbuatı çağdaş mərhələdə  kimi mövzuları öyrədir. Kursu 

başa  vuran  tələbələr    ictimai-siyasi  səbəblərdən  Azərbaycandan  kənarda  yazıb 

yaratmağa məcbur olmuş sənərkarların elmi-bədii yaradıcılıqları haqqında sistemli 

biliklər əldə edəcəklər. 



İPFS-B05  Bədii  mətnin  linqvistik  təhlili  (4  kredit,  120  saat)  fənninin  tədrisində 

bədii  mətn    (əsər)  və  onun  dili, şeir  və  nəsr  dilinin  əlamətdar  cəhətləri, linqvistik 

təhlil və  onun  əhəmiyyəti, linqvistik  təhlilin konkret  prinsipləri, linqvistik  təhlilin 

üsul  və  metodları,  linqvistik  təhlilin  texnikası,  nitq  quruluşunun  təhlili,  fərdi  və 

frontal  təhlildən  istifadə  olunması,  bədii  mətnin  linqvistik  təhlili,  bədii  əsərin 

müəyyən hissəsinin təhlili, nəzm, nəsr və dram əsərlərinin təhlili kimi problemlər 

araşdırılır.   Kursu başa vuran tələbələr  bədii mətnin linqvistik təhlili, bədii əsərin 

müəyyən hissəsinin təhlili, nəzm, nəsr və dram əsərlərinin təhlili kimi problemlər 

haqqında sistemli biliklər əldə edəcəklər. 

 

 



İPFS-B05  Pedaqogika  (4  kredit,  120  saat)  fənninin  məqsədi,  şəxsiyyətin 

inkişafının  ümumi  qanunauyğunluqları,  müəllim  işinin  xüsusiyyətləri,  pedaqoji 

dəyərlər,  informasiyalar  və  texnologiyaların  tədrisi  və  tərbiyəyə  kompleks 



yanaşma,  sinifdən  və  məktəbdənkənar  tərbiyə  işləri,  şagirdlərin  ailə  və  ictimai 

tərbiyəsi  problemlərinin  tədrisi  və  məktəbə  rəhbərlik,  onun  formaları,  məktəb 

rəhbərlərinin  hüquqları  və  vəzifələri,  məktəbdaxili  nəzarət,  onun  forma  və 

metodları, məktəbdə metodik işlər və s. məsələlərin tədrisinin aparılmasıdır. Kursu 

başa  vuran  tələbələr    təlimin  və  tərbiyənin  əsasları  ,  tədrisin  təşkil  olunması  

haqqında sistemli biliklər əldə edəcəklər. 

 

İPFS-B06 Sintaksisin aktual problemləri  (5 kredit, 150 saat)  fənninin məqsədi, 

tələbələri müasir Azərbaycan dilinin sintaksisində  cümlənin aktual və qrammatik 

üzvlənməsi    və  qrammatik  quruluşu  ilə  tanış  etməkdən,  onları  keçilən  digər 

türkoloji fənləri yaxşı mənimsəməyə hazırlamaqdan ibarətdir. Təcrübi məşğələlər 

müasir  Azərbaycan  ədəbi  dilində  olan  mətnlərin  oxunub  təhlil  edilməsinə  həsr 

edilməlidir. Kursu başa vuran tələbələr  sintaktik vahidlərin struktur xüsusiyyətləri   

haqqında sistemli biliklər əldə edəcəklər. 

 

İPFS-B06 Müasir ədəbi proses (5 kredit, 150 saat) fənni ədəbiyyat və elmi-texniki 

tərəqqinin qarşılıqlı təsiri, mənəvi-əxlaqi axtarışlar, ədəbiyyatda insan və cəmiyyət, 

ədəbi janrların inkişafı müasir mərhələdə, ədəbi-estetik cərəyanlar və onların ədəbi 

əsərlərdə  təzahürü,  ədəbiyyat  və  incəsənət    arasındakı  bağlılıq  kimi  mövzuları 

əhatə  edir.  Kursu  başa  vuran  tələbələr    Dünya  ədəbi  prosesin  bütün  müxtəlif 

cəhətləri haqqında sistemli biliklər əldə edəcəklər.   

İPFS-B07   Azərbaycan ədəbi tənqid tarixi (5 kredit, 150 saat) fənninin məqsədi  

ədəbi tənqid haqqında ümumi məlumat, ədəbi tənqid ədəbiyyatşünaslığın bir sahəsi 

kimi,  ədəbi  tənqidin  klassik  (şərh,  poetik  risalə,  təzkirə,  dibaçə  və  s.)  və  müasir 

(resenziya,  esse,  açıq  məktub,  problem  məqalə,  ədəbi  icmal,  ədəbi  portret,  ədəbi 

oçerk, ədəbi dialoq, ədəbi müsahibə, monoqrafiya, yol qeydləri və s.) janrları, bu 

janrların  səciyyəvi  xüsusiyyətləri,  sosioloji,  estetik,  strukturalist  tənqid  və 

linqvistik  tənqid  kimi  mövzuların  tədrisinin  aparılmasıdır.  Kursu  başa  vuran 

tələbələr  Azərbaycan  ədəbi  tənqidinin  əsas  mənbələri  və  linqvistik  tənqid  kimi 

problemlərin  araşdırılması haqqında sistemli biliklər əldə edəcəklər. 

İPFS-B08      Multikulturalizm  Azərbaycan  dünya  mədəniyyəti  kontekstində         

(6  kredit,  180  saat)  fənni  mədəniyyətlərarası  münasibətləri,  mədəniyyətlərin  bir-

birinə təsirinin spesifikasını öyrədir.  Kursu başa vuran tələbələr müxtəlif xalqların 




mədəniyyətlərinin  xüsusi  və  ümumi  cəhətləri  haqqında    sistemli  biliklər  əldə 

edəcəklər. 



İPFS-B09  Türk  xalqları  ədəbiyyatı  (5  kredit,  150  saat)  fənninin  əsas  məqsədi 

qədim  dövrdən  ortaq  türkdilli  xalq  ədəbiyyatı  nümunələri-  Manas,  Koroğlu, 

Goroğlu və s. eposların və eyni zamanda Mahmud Kaşğarinin “Əl-divani-it-türk”, 

Yusif  Balasuqunun  “Qutadqu-bilik”əsərləri  haqqında  məlumatları,  orta  sərlər  və 

müasir  dövrdə        türk  xalqlarının  seçilmiş  ədəbi  nümunələrini  tələbələrə 

öyrətməkdir. Kursu başa vuran tələbələr türk xalqlarının ədəbiyyatının  xüsusi və 

ümumi cəhətləri haqqında  sistemli biliklər əldə edəcəklər. 

İPFS-B09  Qədim  Türk  yazılı  abidələrinin  dili  (5  kredit,  150  saat)  fənni  türk 

dillərinin  inkişaf  mərhələlərinin  müəyyənləşdirilməsinə,  türk  xalqları  tarixinin 

tədqiqinə,  müasir  türk  dillərinin  elmi  cəhətdən  dərk  edilməsinə  böyük  kömək 

göstərə  bilər.  Bu  kursun  tədrisində  əsasən  üç  əlifba  -  qədim  türk,  uyğur  və  ərəb 

əlifbaları  ilə  yazılmış  abidələrin  oxunması  öz  əksini tapmışdır.  Kursu  başa vuran 

tələbələr türk xalqları ədəbiyyatının  xüsusi və ümumi cəhətləri haqqında  sistemli 

biliklər əldə edəcəklər. 

İPFS-B02  Akademik  yazı,  natiqlik    və  təqdimat  bacarıqları  (4  kredit,  60  saat) 

fənninin  tədrisi  prosesində  yazı  növlərinin  yazılması,  düzgün,  dəqiq,  aydın  nitq 

tələblərinin öyrədilməsi, təqdimat üsulları və təşkil olunması əsas amillərdən hesab 

olunur. Kursu başa vuran tələbələr düzgün, yığcam,  mövzunu tam əhatə edən yazı 

yazmaq,  nitq  tələblərinə  yiyələnmək,  təqdimat  bacarıqları  haqqında  sistemli 

biliklər əldə edəcəklər. 



 

Yüklə 357,83 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə