TermiNLƏRİN İzahli lüĞƏTİ



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə3/27
tarix24.04.2018
ölçüsü0,63 Mb.
#40001
1   2   3   4   5   6   7   8   9   ...   27

 

Tərtibçi: 

Elçin Cəfərov

, versiya 15.04 

səlahiyyətli orqan mövcud deyil, dövlətin özü isə mərkəzləşdirilmiş hərbi-bürokratik maşına çevrilib. 

Avtokratik  idarə  üsulu  özünün  bütün  formaları  ilə  xalqın  tam  hüquqsuzluğu,  məmurların  və 

hərbçilərin özbaşınalığı deməkdir. 

Avtomatik 

idarə 

üsulu 

siyasi 


Bütün dövlət hakimiyyətinin bir nəfərin əlində toplandığı idarəd forması. 

Avtonomiya 

siyasi 


Yunanca autonomiya “özünüidarəetmə” sözündəndir. 

Avtoritarizm 

siyasi 


Qeyri-demokratik  rejimləri  və  onlara  uyğun  olan  siyasi  şüur  formalarını  ifadə  etmək  üçün 

işlədilir.Avtoritarizm  nəzəriyyəsi  XIX  əsrin  başlanğıcında  J.de  Mentr  və  L.de  Bonald  kimi 

ulturamühafizəkar  nəzəriyyəçilər  tərəfindən  işlənib  hazırlanmışdır.(Fransa  inqilabına  və  sosialist 

hərakatına cavab olaraq ). 



Avtoritet 

siyasi 


Nüfuz 

Avuarlar 

iqtisadi 

Ödəmələrə  və  öhdəliklərin  iclasına  yönəldilən  aktivlər  (pul  vəsaiti,  qəbzlər,  veksellər,  köçürmələr, 

akkreditivlər) 



Aysberq 

coğrafi 


Dünya okeanında materik mənşəli üzən "buz dağı" 

Azərbaycan  Sovet 

Ensiklopediyası 

(АСЕ) 

tarixi 


10  cilddən  ibarət  Azərbaycan  dilində  ensiklopediya.  1976—1987-ci  illərdə  kiril  əlifbası  ilə  nəşr 

edilmişdir. Hazırda Azərbaycan dilində ensiklopedik informasiya bazalarından ən mükəmməlidir. 



Azimut 

coğrafi 


Şimal istiqaməti ilə verilən istiqamət arasında qalan və saat əqrəbinin hərəkəti istiqamətində ölçülən 

0-360° arasında bucaq 



Azonallıq 

coğrafi 


Zonallıq qanunauyğunluğuna tabe olmayan landşaft, hadisə və proses 

Aztəminatlı ailə 

hüquqi 


Orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə (“Yaşayış 

minimumu haqqında” Qanundan) 



Balneologiya 

coğrafi 


Mineral  suların  mənşəyini,  onlardan  müalicə  məqsədilə  istifadə  etmək  üsullarını  və  orqanizmə 

təsirini  öyrənən  elm.  Abşerondakı  göllərinin  təbii,  müalicəvi  palçıqları  və  suları,  Naftalanın 

müalicəvi nefti, Naxçıvanın duz mağaraları respublikamızın balneoloji ehtiyatlarına aiddir. 

Bank aksepti 

iqtisadi 

İdxalçının xahişi ilə birinci dərəcəli iri bank tərəfindən vekselin aksept edilməsi. Bu halda bank öz 

öhdəsinə götürür ki, göstərilən müddətdə vekselin ödənilməsini icra edəcəkdir. Bankın aksept etdiyi 

vekselin etibarlığı artır.Vekseli aksept etmək üçün bankalr müəyyən haqq (komissiya) tuturlar. 

Bank günü 

hüquqi 


Bankın iş günü ərzində ödəmə əməliyyatlarının aparıldığı vaxtdır. 

Bar 

coğrafi 


Təzyiq vahidi 

Barbarossa  planı 

(Bliskrik) 

tarixi 


İkinci  dünya  müharibəsində  Almaniyanın  SSRİ-yə  qarşı  həyata  keçirdiyi  ildırımsürətli  müharibə 

(alm.  Blitzkrieg)  planı.  Əməliyyatın  adı  Müqəddəs  Roma  imperiyasının  imperatoru  I  Fridrix 

Barbarossanın adından götürülmüşdür. 

Plan 1940-cı il iyulun 21-də general Fridrix Paulyusun rəhbərliyi altında hazırlanmağa başlanmış və 

həmin  il  18  dekabrda  Vermaxtın  ali  baş  komandanı  Adolf  Hitlerin  21  nömrəli  direktivi  ilə  təsdiq 

edilmişdir. Plana görə 3 ay ərzində SSRİ-nin Avropa hissəsini tutmaq planlaşdırılırdı. 

Əməliyyat 1941-ci il 22 iyun tarixində 4,5 milyon nəfərlik alman ordusunun hücumu ilə 2 900 km-

lik SSRİ sərhədi boyunca icra edilməyə başlamış, bu hadisə tarixə ən böyük hücum əməliyyatı kimi 

daxil olmuşdur. Əməliyyata həmçinin 60 000 texnika və 750 000 at cəlb olunmuşdu. Əsas hədəflər 3 

şəhər idi: Leninqrad, Moskva və Kiyev idi. 



Barxan 

coğrafi 


Səhralarda  küləyin  bir  istiqamətdə  əsməsi  nəticəsində  yaranan  qum  təpəsi.  Oraq  və  ya  nal 

formasında, küləktutan yamac dik olur. Hündürlüyü 100-150 m-ə çatan barxanlara da rast gəlinir. 



Barrel 

coğrafi 


Dünya bazarında neft satışında ölçü vahidi. 1 barrel 159 litrdir. 

Barşina 

tarixi 


Rusiyada kəndlinin öz əmək aləti ilə ağa torpağında işləməsi 

Barter 

iqtisadi 

Birbaşa pulsuz mübadilə, əmtəəni əmtəəyə dəyişmək 

Bastiliya 

tarixi 


XIV-XVIIIəsrlərdə Parisdə siyasi dustaqlar üçün qala 

Baş 

prokuror 

yanında 

Korrupsiyaya 

qarşı 

mübarizə 

idarəsi 

hüquqi 


Prezidentin  2004-cü  il  3  mart  tarixli,  114  nömrəli  Sərəncamı  ilə  yaradılmışdır.  İdarə  korrupsiya  ilə 

bağlı  cinayətlər  üzrə  həyata  keçirilən  ibtidai  istintaq  sahəsində  ixtisaslaşmış  qurumdur  və  Baş 

prokurora tabedir. 

Baş ştat 

tarixi 


XIV-XVII əsrlərdə feodal Fransada silki nümayəndələrin ali orqanı 

Başqa 

dövlətlər 

qarşısında 

öhdəliyi olmayan 

hüquqi 


Azərbaycan  Respublikası  Konstitusiyasının  100-cü  maddəsinin  «...başqa  dövlətlər  qarşısında 

öhdəliyi  olmayan...»  müddəasının  hüquqi  mənası  vətəndaşın  xarici  dövlətlərlə  bağlılığına  və 

onlardan  asılılığına  səbəb  olan  münasibətlərin  mövcudluğu  ilə  əlaqədar  yaranan  öhdəliklərinin 

olmamasını ehtiva edir. Belə öhdəliklər uzun müddət ərzində xaricdə yaşamaqla bağlı əmələ  gələn 

davamlı, möhkəm və sabit münasibətlərin mövcudluğuna səbəb olan qeydiyyat, vergi, ölkə ərazisini 

müəyyən müddətdən artıq tərk etməmək və s. kimi, habelə siyasi hüquqi və bu cür digər öhdəliklər 

də  ola  bilər. («Azərbaycan»  qəzeti,  03  avqust  2002-ci  il,  №  176  Azərbaycan  Respublikası 

Konstitusiya Məhkəməsinin Məlumatı  3/2003) 



Başlanğıc 

meridian  (Qrinviç 

meridianı, 

Sıfır 

meridianı) 

coğrafi 


Coğrafi  uzunluqların  hesablanması  üçün  1884-cü  ildə  şərti  qəbul  olunmuş  London  yaxınlığındakı 

Qrinviç rəsədxanasından keçən meridian 



Bayraq 

hüquqi 


Bir  ölkəni,  təşkilatı,  quruluşu  və  ya  birliyi  işarələyən,  əsasən  parçadan  olan,  dövlət  rəmzi  olub, 


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə