TermiNLƏRİN İzahli lüĞƏTİ



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə7/27
tarix24.04.2018
ölçüsü0,63 Mb.
#40001
1   2   3   4   5   6   7   8   9   10   ...   27

 

Tərtibçi: 

Elçin Cəfərov

, versiya 15.04 



Dominion 

siyasi 


Müstəmləkə olub, sonradan özünüidarə hüququ alan ölkə 

Dövlət 

siyasi 


Siyasi birlik olmaq etibarı ilə müəyyən struktura malik olan, siyasi hakimiyyətin müəyyən təşkili ilə 

səciyyələnən  və  müəyyən  ərazidə  sosial  proseslərin  tənzimlənməsini  təmin  edən  xususi  təsisatdır. 

Dövlət xüsusi siyasi təsisat olmaqla cəmiyyətin siyasi sisteminin özəyini təşkil edir. 

Dövlət dili 

coğrafi 


Müəyyən  bir  ölkədə,  dövlət  idarələrində  işgüzarlıq  fəaliyyətində  istifadə  olunan,  məktəblərdə 

məcburi tədris olunan dil 



Dövlət qulluğu 

hüquqi 


Azərbaycan  Respublikasının  Konstitusiyasına  və  digər  qanunvericilik  aktlarına  uyğun  olaraq 

dövlətin  məqsədlərinin  və  funksiyalarının  həyata  keçirilməsi  sahəsində  dövlət  qulluqçularının  öz 

vəzifə  səlahiyyətlərini  yerinə  yetirməsidir.  Azərbaycanda  dövlət  qulluğu  məfhumu  1995-ci  ildə 

ümumxalq referendumu ilə  qəbul edilmiş  Azərbaycan  Respublikasının Konstitusiyasında  öz  əksini 

tapmışdır.  2000-ci  il  iyulun  21-də  isə  "Dövlət  qulluğu  haqqında"  Azərbaycan  Respublikasının 

Qanunu  qəbul  edilmiş,  2005-ci  ildə  isə  Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Dövlət 

Qulluğu Məsələləri üzrə Komissiya yaradılmışdır. 

Dövlət 

Qulluğu 

Məsələləri 

üzrə 

Komissiya 

hüquqi 


Komissiyanın  əsas  fəaliyyət  istiqamətləri  dövlət  qulluğu  sahəsində  qəbul  edilmiş  normativ  hüquqi 

aktların  tətbiqinin  təşkil  edilməsi,  dövlət  qulluğu  üçün  kadrların  müsabiqə  əsasında  seçilməsi, 

yerləşdirilməsi, dövlət qulluqçularının ixtisas hazırlığının artırılması, attestasiya və sosial müdafiəsi 

sahəsində,  həmçinin  dövlət  qulluğu  ilə  bağlı  digər  məsələlər  barədə  Azərbaycan  Respublikasının 

qanunvericiliyi ilə nəzərdə tutulmuş siyasətin həyata keçirilməsini təmin etməkdən ibarətdir. 

Dövlət 

qulluğu 

vəzifəsi 

hüquqi 


Dövlət qulluğu vəzifəsi dövlət orqanının normativ aktlarla müəyyən edilən struktur quruluşu və ştat 

cədvəlinə uyğun olan ştat vahididir. 



Dövlət 

qulluğunun tarixi 

hüquqi 


Qərbdə  dövlət  qulluğu  və  dövlət  idarəçilik  ənənələrinin  inkişafı  Roma  İmperiyası  ilə,  şərqdə  isə 

Çinlə bağlıdır. Dövlət qulluğunun təkamül prosesi müəyyən tarixi mərhələlər keçərək müasir forma 

halını  almışdır.  Dövlət  qulluğunun  yaranma  tarixi  Çindən  başlayır.  Dövlət  qulluqçusu  vəzifəsinə 

seçim tarixdə ilk dəfə olaraq məhz bu ölkədə Han sülaləsi dövründə (e.ə. 206 - 220) olmuşdur. Bu 

hadisə  Şərqdə  dövlət  qulluğunun  əsasını  qoymuşdur.  Azərbaycanda  Dövlət  qulluğunun 

səmərəliliyinin  artırılması,  dövlət  aparatının  təkmilləşdirilməsi,  dövlət  qulluqçularının  hüquqi 

statusunun müəyyən edilməsi, onların sosial müdafiəsinin, maddi müstəqilliyinin təmin edilməsi və 

eyni  zamanda  məsuliyyətlərinin  artırılması  üçün  2000-ci  ildə  “Dövlət  qulluğu  haqqında”  qanun 

qəbul  edlmişdir.  Həmin  vaxta  qədər  dövlət  qulluqçularının  fəaliyyəti  Konstitusiya,  əmək 

qanunvericiriliyinin  normaları  və  s.  normativ-hüquqi  aktlarla  tənzimlənirdi.  Müstəqil  Azərbaycan 

Respublikasında  dövlət  qulluğu  sahəsində  qəbul  olunmuş  ilk  qanunun  çox  böyük  əhəmiyyəti 

olmuşdur. Belə ki, qanunun qəbul edilməsi ilə Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində 

vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulmuşdur. 

Dövlət qulluqçusu  hüquqi 

“Dövlət  qulluğu  haqqında”  Azərbaycan  Respublikasının  Qanununu  ilə  müəyyən  edilmiş  qaydada 

maaşlı  (maaş  yalnız  dövlət  büdcəsi  vəsaitindən  verilə  bilər)  dövlət  qulluğu  vəzifəsini  tutan  və 

Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. 



Dövlət orqanı 

hüquqi 


Azərbaycan  Respublikasının  qanunvericilik  aktları  ilə  müəyyən  edilmiş  hüdudlarda  Azərbaycan 

Respublikasının  məqsəd  və  funksiyalarını  həyata  keçirən,  qanunvericiliyə  uyğun  olaraq  yaradılmış 

və dövlət büdcəsindən maliyyələşdirilən dövlət qulluqçularının qurumu dövlət orqanıdır. 

Dövlət 

proqramları 

 

hüquqi 


Qarşıya qoyulmuş məqsədə nail olmaq üçün fəaliyyət istiqamətini, görüləcək işləri müəyyənləşdirir, 

müxtəlif  sahələrdə  dövlət siyasətinin  əsaslarını özündə  əks etdirir. Prezidentin sərəncamı ilə  təsdiq 

edilir. 

Dövlət 

Təbiət 

Qoruqları 

coğrafi 


Səciyyəvi  və  nadir  təbiət  komplekslərini  və  obyektlərini  təbii  vəziyyətdə  qoruyub  saxlamaq,  təbiət 

proseslərinin  və  hadisələrinin  gedişini  öyrənmək  məqsədilə  yaradılan  təbiəti  mühafizə  və  elmi 

tədqiqat idarələri statusuna malik ərazilərdir. Dövlət Təbiət Qoruqlarının torpaqlarından, habelə onun 

hüdudlarında  olan sudan bitki və  heyvanlar aləmindən təsərrüfat  məqsədləri üçün istifadə  edilməsi 

qadağandır. 

Dövlət 

vəzifəli 

şəxsi 

hüquqi 


İnzibati vəzifə tutan və hakimiyyət səlahiyyətləri alan dövlət qulluqçusudur. 

Drakon qanunları  tarixi 

Qədim Yunanıstanda son dərəcə ağır qanunlar 



Dranq-Nax-Ostem  tarixi 

Şərqə hücüm 



Drenaj 

coğrafi 


Torpağı, bataqlığı qurutmaq üçün qrunt və ya səth sularının süni yolla axıtmaq üçün çəkilən kanal və 

arxlar 


Dublikat 

 

Eynisi, 2-cisi 



Duman 

coğrafi 


Su  buxarı  atmosferin  Yer  səthinə  çox  yaxın  qatında  kondensasiyaya  məruz  qalırsa  dumanəmələ 

gətirir 


Dünya 

Azərbaycanlıların

ın Qurultayı 

tarixi 


xaricdə  yaşayan  azərbaycanlıların  müstəqil  Azərbaycan  Respublikası  ilə  əlaqələrinin  daha  da 

möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin və həmrəyliyin təmin olunması, habelə 

Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə 

bağlı  məsələlərin  müzakirə  edildiyi  ən  yüksək  səviyyəli  tədbirdir.  I  qurultay  2001  9-10  noyabr,  II 

qurultay 2006 16 mart, III qurultay 2011 5-6 iyul tarixlərində keçirilmişdir. 

Dünyəvi dövlət 

hüquqi 


Azərbaycan  Respublikası  Konstitusiyasının  7-ci  maddəsinə  əsasən,  Azərbaycan  dünyəvi  dövlətdir. 

Bu  o  deməkdir  ki,  Azərbaycan  Respublikasında  din  dövlətdən  ayrıdır,  başqa  sözlə,  bir-birlərinin 

işlərinə qarışmırlar. 

Bu, özünü aşağıdakı amillərdə göstərir: 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə