TermiNLƏRİN İzahli lüĞƏTİ



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə2/27
tarix24.04.2018
ölçüsü0,63 Mb.
#40001
1   2   3   4   5   6   7   8   9   ...   27

 

Tərtibçi: 

Elçin Cəfərov

, versiya 15.04 

çıxarır. 

Arid iqlim 

coğrafi 


Rütubət  əmsalının  vahiddən  çox  kiçik  olduğu,  torpaqda  rütubətin  kəskin  çatışmadığı  quraq  iqlim 

şəraiti 


Aristokrat 

tarixi 


Quldarlıq və feodalizm cəmiyyətində varlı əyyan 

Arreqasiya 

siyasi 


Siyasi qərarları qəbul edənlərin qarşılıqlı bərabərliyinin qorunması 

Artsak 

(Arsak, 

Arsax) 

 

tarixi 


Azərbaycan  ərazisində  türk  tayfalarına  məxsus  qədim  toponimdir.  “Arsax”  sözü  qədim  türk  tayfası 

olan  sakların  adı  ilə  bağlıdır  və  “igid  sak”,  “ər  sak”,  “sak  kişisi”  mənalarını  verir.  E.ə.  II  əsrdən 

etibarən  indiki  Qarabağ  ərazisi  və  ondan  cənubda  olan  (Cənubi  Azərbaycan)  bəzi  ərazilər  Arsak 

adlanırdı.  Sonradan  Qarabağ  toponiminin  işlədilməsi  Arsak  sözünü  sıxışdırmışdır.  Lakin,  hələ  də 

Qarabağ  sözü  ilə  paralel  olaraq  işlədilməkdədir.  Alban  dövlətinin  süqutundan  sonra  patriarxlığın 

mərkəzi Arsaxa keçir. Mənbələrdə Arsax "möhkəmləndirilmiş vilayət", "möhkəm ölkə" adlanırdı. İlk 

orta  əsrlərdə  erməni  tarixçilərinin  əsərlərində  bu  söz  Artsax  kimi  verilib.  Türkcə  izah  olunduğu 

halda, bu söz nə qədim, nə də müasir erməni dilində heç bir məna vermir.  

Tarixi  Arsax  (antik  mənbələrdə  Orxistana)  vilayəti  sağ  sahil  Albaniyasının  (Hazırda  Qarabağın 

dağlıq hissəsi və Mil düzü) əyalətlərindən biri idi. 



Aslar 

tarixi 


Türkdilli soyların ən qədim əcdadlarından biri. Asların adına "Orxon Yenisey"də rast gəlinir. 

Assimilyasiya 

coğrafi 


Bir  xalqın  öz  dilini,    mədəniyyətini    və    milli    şüurunu    itirərək    başqa    xalqa  qarışması,  onun 

içərisində əriyib getməsi, qarşılıqlı mənəvi nüfuzetmə 



Aşağı yaş senzi 

hüquqi 


Dövlət qulluğuna qəbul edilmək üçün isə 16 yaşına çatmağın lazımlığı qeyd olunub. Prezident 35, 

Baş  nazir  30,  Baş  nazirin  müavini,  nazir,  digər  mərkəzi  İH  orqanının  rəhbəri  25,  Millət  vəkili  25, 

Naxçıvan  MR  Ali  məclis  sədri  30  (Naxçıvan  MR-da  5  il  yaşayan,),  Hakim  30  (son  yaş  65, 

peşəkarlığından  istifadəyə  ehtiyac  yaranarsa,  Məhkəmə-Hüquq  Şurasının  təklifi  ilə  70),  Gömrük 

orqanlarında  işə  qəbul  olunmaq  üçün  Yaşı  30-u  keçmiş  vətəndaşlar  qəbul  edilmirlər.  Vergi 

orqanlarında  işə  yaşı  35-i  keçməmiş  vətəndaşlar  qəbul  edilirlər.  Daxili  işlər  orqanlarında  xidmət 

üçün yaşı 20-dən aşağı və 30-dan yuxarı olmayan Azərbaycan vətəndaşları qəbul olunurlar. Maliyyə, 

təsərrüfat,  kriminalistik  təhqiqatlar,  tibb  xidmətləri,  həmçinin  mühəndis-proqramçı,  tədris 

müəssisələrində  orta  və  böyük  rəis  heyəti  vəzifələrinə  yaşı  35-dək  olan  şəxslər  də  qəbul  oluna 

bilərlər: “Zərurət yarandıqda müstəsna hal kimi yaşı 40-dək olan elmi dərəcəyə malik mütəxəssislər 

də  xidmətə  götürülür.  Daxili  işlər  orqanlarının  əməkdaşları  rütbələrindən  asılı  olaraq  müxtəlif  yaş 

həddinədək  xidmət  edə  bilərlər.  Burda  da  yaş  məhdudiyyətləri  50  ilə  65  yaş  arasında  dəyişir. 

Feldyeger  rabitəsi  –  məxfi  rabitə  orqanında  xidmət  keçmə  üçün  də  yaş  senzi  30,  Penitensiar 

xidmətdə  qulluğa  isə  20-dən  aşağı  və  bir  qayda  olaraq  30-dan  yuxarı  olmayan  şəxslər  qəbul 

olunurlar. 

Aşınma 

coğrafi 


Yer səthində xarici qüvvələrin təsiri nəticəsində süxurların parçalanaraq xırdalanması prosesi. Fiziki 

(mexaniki), kimyəvi, üzvi aşınma növlərinə bölünür. 



Ateizm 

tarixi 


Allahsızlıq 

Atmosfer 

coğrafi 


(yun. atmos - buxar va sphaira – təbəqə, kürə) Yeri əhatə edən qarvari hava təbəqəsi 

Atoll 

coğrafi 


Adətən, sualtı vulkan konusu üzərində yaranan, dairəvi yerləşən mərcan adalar qrupu 

Avatura 

siyasi 


Real şəraiti nəzərə almadan edilən, məcburiyyətə düçar olan, risqli hərəkət. (Hitler Almaniyanin II 

dünya müharibəsini törətməsi). 



Avgi tövləsi 

tarixi 


qədim yunan əsatirində çar Avginin təmizlənməyən tövləsi. Herakl 1 günə təmizlədi. 

Avropa 

Atom 

Enerji Birliyi 

iqtisadi 

A.F.R,  Fransa,  İtalıya,  Niderland,  Belçika  və  Lüksemburqatom  enerjisi  eht.  və  atom  sənayesinin 

birləşməsi məqsədilə 1957-ci ildə yaranan təşkilat 



Avropa 

Birliyi 

(Avropa İttifaqı) 

siyasi 


28 dövləti birləşdirən dövlətlərüstü və eyni zamanda dövlətlərarası iqtisadi və siyasi təşkilat. 

Formal  olaraq  1  noyabr  1993-cü  ildə  Maastrixt  sazişi  ilə  təsis  edilmiş  bu  ittifaqın  təməli  18  aprel 

1951-ci il tarixli Paris Müqaviləsinə əsasən, Belçika, Almaniya, Fransa, Niderland, Lüksemburq və 

İtaliya tərəfindən Avropa Kömür və Polad Birliyinin (AKPB) yaradılması ilə qoyulub. 

Təşkilatın mənzil qərargahı Brüsseldə yerləşir. 

AB  yeganə  beynəlxalq  təşkilatdır  ki,  özündə  həm  beynəlxalq  təşkilat,  həm  də  dövlət  əlamətləri 

daşıyır, əslində isə formal olaraq heç biri deyil. Bəzi məsələlər birliyin ümumi institutları, bəziləri isə 

üzv dövlətlərin nümayəndələrinin razılaşması ilə qəbul edilir. AB-nin 3 vacib qurumu var: Avropa 

Şurası, Avropa Parlamenti və Avropa Komissiyası. 

Avropa 

Parlamenti 

siyasi 


Avropa Birliyinə üzv dövlətlərin milli parlamentləri ilə oxşar haqlara sahib olan Avropa Parlamenti 

AB  xalqlarının  demokratik  siyasi  iradəsini  təmsil  edir.  Parlament  Avropa  Birliyinin  üç  vacib 

qurumundan biridir. 

Avropa  Parlamenti  1952-ci  ildə  qurulub.  İclasları  Brüsseldə  və  Strasburqda  keçirilir.  1979-cu  ilə 

qədər  onun  üzvlərini  dövlətlər  təyin  edirdi.  Həmin  il  verilən  qərarla  üzvlər  birbaşa  seçkilərdə 

seçilirlər. 

Parlamentin üç vacib funksiyası var: 

Avropa qanunlarını elan etmək

Avropa qurumlarına demokratik nəzarət etmək; 

Şura ilə birlikdə büdcəyə dair qərarlar vermək. 

Parlament öz səlahiyyətlərini Şura ilə bölüşür. Qərarların əksəriyyəti birlikdə verilir. Parlament həm 

də Avropa Komissiyasının üzvləri barədə təkliflərə baxır, onları təsdiq edir. 



Avtokratiya 

siyasi 


Mütləqiyyət,  bütün  dövlət  hakimiyyətinin  bir  nəfərin  əlində  toplandığı  idarəetmə  forması.  Heç  bir 


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə