TermiNLƏRİN İzahli lüĞƏTİ



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə5/27
tarix24.04.2018
ölçüsü0,63 Mb.
#40001
1   2   3   4   5   6   7   8   9   ...   27

 

Tərtibçi: 

Elçin Cəfərov

, versiya 15.04 



Botanika 

tarixi 


Biologiyanın mühüm tərkib hissəsi оlub, bitkilər haqqında elmdir 

Boykot 

siyasi 


Şəxslə və ya dövlətlə münasibətləri kəsmək 

Boykot 

siyasi 


Bir şəxslə, dövlət və s. ilə hər hansı münasibətləri kəsməkdən ibarət olan mübarizə vasitəsi. 

Böyük 

Vətən 

müharibəsi 

tarixi 


Rusiya  və  keçmiş  postsovet  ölkələrinin  bəzilərində  1941–1945  illərdə,  İkinci  dünya  müharibəsi 

dövründə  Sovet  İttifaqının  Almaniya  və  onun  müttəfiqlərinə  qarşı  apardığı  müharibəyə  verilən  ad. 

MDB ölkələrində Almaniyanın danışıqsız təslim olduğu gün − 9 may günü rəsmi bayramdır. 

Almaniya  1941-ci  il  iyunun  22-də  1939-cu  il  avqustun  23-də  bağladığı  10  il  müddətinə  hücum 

etməmək və sentyabrın 28-də imzaladığı "Sərhədlər və dostluq barədə" müqavilələri pozaraq bütün 

sərhəd  boyu  190  diviziya  ilə  SSRİ  üzərinə  hücuma  keçdi.  Alman-sovet  müharibəsi  başlandı.  Bu 

Rusiyanın Sovet dövrü tarixinə Böyük Vətən müharibəsi kimi daxil olmuşdur. 

Brest-Litovsk 

Sülhü 

tarixi 


(1918)  Rusiya  Sovet  Federativ  Sosialist  Respublikası  (RSFSR)  ilə  Dördlər  ittifaqı  (Almaniya, 

Avstriya-Macarıstan,  Türkiyə  və  Bolqarıstan)  arasında  sülh  müqaviləsi.  Sovet  Rusiyası  məğlub 

olaraq 1-ci Dünya müharibəsindən çıxdı 

Briz 

coğrafi 


Sutkalıq  külək  növü.  Quru  və  su  səthinin  sutka  ərzində  qeyri-bərabər  qızması  və  müvafiq  olaraq 

təzyiq  fərqinin  yaranması  nəticəsində  gündüz  sudan  quruya,  gecə  qurudan  suya  doğru  asan 

küləklərdir. 

Broker 

iqtisadi 

Dəllal, vasitəçi, agent. Birjada qiymətli kağızların və əmtəələrin alınıb-satılması ilə məşğul olan şəxs 

və  ya  firma.  Broker  öz  xidmətinə  görə  müqavilədə  göstərilən  məbləği  1%-dən  5%-ə  qədərini  haqq 

kimi ala bilər. Bro- kerin komissiya almaq hüququ və bu haqqın miqdarı çarterdə nəzərdə tutulur. 

Buxarlanma 

coğrafi 


Suyun maye və ya bərk haldan buxar halına keçmə prosesi 

Buxarlanma 

qabiliyyəti 

coğrafi 


(mümkün buxarlanma) Müəyyən temperatur şaraitinda buxarlana bilan rütubətin miqdarına deyilir 

Bulaq 

(qaynaq, 

çeşmə) 

coğrafi 


Qrunt sularının tabii suratda Yer səthinə çıxması 

Bundestaq 

coğrafi 


Almaniyanın Federal Parlamenti 

Burgerlər 

tarixi 


Qərbi Avropanın feodal cəmiyyətində şəhərlilər silki (tacirlər, sələmçilər, sənətkarlar, alverçilər) 

Burjuaziya 

tarixi 


Fransızca "şəhərli" 

Buta (butə, puta) 

tarixi 


Qönçə,  badamabənzər  naxış  növüdür.  Azərbaycan  ornament  sənətinin  çox  yayılmış  bəzək 

elementlərindən biridir. 

Butanın  atəşpərəstlik  dövrünə  məxsus  bəzək  forması  olduğu  ehtimal  edilir.  Bakı,  Gəncə,  Ərdəbil, 

Təbriz,  Naxçıvan,  Salyan,  Muğan  xalçalarında,  binaların  daxili  bəzəkləri  və  digər  sənət 

nümunələrində  butadan  geniş  istifadə  edilmişdir.  Buta  Orta  Asiya  və  Yaxın  Şərq  ölkələrinin  də 

(Hindistanın  tirmə  şallarında,  İranın  parça  və  metal  məmulatlarında  və  s.)  dekorativ  və  tətbiqi 

sənətində geniş yayılmışdır. 

Buzovlar ölkəsi 

tarixi 


Avropanın  cənubunda  Aralıq  dənizinə  doğru  uzanan  Appennin  yarımadasını  qədim  dövrlərdən 

yunanlar İtaliya adladırmışlar ki, tərcümədə «Buzovlar ölkəsi» deməkdir. 



Büdcə 

defisiti 

(kəsiri) 

iqtisadi 

Dövlət büdcəsi məsrəfinin onun gəlirindən artıq olması 

Bürokratiya 

siyasi 


(fransızca  -  bureau  -  yazı  stolu,  dəxtərxana,  yunanca  -  kratos  -  hakimiyyət)  Ali  məmur  aparatı, 

administrasiyası; süründürməçilik, formal rəsmiyyətçilik 



Cənub 

Qaz 

Dəhlizi 

iqtisadi 

Şahdəniz Mərhələ 2 çərçivəsində hasil edilən qaz 3500 kilometr məsafə qət edərək Xəzər dənizindən 

Avropaya nəql ediləcək. 

Bu, dünya  neft-qaz sənayesində  bu vaxtadək olan  ən  mühüm  və  ən iddialı layihələrdən  biridir. Və 

bu,  çox  sayda  müxtəlif  maraqlı  tərəfləri  –  o  cümlədən  yeddi  hökuməti  və  11  şirkəti  özündə  əhatə 

edən mürəkkəb bir hədəfdir. 

Cənub  Qaz  Dəhlizi  ilk  dəfə  olaraq  Xəzər  regionundakı  qaz  təchizatını  Avropa  bazarlarına 

birləşdirməklə bütün regionun enerji xəritəsini dəyişəcək. 

İlk qazın 2018-ci ilin sonlarında Gürcüstan və Türkiyəyə təchiz edilməsi planlaşdırılır; Avropaya isə 

qaz təchizatının Azərbaycanda dənizdə ilk qaz hasil edildiyi vaxtdan bir ildən bir qədər çox müddət 

keçdikdən sonra gerçəkləşəcəyi gözlənilir. 

Cənub  Qaz  Dəhlizi  boru  kəməri  sistemi  elə  layihələndirilib  ki,  gələcəkdə  mümkün  əlavə  qaz 

həcmlərinin  təchiz  edilə  bilməsi  üçün  onun  ötürücülük  gücü  öz  ilkin  ötürücülük  gücünün  iki  misli 

qədər artırıla bilər. 

Cənubi 

Qafqaz 

(Zaqafqaziya) 

coğrafi 


Böyük  Qafqaz  dağlarının  Baş  Qafqaz  silsiləsinin  cənubunda  yerləşən,  Azərbaycan,  Gürcüstan  və 

Ermənistan  ərazilərindən  ibarət  coğrafi-siyasi  bölgədir.  Cənubi  Qafqaz  və  ya  Güney  Qafqaz  İran, 

Rusiya  və  Türkiyə  arasında,  Böyük  Qafqaz  sıra  dağlarının  cənubunda  iştirak  edən  coğrafi-siyasi 

bölgədir.  Şərqi  Avropada  yer  alan  Azərbaycanın  Şimal-şərq  seqmenti  xaricində,  Cənubi  Qafqazın 

çoxu coğrafi olaraq Cənub-Şərqi Asiyada yerləşməkdədir. Buna baxmayaraq siyasi baxımdan bölgə 

tamamilə Şərq Avropanın hissəsi olaraq tanınmaqdadır. 



Cərəyanlar 

(Okean axınları) 

coğrafi 


Dünya  okeanında  böyük  su  kütlələrinin,  asasan  daimi  küləklərin  təsiri  altında  üfüqi  istiqamatdə 

böyük məsafədə yerdəyişməsidir 



Cizyə 

tarixi 


Xilafət vaxtı xristianların verdikləri vergi idi. 

Coğrafi enlik 

coğrafi 


Yer səthində ekvatordan hər hansı bir nöqtəyə qədər dərəcələrlə (meridian üzrə) olan məsafə (0° iə 

90° arasında ölçülür). 



Coğrafi qütblər 

coğrafi 


Yerin xəyali fırlanma oxunun Yer səthi ilə kəsişdiyi xəyali nöqtələr 


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə